Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7894/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2019-cu il tarixli 2(107)1517/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Göyçay rayon məhkəməsinin 11 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.B.Fəttayev, iş 2(046)-211/2019) İddiaçı cavabdehlər Göyçay rayon notariat kontoruna və “xxxx” ASC-yə qarşı ipoteka müqaviləsinin etibars ız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, İ.F.Quliyev və M.A.Əsədli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Göyçay rayon məhkəməsinin 11 fevral 2019-cu il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 01 fevral 2012-ci il tarixdə bankla İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi İddiaçı mülkiyyətində olan N ünvanlarında 0,0048 və 0,00505 ha torpaq sahələrində yerləşən qeyri-yaşayış sahələri ipoteka ilə yüklü edilmiş, 02 iyun 2015-ci ildə sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Göyçay rayon məhkəməsinin 31 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı kredit borcunun tutulma sı 0,00505 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilmişdir. 2018-ci ilin sentyabr ayında İddiaçı bankla ona məxsus qeyri-yaşayış sahələrinə dair bağlanmış ipoteka müqavilələrində imzasının saxtalaşdırılmasını əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 339-cu maddələrinə əsasən ipoteka müqavilələrinin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar q əbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı kassasiya şikayətində ipoteka müqavilələrindəki imzaların saxtalaşdırılmaqla o na məxsus olmamasını iddia etsə də, işdə olan 10 iyul 2019-cu il tarixli ekspert rəyindən görünür ki, bankla İddiaçı arasında bağlanmış 02 iyun 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin “Borcalan və İpoteka qoyan” qrafalarındakı imzalar və “İpoteka qoyan və Borcalan” qrafasındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. Göstərilən vəziyyətdə sonrakı ipoteka müqaviləsinin saxtalaşdırılmaqla onun tərəfindən imzalanmamasına dair kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu maddələrində göstərilən əsaslardan biri olduqda əqd etibarsız sayıla bilər. Sonrakı ipoteka müqaviləsinin etibarsız sayılması üçün qanunda nəzərdə tutulmuş əsaslardan heç biri müəyyən olunmadığından, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 06 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7894/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7894/2019
11.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver