Məhkəmə qərarları › İş №2(102)-7802/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7802/2019

03.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7802/2019 03.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı vəkili X2, cavabdeh LPO QSC “Bank Standar” KB Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli, 2(103)9515/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 05 mart 2019-cu il t arixli, 2(006)1225/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.Ə.Səmədov) İddiaçı cavabdeh Ləğv prosesində olan QSC “Bank Standart” KB Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi, mənzilin ipotekadan azad edilməsi” barədə iddiası təmin edilərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, 4-saylı evin, 197-ci mənzilinin 10 oktyabr 2006-cı il tarixli kredit müqaviləsinin təminatı kimi cavabdeh təşkilatın xeyrinə ipotekasına xitam verilməsi və həmin mənzilin ipotekadan azad edilməsi üçün reyestr xidmətinə müvafiq arayışın (məktubun) verilməsi vəzifəsinin cavabdeh təşkilata həvalə edilməsi qət edilib. Cavabdeh təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli, 2(103)9515/2019 saylı qətnaməsi ilə (hakimlər Z.Ə.Əliyev sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 05 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia ərizəsi rədd edilib. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə və digərlərinə qarşı iddia qaldıraraq mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, 4 saylı evin, 197ci mənzilin 10 oktyabr 2006-cı il tarixli kredit müqaviləsinin təminatı kimi QSC “Bank Standard” KB xeyrinə qoyulmuş ipotekaya xitam verilməsi və həmin mənzilin ipotekadan azad edilməsi üçün reyestr xidmətinə müvafiq arayışın (məktubun) verilməsi vəzifə sinin cavabdeh təşkilata həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili X kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh Ləğv Prosesində Olan “Bank Standart” KB Ləğvedicisi Əmanətlərin Sığortalanma Fondunun vəkili X1 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi, “xxxx” MMC, “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçi ni, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsini rədd edərkən, ipotekaya xitam verilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsində nəzərdə tutulan əsasların olmamasına, iddiaçının həmin ha llara dair məhkəməyə hər hansı sübut təqdim etməməsinə, birinci instansiya məhkəməsində işə baxılarkən də həmin hallardan hər hansı birinin aşkar edilməməsinə, eyni zamanda hərrac protokolunun etibarsız sayılması ipotekanın xitamına səbəb olan hal hesab edilməməsinə, hərrac və ipotekanın biri-birindən ayrı hüquqi nəticələr yaradan müxtəlif institutlar hesab edilməsinə və beləliklə də hərracın yekunlarına dair protokolun etibarsız sayılmasına görə ipoteka predmetinin ipotekadan azad edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin tamamilə əsassız olmasına istinad edib və hüquqi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8, 48.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi ape llyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işin mübahisə olunmayan həqiqi hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 11 mart 2008-ci il tarixli qətnaməsi ilə QSC “Bank Standart” KB ilə “xxxx” MKM arasından bağlanmış 10 iyun 2006-cı il tarixli kredit müqaviləsi ləğv edilərək, “xxxx” MKM ümumilikdə 121.306,77 manat kredit borcunun tutulub QSC “Bank Standart” KB verilməsi, tutumanın ipoteka qoyan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 4 saylı binanın ın 197-ci mənzilinə və digər ipoteka predmetinə yönəldilməsi qət edilib. Bundan sonra qətnamə icraya yönəldilib və “xxxx” MMC 15 may 2009-cu il tarixli rəyinə əsasən mənzilin ilkin satış qiyməti 60.000 manat müəyyən edilib. İpoteka predmetinin ilkin satış qiyməti əvvəl 15 faiz, sonradan isə 25 faiz aşağı endirilməklə, mənzilə dair ilkin hərrac 29 iyul 2009-cu ildə, təkrar hərrac isə 28 avqust 2009-cu ildə keçirilib, lakin mənzil satılmadığı üçün təkrar hərracın keçirilməsindən 1 il 2 ay keçdikdən sonra “hərracın yekunları barədə” protokol tərtib edilərək mənzil 38.250 manata ipoteka saxlayan QSC “Bank Standart” KB təqdim edilib. Bundan sonra ipoteka qoyan İddiaçı tələbinə əsasən, Bakı şəhəri, Səbail rayon məhkəməsinin 02 fevral 2017-ci il tarixli qətnaməsi ilə sözügedən mənzilin qiymətlə ndirilməsinə dair “xxxx” MMC 15 may 2009-cu il tarixli “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabat və həmin mənzilin açıq hərracdan satılmasına dair “hərracın yekunları barədə” 05 noyabr 2010-cu il tarixli protokol etibarsız hesab edilib. Sonradan həmin işə apellyasiya və kassasiya qaydasında baxılaraq qətnamə dəyişdirilmədən saxlanılıb. Hazırda iddiaçı, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, 4 saylı evin, 197-ci mənzilin 10 oktyabr 2006-cı il tarixli kredit müqaviləsinin təminatı kimi QSC “Bank Standard” KB xeyrinə qoyulmuş ipotekaya xitam verilməsi və həmin mənzilin ipotekadan azad edilməsi üçün reyestr xidmətinə müvafiq arayışın (məktubun) verilməsi vəzifəsinin cavabdeh təşkilata həvalə edilməsini iddia edir. Əvvəla, ipotekaya xitam verilməsinin əsasları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində sadalanıb göstərilib. Həmin Qanunun 48.1, 48.1.3 və 48.1.5-ci maddələrində göstərilir ki, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Sadalanan maddələrin mənasına görə, tutmanın ipoteka predmetinə yönəldilməsi və bunun nəticəsində ipoteka predmetinin satılmaması Qanunda bilavasitə ipotekaya xitam verilməsinin əsası kimi göstərilməsə də, sözügedən Qanunla nəzərdə tutulmuş digər hallar da ipotekaya xitam verilməsi üçün əsas sayıla bilər. Məsələn: həmin Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş əsas, yəni ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, i potekaya xitam verilir. İşin mübahisə olunmayan həqiqi hallarından görünür ki, ipoteka predmetinə dair ilkin və təkrar hərrac keçirilsə də, ipoteka premeti satılmayıb və təkrar hərracın keçirilməsindən 1 il 2 ay keçdikdən sonra ipoteka predmeti 38.250 manata ipoteka saxlayan tərəfindən qəbul edilib. Qeyd olunan hal qunin qüvvəyə minmiş məhkəmə aktları ilə də müəyyən edilib, yəni QSC “Bank Standard” KB-nin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinin tələblərini pozaraq ipoteka predmetini təkrar hərrac baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində deyil, 1 il 2 ay keçdikdən sonra qəbul etməsi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilib. Apellyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş bu faktın MPM-nin 82.3-cü maddəsinin tələbləri baxımından hazırki işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyət daşıyıb-daşımamasına hüquqi qiymət verməyib. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında göstərilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydas ında ipotekaya xitam verilməsini tələb edə bilər. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini pozaraq, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsinə diqqət yetirmədən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ipoteka predmetinə dair “əmlakın qiymət ləndirilməsinin nəticələri haqqında” hesabat və ipoteka predmetinin açıq hərracdan satılmasına dair “hərracın yekunları barədə” protokol etibarsız hesab edildikdən sonra ötən müddət ərzində ipoteka pedmetinə dair hər hansı icra hərəkətlərinin aparılıb-aparılmamasını araşdırmadan, zərurət yarandığı halda icra işini tələb edib ona baxış keçirmədən, iddia tələblərini rədd etməklə əslində iddiaçının mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb etmək hüququnu pozmuşdur. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunilik və əsaslılıq baxımından yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə cavab vermir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin mənasına görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanunil iyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması anlaşılır. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyab r 2005-ci il tarixli qərarında da göstərilir. Həmin Qərarda qeyd olunur ki, məhkəmə qətnaməsi o, vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materillarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan maddi, prosessual hüquq normalarının tə ləblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı kassasiy a şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli, 2(103)-9515/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar