Məhkəmə qərarları › İş №2(102)-7774/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7774/2019

11.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7774/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli 2(103)9271/2019 saylı qətnaməsindən İddiaçı qız tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 15 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.C.Xəlilova, iş 2(004)-608/2019) İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı iddiası qismən təmin edilərək cavabd ehlərin 29 yanvar 2013-cü il tarixli xidmət müqaviləsi üzrə kooperativin öhdəliklərinin yerinə yetirilənədək və Yasamal rayon məhkəməsinin 03 iyun 2016-cı il tarixli qətnaməsi ilə cavabdehin üzərinə qoyulmuş vəzifələrin icra edildiyi vaxta qədər, eyni zamanda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 13 avqust 2018-ci il tarixli 37/3605128 saylı yanğın-texniki müayinə məktubunda göstərilən nöqsanların aradan qaldırılana qədər İddiaçı kommunal xidmət üzrə ödənişin tələb olunmasının qanunsuz hesab edilməsi və kommunal xidmətlər üzrə Cavabdeh1 MTK–nın mühasibat sənədlərində iddiaçının adına hazırkı vaxta qədər hesablanmış ödəniş məbləğinin ləğv edilməsi vəzifəsinin MTKnın üzərinə qoyulması, iddiaçıya məxsus N saylı mənzilə aid aylıq kommunal xi dmət üzrə ödəniş məbləğinin necə müəyyənləşdirilməsi, kommunal xidmətə hansı xidmətlərin daxil edilməsi, hər bir xidmət üçün ödənilməli pul məbləğinin həcmi barədə rəsmi arayışın verilməsi vəzifəsinin MTK-nın üzərinə qoyulması, MTK-nın təqsirli mülki hüquq pozuntuları nəticəsində iddiaçının mülkiyyətlə bağlı hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsinə maneələr yaratmasının, qanunla verilməsi nəzərdə tutulmuş məlumatların (müqavilə öhdəliklərinin icrasının gecikməsinin səbəbləri, kommunal ödənişin necə hesablanması, binada və binanın 2-ci girişində mövcud olan natamamlıqların və təhlükəli halların aradan qaldırılması barədə) və mühüm sənədlərin iddiaçıya verilməsindən imtina olunmasının qanunsuz hesab edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh1 MTK-nın İddiaçı qarşı kommunal xidmətlər üzrə ödənişlərinin verilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Q.Hüseynov, A.N.İmanov və V.N.Sadıqov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin 15 fevral 2019- cu il tarixli qətnaməsi qismən - kooperativin nizamnaməsinin, kooperativə üzvlük kitabçasının, tikintinin (mənzilin) keyfiyyət sertifikatının və istismar təlimatının verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsinə dair iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və iddianın həmin hissədə təmin olunması qət edilmişdir. Cavabdehlərin əməlində korrupsiya əlamətlərinin olması və mənəvi ziyanın ödənilmə si tələbinin rədd olunmasına dair hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 29 yanvar 2013-cü il tarixdə Cavabdeh1 MTK ilə İddiaçı arasında “Mənzil tikintisi haqqında müqavilə” və “Xidmət müqaviləsi” bağlanmış və Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq Hərbi şəhərciyi, 1028-ci məhəllədə MTK tərəfindən tikilməkdə olan binanın 2ci blokunun 16-cı mərtəbəsində yerləşən 139 saylı mənzil iddiaçının istifadəsinə verilmişdir. 09 fevral 2018-ci il tarixdə iddiaçının mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 2018-ci ilin noyabr ayında payçı İddiaçı MTK-nın öz müqavilə öhdəliklərini lazımınca icra etməməsini, o cümlədən mərkəzləşdirilmiş qazanxanadan binanın isti su ilə təchiz olunmamasını, liftlərin təhlükəsiz və fasiləsiz işləməsinin təmin olunmamasını, blo kların işıqlandırılmasının, təmir və təmizlik işlərinin aparılmasının təmin edilməməsini, yanğın-texniki müayinə zamanı çoxsaylı nöqsanlara yol verilməsinin müəyyən olunmasını, kommunal xidmətlər üzrə ödəniş məbləğlərinin düzgün hesablanmamasını, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 03 iyun 2016-cı il tarixli qətnaməsi ilə üzərinə qoyulmuş öhdəlikləri icra etməməsini, qanunla verilməsi nəzərdə tutulmuş məlumat və sənədlərin ona verilməsindən imtina etməsini, ona mənəvi zərər vurmasını və s. əsas göstərməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh kooperativ iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29.01.2013-cü il tarixdən bina istismara verildiyi 27.12.2016-cı il tarixədək iddiaçıya məxsus mənzilə görə kommunal və digər ödənişlərin ö dənilməməsinə görə yaranmış 1760 manat borcun iddiaçıdan tutularaq kooperativə ödənilməsi barədə qətnamə çəxarılmasını xahiş etmişdir. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək iddia tələbinin rədd olunmuş hissəsində qətnamənin ləğv edilib iddianın tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MTK-nın nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdeh məhkəmə kollegiyasının ic lasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçının kassasiya şikayətində MTK-nın sədri barəsində cinayət xarakterli hərəkətlərinə görə xüsusi qərardadın çıxarılmaması və mənəvi ziyanın tutulması tələbinin rədd olunması əsassız hesab edilərək həmin hissədə qətnam ənin ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. İşdən görünür ki, məhkəmə instansiyaları tərəfindən iş üzrə xüsusi qərardad çıxarılmamışdır. Kollegiya qeyd edir ki, xüsusi qərardadın çıxarılması məsələsi məhkəmənin səlahiyyətinə aid olmaqla onun mülahizəsinə əsasən həll edilir. Xüsusi qərardadın çıxarılmasının iddia qaydasında məhkəmədən tələb edilməsi və qərardadın çıxarılmadığı təqdirdə ondan şikayət edilməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Göstərilən vəziyyətdə iddiaçının həmin məsələni kassasiya qaydas ında mübahisələndirməsi əsassız olduğundan şikayət həmin hissədə təmin oluna bilməz. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunduğu kimi iddiaçı MTK-nın sədrinin korrupsiya xarakterli hesab etdiyi əməlləri barədə müvafiq səlahiyyətli orqanlara müraciət etmək hüququna malikdir. MTK tərəfindən iddiaçının hüquqlarının pozulması halları müəyyən olunsa da, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin hallar iddiaçının ona pul şəklində kompensasiya ödənilməsini şərtləndirən dərəcədə mənəvi sarsıntı və (ya) iztirab keçirməsi qənaətinə gəlmək üçün əsas vermir. İşdən görünür ki, iddiaçının MTK tərəfindən hüquq və azadlıqlarının pozulması ilə əlaqədar irəli sürdüyü bütün digər tələblər təmin olunmuş və onun pozulmuş hüquqları bərpa edilmişdir. Belə bir nəticəyə gələr kən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsaslanmışdır. Kollegiya həmin hissədə də apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisə həmin hissədə qanunun tələblərinə uyğun həll edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının hazırkı iş üzrə olan 16 iyul 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar