Məhkəmə qərarları › İş №2(102)-779/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-779/2022

09.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-779/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2021-ci il tarixli, 2(103)4323/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(103)-4323/2021 nömrəli mülki iş üzrə qətnaməsindən kassasiya şikayəti vermiş və Azərba ycan Respublikası Ali Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(102)-779/2022 nömrəli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuş məktubda, Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(103)-4323/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərin ə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İşin icraata qəbul edilməsi barədə Azərbaycan Resp ublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2(102)-779/2022 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar