Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-79/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-79/2022 (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün sayılması, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilməməsi, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə dövlət rüsumunu ödəməkdən iddiaçıların azad ediməsi) Bakı şəhəri, 24 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8822/2021 nömrəli, 19 avqust 2021-ci il tarixli qərardadından Cavabdeh kassasiya şikayətinə 24 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 4256,40 manat ödənilməmiş əmək haqqının, gecikdirilmiş hər gün üçün 1 faiz hesablanmaqla əmək haqqının gecikdirilməsinə görə 7920,86 manat ödəncin, 2361 manat istifadə olunmamış məzuniyyətə görə pul əvəzinin və mənəvi zərərə görə 5000 manatın, ümumilikdə 19538,26 manatın Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişd ir
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2795/2021 saylı, 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 4256,40 manat ödənilməmiş əmək haqqı, gecikdirilmiş hər gün üçün 1 faiz hesablanmaqla əmək haqqının gecikdirilməsinə görə 7920,86 manat ödənc, 2361 manat istifadə olunmamış məzuniyyətə görə pul əvəzi, cəmi 14.538,26 manatın Cavabdehndən tutulub İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Gültəkin Əsədova)
3. Cavabdehin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8822/20121 nömrəli, 19 avqust 2021-ci il tarixli qərardadı ilə qeyrimümkün sayılmışdır. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Azad İmanov)
4. Apellyasiya instansiyası cavabdehin ap ellyasiya şikayətini qeyri-mümkün hesab edərkən ona istinad edib ki, apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir.
5. Apellyasiya məhkəməsi Dövlət rüsumu haqqında” Qanunun 8.4-cü, Mülki Prosessual Məcəllənin 361.3, 363.1.2-ci və 364-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
6. Cavabdeh (vəkil Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
7. Kassasiya şikayətinin dəlilləri: Dövlət rüsumu haqqında” Qanunun 8.4-cü maddəsinə görə apellyasiya şikayətlərindən, bu Qanunun 8.1-ci maddəsində müə yyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. Həmin Qanunun 9.1.1-ci maddəsinə görə isə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar; - iddiaçı iddia ərizəsi verərkən dövlət rüsumu ödəmədiyindən (bundan azad olunduğu üçün) apellyasiya şikayəti verəkən hansı rüsum məbləğinin 50 faizi miqdarında ödənilməsi bəlli deyil; - buna görə də apellyasiya məhkəməsi Dövlət rüsumu haqqında” Qanunun 9.1-ci maddəsini nəzərə almaqla şikayəti mümkün saymalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Kassasiya şikayətinə yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, tərəflər, o cümlədən kassatorun vəkili m əhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Dövlət rüsumu haqqında” Qanun (işə baxılarkən və apellyasiya şikayəti verilərkən qüvvədə olan redaksiyada) Maddə 8.1. Məhkəməyə verilən iddia ərizələrindən: 8.1.1. iddia qiyməti 500 manatadək olduqda – 20 manat 8.1.2. iddia qiyməti 500 manatdan çox olduqda – 30 manat dövlət rüsumu ödənilir. Maddə 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə – iddiaçılar dövlət rüsumunu ödəmədən azaddırlar. Mülki Prosessual Məcəllə Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. M addə 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
10. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialların da olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
11. Kassasiya şikayəti apellyasiya instansiyasının aktının ləğvinə yönəldiyindən məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Dövlət rüsumu haqqında” Qanunun 8.4-cü, Mülki Prosessual Məcəllənin 361.3, 363.1.2-ci və 364-cü maddələrinə istinadən apellyasiya şikayətini qeyri-mümkün hesab edərkən qanunu nəticəyə gəlib. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
13. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının dövlət rüsumunu ödəməkdən azad edilməsi cavabdehi apellyasiya şikayəti verərkən dövlət rüsumunu ödəməkdən azad etmir. Əvvəla, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə yalnız iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Qanunun tələbinə görə cavabdehlər analoji iddialarda dövlət rüsumunu ödəməlidirlər. Bu baxımdan, “Dövlət rüsumu haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən şikayətin mümkün sayılması barədə dəlil əsassızdır.
14. Bundan əlavə, iddiaçının dövlət rusumu ödəmədiyi üçün şikayət verilərkən də hansı məbləğin 5 0 faizi miqdarında rüsum ödənilməsinin bəlli olmaması barədə dəlilə gəldikdə, qeyd edilməlidir ki, iddiaçı ümumilikdə cavabdehdən 19538,26 manatın pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş edib. Başqa sözlə, hazırki iddia tələbi qiymətləndirilən iddia tələbidir və iddianın qiymətinə görə də “Dövlət rüsumu haqqında” Qanunun (şikayət verilərkən qüvvədə olan redaksiyada) 8.1.2-ci maddəsinə uyğun olaraq iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunmasa idi, birinci instansiya məhkəməsinə 30 manat dövlət rüsumu ödəməli idi. “Dövlət rüsumu haqqında” Qanunun (şikayət verilərkən qüvvədə olan redaksiyada) 8.4.1-ci maddəsinə görə isə apellyasiya və kassasiya şikayətlərindən birinci instansiya məhkəməsinə müraciət edilərkən bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faiz i miqdarında dövlət rüsumu ödənilir.
15. Göründüyü kimi, qanunvericilik birinci instansiya məhkəməsinə müraciət edilərkən dövlət rüsumunun miqdarını, bu rüsumu ödəməkdən azad edilmə hallarını, eləcə də yuxarı instansiya məhkəmələrinə şikayət verilərkən ödənilməli olan rüsumun məbləğini dəqiq müəyyən etmişdir. Belə olan halda, hansı məbləğin 50 faizi miqdarında rüsum ödənilməsinin bəlli olmaması barədə dəlil də əsasız sayılmalıdır.
16. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Ap ellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8822/2021 nömrəli, 19 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.