Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7916/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və vəkili Vəkilin kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Binəqədi Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 2(001)1962/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Re spublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta pulunun ödənilməsi tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 2(001)-1962/2019 saylı qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilən sənədlər geri qaytarılmışdır. 22 iyul 2019-cu il tarixdə cavabdeh ərizə ilə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 avqust 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh şikayət verərək qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli 2(103)-12 251/2019 saylı qərardadı ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1962/2019 saylı 01 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli 2(103)-12251/2019 saylı qərardadından cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Binəqədi Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli 2(001)-1962/2019 saylı qətnaməsi poçt vasitəsi ilə 29.03.2019-cu il tarixli 2(001)-1962/2019 saylı qətnaməsi poçt vasitəsi ilə 29.03.2019-cu il tarixdə göndərilmiş və şirkətə 03.04.2019-cu il tarixdə daxil olmuş, apellyasiya şikayəti 02.05.2019-cu il tarixdə poçt vasitəsi ilə Binəqədi rayon Məhkəməsinə təqdim edilmişdir. Beləliklə, apellyasiya şikayətin verilməsi üçün prosessual müddət ötürülməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nin 19 sentyabr 2019-cu il tarixli 2(103)12251/2019 saylı qərardadının ləğv edilməsi, prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsi və apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, t ərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin qətnamədən verdiyi apellyasiya şikayəti və ona əlavə e dilən sənədlər imzalanmadığından geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verməmiş, onu mübahisələndirməmişdir. Belə olan halda, həmin qərardad qanuni qüvvəyə minmiş və qərardadda müəyyən edilmiş hallar hazırki şikayət verilən qərardad üçün preyudisial xarakter daşıyır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən görünür ki, cavabdeh müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək qanunla müəyyən edilmiş müddətin üzrlü səbəbdən ötürülməsi barədə hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti ö zündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müddətin ötürülməsinə dair hər hansı üzrlü səbəb olmamış, habelə məhkəmə kollegiyası tərəfindən araşdırmanın aparılması zamanı belə bir hal aşkar edilmədiyindən birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı prosessual hüquq normaları ilə əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanuni müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən səxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassatorun şikayətdə qeyd etdiyi dəlili ilə əlaqədar bildirir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdeh müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək qanunla müəyyən edilmiş müddətin üzrlü səbəbdən ötürülməsi barədə hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməməsi ilə bağlı kassasiya şikayətinin dəlili iş materialları ilə təsdiq olunmur. Belə ki, kass asiya şikayətində irəli sürülən dəlillər əsassız olmaqla formal mülahizələrə əsaslanmaqla işdə olan hallarla təkzib edilir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı olmaqla qəbul edilmiş qərardad qanunidir, həmçinin hüquq normaları düzgün tətbiq edilməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Bu səbəbdən də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədə
Məhkəmə qərarları › İş №2(102)-7916/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7916/2019
16.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver