Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-791/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Yaşayış evindən istifadə hüququna xitam verilməsi, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması, mənzilinboşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-1841/2021 nömrəli iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətna məsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Sabirabad Rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli, 2(056)-134/2016 saylı icra vərəqəsinə görə İddiaçı ASC-nin Sabirabad filialı ilə Cavabdeh1 arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli 14038-/190514 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 ödənilən zaman Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq 04 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 49050,07 ABŞ dolları əsas kredit borcu, 4542,02 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 100 ABŞ dolları penya, cəmi 53692,09 ABŞ dolları məbləğində borcun tutulması, cavabdehlər Cavabdeh1 ödənilən zaman Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq, 10 dekabr 2014-cü il tarixli kredit müqaviləsi 27551,27 ABŞ dolları əsas kredit borcu, 2230,37 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 100 ABŞ dolları penya, cəmi 29881,64 ABŞ dolları məbləğində borcun tutulması, tutulmanın Cavabdeh1 mülkiyyətində olan, ünvan 1 ünvanda, 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 134,7 kv metrlik fərdi yaşayış evinə və X3 məxsus olan Sabirabad şəhəri, S.Vurğun küçəsində mülkiyyətdə olan, 0,06 ha torpaq sahəsində yerləşən 14 B nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evlərin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi qət olunmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestirində n Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda, 0,06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 134,7 kv metr fərdi yaşayış evi mülkiyyət hüququ əsasında tam pay hüququ üzrə İddiaçı ASC-nin mülkiyyətindədir, bu barədə daşınmaz əmlakın Dövlət reyestrində 22 fevral 2020-ci il tarixdə 3 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, əmlakın keçmiş mülkiyyətçisi Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2 Seyidhuseyn oğlu, Cavabdeh3, Cavabdeh4 və digər şəxslər tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulmasına yönəlmiş hərəkətlərinə son qoyularaq, onların yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və ünvan 2 ünvanda, 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 134,7 kv metr olan fərdi yaşayış evində qeydiyytda olan şəxslərin əşyaları ilə birlikdə çıxarılması və evin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 05 dekabr 2016cı il tarixli 2(056)-134/2016 saylı qətnaməsinin icrası ilə bağlı borclu Cavabdeh1 məxsus ünvan 2 ünvanda, 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 134,7 kv metrlik yaşayış evi 19 noyabr 2018-ci il tarixdə hərrac vasitəsi ilə bank tərəfindən alınmışdır. Alqısatqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-nə keçmiş və bu hüquq 22 fevral 2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində dövlət qeydiyatına alınmışdır. La kin cavabdehlər yaşayış evini boşaltmaqdan əsassız olaraq imtina edirlər. Sabirabad Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli 2(056)-1246/2020 saylı qətnaməsi ilə (hakim X5) iddia təmin olunaraq, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 2 ünvanında mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 134,7 kv metr olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kredit və ipoteka müqavilələri bağlanan zaman cavabdehlər ipotekanın predmeti olan yaşayış evini boşaltmağı öhdələrinə götürmüş, ev tələbkar bankın mülkiyyətinə keçəndən sonra isə onlar öhdəlikləri icra etməkdən əsassız olaraq imtina etmişlər. Məhkəmə iddianı təmin edərkən Azər baycan Respublikası Mülki Məcəlləsinin 385.1, 430.1, 448.1, 442, 427.3, 443.1 və 445.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, birinci instansiya məhkəməsində işə baxılan zaman cavabdehlər lazımi qaydada xəbərdar edilməmiş, məhkəmə iclası barədə bildiriş ünvanlara gec gəlib çatdığından cavabdehlər məhkəmə iclasında iştirak edə bilməmiş, məhkəmə işə onların iştirakı olmadan baxmış, bununla da ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Bundan başqa məhkəmə qətnaməsi ilə iddia tələbində göstə rilən hallara uyğun deyildir. İddia ərizəsində cavabdehlərlə birlikdə digər şəxslərin əşyaları ilə birlikdə çıxarılması xahiş edilmişdir, lakin digər şəxslər kimlər olması müəyyən edilməmiş, qətnamədə isə iddia tələbi tam təmin olunmasına baxmayaraq iddia ərizəsində adları göstərilən dörd cavabdehə qarşa iddia təmin edilmişdir. Belə olan halda iddia qismən təmin olunmalı idi. Bundan başqa iddia ərizəsinirn özündə "xxxx" MMC tərəfindən 19 noyabr 2018-ci il tarixdə hərracın keçirilməsinin mülki qanunvericiliyin tələblərinə ziddi olmasının göstərilməsi nəzərə alınmamışdır. Sabirabad Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarını kobud şəkildə pozulması ilə çıxarılmışdır. a) Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (haki mlər: Tale Kərimov - sədrlik edən və məruzəçi, Tofiq Heydərov və İsmayıl Əhmədov) 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayan və gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflər arasında yaranmış qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mübahisənni həllində tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab etmişdir ki, həmin dəlillər məhkəmə qətnaməsinin apellyasiya qaydasında lə ğvinin əsasını təşkil edə bilməz, bu dəlillər əsaslı sayıldığı halda belə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmamışdır. Faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin təmin olunmamasına dair qətnamənin əsaslandırılması zamanı Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 140, 152.1 və 157.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 59.3 və 59.3.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə, İnsan Haqları və X6 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi”nə dair 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «M arksın Belçikaya qarşı» işinə, istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələr işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmələr cavabdehlərin iştirakı olmadan, onlara məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmədən işə baxmış, hətta mübahisəli evdə qeydiyyatda olan X2 işə cəlb edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş, qətnamədən digər cavabdehl ər apellyasiya şikayəti verməmiş, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız Cavabdeh1 tərəfindən mübahisələndirilən hissədə yoxlamışdır. Digər cavabdehlər kassasiya şikayəti verməmiş, yalnız Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13 hissə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 hissə İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Haqları və X6 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi r. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması v ə ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin digər cavabdehlərin işə baxılmasında iştirakının təmin olunmaması və mübahisəli evdə qeydiyyatda olan X1 işə cəlb edilməməsi barədə dəlillərlə bağlı qeyd olunmalıdır ki, həmin şəxslər nə birinci instansiya məhkəməsinin, nə də apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən narazıdığını ifadə etməmiş, apellyasiya şikayəti və kassasiya şikayəti verməmişdir. Cavabdeh1 isə həmin şəxslərin adından çıxış etmək səlahiyyətində olması barədə sənəd iş materiallarında mövcud deyildir. Cavabdeh1 özünün məhkəmə iclaslarında iştirakının təmin olunmaması barədə dəlillərinə gəldikdə isə işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən göndərilmiş bildirişlər cavabdehə məhkəmə iclaslarından əvvəl şəxsən təqdim edilmiş, birinci bildi rişi alandan sonra o, ərizə yazaraq iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətlərinin təqdim olunmasını məhkəmədən xahiş etmiş, apellyasiya məhkəməsinin iclasında şəxsən iştirak etməklə izahat vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh1 kassasiya şikayətində göstərilənlər əsassız olmaqla iş materialları ilə öz təsdiqini tapmır. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-1841/2021 nömrəli iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.