Məhkəmə qərarları › İş №2(102)-784/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-784/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-784/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” MMC Bank olmayan Kredit Təşkilatının cavabdehlər “xxxx” MMC, Cavabdeh2 və X4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı “xxxx” MMC Bank olmayan Kredit Təşkilatının cavabdehlər “xxxx” MMC, Cavabdeh2 və X4 qarşı borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-316/2020 nömrəli, xx xxx x 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı (İKA MMC) ilə «xxxx» MMC arasında xx.xx.2011-ci il tarixli 4 saylı və xx.xx.2012-ci il tarixli 11 saylı kredit müqavilələri bağlanmışdır. xx.xx.2013-ci il tarixli 2 saylı Əlavə ilə «xxxx» MMC-yə 52000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə ünvan 1 ünvanında yaşayan Cavabdeh2 xx.xx.2011-ci il tarixli 4/2 saylı ipoteka müqaviləsinə əsasən özünə məxsus olan 0.0204 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 40.4 kv.m yaşayış, 86,5 kv.m köməkçi sahədən ibarət 11a nöm rəli fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Borclu öhdəliklərini yerinə yetirmədiyi üçün borcun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi ilə bağlı hazırkı mübahisə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı «xxxx» BOKT MMC cavabdehlər “xxxx” MMC, Cavabdeh2 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh «xxxx» MMC-dən 39000 manat əsas, 3304,15 manat faiz borcu, 584,99 manat cərimə daxil olmaqla cəmi 42889,14 manat borcun və həmçinin 30 manat məbləğində dövlət rüsumunun «xxxx» BOKT MMC-nin xeyrinə tutulması, tutmanın ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh2, X4 məxsus əmlaklara yönəldilməsi, ipoteka əmlaklarının açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəs ait hesabına «xxxx» BOKT MMC-yə olan borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması, tutma ipoteka ilə yüklü edilmiş əmlaka yöənldikdən və mənzil satıldıqdan sonra həmin mənzildə yaşayanların 1 ay müddətində mənzildən çıxarılmaları barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı «xxxx» BOKT MMC iddia həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» MMC-dən 39000 manat əsas, 1589,55 manat faiz borcu olmaqla cəmi 40589,55 manat borcun və həmçinin 30 manat məbləğində dövlət rüsumunun «xxxx» BOKT MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı «xxxx» BOKT MMC yenidən iddia həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh «xxxx» M MC-dən cəmi 35649,43 manat əsas borcun və həmçinin 30 manat məbləğində dövlət rüsumunun «xxxx» BOKT MMC-nin xeyrinə tutulması, tutmanın «xxxx» BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 4/2 saylı ipoteka müqaviləsinə əsasən xx.xx.2007-ci il tarixli ********* saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, XXXXXxotaqlı, 40.4 kv.m yaşayış, 86.5 kv.m köməkçi sahədən ibarət 11a nömrəli fərdi yaşayış evinə yönəldilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı (İKA MMC) ilə «xxxx» MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 4 saylı və xx.xx.2012-ci il tarixli 11 saylı kredit müqavilələrinə əsasən xx.xx.2013-ci il tarixli 2 saylı Əlavə ilə «xxxx» MMC-y ə 52000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə «xxxx» MMC ilə bağlanmış xx.xx.2011-ci il tarixli, 4 saylı və xx.xx.2012-ci il tarixli, 11 saylı kredit müqavilələrinə əsasən xx.xx.2013-ci il tarixli, 2 saylı Əlavə ilə verilmiş 52000 manat kredit üzrə öhdəliklərin təminatlarından biri olaraq ünvan 1 ünvanında yaşayan Cavabdeh2 xx.xx.2011-ci il tarixli 4/2 saylı ipoteka müqaviləsinə əsasən xx.xx.2007-ci il tarixli ********* saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, XXXXXistifadədə olan 0.0204 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 40.4 kv.m yaşayış, 86,5 kv.m köməkçi sahədən ibarət 11a nömrəli fərdi yaşayış evini ipoteka ilə İKA MMC-nin xeyrinə yüklü etmişd ir. İpoteka Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cavabdeh ilə bağlanmış kredit müqavilələrinin 5.2-ci maddəsinə əsasən borcalan öz üzvləri (sub-borcalanlar) tərəfindən kreditlərin qaytarılmasından aıslı olmayaraq kredit verən qarşısında alınmış kredit və ona hesablanmış faiz borcunun vaxtında qaytarılmasına görə girov (ipoteka) ilə məsuliyyət daşıyır. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən müqavilənin şərtləri borcalan tərəfindən pozularsa kredit verən müqavilənin vaxtından əvvəl xitam olunmasını, borcalanın istifadə etdiyi kredit məbləğinin və ona hesablanmış faizlərin vaxtından əvvəl qaytarılmasını və həmin öhdəliyin yerinə yetirilməsini tələb etməkdə haqlıdır. Bunun la da cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və vurduğu zərər nəticəsində «xxxx» BOKT MMC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan (əldə edəcəyi gəlirdən) məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, onlar tərəfindən məsələlərin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərilməmişdir. Cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-3386/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh “xxxx” MMC-dən cəmi 35649,43 manat əsas borc və həmçinin 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı «xxxx» BOKT MMC- nin xeyrinə ödənilməsi, iddia üzrə tələbin ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, XXXı, 40.4 kv.m yaşayış, 86.5 kv.m köməkçi sahədən ibarət 11a nömrəli fərdi yaşayış evinə yönəldilməsi, iş üzrə təyin edilmiş ekspertiza xərci olaraq 145 manatın X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim Elman Məmmədov) Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 319.1-ci maddələrinə və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər-F.Məmmədov (sədrlik edən və məruzəçi),N.Mövsümov və F.Zeynallı) xx xxxx 2020-ci il tarixli, 2 (105)-316/20 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-3386/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, ipoteka predmeti olan-Bakı şəhəri, XXXXXı, 40.4 kv.m yaşayış, 86.5 kv.m köməkçi sahədən ibarət 11a nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 20000 (iyirmi min) manat müəyyən edilmiş, cavabdeh «xxxx» MMC-dən iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri-145 (bir yüz qırx beş) manatın alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri-300 (üç yüz) manatın alınaraq «xxxx» MMC-nin hesabına ödənilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhk əməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 425.1, 739.1, 739.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iddiası təmin edilərkən mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırmamış və tərəflərin mübahisəsini tənzimləyən qannvericiliyin tələblərinə əməl edilməmiş, ma ddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır.. d) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi X5 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keç irməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Azərba ycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yox lamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi xx.xx.2011-ci il tarixli, 4 saylı kredit müqaviləsindən görünür ki, «xxxx» BOKT MMC (kredit verən) ilə «xxxx» MMC (borcalan) arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən kredit verən borcalana bu müqavilənin şərtlərinə uyğun olaraq borcalan tərəfindən alınan krediti öz üzvlərinin sahibkarlıq fəaliyyətinə yönəltmək məqsədilə 36 ay müddətinə, illik 10,25 faizlə 44000 manat məbləğində kredit xətti açmışdır. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, 4/2 saylı ipoteka müqaviləsindən görünür ki, «xxxx» BOKT MMC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipoteka verən) və «xxxx» MMC arasında ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən «xxxx» BOKT MMC ilə «xxxx» MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 4 saylı kredit müqaviləsinə əsasən «xxxx» MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 xx.xx.2007-ci il tarixli, ********* saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus XXXXXXXXXXXXXistifadədə olan 0.0204 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 40.4 kv.m yaşayış, 86,5 kv.m köməkçi sahədən ibarət 11a nömrəli fərdi yaşayış evini «xxxx» BOKT MMC-nin xeyrinə ipoteka ilə yükləməyi öz öhdəsinə götürmüşdür. ƏMDK yanında DƏDRX-nin MA seriyalı, ******* saylı çıxa rışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh2 məxsus ünvan 2 ünvanında fərdi yaşayış evi xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə «xxxx» BOKT MMC-nin xeyrinə 36 ay müddətinə yüklü edilmişdir. «xxxx» BOKT MMC ilə «xxxx» MMC arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli 4 №-li və xx xxxxxx 2012-ci il tarixli 11№-l kredit müqavilələrinə xx.xx.2013-cü il tarixli 2 saylı əlavədən görünür ki, kredit verən borcalanla bağlanmış xx xxxxxx 2011-ci il tarixli 4 №-li və xx xxxxxx 2012-ci il tarixli 11№-l kredit müqaviləsinin 6.3-cü bəndinin şərtlərinə uyğun olaraq tərəflərin əlavə razılaşmasına əsasən kredit müqaviləsinin 2.1-ci bəndində göstərilmiş kredit xətti daxilində xx xxxxxx 2013-cü il tarixdə illik 10 faiz həcmində hesablanmaqla 12 ay müddətinə 52.000 (əlli iki min) manat məbləğində kredit verir və həmin məbləğdən ipotekaya qoyulmuş əmlakların qiymətləndirilməsi üçün (kredit məbləğinin 1 faizi həcmində) və bank xərci üçün (kredit məbləğinin 0.5 faiz həcmində) xidmət haqqı tutur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17173 saylı, xx xxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, «xxxx» MMC ilə «xxxx» BOKT MMC arasında kredit müqaviləsi üzrə faizin hesablanması xx.xx.2016-cı il tarixdə dayandırılmış və borcalan «xxxx» MMC-nin xx.xx.2016-cı il tarixə borcu əsas kredit borcu üzrə 37891,3 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan məbləği cavabdeh «xxxx» MMC-yə versə də, cavabdeh müqavilə üzrə öhdəliyi icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır. Cavabdeh2 şikayətində, borc məbləğini mübahisələndirməmiş, ipoteka müqaviləsinin tərəfindən imzalanmadığını mübahisələndirmişdir. İş materiallarına əlavə edilmiş edilmiş Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-652/2016 saylı xx xxxx 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdehlər «xxxx» MMC BOKT, «xxxx» MMC-yə və X3 qarşı ipoteka müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 6ÜŞ-13228/20 nömrəli, xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)652/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi xx.xx.2016-cı il tarixdə qanuni qüvvəyə minmişdir. Artıq qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən əmlakın ipoteka ilə yüklü edilməsi zamanı qanunsuzluğa yol verilməsi öz təsdiqini tapmadığı üçün həmin məsələnin yenidən qiymətləndirilməsinə lüzum yoxdur. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülk i Kollegiyasının 2(105)-316/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi kassasiya şikayəti verənə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar