Məhkəmə qərarları › İş №2(102)-79/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-79/2023

24.01.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-79/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ Açar sözlər:müqavilə və çıxarışın ləğv edilməsi 24.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov X15 (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 iyul 2022-ci il tarixli, 2(103)4036/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 24 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İşin hallarına görə, 20 aprel 2016-cı il tarixli vəsiyyətnaməyə əsasən, “X6, ünvan 6 evin 16 saylı mənzilini İddiaçı vəsiyyət edib. 17 sentyabr 2021-ci il tarixli Şəhadətnaməyə əsasən, X6 09 sentyabr 2021-ci il tarixdə ölüb və ölümün səbəbi kimi “Covid-19” pandemiyası qeyd edilib.03 iyun 2019-cu il tarixli renta müqaviləsinə əsasən, “renta alan” X6 Bakı şəhəri, Səbail rayonu, Ələkbərova Şövkət küçəsi, 9 saylı evin 2 otaqlı, ümumi sahəsi 98,32 kv.metr olan 17 saylı mənzilini “renta ödəyicisi” Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürüb. Özgəninkiləşdirilən daşınmaz əmlak aşağıdakı hüququmüəyyənedici sənədə əsasən “renta alan” X3 məxsusdur. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 01 iyun 2019-cu il tarixli arayışa əsasən müqavilə bağlananadək mənzil ipoteka ilə yüklü edilməyib, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan q oyulmayıb. “Ömürlük renta üçün özgəninkiləşdirilən mənzili “renta alan” “renta ödəyicisi”nin mülkiyyətinə pulsuz verir. Renta müqaviləsi üzrə öhdəliklər aşağıdakı kimi müəyyən edilir: renta ödəyicisi Cavabdeh “renta alan” X4 özgəninkiləşdirilən tam hissəsi 98.32 kv.metr olan mənzilin müqabilində aylıq 400 manat haqq ödəməlidir. Həmin 400 manat məbləğdən Cavabdeh, X3 ömrünün sonuna qədər hər ay 200 manat dəyərində ərzaq, geyim, həkim xidməti, dərman, lazım olan qulluq və tələb olunan digər yardımla təmin etməyi, bundan əlavə ona hər ay 200 manat nəğd pul ödəməyi öz öhdəsinə götürüb. 22 iyul 2006-cı il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Ələkbərova Şövkət küçəsi, istifadədə olan 0.10578 ha torpaq sahəsində yerləşən 9 saylı evin 2 otaqlı, ümumi sahəsi 98.32 kv.metr olan 17 sa ylı mənzili tam mülkiyyət hüququ üzrə X2 adına qeydə alınıb. 15 iyul 1976-cı il tarixli “Nikah haqqında” Şəhadətnaməyə əsasən X7 rəsmi nikah əsasında X9 ilə ailə qurub. 15 aprel 2005-ci il tarixli “Ölüm haqqında” Şəhadətnaməyə əsasən, X8 14 aprel 2005-ci il tarixdə ölüb və bu barədə ölüm haqqında akt qeydləri kitabında 15 aprel 2005-ci il tarixdə qeydiyyat aparılıb. Reyestr Xidmətinin 31 fevral 2019-cu il tarixli arayışına görə, ünvan 1 evin 16 saylı ünvanı bölündüyü üçün sözügedən mənzil sahəsinə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 29 iyun 2006-cı il tarixli ünvan arayışına əsasən ünvan 3 ünvan nömrəsi təyin edilib. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərardadı ilə X2 Cavabdeh qarşı “renta müqaviləsinin ləğv edilməsi” iddiasına dair mülki işin icraatına xitam verilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “renta müqaviləsinin və çıxarışın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ilə cavabdeh arasında notarial qaydada bağlanmış ünvan 5 evin 17 saylı mənzilinə dair 03 iyun 2019-cu il tarixli renta müqaviləsinin ləğv edilməsi, həmin renta müqaviləsi üzrə sözügedən mənzilə dair cavabdehin adına verilmiş Çıxarışın ləğv edilməsi, ünvan 5 evin 17 saylı mənzilinə dair mərhumə X2 vəsiyyətnamə üzrə vərəsəsi İddiaçı adına mülkiyyət hüququnun rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddia onunla əsaslandırılıb ki, atası X xalası X6 öz mülkiyyətin də olan ünvan 5 evin 16 saylı mənzilini 20 fevral 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətinə ilə ona vəsiyyət edib. Həmin mənzilə sonradan ünvan 5 evin 17 saylı ünvanı verilib. Bu hal Reyestr Xidmətinin 31 may 2019-cu il tarixli arayışı ilə də təsdiq olunur. Atası tez-tez xalasına baş çəkib və onun maddi təlabatını ödəyib. 09 sentyabr 2021-ci il tarixdə X6 “Covid-19 virusuna yoluxaraq vəfat edib və sonuncu ölməmişdən öncə cavabdeh 82 yaşlı X5 aldadaraq sözügedən mənzilə dair 03 iyun 2019-cu il tarixli renta müqaviləsi bağlayıb. Həmin müqavilənin 4-cü bəndinə əsasən cavabdeh hər ay 400 manat X3 renta ödəməli idi. Halbuki, X6 özü ayda 700-800 manat civarında pensiya alırdı. X6 vəfat edərkən onun nəşini evdən çıxarmaq üçün onlar gələndə aydın oldu ki, mərhum bir neçə gündü r ki, evdə baxımsız vəziyyətdə qalıb və onun vəfat etməsindən cavabdehin məlumatı olub. Tərəflərindən dərhal Azərbaycan Respublikası DİN, Azərbaycan Respublikası FHN və təcili tibbi yardıma məlumat verildikdən sonra onun mənzilinin seyf qapısı FHN əməkdaşları tərəfindən açıldıqdan sonra X2 nəşini evdən götürmək mümkün olub. Bundan sonra, onların ailəsinə məlum olmuşdur ki, X6 vəfat etməmişdən öncə cavabdehə qarşı “renta müqaviləsinin ləğv edilməsi” barədə iddia ərizəsi ilə Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinə müraciət edib və məhkəmədə hüquqlarının təmsil və müdafiə olunması üçün vəkillə də müqavilə bağlayıb. Lakin, məhkəməyə müraciət etməmişdən öncə X6 aralarındakı müqaviləni rəsmiləşdirən notariusa müraciət edərək renta müqaviləsinin ləğv edilməsini, cavabdehin onu aldatdığını, ona heç bir ödəniş etmədiyini bildirib, notarius isə ona bununla bağlı məhkəməyə müraciət etməsini tövsiyyə edib. Bundan sonra, məhkəməyə etdiyi müraciətə əsasən mülki iş icraata götürülüb, lakin Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərardadı ilə X6 öldüyü üçün mülki işin icraatına xitam verilib. O da hüquqlarının təmin edilməsi ilə bağlı əvvəl notariat orqanına müraciət edib və müraciətinə əsasən X1 miras qalmış əmlaka vərəsəlik işi açılıb və sonuncunun vəsiyyətnamə üzrə vərəsəsi kimi tanınıb. Cavabdeh həmçinin mərhumə X2 pensiya kartını da alıb və aylıq pensiyanı o, çıxardıb və onlar arasında mübahisə də X2 öz pensiya kartını cavabdehdən geri tələb etməsindən sonra başlayıb. Bu səbəbdən də hazırki iddia mərhumə X2 iradə ifadəsi kimi qiymətləndirilməli, cavabdeh öhd əliklərini yerinə yetirmədiyi üçün renta müqaviləsi ləğv edilməklə, həmin müqavilə üzrə sözügedən mənzilə dair cavabdehin adına verilmiş Çıxarış ləğv edilməli, mənzil əvvəlki vəziyyətə qaytarılmalı, o, mərhumə X2 vəsiyyətnamə üzrə vərəsəsi kimi tanınaraq mənzil üzərində onun mülkiyyət hüququ rəsmiləşdirilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Ə.Süleymanova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, ünvan 6 evin 17 saylı mənzili mülkiyyət hüququ üzrə mərhumə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı halda o, mülkiyyət hüququ üzrə ona məxsus olmayan ünvan 6 evin 16 saylı mənzilini 20 aprel 2016-cı il tarixli vəsiyyətnaməyə əsasən iddiaçıya vəsiyyət edib. Hazırda iddiaçı, mərhumə X6 ilə cavabdeh arasında ünvan 6 evin 17 saylı mənzilinə dair bağlanmış renta müqaviləsinin ləğv edilməsini tələb edir. Digər tərəfdən, mülki iş materialları ilə müəyyən olunur ki, ünvan 6 evin 16 saylı ünvanı bölündüyü üçün X3 məxsus olan mənzil sahəsinə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 29 iyun 2006-cı il tarixli ünvan arayışına əsasən ünvan 3 ünvan nömrəsi təyin edilib. Ona görə də iddiaçı mübahisələndirdiyi mənzilə (müqaviləyə) aidiyyəti müəyyən olunmadığından onun hazırki tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahis ə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yal nız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 421.2, 864, 879, 1179.1, 1179.2, 1182, 1224-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qənamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və apellyasiya şikayətinə əsasən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi hüquq i mövqeyini Mülki Məcəllənin 864, 879, 1166, 1179.1, 1179.2, 1182, 1224-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, işin müəyyən edilmiş halları üzrə səhv nəticəyə gəlib və iş üzrə düzgün olmayan qətn amə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edib. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəm iyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Maddə

864. Renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür. Renta müqaviləsinə görə rentanı müddətsiz ödəmək (daimi renta) və ya renta alanın ömrü boyu ödəmək (ömürlük renta) vəzifəsinin müəyyənləşdirilməsinə yol verilir; Maddə

879. Renta ödəyicisi ömürlük renta müqaviləsin i əhəmiyyətli dərəcədə pozduqda renta alan renta ödəyicisindən rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər ömürlük renta ödənilməsi üçün mənzil, yaşayış evi və ya başqa əmlak pulsuz özgəninkiləşdirilmişdirsə, renta ödəyicisi müqaviləni əhəmiyyətli dərəcədə pozduqda renta alan həmin əmlakın qaytarılmasını və onun dəyərinin rentanın satınalma qiyməti ilə əvəzləşdirilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 418.3. Prosessual hüquq normalarının po zulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində iddiaçı, ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 20 aprel 2016-cı il tarixli vəsiyyətnaməyə əsasən, “X6, ünvan 6 evin 16 saylı mənzilini İddiaçı vəsiyyət edib. 17 sentyabr 2021-ci il tarixli Şəhadətnaməyə əsasən, X6 09 sentyabr 2021-ci il tarixdə ölüb və ölümün səbəbi kimi “Covid-19” pandemiyası qeyd edilib.03 iyun 2019-cu il tarixli renta müqaviləsinə əsasən, “renta alan” X6 Bakı şəhəri, Səbail rayonu, Ələkbərova Şövkət küçəsi, 9 saylı evin 2 otaqlı, ümumi sahəsi 98,32 kv.metr olan 17 saylı mənzilini “renta ödəyicisi” Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürüb. Özgəninkiləşdirilən daşınmaz əmlak aşağıdakı hüququmüəyyənedici sənədə ə sasən “renta alan” X3 məxsusdur. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 01 iyun 2019-cu il tarixli arayışa əsasən müqavilə bağlananadək mənzil ipoteka ilə yüklü edilməyib, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmayıb. “Ömürlük renta üçün özgəninkiləşdirilən mənzili “renta alan” “renta ödəyicisi”nin mülkiyyətinə pulsuz verir. Renta müqaviləsi üzrə öhdəliklər aşağıdakı kimi müəyyən edilir: renta ödəyicisi Cavabdeh “renta alan” X4 özgəninkiləşdirilən tam hissəsi 98.32 kv.metr olan mənzilin müqabilində aylıq 400 manat haqq ödəməlidir. Həmin 400 manat məbləğdən Cavabdeh, X3 ömrünün sonuna qədər hər ay 200 manat dəyərində ərzaq, geyim, həkim xidməti, dərman, lazım olan qulluq və tələb olunan digər yardımla təmin etməyi, bundan əlavə ona hər ay 2 00 manat nəğd pul ödəməyi öz öhdəsinə götürüb. 22 iyul 2006-cı il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Ələkbərova Şövkət küçəsi, istifadədə olan 0.10578 ha torpaq sahəsində yerləşən 9 saylı evin 2 otaqlı, ümumi sahəsi 98.32 kv.metr olan 17 saylı mənzili tam mülkiyyət hüququ üzrə X2 adına qeydə alınıb. 15 iyul 1976-cı il tarixli “Nikah haqqında” Şəhadətnaməyə əsasən X7 rəsmi nikah əsasında X9 ilə ailə qurub. 15 aprel 2005-ci il tarixli “Ölüm haqqında” Şəhadətnaməyə əsasən, X8 14 aprel 2005-ci il tarixdə ölüb və bu barədə ölüm haqqında akt qeydləri kitabında 15 aprel 2005-ci il tarixdə qeydiyyat aparılıb. Reyestr Xidmətinin 31 fevral 2019-cu il tarixli arayışına görə, ünvan 1 evin 16 saylı ünvanı bölündüyü üçün sözügedən mənzil sahəsinə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 29 iyun 2006-cı il tarixli ünvan arayışına əsasən ünvan 3 ünvan nömrəsi təyin edilib. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərardadı ilə X2 Cavabdeh qarşı “renta müqaviləsinin ləğv edilməsi” iddiasına dair mülki işin icraatına xitam verilib. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Həmin Məcəllənin 421.2-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Həmin Məcəllənin 864-cü maddəsində göstərilir ki, renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür. Renta müqaviləsinə görə rentanı müddətsiz ödəmək (daimi renta) və ya renta alanın ömrü boyu ödəmək (ömürlük renta) vəzifəsinin müəyyənləşdirilməsinə yol verilir; Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şi kayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, ünvan 6 evin 17 saylı mənzili mülkiyyət hüququ üzrə mərhumə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı halda o, mülkiyyət hüququ üzrə ona məxsus olmayan ünvan 6 evin 16 saylı mənzilini 20 aprel 2016-cı il tarixli vəsiyyətnaməyə əsasən iddiaçıya vəsiyyət edib. Hazırda iddiaçı, mərhumə X6 ilə cavabdeh arasında ünvan 6 evin 17 saylı mənzilinə dair bağlanmış renta müqaviləsinin ləğv edilməsini tələb edir. Digər tərəfdən, mülki iş materialları ilə müəyyən olunur ki, ünvan 6 evin 16 saylı ünvanı bölündüyü üçün X3 məxsus olan mənzil sahəsinə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 29 iyun 2006-cı il tarixli ünvan arayışına əsasən ünvan 3 ünvan nömrəsi təyin edilib. Ona görə də iddiaçı mübahisələndirdiyi mənzilə (müqaviləyə) aidiyyəti müəyyən olunmadığından onun hazırki tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırı lmalıdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, müqavilənin ləğv edilməsi yalnız tərəflərin razılaşması ilə mümkündür və tərəflərdən birinin tələbi ilə müqavilə yalnız o, halda ləğv edilə bilər ki, digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozsun, yəni müqavilə bağlanarkən o, ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş olsun. Hazırki halda iddiaçı, sözügedən renta müqaviləsi üzrə tərəf deyil və ümumiyyətlə onun renta müqaviləsinin predmeti olan mənzil üzərində qanunla qorunan və tanınan hər hansı hüququ əmələ gəlməyib və müvafiq subyektiv hüququ yoxdur. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 iyul 2022-ci il tarixli, 2(103)-4036/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar