Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7824/2019 03.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, vəkili X2, Cavabdeh və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2019-cu il tarixli, 2(103)8653/2019 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Səbail rayon məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2(009)2672/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim E. E.Rəhimov) İddiaçı Cavabdeh qarşı “hər ay 174 manat aliment tələbinə dair” iddiası qismən təmin edilərək, 19 iyul 2018-ci il tarixdən başlayaraq cavabdehdən hər ay 50 manat alimentin tutulub iddiaçıya ödənilməsi qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli, 2(103)-11897/2018 saylı qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov sədrlik edən, məruzəçi, X.A.Cəmilova və A.Q.Hüseynov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 17 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilib və iddia ərizəsi rədd edilib. İddiaçı qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli, 2(102)-2548/2019 saylı qərarı ilə (hak imlər G.A.Quliyev sədrlik edən, məruzəçi, Ə.A.Mirzəliyev və T.A.Qoldman) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2019-cu il tarixli, 2(103)8653/2019 saylı qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və E.C.Kazımov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 17 avqust 2018-ci il tarixli qətnaməsi alimentin 50 manat məbləğində tutulması hissəsində dəyişdirilib və cavabdehdən hər ay 30 manat alimentin tutulub iddiaçıya ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “hər ay 174 manat aliment tələbinə dair” iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, tək və xəstə olaraq maddi rifahı çox çətindir. Gündəlik maddi təminatını təmin edə bilmir. Cavabdeh onun oğludur və o, kifayət qədər maddi imkana malik olsa da, ona heç bir maddi kömək göstərmir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiya məhkəməsi işə baxırkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı Cavabdeh və vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı və vəkili xxx məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməs i məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, əmək qabiliyyəti olan cavabdehin maddi ya rdıma ehtiyacı olan əmək qabiliyyəti olmayan anasını, yəni iddiaçını saxlamağa və ona qayğı göstərməyə borclu olmasına, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş alimentin məbləğinin cavabdehin maddi, ailə vəziyyətinə uyğun olmamasına istinad edib və hüquqi mövqeyini Ailə Məcəlləsinin 82.1, 82.2, 82.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün proses sual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçının hazırda 3 övladı var və o, əvvəllər poçt xidmətində çalışıb. Hazırda təxminən 170 manat təqaüd alır. Cavabdeh yetkinlik yaşına çatıb və o, əmək qabiliyyəti olmayan iddiaçının doğma oğludur. Tərəflər ayrı-ayrı ünvanlarda yaşayırlar. Digər övladlarından fərqli olaraq cavabdeh, anası ilə aralarında yaranmış şəxsi münasibətləri əsas gətirərək ona qayğı göstərməkdən və hər hansı maddi yardım etməkdən imtina edir. İddia ərizəsindən görünür ki, iddiaçı tək və xəstə olaraq ağır maddi durumda yaşadığını, başqa qazancının olmadığını göstərib cavabdehdən hər ay 174 manat aliment tələb edir. Cavabdeh isə, ağır maddi vəziyyətinin olduğunu, heç bir yerdə işləmədiyini, hazırda təsadüfü gəlirlərlə dolandığını, həm öz ailəsini və azyaşlı övladını saxladığını, həmçinin birinci nikahdan olan azyaşlı övladına aliment ödədiyini və ən əsası kirayədə yaşadığını göstərib iddia tələbinə etiraz etmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh Səbail rayon MKT Birliyinin Badamdar qəsəbəsi üzrə təmizlik sahəsində fəhlə işləyir, aylıq əmək haqqı 162 manat təşkil edir və o, 01 iyun 2016-cı ildə Larisa Nikolayevna ilə rəsmi nikaha daxil olmaqla ailə qurub. Cavabdehin 29 noyabr 2006-cı il tarixdə doğulmuş x, 14 iyun 2017-ci il tarixdə doğulmuş Martin adlı iki övladı var. Bakı şəhəri, Xətai rayon məhkəməsinin 16 may 2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən birinci nikahdan doğulmuş övladının saxlanılması üçün hər ay 137 manat alimentin tutulması qət ed ilib. İddiaçının tələbinin qanuni əsasını Məcəlləsinin 82.1-ci maddəsi təşkil edir. Həmin normaya görə, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsi işin mübahisəsiz hallarına əsaslanaraq müəyyən etmişdir ki, hazırda iddiaçı ilə cavabdehin maddi imkanları müqayisə olunsa, iddiaçının maddi vəziyyətinin daha üstün olması açıq-aşkar görünür. Belə ki, iddiaçı pensiya və digər övladlarından maddi yardım alır və iki otaqlı mənzildə tək yaşayır. Onun cavabdehdən maddi yardım tələb etməyə ehtiyacı yoxdur. İşdən görünür ki, tərəflər arasında mənzillə bağlı mübahisə olmuş və cavabdehin tələbləri təmin olunmamışdır, iddiaçının tələbi isə t əmin edilmişdir və hazırki mübahisənin həmin zəmində yaranması istisna deyil. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib düzgün olaraq qeyd etmişdir ki, cavabdehin aylıq gəlirinin az olması, kirayədə yaşaması, anası İddiaçı ilə şəxsi münasibətlərinin lazımı səviyyədə olmaması, onu anası İddiaçı saxlanılmasına lazım olan maddi dəstək vermək və qayğı göstərmək vəzifəsindən azad etmir. Belə ki, Ailə Məcəlləsinin 82.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 82.3-ci maddəsinə əsasən, övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Həmin Məcəllənin 93.3-cü maddəsinə əsasən, aliment tələb edən ailə üzvünü eyni zamanda bir neçə şəxs saxlamağa borclu olduqda, məhkəmə onların maddi və ailə vəziyyətindən asılı olaraq aliment vəzifəsinin yerinə yetirilməsində onlardan hər birin in iştirakının miqdarını müəyyən edir, həm də məhkəmə bütün bu şəxslərə və ya onlardan yalnız birinə, yaxud da bir neçəsinə iddia verildiyindən asılı olmayaraq aliment verməyə borclu olan bütün şəxsləri nəzərə alır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki ailə münasibətlərinə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, qeyd olunan normaların güddüyü məqsəd, ağır maddi durumda olan valideynin öz uşaqlarından yardım almasını təmin etməkdir. Lakin bu məqsədə yardım almağa haqqı çatan digər şəxslərin mənafeyini pozmaqla nail olmaq olmaz. Hazırkı işdə alimentin tutulması ilə cavabdehin himayəsində olan və onları saxlamağa borclu olduğu azyaşlı uşaqların mənafeyi pozulur. Qorunan mənafe ilə (iddiaçının mənafeyi) zərər çəkən mənafe (uşaqların mənafeyi) müqayisə olunarsa uşaqların mənafeyi daha üstün yer tutur. Çünki onlar azyaşlı olmaqla yeganə dolanışıq mənbəyi valideynin qazancıdır. Həmin Məcəllənin 82.3-ci maddəsinə əsasən, övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Kassasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, cavabdehdən hər ay tutulan 30 manat alimentin məbləği apellyasiya instansiyası məhkəməsi tərəfindən hər bir tərəfin, yəni iddiaçının və cavabdehin maddi, ailə vəziyyətləri, eləcə də tərəflərin hər birinin diqqətəlayiq digər mar aqları nəzərə alınmaqla sabit pul məbləğində düzgün müəyyən edilmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab ed ir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2019-cu il tarixli, 2(103)-8653/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7824/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7824/2019
03.12.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver