Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7827/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli, 2(103)6376/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (Şirkət) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 iyun 2018-ci il tarixdə saat 11:45-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs olan “Vaz 21061 markalı 24BB 668 dövlət qeydiyat nişanlı avtomobilin sahibi X2 xeyrinə Şirkətdən 3150 manat sığorta ödənişinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 27 iyun 2018-ci il tarixdə idarə etdiyi “VAZ 21099” markalı ** NU *** dövlət qeydiyyat nömrəli avtombillə “VAZ 21061” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, hadisə nəticəsində “VAZ 21061” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İdarə etdiyi avtombil “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə arasında 27 iyun 2018-ci il tarixdə bağlanmış PQA********** saylı “Avtonəqliyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsinə əsasən icbari sı ğorta olunduğu üçün zərərçəkmiş şəxsə dəymiş 3150 (üç min bir yüz əlli) manat ziyanın ödənilməsi üçün həmin sığorta şirkətinə müraciət etmiş, lakin Şirkət 17 avqust 2018-ci il tarixli məktubu ilə ona bildirmişdir ki, “hadisə 27 iyun 2018-ci il tarixdə saat 11:45-də baş verdiyi halda, 27 iyun 2018-ci il tarixli PQA********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası” müqaviləsi həmin gün saat 11:57-də qüvvəyə minmişdir və bu səbəblə də baş vermiş yol nəqliyyat hadisəsi siğorta hadisəsi hesab oluna bilməz”. Halbuki, “EXPRESSPAY” ödəniş sistemi vasitəsilə İcbari Sığorta Bürosuna edilmiş ödənişə dair qəbzdən göründüyü kimi sığorta müqaviləsinin bağlanması məqsədi ilə ödəniş 27 iyun 2018-ci il tarixdə saat 10:57-də həyata keçirilmişdir. İşin bu halı ona də lalət edir ki, həmin hadisə sığorta hadisəsəsidir və “xxxx” Açıq Səhmdar Cəmiyyəti “VAZ 21061” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə dəymiş 3150 (üç min bir yüz əlli) manat ziyanı ödəməlidir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin də daxil olduğu “İcbari Sığorta Bürosu”nun rəsmi internet səhifəsində yerləşdirilmiş məlumatda qeyd olunur ki, “vətəndaşlar avtomobillərinin qeydiyyat şəhadətnaməsini və şəxsiyyət vəsiqəsində olan məlumatları seçdiyi sığorta şirkətinə və ya sığorta vasitəçisinə təqdim etməklə elektron sığorta müqaviləsini əldə edə bilərlər. Daha sonra bağlanılacaq sığorta müqaviləsi üzrə sığortalıya sığorta haqqının ödənilməsi üçün sığortalının müqavilədə göstərdiyi mobil telefon nömrəsinə 9707 qısa nömrəsindən ödəniş kodu qeyd olunmuş SMS daxil olur. Sığortal ı elektron poçt ünvanını təqdim etdiyi halda SMS ilə bərabər ödəniş kodu məlumatı sığortalının elektron poçt ünvanına da göndərilir. SMS məlumat və elektron məktubda avtomobilin dövlət qeydiyyatı nişanı və ödəniş kodu, həmçinin sığortaçının adı qeyd olunur. Sığorta haqqı ödənildikdən sonra sığortalı ödənişlə bağlı təsdiqləyici SMS alacaq və sığorta müqaviləsi dərhal qüvvəyə minəcək.... Sığorta haqqının ödənilməsi Bank, poçt, bank ödəmə terminalı vasitəsi ilə X3 üzərindən aparılır və ödəniş kodu ilə yanaşı sığortalının şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN parametrləri ilə də həyata keçirilə bilər”. “İcbari Sığorta Bürosu”nun rəsmi internet səhifəsində yayılan xəbərdən, qüvvədə olan qanunvericiliyin tələblərindən və müqavilə məntiqindən də göründüyü kimi sığorta haqqı ödənilməs i artıq siğorta müqaviləsinin qüvvəyə minməsi kimi başa düşülməlidir və cavabdeh şirkətin sığorta ödənişini ödəməkdən imtina etməsinin heç bir hüquqi əsası yoxdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (N.T.Tağıyeva) iddia tələbinin təmin olunması, “xxxx” Açıq Səhmdar Cəmiyyətindən X2 xeyrinə 3150 (üç min yüz əlli) manat sığorta ödənişinin və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamədən “xxxx” ASC-nin İdarə Heyətinin sədri apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli, 2(103)6376/2019 nömrəli qətnaməsi ilə (hakimlər E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) cavabdehin apellyasiya şikayəti təm in edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli, 2(103)6376/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Şərifov Samir Cuma oğlu kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili Şərifov Samir Cuma oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli, 2(103)-6376/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ödəniş 10:57-də edilmiş, hadisə isə 11:45-də baş vermişdir. Məhkəmə qərarında “27.06.2018-ci il tarixdə saat 10:57-də “Expresspay” ödəniş sisteminin Zaqatala şəhərində yerləşən terminalı vasitəsilə X1 adından “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” məqsədilə İcbari Sığorta Bürosu üçün 40 (qırx) manat ödəniş olunmuş, həmin gün saat 11:45-də “xxxx” ASC tərəfindən sığorta təklifi yaradılmış, bu təklif əsasında vətəndaşa (Sərxan Cəfərova və ya iddiaçıya) 9707 SMS xidməti tərəfindən 13 rəqəmli fərdi ödəniş kodu göndərilmiş, kod üzrə saat 11:57-də ödəniş həyata keçirilmiş, PQA********** nömrəli icbari sığorta müqaviləsinin ödəniş və qüvvəyə minmə tarixi 27.06.2018-ci il saat 11:57:46 olaraq qeydiyyata alınmışdır.” qeyd etsə də, artıq 10:57-də, yəni ödəniş edildiyi zaman 9707 SMS xidməti tərəfindən 13 rəqəmli fərdi ödəniş kodu göndərilm işdi. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkilsiz təmsil olunduğundan işə onların izahatı alınmadan baxılmışdır. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti və üçüncü şəxs X4 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 20 iyun 2019- cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edib, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsini ləğv edib, iddia tələbini rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, X1 mülkiyyətində olan “VAZ 21099” markalı ** NU *** dövlət qeydiyyat nömrəli avtomobil 27 iyun 2018-ci il tarixdə saat 11:30-da İddiaçı idarəetməsində olarkən (iddiaçı avtomobili idarəetməyə hüququnun olduğuna dair etibarnaməni məhkəməyə təqdim etməmiş, Sərxan Cəfərovun qohumu olduğunu bildirmişdir) “VAZ 21061” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadis ə nəticəsində “VAZ 21061” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Tərəflər arasında mübahisənin yaranmasına səbəb, idarə etdiyi avtombilin “xxxx” Açıq Səhmdar Cəmiyyətində 27 iyun 2018-ci il tarixli “Avtonəqliyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsinə əsasən icbari sığorta olunduğunu irəli sürən və zərərçəkmiş şəxsə dəymiş 3150 (üç min bir yüz əlli) manat ziyanın ödənilməsi üçün həmin sığorta şirkətinə müraciət edən iddiaçıya Şirkətin imtina cavabı verməsi olmuşdur. Şirkət sığorta ödənişinin verilməsindən imtinasını belə əsaslandırmışdır ki, “hadisə 27 iyun 2018-ci il tarixdə saat 11:45-də baş verdiyi halda, 27 iyun 2018-ci il tarixli PQA********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası” müqaviləsi həmin gün saat 11:57-də qüvvəyə minmişdir və bu səbəblə də baş vermiş yol nəqliyyat hadisəsi siğorta hadisəsi hesab oluna bilməz”. Beləliklə, “VAZ 21099” markalı ** NU *** dövlət qeydiyyat nömrəli avtomobilin 27.06.2018-ci il tarixdə qəzaya uğradığı və onun sahibinin mülki məsuliyyətinin həmin gün sığortalanmış olduğu mübahisələndirilməməkdədir; mübahisəli olan, sığorta müqaviləsinin hansı vaxtda (anda) qüvvəyə minmiş olması, dolayısıyla hadisənin sığorta hadisəsi olub-olmadığı ilə əlaqədardır və cavabdeh Şirkətin arqumentinə görə, hadisə baş verdiyi saatda (anda) iddiaçı onun sığortalısı olmamışdır. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, 27.06.2018-ci il tarixdə saat 10:57-də “Expresspay” ödəniş sisteminin Zaqatala şəhərində yerləşən terminalı vasitəsilə X1 adından “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” məqsədilə İcbari Sığorta Bürosu üçün 40 (qırx) manat ödəniş olunmuş, həmin gün saat 11:45-də “xxxx” ASC tərəfindən sığorta təklifi yaradılmış, bu təklif əsasında vətəndaşa (Sərxan Cəfərova və ya iddiaçıya) 9707 SMS xidməti tərəfindən 13 rəqəmli fərdi ödəniş kodu göndərilmiş, kod üzrə saat 11:57-də ödəniş həyata keçirilmiş, PQA********** nömrəli icbari sığorta müqaviləsinin ödəniş və qüvvəyə minmə tarixi 27.06.2018-ci il saat 11:57:46 olaraq qeydiyyata alınmışdır. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyənləşdirən “İcbari sığortalar haqqında” Qanunun 55.5-ci maddəsində təsbit olunmuşdur ki, standart sığorta müqaviləsi şəhadətnamədə başqa cür müəyyən edilməmişdirsə, bağlandığı andan qüvvəyə minir. Həmin Qanunun 8.1-1-ci maddəsinə əsasən, icbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Həmin Qanunun 34-1.1-ci və 34-1.3-cü maddələrinə görə, icbari sığorta müqavilələrinin bağlanması üçün lazım olan, sığorta şəhadətnamələrində əks olunan, habelə sığortaçılar, sığortalılar, sığorta olunanlar, sığorta predmeti, sığorta hadisələri, zərərçəkən şəxslə r və (və ya) zərər vurulan əmlak və onların sahibləri haqqında məlumatları ehtiva edən vahid elektron informasiya sisteminin qurulması və istifadəsi ilə bağlı texniki-proqram kompleksinin formalaşdırılması və ona texniki xidmət maliyyə bazarlarına nəzarət orqanının nəzarəti altında Büro (İcbari Sığorta Bürosu) tərəfindən həyata keçirilir. Mülki Məcəllənin 922-ci maddəsinə görə, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşma sı əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin926.1-ci maddəsinə görə isə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari Sığortalar Haqqında” Qanunun 13.1-ci maddəsinə görə də, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Sadalanan hüquq normalarına isitnad edən apellyasiya instansiya məhkəməsi haqlı oalraq hesab etmiş dir ki, “VAZ 21099” markalı ** NU *** dövlət qeydiyyat nömrəli avtomobil “VAZ 21061” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu zaman, yəni 27 iyun 2018-ci il tarixdə saat 11:30-da PQA ********** nömrəli elektron sığorta müqaviləsi qüvvədə olmamışdır və beləliklə də baş vermiş hadisə sığorta hadisəsi olaraq qiymətləndirilə bilməz. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kass atora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sığorta müqaviləsinin qüvvəyə minməsi, habelə hadisənin baş verməsi müddətləri ilə bağlı sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli, 2(103)6376/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7827/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7827/2019
09.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver