Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-785/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X13 oğlunun katibliyi, İddiaçı vəkili Xnun iştirakı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.06.2018-ci il tarixli 2(103)4537/2018 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilələrin ləğv edilməsi və sair tələbi barədə” iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək onunla cavabdeh MMC arasında bağlanmış 17.11.2006-cı il tarixli 05 saylı və 26.08.2009-cu il tarixli müqavilələrin ləğv edilməsi və müqavilələr üzrə onun tərəfindən cavabdehlərə ödənilmiş 300.000 ABŞ dolları məbləğində pulun rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə cavabdehlərdən tutularaq ona ödənilməsi, onunla “xxxx” Firması arasında 23.11.2011-ci il tarixdə bağlanmış AN-1 seriyalı, ******* saylı “Daşınmaz əmlakın alğı-satqısı müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin artırılması barədə” ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh MMC, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 24.1 2.2004cu il tarixli, 305 saylı sərəncamı əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində ayrılmış ərazidə “Kottec şəhərciyi” inşa etmişdir. İddiaçı, tikilməkdə olan həmin “Kottec şəhərciyinin” gələcək şəraitini nəzərə alaraq oradan kottec almaq qərarına gəlmişdir, çünki özünü MMC-nin direktoru kimi təqdim edən Cavabdeh1 iddiaçıya vəd vermişdir ki, “Kottec şəhərciyinin” ərazisində yüksək şəraitli tennis kortları, akvapark, üzgüçülük hovuzu, kempinq otel və sair “5 ulduz xidmətli otel” şəraiti yaradılacaq və şəhərciyin sakinlərinin istifadəsinə veriləcək. 17.11.2006-cı il tarixdə iddiaçı ilə cavabdeh MMC arasında 2 mərtəbəli və qarajlı, ümumi sahəsi 200 kv.metr yaşayış sahəsi olan kottec tipli 9 №-li “CL” yaşayış evinin alğısa tqısına dair 05 saylı müqavilə bağlanmış və iddiaçı üçün tikiləcək kottecin plan sxemi iddiaçıya təqdim edilmişdir. İddiaçı, kottecin dəyərini - müqavilənin 2.1-ci bəndinə qeyd edilmiş 300.000 ABŞ dollarını aralarında əldə olunmuş razılığa əsasən 2009-cu ilin yanvar ayına kimi Cavabdeh1 tam həcmdə ödəmiş və bu barədə iddiaçıya müvafiq “Maliyyə arayışı” verilmişdir. Bundan sonra, Cavabdeh1 tikililərin sənədləşdirilməsi üçün müqavilənin yenilənməsinin vacib olduğunu iddiaçıya bildirmiş və 05 saylı 17.11.2006-cı il tarixli müqaviləni geri alaraq eyni şərtlərlə yeni 26.08.2009-cu il tarixli müqavilə tərtib edərək iddiaçıya vermişdir. Lakin bununla belə müqavilənin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq, tikinti işləri çox ləng aparıldığından və başa çatdırılmadığından müqavilədə qey d olunmuş əmlak alıcıya təhvil verilməmiş, “Kottec şəhərciyinin” ərazisindən tennis kortları, akvapark, üzgüçülük hovuzu və sair “5 ulduz xidmətli otel” şəraiti yaradılmamışdır. Bunları nəzərə alan iddiaçı, pulunu geri tələb etdikdə, Cavabdeh1 iddiaçını yenidən aldadaraq onunla tamamilə ayrı bir yerdə 61.000 manat dəyərində ümumi sahəsi 182 kv.m olan başqa bir kottec satılması barədə 23.11.2011-ci il tarixdə yeni müqavilə bağlamışdır. Belə ki, iddiaçı müqavilə üzrə ödənilmiş vəsaiti tələb etdikdə Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirəcəyini söz verərək onu yeni alğı-satqıya dəvət etmişdir. Bununla belə iddiaçı, Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan alğı-satqıda onu anası X9 təmsil etmişdir. Təbiidir ki, alıcı qismində çıxış edən X1nın alğı -satqı predmeti və arada olan razılaşmalar barədə məlumatı olmadığından alğı-satqıya imza etmişdir. Lakin bununla belə, iddiaçı, Respublikaya qayıtdıqdan sonra məlum olmuşdur ki, Cavabdeh1 onu yenidən aldatmış və ona başqa bir tikili təklif etmişdir. Belə ki, müqavilələr üzrə nəzərdə tutulan əmlak 2 mərtəbəli “CL” kottec tipli № 9, ümumi sahəsi 200 kv.m, dəyəri 300.000 ABŞ dolları (həmin ərəfədə 0,78 manatın ABŞ dollarına məzənnə nisbəti ilə 234.000 manat) təşkil etdiyi halda, 23.11.2011-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən təklif olunan ev “CL” tikilidə yerləşməklə, ümumi sahəsi 182,39 kv.m, dəyəri isə 61.793 manat təşkil etmişdir. Qeyd olunan məbləğ Cavabdeh1 özü tərəfindən ödənilmişdir. Buradan da görünür ki, 23.11.2011-ci il tarixli alğı-satqı predmeti olan əmlak əvvəlki müqavi lələr üzrə nəzərdə tutulan əmlakdan əsaslı surətdə fərqlənir. Bundan əlavə, müqavilənin 3-cü bəndindən görünür ki, 23.11.2011-ci il tarixli alğı-satqı müqaviləsinin predmeti olan əmlak “xxxx” ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Əgər bu əmlak iddiaçının ödədiyi vəsait hesabına tikilmiş və iddiaçıya məxsus olmuşdursa, nə səbəbə və kim tərəfindən həmin əmlak “xxxx” ASC-yə ipotekaya qoyulmuşdur. Qeyd olunan halların mövcudluğu bir daha müqavilə üzrə vəd olunan əmlak ilə 23.11.2011-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satılmış əmlakın ayrı-ayrı əmlaklar olmasını və iddiaçının bir daha cavabdehlər tərəfindən aldadılması faktını sübuta yetirir. Bundan sonra iddiaçı, Cavabdeh1 dələduzluq hərəkətləri ilə bağlı Bakı Şəhər Prokurorluğuna müraciət etmiş və Bakı Şəhər Prokurorluğunun 2 1.07.2014-cü il tarixli qərarı ilə alıcı olan iddiaçı ilə satıcı olan Cavabdeh1 arasında olan məsələ mülki xarakterli olduğundan həmin xüsusat üzrə cinayət təqibinə xitam verilmişdir. Cavabdehlər müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirmədiklərindən tərəflər arasında bağlanmış müqavilələr ləğv olunmalı, müqavilələr üzrə ödənilən 300.000 ABŞ dolları ekvivalenti həcmində manat hesab ilə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, 300.000 ABŞ dolları pul bir müqavilə üzrə, yəni 05 saylı 17.11.2006-cı il tarixli müqavilə üzrə ödənilmişdir. İddiaçı tərəfindən ümumilikdə cavabdehlərə 300.000 ABŞ dolları pul ödənilmişdir. Mübahisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunduğuna görə iddiaçı sonradan məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, kotteclə rin sahəsində, yerləşdiyi yerdə və qiymətlərində böyük fərq vardır. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə 300.000 ABŞ dolları pulun ödənilməsi faktı ödəniş qəbzləri və cinayət işinin xitam edilməsi qərarında Cavabdeh1 izahatında öz əksini tapmışdır. Nəsimi rayon məhkəməsinin 31 may 2017-ci il tarixli qətnaməsi ilə (hakim P.Hüseynov) iddianın qismən təmin edilməsini, 17.11.2006-cı il tarixli 05 saylı və 26.08.2009-cu il tarixli müqavilələrin ləğv edilməsini və həmin müqavilələr üzrə ödənilmiş 300.000 ABŞ dolları məbləğində pulun, tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdehlərdən alınaraq iddiaçıya verilməsini, iddianın digər hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellya siya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X1 (sədrlik edən və məruzəçi), X10 və X7) 28.06.2018-ci il tarixli 2(103)-4537/2018 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin edilməsi, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 may 2017-ci il tarixli qətnamə, apellyasiya baxışının predmeti olan - iddianın “müqavilələrin ləğv edilməsi və pul tələbi barədə” hissəsinin təmin edilməsi barədə hissəsinin ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı irəli sürdüyü iddiasının “müqavilələrin ləğv edilməsi və pul tələbi barədə” hissəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının 28.06.2018-ci il tarixli 2(103)4537/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Ələkbərov Namiq Ələkbər oğlu kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin olduqca ziddiyətli, son dərəcə qərəzli, birtərəfli, qeyri -obyektiv qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 17.11.2006-cı il tarixli 05 saylı müqavilədən görünür ki, bu müqaviləyə görə MMC, Bakı şəhər İcra Hakimiyyəti başçısının 24.12.2004-cü il tarixli, 305 saylı sərəncamı əsasında Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində ayrılmış ərazidə 2 mərtəbəli «CL» kottec tipli № 9, qaraj daxil olmaqla ümumi sahəsi 2 00 kv.m yaşayış evini iddiaçı X2 satmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.6 cı bəndinə əsasən, satıcı tikinti - quraşdırma işlərini layihə -smeta sənədlərinə, inşaat pasportuna və 1 saylı əlavədə işlərin siyahısına uyğun yerinə yetirməyi və alıcının istifadəsinə verməyi öhdəsinə götürmüşdür. MMC-nin arayışından görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 2 mərtəbəli kotes MMC-yə məxsusdur. Kotecin dəyəri iddiaçı tərəfindən MMC-yə tam ödənilmişdir. Onun MMC-yə borcu yoxdur. Qeyd edir ki, müqavilənin imzalanmasına, əmlakın əldə edilməsində Cavabdeh1 aktiv iştirak edərək özünün müəssisənin direktoru kimi təqdim etmiş., onun həmin dövrə buna heç bir səlahiyyəti olmadığı halda müqavilənin imzalanmasında iştirak etmiş, eyni zamanda həmin dövrdə buna heç bir səlahiyyəti olmad ığı halda İddiaçı pulları o almışdır. Əmlak üçün ödənilən vəsait MMC tərəfindən deyil Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Bu hal, iş materiallarında olan Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə müşaviri X8 tərəfindən qəbul edilmiş 21 iyul 2014-cü il tarixli «Cinayət işi üzrə icraata xitam verilməsi haqqında» Qərarın 7-ci səhifəsində də təsdiqini tapmış, həmin hissədə Cavabdeh1 əmlakın alınması ilə bağlı 300 000 ABŞ dollarını məhz özü tərəfindən aldığını etiraf etmişdir. İşə baxan məhkəmə, yuxarıda qeyd olunan hallara zidd olaraq Cavabdeh1 barəsində Cavabdeh1 sadəcə qanuni təmsilçi kimi həmin müqavilələrin bağlanmasında MMC-i təmsil etdiyini, həmin müqavilələrdən irəli gələn hər hansı öhdəliyin fiziki şəxs olan X3un üzərinə qoyulmasının qanunve riciliklə yolverilməz olması barədə səhv nəticəyə gəlmişdir. Hesab edir ki, Cavabdeh1 əqdin bağlanmasında bir başa təşəbbüs göstərdiyindən, səlahiyyətləri olmadığı halda qeyri-qanunu olaraq üzərinə müəyyən səlahiyyətlər götürdüyündən vəsaitin qaytarılmasında bir başa məsuliyyət daşıyır. Məhkəmə qətnaməsində cavabdehlər tərəfindən üzərinə düşən öhdəliyin tam yerinə yetirilməsinə və 23 noyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ev “C1” tikilidə yerləşməklə, ümumi sahəsi 182,39 kv.m evin təklif olunduğu göstərilmişdir. Məhkəmənin gəldiyi bü nəticəni də qənaətbəxş hesab etmək olmaz. Belə ki, İddiaçı müqavilə üzrə ödənilmiş vəsaiti tələb etdikdə Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirəcəyini söz verərək onu alqı-satqiya dəvət etmişdir. Bununla belə İddia çı Azərbaycan Respublikasının hüdudlarindan kənarda olduğundan alqı-satqıda onu anası X9 təmsil etmişdir. Təbidir ki, alıcı qismində çıxış edən X4nın alqı-satqı predmeti və arada olan razılaşmalar barədə məlumatı olmadığından alqı satqiya imza etmişdir. Lakin bununla belə İddiaçı Respublikaya qayıtdıqdan sonra məlum olmuşdur ki Cavabdeh1 onu yenidən aldatmış və ona başqa bir tikili təklif etmişdir. Belə ki, müqavilələr üzrə nəzərdə tutulan əmlak 2 mərtəbəli “CL” kotec tipli № 9, ümumi sahəsi 200 kv.m, dəyəri 300 000 ABŞ dolları (həmin ərəfədə 0,78 manatın ABŞ dollarına məzənnə nisbəti ilə 234 000 manat) təşkil etdiyi halda 23 noyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən təklif olunan ev “C1” tikilidə yerləşməklə, ümumi sahəsi 182,39 kv.m, dəyəri isə 61 793 (altmış bir min ye ddi yüz doxsan üç ) manat təşkil etmişdir. Qeyd olunan məbləğ Cavabdeh1 özu tərəfindən ödənilmişdir. Burdan da görunur ki, 23 noyabr 2011-ci il tarixli alqı-satqı predmeti olan əmlak əvvəlki müqavilələr üzrə nəzərdə tutulan əmlakdan əsaslı surətdə fərqlənir. Bundan əlavə müqavilənin 3-cü bəndindən görünür ki, 23.11.2011-ci il tarixli alğı-satqı müqaviləsinin predmeti olan əmlak “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Sual çıxır ortaya - əgər bu əmlak İddiaçı ödədiyi vəsait hesabına tikilmiş və İddiaçı məxsus olmuşdursa nə səbəb və kim tərəfindən həmin əmlak “xxxx” ASC-yə ipotekaya qoyulmuşdur. Qeyd olunan halların mövcudluğu bir daha müqavilə üzrə vəd olunan əmlak ilə 23 noyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satilmış əmlakın ayrı -ayrı əmlak olmasını və İddi açı bir daha cavabdehlər tərəfindən aldadılması faktını sübuta yetirir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 4537/2018 saylı 28 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən, hərtərəfli araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçı vəkili X məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onların məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən mə hkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassas iya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, cavabdeh MMC, müdiri Cavabdeh1 şəxsində (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış 17.11.2006-cı il tarixli 05 saylı müqaviləyə əsasən MMC, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 24.12.2004-cü il tarixli, 305 saylı sərəncamı əsasında Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində ayrılmış ərazidə 2 mərtəbəli “CL” kottec tipli № 9, qaraj daxil olmaqla ümumi sahəsi 200 kv.m yaşayış evini iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilənin: - 2.1-ci bəndinə görə, bu müqavilə ilə müəyyənləşdirilən əmlakın dəyəri 300.000 ABŞ dollarının ekvivalenti həcmində manat olması müəyyən edilmişdir. - 2.2 və 2.3-cü bəndlərinə əsasən alıcı birinci 100.000 ABŞ dolları məbləğində vəsaiti müqavilə bağlanılan ərəfədə ödəməyi, qalan 200.000 ABŞ dolları məbləğində vəsaiti tikinti işləri başa çatana kimi ödəməyi öhdəsinə götürmüşdür. - 3.6-cı bəndinə əsasən, satıcı tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərinə, inşaat pasportuna və 1 saylı əlavədə işlərin siyahısına uyğun yerinə yetirməyi və alıcının istifadəsinə verməyi öhdəsinə götürmüşdür. - 3.7-ci bəndinə əsasən, satıcının bədbəxt hadisələrlə nəticələnə biləcək və başqa maddi mənəvi ziyan törədə bilən tikinti-quraşdırma işlərində buraxılan çatışmamazlıqlara qanuni və hüquqi məsuliyyət daşıması müəyyən edilmişdir. - 4.1-ci bəndində “Kottec şəhərciyini” fərdi üsul ilə tikildiyini və yüksək səviyyədə memarlıq-planlaşdırma həlli olduğunu nəzərə alaraq satıcının kottec şəhərciyində, evinin fasadında, ərazisinin hasarında, çöl divarların rəngində və digər şəhərciyin ümumi görünüşünə təsir edə biləcək heç bir dəyişikliklər aparmaması müəyyən edilmişdir. İş materiallarında olan cava bdeh MMC ilə iddiaçı arasında bağlanmış 26.08.2009cu il tarixli “Daşınmaz əmlakın alğı-satqısı barədə ilkin müqavilə öhdəlik müqaviləsindən” görünür ki, “satıcı olmaq istəyən” Bakı şəhəri Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsi ünvanında yerləşən Mehmanxana və İstirahət Kompleksinə daxil olan ərazidə tikdiyi 2 mərtəbəli “CL” kottec tipli № 9, qaraj daxil olmaqla ümumi sahəsi 200 kv.m yaşayış evinin və onu əhatə edən sahənin və kommunikasiya xətlərin tikintisi və quraşdırmasının təmin edilməsini, bu əmlaka aid hüquqların müvafiq Dövlət qeydiyyatına alınması üçün aidiyyəti orqanlardan tələb olunan razılıqları, icazələri, Dövlət qəbul aktını və digər sənədləri vaxtında əldə edərək Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə almaqla hər hansı bir üçüncü şəxsin tələbindən azad olaraq qanunvericilikdə müəyyən edilmiş qaydada “alıcı olmaq istəyən” şəxsə devir etməyi (satmağı), “alıcı olmaq istəyən” şəxsin bu müqavilə predmeti olan əmlaka dair tam olaraq apardığı ödənişləri əsas alğı-satqı müqaviləsinin ödənişi kimi qəbul edəcək müqavilənin 2.1-ci maddəsində göstərilən tədbirlərin həyata keçirilməsini qısa bir zamanda qanunvericilikdə nəzərdə tutulan qaydada həyata keçirməyi, “alıcı olmaq istəyən şəxsin təşəbbüsü ilə hazırki ilkin müqavilənin predmeti üzrə alğı-satqı müqaviləsini imzalamağı və bunun üçün tələb olunan sənədləri təqdim etməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 3.1-ci bəndinə əsasən, iddiaçı, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsi ünvanında yerləşən “Mehmanxana və İstirahət Kompleksinə” daxil olan ərazidə tikdiyi 2 mərtəbəli “CL” kottec tipli № 9, qaraj daxil olmaqla ümumi sahəsi 200 kv.m yaşayış evinin və onu əhatə edən sahənin və kommunikasiya xətlərin tikintisi və quraşdırılmasının təmin edilməsindən, bu əmlaka aid hüquqlarının qısa bir zamanda müvafiq Dövlət qeydiyyatına alındıqdan sonra bu ilkin müqaviləyə əsasən almağa hazır olmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, həmin “Mehmanxana və İstirahət Kompleksinə” daxil olan ərazidə tikdiyi 2 mərtəbəli “CL” kottec tipli № 9, qaraj daxil olmaqla ümumi sahəsi 200 kv.metr yaşayış evinin və onu əhatə edən sahənin və kommunikasiya xətlərin tikintisi və quraşdırılması və tamam-kamal təhvil verilməsinin 300.000 ABŞ dollarının ödəniş gününə manata ifadəsi ilə müəyyənləşdirilməsi və heç bir halda dəyişdirilməsinə yol verilməməsi müəyyən edilmişdir. İş materiallarında olan MMC-nin arayışından görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 2 mərtəbəli kottec MMC-ya məxsusdur. Kottecin dəyəri iddiaçı tərəfindən MMC-ya tam ödənilmişdir. Onun MMC-ya borcu yoxdur. Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 21.07.2014-cü il tarixli qərarının surətindən görünür ki, istintaq zamanı Cavabdeh1 həmtəsisçisi olduğu MMC-nin adından 17.11.2006-cı il tarixdə alıcı olan iddiaçıya 200 kv.m ümumi sahəsi olan 2 mərtəbəli kottec satması haqqında müqavilə bağlayıb ondan 3 il ərzində 300.000 ABŞ dolları pul aldığı, pulu müəssisənin xəzinəsinə mədaxil etmədiyi, 06.01.2010-cu ildə vergi yoxlamas ı ilə əlaqədar həmin məbləği xəzinəyə mədaxil etdiyi, MMC-nin mülkiyyətində olan daşınmaz əmlakın təsisçisi olduğu “xxxx” firmasına borc əvəzinə verildikdən sonra, 21.11.2011-ci il tarixdə Cavabdeh1 “xxxx” firmasının həmin ərazidə inşa edilmiş 61.793 manat dəyərində ümumi sahəsi 182 kv.m olan 2 mərtəbəli kotteci İddiaçı satılması barədə sonuncu ilə notarial qaydada alğı-satqı müqaviləsi bağladığı və kottecin 61.793 manat pulunu şəxsən banka ödədiyi müəyyən edilmişdir. Həmçinin şahid qismində dindirilmiş (iddiaçı) İddiaçı onun 2006-cı ildə MMC-nin direktoru kimi özünü təqdim edən Cavabdeh1la alğı-satqı müqaviləsi bağlayaraq Mərdəkan qəsəbəsi sahil zolağında yüksək tələblərə cavab verəcək istirahət sağlamlıq kompleksində tikilən 2 mərtəbəli “CL” tipli kottec alması barədə müqavilə bağladığ ını və buna görə 2009-cu ilin yanvar ayına kimi 300.000 ABŞ dolları pulu hissə-hissə ödədiyini, kottecin razılaşdırılmış şərtlərə cavab vermədiyindən pulunu geri tələb etdiyini, Cavabdeh1 onu yenidən aldadaraq 61.000 manat dəyərində ümumi sahəsi 182 kv.m olan başqa bir kottec satılması barədə 21.11.2011-ci il tarixdə onunla yeni müqavilə bağladığını, əvvəlki müqavilənin qaytarılması və ödədiyi pulun guya ki, ona verilməsi barədə saxta kassa məxaric orderinə imza etməsini tələb etdiyini, həmin sənədləri tərtib edib internet vasitəsi ilə onun elektron poçtuna göndərdiyini göstərmişdir. İddiaçıla üzləşməsində ifadəsini təsdiq edib Səfərovun üzünə qarşı müqavilə bağlanarkən sonuncunun özünü müəssisənin direktoru və təsisçisi kimi təqdim edib ona yüksək şəraitli tennis kortları, akvapark, kempi nq otel, qazonlar, hovuzlar və sair “beş ulduz xidmətli otel” şəraiti ilə tikiləcək kottec satdığını bildirdiyini, sonradan aldadıldığını başa düşüb pulunu geri tələb etdikdə, yenidən onu aldadıb ilkin müqaviləni və qəbzləri ondan almaq niyyəti ilə ikinci 21.11.2011-ci il tarixli alğı-satqı müqaviləsinin tərtib olunduğunu, alğı-satqı müqaviləsində göstərilmiş kottecin qiymətinin faktiki olaraq 60 min manatdan çox olmadığını göstərmişdir. İstintaq zamanı Cavabdeh1 ifadəsində həmtəsisçisi olduğu MMC-nin adından 17.11.2006-cı ildə iddiaçıya 300.000 ABŞ dollarına kottec satması barədə müqavilə bağladığını və 3 il ərzində həmin pulu bir neçə dəfəyə iddiaçıdan alıb sonuncuya kassa mədaxil orderləri verdiyini, lakin pulu müəssisənin xəzinəsinə mədaxil etmədiyini, 2010-cu ilin yanvar ayında vergi yoxlaması ilə əlaqədar həmin vəsaiti xəzinəyə mədaxil etdiyini, 2010-cu ildə həmin kottecin də daxil olduğu MMC-nin bütün daşınmaz əmlakının təsisçisi olduğu “xxxx” Firmasına borc əvəzinə verilməsi ilə əlaqədar həmin kottecin də “xxxx” Firmasının mülkiyyətinə keçdiyini və ona görə də 23.11.2011-ci il tarixdə həmin kotteci 61.000 manata iddiaçıya satılması barədə yeni müqavilə bağlandığını, həmin məbləği də notariusun hesabına öz cibindən ödədiyini göstərmişdir. Həmin qərarla cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan 08.07.2010-cu il tarixli pretenziya məktubundan görünür ki, 17.11.2006-cı il tarixli müqavilə üzrə nəzərdə tutulmuş əmlak təhvil verilmədiyinə görə müqavilənin ləğv edilməsi və ödənilmiş 300.000 ABŞ dolları pul vəsaitinin geri qaytarılması barədə Cavab deh2 firmasının direktoru Cavabdeh1 iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. 23.11.2011-ci il tarixli, AN–İ seriyalı, ******* saylı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən” görünür ki, satıcı “xxxx” firmasının qanuni təmsilçisi X3 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 6486,08 kv.m, faktiki torpaq sahəsi 0.54686 ha olan əmlak kompleksi kimi müəssisənin tikintialtı sahəsi 136,3 kv.m, ümumi sahəsi 182,39 kv.m olan “CL” literini alıcı olan iddiaçıya 61.793 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, ümumi sahəsi 182,39 kv.m olan istirahət binasından ibarət CL tikilisi iddiaçının adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə cavabdehlərin nümayəndəsi X2 tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış ərizələrdən görünür ki, iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunur. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, ləğv edilməsi tələb olunan hər iki müqavilənin iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış, Cavabdeh1 sadəcə qanuni təmsilçi kimi həmin müqavilələrin bağlanmasında MMC-ni təmsil etmiş, həmin müqavilələrdən irəli gələn hər hansı öhdəliyin fiziki şəxs olan Cavabdeh1 üzərinə qoyulması qanunvericiliklə yolverilməz olduğundan, ona qarşı iddia tələbi təmi e dilə bilməz. Eyni zamanda, ləğvi tələb edilən 26.08.2009-cu il tarixli “Daşınmaz əmlakın alğısatqısı barədə ilkin müqavilə, öhdəlik müqaviləsinin” 5.1-ci bəndinə görə, hazırki ilkin müqavilə imzalandığı və notarial qaydada təsdiq edildiyi andan qüvvəyə minir. Lakin həmin müqavilə notarial qaydada təsdiq edilmədiyindən qüvvəyə minməmişdir. Buna görə də, qüvvədə olmayan müqavilə üzrə hər hansı öhdəliyin icrası barədə tələb, həmçinin onun ləğvi barədə tələb əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yerində baxış keçirilməklə müəyyən edilmişdir ki, cavabdeh MMC, iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmişdir. Lakin, iddiası, üzərinə düşən öhdəliyi yerinə yetirmir, onun üçün tikilmiş kotteci qəbul etməkdən yayınır. Həmçinin, məhkəmə hesab etmişdir ki, ləğv edilməsi xahiş edilən müqavilələr 17.11.2006-cı il və 26.08.2009-cu il tarixlərdə bağlanmışdır. İddiaçı 13.07.2010-cu il tarixdə müqavilənin ləğv edilməsi və pul tələbi barədə MMC-yə pretenziya məktubu təqdim etmişdir. Hazırki iddia ərizəsi 15.02.2017-ci il tarixdə məhkəməyə verməklə, daşınmaz əmlaka dair müqavilələr üzrə 6 illik iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqa viləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gün ünü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə görə, borclu öz öhdəli klərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik ) üçün məsuliyyət daşıyır. - 43.1-ci maddəsinə görə, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. - 52-ci maddəsinə görə, hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir (maddə 52.1.). Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsis çinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. - 87.1-ci maddəsinə görə, bir və ya bir neçə şəxs (fiziki (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, ləğv edilməsi tələb olunan hər iki müqavilənin iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış, Cavabdeh1 sadəcə qanuni təmsilçi k imi həmin müqavilələrin bağlanmasında MMC-ni təmsil etmiş, həmin müqavilələrdən irəli gələn hər hansı öhdəliyin fiziki şəxs olan Cavabdeh1 üzərinə qoyulması qanunvericiliklə yolverilməzdir. İddiaçının Cavabdeh1 müqavilə bağlanan zaman “xxxx”MMC-nin səlahiyyətli şəxsi olmaması və müqavilə pulunu qəbul etməyə səlahiyyəti olmadığı barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh “xxxx”MMC tərəfindən Cavabdeh1 səlahiyyətli şəxs olmaması, onun imzaladığı müqavilə və müqavilə üzrə alınan vəsaitin MMC-yə aid olmaması mübahisələndirilməmiş, MMC həmin əqdi bəyənmişdir. Belə olan təqdirdə, iddiaçının müqavilənin ləğvi üçün bu hala istinad etməsi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 406.2-ci maddəsinə əsasən, əgər tərəflər müqaviləni müəyy ən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. İş materiallarında olan 26.08.2009-cu il tarixli “Daşınmaz əmlakın alğı-satqısı barədə ilkin müqavilə, öhdəlik müqaviləsinin” 5.1-ci bəndinə görə, hazırki ilkin müqavilə imzalandığı və notarial qaydada təsdiq edildiyi andan qüvvəyə minir. Buna görə də, həmin müqavilənin qüvvəyə min məməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi qənaəti maddi hüquq normalarının tələblərinə uyğundur. İşin materiallarından görünür ki, apellyasiya baxışı zamanı məhkəmə tərəfindən mübahisəli sahəyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi, 2 mərtəbəli və qarajlı, ümumi sahəsi 200 kv.metr yaşayış sahəsi olan kottec tipli ev “Kottec şəhərciyinin” iddiaçının qeyd etdiyi kimi dənizə yaxın olan birinci xəttində (yolunda) yerləşir və tam inşa edilmiş vəziyyətdədir. Kottecin təcrid olunmuş həyətyanı sahəsi var. Yerli baxışda iştirak etmiş Cavabdeh1 bildirmişdir ki, kottecin artıq qəbula hazır olması barədə iddiaçıya dəfələrlə məlumat verilsə və kottecin qəbul edilməsi xahiş edilsə də, iddiaçı, təhvil-təslimə gəlməmişdir. Yerli baxış zamanı həmçinin müəyyən edilmişdir ki, mübahisəli kottecin yerləşdiyi “Kottec şəhərciyi” tennis kortu, akvapark, üzgüçülük hovuzu, kempinq oteli, avtodayanacaq və sair şəraitlidir. İddiaçı kassasiya şikayətində Cavabdeh1 onu aldadaraq müqavilə ilə tikilməsi razılaşdırılmış tikili əvəzinə başqa bir evin verilməsi barədə notarial qaydada alq ı-satqı müqaviləsi bağlaması, həmin tikilinin “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı aldadıldığını iddia etsə də, 23.11.2011-ci il tarixli, AN–İ seriyalı, ******* saylı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsini etibarsızlığını hazırki iddia qaldırılanadək mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin yuxarıda qeyd edilən halları nəzərə alınmasa belə apellyasiya instansiyası məhkəməsinin hazırki işin icraatının başlanması üçün əsas olmuş müqavilələrin ləğv edilməsi tələbinə dair iddia müddətinin ötürülməsinə dair qənaəti də əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla ba ğlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İşin materiallarından görünür ki, ləğv edilməsi xahiş edilən müqavilələr 17.11.2006cı il və 26.08.2009-cu il tarixlərdə bağlanmışdır. İddiaçı 13.07.2010-cu il tarixdə müqavilənin ləğv edilməsi və pul tələbi barədə MMC-yə pretenziya məktubu təqdim etmişdir. Hazırki iddia ərizəsi 15.02.2017-ci il tarixdə məhkəməyə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən müqavilələr üzrə iddiaçı tərəfindən 2011-ci ildən hüquq mühafizə orqanlarına müraciət edilməsinin iş materialları ilə sübuta yetməməsinə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti işin hallarına uyğun olmuşdur. Digər tərəfdən, Mülki Məcəllənin 374.2-ci maddəsi iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsaslarının bu Məcəllə ilə müəyyənləşd irildiyini təsbit etmişdir. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, hüquq mühafizə orqanlarına müraciət etmə iddia müddətinin axımının kəsilməsinə əsas verən hal kimi müəyyən edilməmiş, beləliklə də, iddia tələbi müqavilələrin ləğv edilməsi hissəsində də iddia müddətinin ötürülməsi ilə verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onla rı öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin tətbiq edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məh kəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hü quqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Xnun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.06.2018-ci il tarixli 2(103)4 537/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin E.R.Vəliyeva hakimi
Məhkəmə qərarları › İş №2(102)-785/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-785/2019
18.02.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver