Məhkəmə qərarları › İş №2(102)-78/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-78/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-78/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sığorta pulunun ödənilməsi 18.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2777/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarix də Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, **-KZ-*** dövlət qeydiyyat nişanlı “X4” minik markalı nəqliyyat vasitəsi «xxxx» ASC-də sığortalanmışdır. Sığorta müddətinin başlama tarixi xx.xx.2019-cu il, sığorta müddətinin bitmə tarixi xx.xx.2020-ci il; sığorta obyektinin dəyəri 40.000 manat, sığorta məbləği 40.000 manat, şərtsiz azadolma 100 manat.

2. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əlavə şərtlərdən görünür ki, sığorta ödənişi həyata keçirilərkən sığortalanmış avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalı tətbiq edilə bilər. Sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara verilir.

3. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əlavə şərtlərə dair razılaşmadan görünür ki, sığorta ödənişi həyata keçirilərkən avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalı tətbiq edilməyəcəkdir. 4. xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yeni tikilmiş massivlərin ərazisində qarşı yola çıxaraq yol kənarı maneəyə vurulması nəticəsində sığortalanmış “X4” minik markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ziyan dəymişdir.

5. «xxxx» MMC tərəfindən tərtib olunmuş xx xxxxxx 2018-ci il qüsur aktının surətindən görünür ki, X4” minik markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün tələb olunan yeni ehtiyat hissələrinin və xidmət haqqının ümumi dəyəri 20.680 (iyirmi min altı yüz səksən) manat təşkil edir.

6. «xxxx» MMC tərəfindən tərtib olunmuş xx xxxxxx 2018-ci il qüsur aktının surətindən görünür ki, “X4” minik markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün tələb olunan ikinci əl ehtiyat hissələrinin və xidmət haqqının ümumi dəyəri 9.510 (doqquz min beş yüz on) manat təşkil edir.

7. «İnter Continental» Avtomobillərə Texniki Xidmət Stansiyası tərəfindən tərtib olunmuş xx xxxx 2019-cu il qüsur aktının surətindən görünür ki, X4” minik markalı, **-KZ*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün tələb olunan ehtiyat hissələrin in və xidmət haqqının ümumi dəyəri 5.790 (beş min yeddi yüz doxsan) manat təşkil edir.

8. « «xxxx» ASC tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2019-cu il məktubun surətindən görünür ki, ona qiymətləndirmədən narazı qaldığı halda sığortalı avtomobili yenidən qiymətləndirmək üçün “xxxx” MMC, “xxxx” MMC və Grand Baku MMC-nin müstəqil ekspertlərindən birini seçə biləcəyi barədə məlumat verilmişdir

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 27528 nömrəli ekspert rəyindən görürür ki, tədqiq edilən 2009-cu il istehsalı olan “X4” minik markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla (aşınma tətbiq edilməməklə) 17.355 manat, o c ümlədən dəyişilməli hissələrin qiyməti-16.755 manat, təmir-bərpa işlərinin qiyməti-600 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 13.337 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti-12.737 manat, təmir-bərpa işlərinin qiyməti-600 manat təşkil edir.Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyimir) manatdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi zamanı zərər dəymiş **-KZ-*** dövlət qeydiyyat nişanlı «X4» minik markalı nəqliyyat vasitəsinin «Porsche Bakı Mərkəzi»ndə təmir olunması üçün sığorta ödənişi kimi 40.000 manat pulun, nəqliyyat va sitəsinin təmir olunması üçün sığorta ödənişlərini gecikdirdiyi üçün uğradığı 2.000 manat maddi zərərin, keçən dövrdə qanunsuz hərəkətlərə görə keçirdiyi stress və mənəvi iztirablara görə 25.000 manat mənəvi zərərin və vəkildən aldığı hüquqi xidmətə görə ödədiyi 313 manat pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan **-KZ-*** dövlət qeydiyyat nişanlı “X4” minik markalı nəqliyyat vasitəsinin xx.xx.2019-xx.xx.2020-ci il müddətində kasko sığortası üzrə cavabdeh "xxxx" ASC ilə müqavilə bağlamış və bununla əlaqədar xx.xx.2019-cu cu il tarixli PMİ-014465 nömrəli "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin t am sığortası üzrə" sığorta şəhadətnaməsi və şəhadətnamənin əlavə şərtlərinə dair xx.xx.2019-cu il tarixli razılaşma imzalanmışdır.Həmin şəhadətnaməyə əsasən avtonəqliyyat hadisəsi, heyvanların hərəkətləri və s. sığorta riski kimi nəzərdə tutulmuşdur. Habelə şəhadətnaməyə əsasən, ”hər hansı bir sığorta hadisəsi nəticəsində aparılacaq təmir və ya bərpa işləri sığortalı tərəfindən təyin olunmuş təmir müəssisəsində həyata keçiriləcəyi", davamında razılaşmanın "d" bəndində daha da dəqiqləşmə edilərək "sığorta hadisəsi zamanı zərər çəkmiş avtomobilin təmir işləri bu müqavilə ilə sığortalanmış nəqliyyat vasitəsinə xidmət edən rəsmi servis mərkəzində (Porsche Bakı Mərkəzi) aparılacağı" və "b" bəndində isə "sığorta ödənişi həyata keçirilərkən avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatl arının bazar dəyərinə köhnə əmsalı tətbiq edilməyəcəyi" razılaşdırılmışdır. xx.xx.2017-ci il tarixdə axşam saat 21.35-də nəqliyyat vasitəsi onun tərəfindən idarə edilərkən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yeni tikilmiş massivlərinərazisində hərəkət zamanı maşının qabağına qəflətən heyvan çıxmasına görə idarəetməni itirmiş və qarşı yola çıxaraq maşını yol kənarı maneəyə vurmuşdur.Baş vermiş sığorta hadisəsinin qeydiyyatı üçün cavabdehə və ərazi polis qurumlarına dərhal məlumat verilmiş və müvafiq rəsmiləşdirmə aparılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli sorğusuna X5 tərəfindən xx.xx.2019-cu il tarixli 069-12421-1219 saylı arayış (xx.xx.2010-cu il tarixli 161 №li Təlimata 4 № Əlavə üzrə) verilmişdir.Sığorta hadisəsindən sonra avtomaşın müqaviləyə uyğun olaraq rəsmi ser vis mərkəzinə (Porsche Bakı Mərkəzi) aparılmış və oradakı ilkin vizual müayinənin nəticələri üzrə tərtib edilmiş arayışla ilkin təmir xərclərinin 20.680 manat olduğu müəyyən edilmişdir. Həmin arayış əsasında rəsmi servis mərkəzindən bildirilmişdir ki, vizual defektlər aradan qaldırıldıqdan sonra avtomaşında hər hansı problemin olub-olmadığının araşdırılması üçün texniki baxış keçiriləcəkdir. Sonuncu qeyd isə avtomaşına yol nəqliyyat hadisəsi zamanı dəymiş zərərin qüsur aktındakı məbləğdən daha yüksək olduğunu sübut edir.Bu arayış təqdim olunduqdan sonra cavabdeh xx.xx.2019-cu il tarixli 756 saylı məktubla cavab verərək (sığorta şərtlərini pozaraq) qiymətləndirmə ilə razı olmadığını, avtomobilin ehtiyat hissələrinin yenisi ilə deyil, hadisədən öncəki vəziyyətinə uyğun ehtiyat hissələri ilə təmir olunmalı olduğunu və avtomaşına dəyən ziyanın 5.790 manat olduğunu iddia etmişdir. X2 Palatasına edilmiş şikayətlə bağlı cavabdeh xx.xx.2019-cu il tarixli 839 saylı məktubla cavab verərək, əvvəlki iddiasını təkrarlamış və sığortalı avtomobili yenidən qiymətləndirmək üçün özünün təqdim etdiyi üç şirkət arasından "müstəqil" ekspert seçməyi təklif etmişdir.Halbuki cavabdeh müqavilə şərtlərini icra etməli və sığorta hadisəsi nəticəsində zərər görmüş avtomaşının Porsche Bakı Mərkəzində təmir edilməsinə şərait yaradaraq ödənişləri vaxtında icra etməli idi. Müqavilədə hazırki mübahisə ilə bağlı bütün məsələlər aydın şəkildə tənzimlənməsinə baxmayaraq, bu günə kimi sığorta müqaviləsinin şərtləri müxtəlif əsassız iddialarla icra olunmur. Təmir xərclərinin məbləğinin "x"manat və ya "y"manat olmasının heç bir əhəmiyyəti yoxdur, onun hüquqi mənafeyi avtomaşının razılaşdırılmış servis mərkəzində və razılaşdırılmış şərtlərlə təmir olunmasıdır (cavabdehin xx.xx.2019-cu il tarixli məktubda da etiraf etdiyi kimi sığorta hadisəsi halında avtomaşının təmirini həyata keçirməklə). Sığorta ödənişinin təmir xərclərinə uyğun ödənilməsi də cavabdehin öhdəliyidir. Digər tərəfdən, cavabdeh müqavilə öhdəliklərinin icrasını gecikdirdiyinə görə avtomaşının təmiri prosesinə hələ də başlanılmamış, nəticədə hüquqşünas kimi gündəlik işlərinin görülməsi üçün hər gün 60-70 manat taksilərə pul xərcləməli olur ki, indiyə kimi bu minvalla ona dəyən real zərər 2.000 manat civarındadır.Ayrıca cavabdehin hərəkətləri nəticəsində hər gün əsəb, stress altındadır, sivil qaydada bağladığı müqavilənin bəhanələrlə icra olunmaması ona ayrıca təsir edir. Müqavilə bağlanarkən standart müqavilə şərtlərini bir cür, sığorta hadisəsi baş verdikdən sonra isə tamamilə başqa formada izah etməyə çalışmaları onu mənəvi bitkinliyə sövq etmişdir, hər gün eyni sözləri danışmaq, eyni stressi yaşamaq sıravi insan olaraq psixolojik təzyiqlərə məruz qalmaq onun üçün ağırdır. Hesab edir ki, cavabdeh ona vurduğu bu mənəvi ziyana görə də məsuliyyət daşımalıdır. İndiyə qədər yaşadığı mənəvi iztirab üçün kompensasiya məbləğinin 25.000 manat həcmində olduğu qənaətindədir. Cavabdehin qanuna zidd hərəkətlərinə görə məhkəmədə iddia qaldırmaq üçün məhkəmədə hüquqlarının təmsil edilməsi üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosu ilə müqavilə bağlamaq məcburiyyətində qalaraq hüquqi yardıma görə həmin büroya 300 manat və vəkilə etiba rnamənin təsdiqi üçün 12 saylı notariusa 13 manat olmaqla, 313 manat pul ödəmişdir. Hesab edir ki, iddia təmin olunmaqla həmin vəsait də məhkəmə xərci olaraq cavabdehdən onun xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli 2(005)- 4086/2019 saylı qətnaməsi ilə (hakim R.Quliyev) iddia qismən təmin edilərək, cavabdeh «xxxx» ASC-dən 17.355 (on yeddi min üç yüz əlli beş) manat məbləğində sığorta ödənişi, hüquqi yardım üçün ödənilmiş 313 (üç yüz on üç) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması, iddia qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (yüz iyirmi) mana t pulun cavabdeh «xxxx» ASC-dən dövlət nəfinə tutulması qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, özünün təyin etdiyi ekspertizanın rəyini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas götürərək sığortalanmış avtomobilə dəymiş ziyanın aşınma tətbiq edilməməklə 17 355 manat təşkil etdiyi qənaətinə gəlmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 427.3, 443.1, 448.1, 883.1, 888.1, 899.1.1, 901.1, 909.1, 909.2, 922.1, 922.2, 923.1, 923.3, 923.4, 924.2, 935.1.7, -cü maddələrinə, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 217.3, 217.4, 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Qətnamədən iddiaçı və cavabdeh apellyasiy a şikayəti vermişlər.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2777/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4086/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflərin baş verdiyini mübahisələndirmədikləri sığorta hadisəsi nəticəsində sığortalanmış avtomobilə dəymiş zərərin həcmi kimi məhz özünün təyin etdiyi ekspert rəyi ilə müəyyən olunmuş məbləği (aşınma tətbiq edilməməklə 17 355 manat) əsas götür məkdə haqlı olmuşdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi, sığorta şəhadətnaməsində “sığorta ödənişi həyata keçirilərkən sığortalanmış avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalının tətbiq edilməyəcəyi” təsbit olunmuş, məhkəmə də bu xüsusatı nəzərə almışdır. Tərəflərin istinad etdikləri rəylər (aktlar) isə biri digərini təkzib etdiyi üçün mübahisəlidirlər və bu səbəblə onların mötəbər sübut qismində qəbul edilməsi mümkün deyildir.

18. Gəldiyi qənaətin məntiqi davamı olaraq apelyasiya kollegiyası, “xxxx” ASCnin “avtomobilin təmir edilməsi barədə qətnamə çıxarılması” xahişini əsassız hesab etmiş; belə ki, Mülki Məcəllənin 927.2-ci maddəsinə görə, zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığo rta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalarda həyata keçirilə (ödənilə) bilər: zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi.

19. Göründüyü kimi qanunvericilik sığorta ödənişinin formasının (növünün) sığortaçının seçimi əsasında müəyyənləşdirilməsi imkanını “zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edilməsi” ilə şərtləndirmiş, hazırkı mübahisə isə məhz zərərin miqdarı ilə bağlı tərəflərin mübahisə etmələri nəticəsində yaranmışdır. Kollegiya iddiaçının “2000 manat maddi zərərin, keçirdiyi stress və mənəvi iztirablara görə 25 000 manat mənəvi zərərin xeyrinə tutulması” tələbləri üzrə gəlinən nəticəni də qanuni hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir – iddiaçı isə, həmin tələblərinin araşdrılmasını zəruri edəcək hər hər hansı sübutu məhkəməyə təqdim etməmişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh “xxxx” ASC kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın 9510 manat olmaqla təmin edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyində qoyulmuş məbləğ həddidndən artıq şişirdilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İddiaçı və cavabdehin nümayəndəsi G.Musayeva məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri

24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işi n hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

25. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nə ticələnə bilsin (maddə 418.3).

26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh X3 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

28. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; (maddə 21.1)

29. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.. (maddə 927.1) 30. əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;(maddə 927.3) 31. sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. (maddə 925.3)

32. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; (maddə 443.1)

33. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; (maddə 448.1)

34. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edi ldiyi razılaşmadır; (maddə 883.1)

35. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir; (maddə 888.1)

36. Sığorta müqaviləsi yazılı formada tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır; (maddə 899.1.1)

37. Qanunvericilikdə başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktın ı təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin 899.1.1- ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir. (maddə 901.1)

38. Sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək sığortaçının və həmin şəxsin razılığı ilə onu dəyişdirmək hüququna malikdir. (maddə 909.1)

39. Girov qoyulan əmlakın sığortası müqaviləsində girov saxlayan yalnız sığorta ödənişinin verilməsi anında borclunun (girov qoyanın) ona olan borc məbləği həddində ödəniş almaq hüququna malik olan faydalanan şəxs kimi tanına bilər. Zərərin borc məbləğindən artıq olan hissəsinə münasibətdə girov qoyan (borclu) faydalanan şəxs qismində tanınmalıdır; (maddə 909.2)

40. Sığorta had isəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.(maddə 922.1)

41. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. (mddə 922.2)

42. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətl i dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir (maddə 923.1)

43. Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir. (maddə 923.3) 44. bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir. (maddə 923.4)

45. Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir; (maddə 924.2)

46. Əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir; (maddə 935.1.7) “İcbari sığortalar haqqında” Qanun

47. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilirsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. (maddə 25.1.3)

48. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. (maddə 25.2)

49. Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (madə 37.1) Mülki Prossesual Məcəllə

50. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

51. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

52. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtər əfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

53. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

54. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

55. Kassasiya instansiyası məhkəmə si apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Məhkəmə kollegiyası kassatorun ekspert rəyində qoyulmuş məbləğin həddidndən artıq şişirdilməsi dəlilinə münasibət bildirərək qeyd edir ki, apelyasiya instansiyası məhkə məsi düzgün olaraq sığorta hadisəsi nəticəsində sığortalanmış avtomobilə dəymiş zərərin həcmi kimi ekspert rəyi ilə müəyyən olunmuş məbləği (aşınma tətbiq edilməməklə 17 355 manat) əsas götürməkdə haqlı olmuşdur.

58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2777/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar