Məhkəmə qərarları › İş №2(102)-7789/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7789/2019

09.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7789/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı, cavabdeh “Ə.Cavabdeh2 adına X1” ASC-nin İdarə Heyətinin sədri 3nun vəkili Nuriyev Emil Xanlar oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.07.2019-cu il tarixli, 2(107)-2069/2019 nömrəli qətnaməsindən İddiaçı Sulaydınoviçin vəcavabdeh “Ə.Cavabdeh2 adına X1” ASC-nin İdarə Heyətinin sədri 3nun kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 3 cavabdehlər “Ə.Cavabdeh2 adına X1” ASC-nə, “Ə.Cavabdeh2 adına X1” ASC nin Müşahidə Şurasının sədri Cavabdeh2, “Ə.Cavabdeh2 adına X1” ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 Əliyeviçə, Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xxxx Rayon Məhkəməsinə müraciət edərək, «Ə.Cavabdeh2 adına X1» ASCnin İdarə Heyətinin sədri Cavabdeh3 Əliyeviçin və Müşahidə Şurasının sədri Cavabdeh2 hərəkətlərinin qanunsuz hesab edilməsi, 13.10.2018-ci il tarixli Ə.Cavabdeh2 adına X1” ASC-nin səhmdarlarının ümumi yığıncağının protokolunun qanunsuz hesab edilməsi, “Ə.Cavabdeh2 adına X1” ASC-nin 2017-ci il üzrə tərtib olunmuş “Mühasibat balansı və onların əlavələri”, “Mənfəət vergisinin bəyannamələri və onların əlav ələri” və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri”nin etibarsız sayılması və məlumatın Azərbaycan Respublikasının Maliyyə bazarlarına Nəzarət Palatasına və Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinə verilməsi, Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi Vegilər İdarəsinin sənədləri verməkdən imtinasının qanunsuz hesab edilməsi, Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinin üzərinə «Ə.Cavabdeh2 adına X1 » ASC-in qeydiyyat qovluğunda olan sənədlərin, dövlət reyestrindən çıxarışın, həmçinin 2015-2018-ci illər üzrə vergi bəyannamələrinin, vergi orqanı tərəfindən «Ə.Cavabdeh2 adına X1» ASC-də aparılmış vergi yoxlamaları barədə məlumatların; «Ə.Cavabdeh2 adına X1» ASC tərəfindən vergi qanunvericiliyinin poz ulması və bu pozulmalara görə məsuliyyət tədbirləri,habelə vergi ödənşləri üzrə borclar haqqında və vergi yoxlamalarının nəticəsi ilə əlaqədar tərtib olunmuş yoxlama aktlarının; «Ə.Cavabdeh2 adına X1» ASC-in fəaliyyət göstərdiyi dövrdə törəmə və müştərək müəssisələr yaradılıb yaradılmaması barədə məlumatların və «Ə.Cavabdeh2 adına X1» ASC tərəfindən törəmə və müştərək müəssisələr yaradılmışdırsa onların fəaliyyəti ilə bağlı qeydiyyat qovluğunda olan sənədlərin və dövlət reyestrindən çıxarışın, habelə 2014-2018-ci illər üzrə vergi bəyannamələrinin təsdiq olunmuş surətinin ona təqdim etməsi öhdəliyinin qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. xxxx Rayon Məhkəməsinin 2(019)-254/2019 nömrəli, 18 mart 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraata Azərbaycan Respublikasının Verg ilər Nazirliynin 13 saylı Ərazi Vegilər İdarəsinin sənədləri verməkdən imtinasının qanunsuz hesab edilməsi, Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinin üzərinə «Ə.Cavabdeh2 adına X1» ASC-in qeydiyyat qovluğunda olan sənədlərin, dövlət reyestrindən çıxarışın, həmçinin 2015-2018-ci illər üzrə vergi bəyannamələrinin, vergi orqanı tərəfindən «Ə.Cavabdeh2 adına X1» ASC-də aparılmış vergi yoxlamaları barədə məlumatların; «Ə.Cavabdeh2 adına X1» ASC tərəfindən vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri,habelə vergi ödənişləri üzrə borclar haqqında və vergi yoxlamalarının nəticəsi ilə əlaqədar tərtib olunmuş yoxlama aktlarının; «Ə.Cavabdeh2 adına X1» ASC-in fəaliyyət göstərdiyi dövrdə törəmə və müştərək müəssisələr yaradılıb yarad ılmaması barədə məlumatların və «Ə.Cavabdeh2 adına X1» ASC tərəfindən törəmə və müştərək müəssisələr yaradılmışdırsa onların fəaliyyəti ilə bağlı qeydiyyat qovluğunda olan sənədlərin və dövlət reyestrindən çıxarışın, habelə 20142018-ci illər üzrə vergi bəyannamələrinin təsdiq olunmuş surətinin ona təqdim etməsi öhdəliyinin qoyulmasına dair hissəsində xitam verilmişdir. xxxx Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(019)-254/2019 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia qismən təmin edilmiş, cavabdeh “Ə.Cavabdeh2 adına X1” ASCnin səhmdarlarının ümumi yığıncağının 13.10.2018-ci il tarixli protokolunun qanunsuz hesab edilməsi, “Ə.Cavabdeh2 adına X1” ASC-nin 2017-ci il üzrə tərtib olunmuş “Mühasibat balansı və onların əlavələri”, “Mənfəət vergisinin bəyannamələri və onların əl avələri” və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri” etibarsız sayılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.07.2019-cu il tarixli, 2(107)-2069/2019 nömrəli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) İddiaçı, cavabdeh “Ə.Cavabdeh2 adına X1” ASC-nin İdarə Heyətinin sədri 3, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, iş üzrə xxxx Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(019)-254/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.07.2019-cu il tarixli, 2(107)-2069/2019 nömrəli qətnaməsindən İddiaçı Sulaydınoviç vəcavabdeh “Ə.Cavabdeh2 adına X1” ASC-nin İdarə Heyətini n sədri 3 kassasiya şikayətləri vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı Sulaydınoviç iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.07.2019-cu il tarixli nömrəli qətnaməsindən kassasiya şikayəti verərək, onun iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh “Ə.Cavabdeh2 adına X1” ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 30.03.2005-ci il və 24.07.2006-cı il tarixli səhmdarların ümumi yığıncağının protokolları, habelə həmin iclaslarda qəbul edilmiş qərarlar barədə ona məlumat verməmişdir. Cəmiyyətin İdarə Heyətinin sədri Cavabdeh3 öz vəzifə borcunu yerini yetirməyərək Mülki Mə cəllənin 106.1.3.2, 107-1.5.4, 106-1.3.4, 107-6.3, 106-1.3.8-4 və 106.1.3.7-ci maddələrində nəzərdə tutulmuş hüquqlarını və qanuni maraqlarını pozmuşdur. Bundan əlavə, Cəmiyyətin İdarə Heyətinin sədri Cavabdeh3 1.999.000 ABŞ dolları məbləğində kreditin məbləğinin hara xərclənməsinə dair təsdiqedici sənədlər təqdim etməmişdir. Həmçinin qeyd olunan məbləğdə kreditin götürülməsinə dair məlumat səhmdarların ümumi yığıncağının gündəliyində olmamış, bu barədə hər hansı məlumat səhmdarlara verilməmişdir. Cəmiyyətin Müşahidə Şurasının sədri Cavabdeh2 cəmiyyətin fəaliyyəti üzərində nəzarət etməmiş, direktorlar şurasının iclaslarını keçirməmişdir. Cavabdeh “Ə.Cavabdeh2 adına X1” ASC-nin İdarə Heyətinin sədri Varansov X2 Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.07.2019-cu il tarixli nömrəli qətn aməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Cəmiyyətin ümumi yığıncağı yetersay olduğu üçün keçirilmişdir. Ümumi yığıncaq tərəfindən müzakirə və təsdiq edilən məsələlər Cəmiyyətin səhmlərinin 2.23%-inin pay sahibi olan səhmdarının iştirak etmədiyi üçün etibarsız hesab edilməsi qanunsuzdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı Sulaydınoviç vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh “Ə.Cavabdeh2 adına X1” ASC-nin İdarə Heyətinin sədri 3nun vəkili Nuriyev Emil Xanlar oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Digər cavabdehlər “Ə.Cavabdeh2 adına X1” ASC, “Ə.Cav abdeh2 adına X1” ASC-nin Müşahidə Şurasının sədri Cavabdeh2, Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı Ərazi Vergilər İdarəsi işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 22.07.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə xxxx Rayon Məhkəməsinin 1 8 mart 2019-cu il tarixli, 2(019)-254/2019 nömrəli qətnaməsini dəyişdirmədən saxlayarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instanisyası məhkəməsi işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, 15.11.2018-ci il tarixdə Milli Depozit Mərkəzi tərəfindən verilmiş Depo hesabından çıxarışdan görünür ki, İddiaçı “Ə.Cavabdeh2 adına X1” ASC-nin 336 səhminin sahibidir. “xxxx” Konserv ASCnin səhmdarlarının ümumi yığıncağının 1 №li protokolundan görünür ki, 26 may 2004-cü il tarixdə “xxxx konserv» ASC-nin səhmdarlarının birinci ümumi yığıncağı kecirilmişdir. “Ə.Cavabdeh2 adına X1” ASC-nin Nizamnaməsindən görünür ki, “Ə.Cavabdeh2 adına X1” ASC-nin Nizamnaməsi 22.09.2004-cü ildə 0904-B1 və 192 nömrəli Şəhadətnamə ilə Azər baycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin Nizamnaməsinə əsasən cəmiyyətin nizamnamə kapitalı ********** (bir milyard dörd yüz doqquz milyon yeddi yüz doxsan min) AZN və ya 140979 ədəd adi səhmdir. Aslanbəyov Nizami Sulaydinoviçə ünvanlanmış bildirişdən görünür ki, həmin bildirişlə Nizami Aslanbəyov 30 mart 2005-ci il tarxidə saat 11-də keçiriləcək “Ə.Cavabdeh2 adına X1” ASC-nin səhmdarlarının ümumi yığıncağı barədə xəbərdar edilmişdir. İddiaçı ünvanlanmış bildirişdən görünür ki, həmin bildirişlə Nizami Aslanbəyov 24 iyul 2006-cı il tarxidə saat 15-də keçiriləcək “Ə.Cavabdeh2 adına X1” ASC-nin səhmdarlarının ümumi yığıncaı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsininin 14 sentyabr 2018-ci il tarixli 3(107) -183/2018-ci nömrəli qərarından görünür ki “Ə.Cavabdeh2 adına X1” ASC-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə xxxx Rayon Məhkəməsininin 14 iyun 2018-ci il tarixli qərarı ləğv edlimiş, hüquqi şəxs kimi “Ə.Cavabdeh2 adına X1” ASC İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib üç min manat cərimə edilmişdir. “Ə.Cavabdeh2 adına X1” ASC səhmdarlarının ümumi yığıncağının 01 №li protokolundan görünür ki, həmin protokol 13 oktyabr 2018-ci il tarixdə səhmdarların ümumi yığıncağının keçirilməsi ilə bağlı tərtib edilmişdir. “Ə.Cavabdeh2 adına X1” ASC Səhmdar İddiaçı ünvanlanmış məktubundan görünür ki, “Ə.Cavabdeh2 adına X1” ASC 2014-2018-ci illər ərzində heç bir fəaliyyət ilə məşğul olmamış, cəmiyyətdə 2014-2018-ci illər ərzində heç bir fəaliyyət olmadığı üçün vergi orqanı tərəfindən hər hansı bir səyyar vergi yoxlaması aparılmamış və aktlar tərtib edilməmişdir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının iddiaçı İddiaçı ünvanlanmış ********** №li,10.05.2018-ci il tarixli məktubunda göstərilmişdir ki, müraciətinizə baxılmışdır. Aparılmış araşdırma zamanı aşkar olunmuşdur ki, «Ə.Cavabdeh2 adına X1» ASC tərəfindən 27.05.2017-ci il tarixinə səhmdarların ümumi yığıncağının çağırılması barədə yazılı bildiriş sizə qanunvericiliklə nəzərdə tutulmuş müddətə göndərilməmişdir. Bununla əlaqədar olaraq həmin səhmdar cəmiyyətinə Palata tərəfindən icrası məcburi göstəriş verilmiş və səhmdarların növbəti ümumi yığıncaqlarının qanunvericiliklə müəyyən edilmiş qaydada təşkilinin təmin edilməsi tələb edilmişdir. Əlavə olaraq bildirili r ki, «Ə.Cavabdeh2 adına X1» ASC barəsində əvvəlki dövrlərdə tərəflərindən inzibati məsuliyyətə cəlb etmə barədə tədbirlər görülmüşdür. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakı hüquq normalarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.1-99.3-cü maddələrinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. Açıq səhmdar cəmiyyəti illik hesabatını və mühasibat balansını, habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur: - hesabat dövrü üzrə maliyyə göstəriciləri; - aidiyyə ti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər; - cəlb edilmiş maliyyə vəsaitləri; - idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri; - idarəetmə strukturu; - inkişaf siyasəti; - səhmdar kapitalının gəlirliyi və dividend siyasəti; - idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər; - investisiyaların həcmi və mənbəyi; - cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi; - ictimai layihələr. Açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nə zərdə tutulmalıdır. Bu maddənin tələbləri banklara və xarici bankların yerli filiallarına şamil edilmir. Həmin Məcəllənin 106-1.1-106-1.7-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. Bir neçə şəxsə bir səhm mənsub olduğu halda, onlar səhmdar cəmiyyətinə münasibətdə bir səhmdar kimi tanınırlar və öz hüquqlarını nümayəndə vasitəsi ilə həyata keçirə bilərlər. Səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: - cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; - qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq; - cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; - cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; - cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; - cəmiyyətin xalis mənfəətindən dividend almaq; - cəmiyyətin fəaliyyətin ə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; - icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; - cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; - bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; - bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq; - bu Məcəllədə və səhmdar cəmiyyət inin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq. Həmin Məcəllənin 106-1.5-106-1.6-cı maddələrinə əsasən səhmdar cəmiyyətinin nizamnaməsində aşağıdakı məsələlər üzrə qərarların qəbul edilməsində imtiyazlı səhm sahibi səs hüququ əldə edir: - səhmdar cəmiyyətinin yenidən təşkil edilməsi; - səhmdar cəmiyyətinin ləğv edilməsi; - səhmdara məxsus olan imtiyazlı səhm növü üzrə hüquqlarmı məhdudlaşdıran dəyişiklik və əlavələrin nizamnamədə edilməsi. Səhmdar cəmiyyətinin səhmdarının vəzifələri aşağıdakılardır: - qanuna və (və ya) nizamnaməyə əsasən kommersiya sirri və ya məxfi hesab olunan məlumatları üçüncü şəxslərə açıqlamamaq; - səhmdarların reyestrində ona dair daxil edilmiş məlumatların dəyişilməsi barədə reyestrsaxlayıcısına on təqvim günü ərzində yazılı bildiriş vermək; - q anunvericiliklə müəyyən edilmiş başqa vəzifələri yerinə yetirmək. Səhmdar cəmiyyətinin səhmdarlarının hüquqlarının müdafiəsi bu Məcəllə, digər qanunlar və normativ hüquqi aktlara uyğun olaraq təmin edilir. Həmin Məcəllənin 107.1-107.2-ci maddələrinə əsasən səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: - cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək; - cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının üzvlərini (müfəttişi) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; - cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, bir şərtlə ki, cəmiyyətin nizamnaməsində bu m əsələlərin həlli direktorlar şurasının (müşahidə şurasının) səlahiyyətinə aid edilməsin; - cəmiyyətin illik hesabatlarını, mühasibat balanslarını, mənfəət və zərər hesablarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək; - cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; - bu Məcəllənin 49-1.2-ci və 99.3-cü maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. Bu Məcəllə ilə səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmiş məsələlər həll edilmək üçün onun tərəfindən cəmiyyətin icra orqanlarına verilə bilməz. Həmin Məcəllənin 107-1.1-107-1.8-ci maddələrinə əsasən səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. 107-1.2. Səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümu mi yığıncaq). 107-1.3. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda, səhmdarların ümumi yığıncağının çağırılması cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir. 107-1.4. Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş gö ndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. 107-1.5. Səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişdə aşağıdakılar göstərilməlidir: 107-1.5.1. cəmiyyətin adı və olduğu yer; 107-1.5.2. səhmdarların ümumi yığıncağının keçirilmə tarixi, vaxtı və ünvanı; 107-1.5.3. səhmdarların ümumi yığıncağının gündəliyi; 107-1.5.4. səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış olunma qaydası. 107-1.6. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda səhmdarların növbədənkənar ümumi yığıncağı icra orqanının təşəbbüsü ilə çağırılır. 107-1.7. Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması tələbində gündəliyə təklif olunan məsələlər göstərilməlidir. Həmin məsələlər yığıncağın gündəliyinə mütləq salınmalıdır. 107-1.8. Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması haqqında tələbin (təşəbbüsün) daxil olduğu gündən etibarən icra orqanı aşağıdakıları yerinə yetirməlidir: 107-1.8.1. üç iş günü müddətində səhmdarların ümumi yığıncağının vaxtmı və yerini təyin edib, qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla, bu barədə kütləvi informasiya vasitələrində elan verməlidir; 107-1.8.2. b eş iş günü müddətində səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişləri səhmdarlara göndərməlidir; 107-1.8.3. otuz gündən tez, qırx beş gündən gec olmayaraq səhmdarların ümumi yığıncağının keçirilməsini təmin etməlidir. Həmin Məcəllənin 107-3.1-107-3.5-ci maddələrinə əsasən Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır. 107-3.2. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş halda, səhmdar ümumi yığıncağın gündəliyində olan məsələyə münasibətini dəqiq və şərtsiz bildirməklə (lehinə, əleyhinə, bitərəf), imzası qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və sair) təsdiq edilməklə, yazılı sənəd vasitəsi ilə səsvermədə qiyabi iştirak edə bilər. 107-3.3. Qiyabi səsvermənin reqlamenti cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir. 107-3.4. Səhm bir neçə şəxsin ümumi birgə mülkiyyətində olduğu halda, ümumi yığıncaqda səsvermə səlahiyyəti onun mülkiyyətçilərinin birinə və ya onların ümumi nümayəndəsinə qanunvericilikdə müəyyən olunmuş qaydada həvalə edilir. 107-3.5. Səhmdarların ümumi yığıncağında səsvermə "bir səsli səhm-bir səsdir" prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 107-5.1-107-5.4-cü maddələrinə əsasən Səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təş kili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla, səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir. 107-5.2. Səhmdarların ümumi yığıncağının gündəliyinə daxil edilməmiş məsələlərüzrə qərar qəbul edə bilməz. 107-5.3. Səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir. 107-5.4. Səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər. Yuxarıda qeyd olunan hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Sulaydinoviç “Ə.A. Ansuxski adına X1” ASCnin 336 səhminin sahibid ir. “Ə.A. Ansuxski adına X1” ASC-nin idarəetmə orqanları ona cəmiyyətin maliyyə təsərrüfat fəalliyyəti haqqında heç bir məlumat vermədiyindən, cəmiyyətin maliyyə təsərrüfat fəaliyyəti haqqında məlumat almaq hüququnu pozduğuna görə o, həmin sənədlərin ona verilməsi üçün xxxx Rayon Məhkəməsinə müraciət etmişdir. xxxx Rayon Məhkəməsinin 2(019)-828/2015 saylı, 13.08.2015-ci il tarixli qətnaməsi ilə «Ə.Cavabdeh2 adına X1” ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti haqqında sənədlərin təsdiqlənmiş surətlərinin ona təqdim edilməsi «Ə.Cavabdeh2 adına X1»nun rəhbərliynə həvalə edilmişdir. xxxx Rayon Məhkəməsinin 2(0119)-828/2015 saylı, 13.08.2015-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minəndən sonra icra üçün xxxx rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, «Ə.Cavabdeh2 adına X1» ASC-nin İdarə Heyətin in sədri Cavabdeh3 üzərinə qoyulmuş öhdəliklərin icrasından üç ilə yaxın müddətdə yayındığına görə, icra məmuru tərəfindən borclunun qanunverciliklə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilmiş və onu işin digər materialları ilə birlikdə 05.04.2018-ci il tarxində xxxx Rayon Məhkəməsinə göndərmişdir. Şəki Apelyasiya Məhkəməsinin 3(107)183/2018 saylı, 14.09.2018-ci il tarixli qərarı ilə «Ə.Cavabdeh2 adına X1” ASC İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib üç min manat məbləğində cərimə edilmişdir. «Ə.Cavabdeh2 adına X1” ASC-in İdarə Heyətinin sədri Cavabdeh3 13.09.2018-ci il tarixdə ona bildiriş göndərərək 13.10.2018-ci il tarixdə saat 1800-da səhmdarların ümumi yığıncağının k eçiriləcəyi bildirilmişdir. 29.09.2018-ci iil tarixdə iddiaçı Cəmiyyətin rəhbərliyinə ərizə ilə müraciət edərək bildirmişdir ki, səhmdarların ümumi yığıncağının çağrılması zamanı MM-nin 107-1.4-cü maddəsinin tələblərinə riayət olunmamış, ona qanunla müəyyən edilmiş müddətdə və qaydada məlumat verilməmişdir. O, ərizəsində cəmiyyətin rəhbərliyinə təklif etmişdir ki, 13.10.2018-ci il tarixinə təyin etdiyi səhmdarların ümumi yığıncağını MM-nin 107-1.4-cü maddəsinə riayət edilməklə başqa tarixə keçirsin, iclasın gündəliyinə qoyulmuş «Cəmiyyətin» ləğv edilməsi məsələləsini gündəlikdən çıxarsın, əlavə isə cəmiyyət tərəfindən yaradılmış «xxxx» MMC törəmə və müştərək müəssisələrinin maliyyətəsərrüfat fəaliyyəti ilə bağlı hesabatları»; Cəmiyyətin kreditor və debitor borcları haqqında hesabatları»n v erilməsi, «Cəmiyyətin aktivlərinin qiymətləndlirilməsinin aparılması» barədə məsələlər iclasın gündəliyinə daxil edilsin. Lakin zəruri sənədlər iddiaçıya göndərilməmiş və ümumi yığıncaq iddiaçının iştirakı olmadan keçirilmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli cavabdeh “Ə.Cavabdeh2 adına X1” ASC-nin səhmdarlarının ümumi yığıncağının 13.10.2018-ci il tarixli protokolu qanunsuz hesab edilməli və “Ə.Cavabdeh2 adına X1” ASC-nin 2017-ci il üzrə tərtib olunmuş “Mühasibat balansı və onların əlavələri”, “Mənfəət vergisinin bəyannamələri və o nların əlavələri” və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri” etibarsız sayılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Kassasiya kollegiyası apellyasiya instanisyası məhkəməsinin yuxarıda gəldiyi nəticəni və onun hüquqi əsaslandırması ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi hər iki tərəfin apellyasiya şikayətlərinin iş üçün mühüm əhəmiyyət kəsb edən dəlillərinə hər hansı qiymət vermədən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsini olduğu kimi qərarında qeyd etməklə kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxl ayır; 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Eyni zamanda S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini forma laşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. “İnsan hüquqlarının və əs as azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarına irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsinin ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik pr insipi gözlənilməklə dinlənilməsi sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə belə dəlillərin rədd edilməsinə dair nəticəsinin əsaslandırmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərarı; Hiro Bilani işi üzrə 9 dekabr 1994-cü il tarixli qərarı). Göstərilənlərə əsasən, kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin iş üçün əhəmiyyətli olan dəlillərinə qiymət verməli olduğu halda halda bunu etməmiş və nəticədə Mülki Prosessual Məcəlləsinin yuxarıda istinad edilən müddəalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 417.1.3-cü maddəsinə əsasə n kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, işin faktiki halları ilə bağlı məsələlərə qiymətin verilməsi zərurəti olduğundan k assasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman maddi və prosessual qanunvericiliyin istinad edilən tələbinə riayət olunmaqla mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı vəcavabdeh “Ə.Cavabdeh2 adına X1” ASC-nin Müşahidə Şurasının sədri Cavabdeh2 kassasiya şikayətləri q ismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.07.2019-cu il tarixli, 2(107)2069/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar