Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7762/2019 19.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli, 2(103)-8637/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) 19.02.2019-cu il tаrixli, 2(006)1237/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “ipoteka müqaviləsinin və razılaşmanın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseyov, A.İmanov, V.Sadıqov) 25.06.2019-cu il tarixli, 2(103)-8637/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.02.2019-cu il tаrixli, 2(006)-1237/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” MMC-yəqarşı “ipoteka müqavilələrinin və razılaşmanın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 11.12.2018-ci il tarixdə məhkəməyə müraciət e dərək, “AZBA-001575 saylı 29 iyun 2009-cu il tarixli ipoteka müqaviləsinin”, “AZBA-001575 saylı 23 oktyabr 2013-cü il tarixli ipoteka müqaviləsinin” və “AZBA-001575-009” saylı 23 oktyabr 2013-cü il tarixli Razılaşmanın” ləğv edilməsi və Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 81 saylı evin 55 saylı mənzilinin və Bakı şəhəri, Xətai rayonu, X8, 2A saylı evin 67 saylı mənzilinin ipotekadan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və onun vəkili X5 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, “xxxx” MMC ilə iddiaçı arasında olan 23 oktyabr 2013-cü il tarixli, AZBA-001575 saylı Daşınmaz Əmlakın alqısatqı və ipoteka müqaviləsinə və Razılaşmaya əsasən iddiaçı cavabdehdən illik 20% hesablanmaqla 90.000 ABŞ dolları məbləğində kredit almışdır. Kredit məbləğinin təminatı kimi 22 oktyabr 2013-cü il tarixli AZBA-001575 saylı zaminlik müqaviləsi bağlanmış, X3, X4 və X1 zamin kimi borcun hissə-hissə ödənilməsinə təminat vermişlər. İddiaçı həmin pulla Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 81 saylı evin 55 saylı mənzilini almışdır. Həmçinin aldığı mənzil və Bakı şəhəri, Xətai rayonu, X8 2A saylı evin 67 saylı mənzili borcun təminatı kimi bankın xeyrinə ipotekaya qoyulmuşdur. Məlum iqtisadi böhrandan sonra iddiaçı ödəniş edə bilməmiş, həmin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Hazırda o, hər ay banka 1500-2000 ABŞ dollarında pul ödəyir. Kreditin təminatı kimi 3 nəfər zamin dayanmış və kredit müqaviləsi üzrə hər ay banka 1500-2000 ABŞ dolları ödəyir. Sonuncu dəfə 30 aprel 2019-cu il tarixdə 4800 ABŞ dolları ödəniş etmişdir. Qeyd olunduğu kimi mənzili 90000 ABŞ dollarına almışdır. Onun isə banka 90000 ABŞ dollarından az borcu qalmışdır. Lakin iki evi ipoteka ilə yüklü edilmişdir. O banka 60000 ABŞ dollarından çox pul ödəmişdir. Qalan pulları isə hər ay aralarında olan razılığa əsasən ödəyir. Evlərdən biri iddiaçının banka olan borcunu ödədiyindən, həmçinin iddiaçı tərəfindən ödənişlər edildiyindən iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 81 saylı evin 55 saylı mənzili ipotekadan azad edilməlidir. Qeyd edilənlərə əsasən onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, vəkili X2 və cavabdeh “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsiməhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından aydın olur ki, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 29.06.2009-cu il tarixli ipoteka müqaviləsi üzrə eyni tarixli 108000 ABŞ dolları kreditin verilməsi üzrə kredit müqaviləsinin təminatı qismində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, X.Məmmədov küçəsi, 2 a saylı evin 67 saylı mənzili Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin 23 oktyabr 2013-cü il tarixli AZBA-001575-009 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən cavabdeh iddiaçıya Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 81 saylı evin 55 saylı mənzilinin alınması məqsədilə illik 20 faiz dərəcəsi ilə 60 ay müddətinə 90000 ABŞ dolları kredit vermiş, iddiaçı həmin kreditlə bu müqavilə əsasında əldə etdiyi mənzili Bank qarşısında ipoteka ilə yüklü etmişdir. 23 oktyabr 2013-cü il tarixli razılaşmaya əsasən iddiaçı sonuncu mənzili, eyni zamanda 29 iyun 2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı qismində də ipoteka qoymuşdur. Kreditin təminatı kimi X3, X4 və X1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında 08.05.2018-ci il tarixdə Barışıq sazişi bağlanaraq 29.06.2009-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, borcun hissə-hissə ödənilməsi və ipoteka predmetlərinə yönəldilməsinin yeni qaydası müəyyənləşdirilmişdir. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qətnaməsini dəyişdirmədən saxlayarkən qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı tələbini təsdiq edən sənədlər təqdim edə bilmədiyindən, həmçinin tərəflər arasında öhdəliklərin icrası ilə bağlı barışıq sazişi mövcud olduğ undan iddia tələbi təmin edilə bilməz. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlan arkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərək ət etməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı kassasiya şikayətində cavabdeh tərəflə aralarında yaranmış münasibət üzrə ümumi halları qeyd etmiş, lakin apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi ilə bağlı hər hansı hüquq pozuntusuna istinad edə bilməmişdir. Kassasiya yoxlaması zamanı da apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Kassasiya şikayəti formal şəkildə əsaslandırılmağa çalışılmışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli, 2(103)8637/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə min
Məhkəmə qərarları › İş №2(102)-7762/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7762/2019
19.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver