Məhkəmə qərarları › İş №2(102)-792/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-792/2025

11.03.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-792/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Oğuz rayon Notariat ofisinə (üçüncü şəxs X10) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Oğuz rayon Notariat ofisi, üçüncü şəxs X5 qarşı “Oğuz rayon Dövlət Notariat Kontorunda bağlanmış 31 may 2004-cü il tarixli, 216902 saylı müqavilənin və ondan irə li gələn hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1118/2024 nömrəli iş üzrə 14 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Torpağın mülkiyyətə verilməsinə dair JN 066A (kod ********) saylı şəhadətnaməyə əsasən Oğuz rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə Oğuz şəhər sakinləri X11, X3, X12, X14 və X15 0,09 ha həyətyanı torpaq sahəsi verilmiş, şəhadətnamə 5761 nömrə ilə qeydiyyata alınmış və bir nüsxəsi X11 verilmişdir.

2. Oğuz rayon Dövlət Notariat Kontorunda xx.xx.2004-cü il tarixdə 4Ə-1/44 r eyestr nömrəsi ilə təsdiq olunmuş 216902 saylı müqaviləyə əsasən həmin müqavilə ilə satıcı X2 rayon İnventar bürosunun verdiyi xx.xx.2004-cü il tarixli, 2047 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, 1992-ci ildə daşdan tikilmiş, üstü şiferlə örtülmüş, 88,5 kv metr ümumi, 48 kv metr yaşayış, 40,5 kv metr köməkçi sahəsi olan iki otaqdan ibarət yaşayış evini 28000000 manata(köhnə) alıcı X1, həmin məbləği alıcıdan almışdır. Müqavilənin təsdiqi və rəsmiləşdirilməsi üzrə xərclər alıcı tərəfindən ödənilmişdir. 3. xx.xx.2004-cü il tarixli, 2047 nömrəli qeydiyyat vəsiqəsinin və fərdi yaşayış fonduna daxil olan evin texniki pasportuna əsasən ünvan 2 ünvanda yerləşən 2 otaqlı, yaşayış sahəsi 48 kv metr olan yaşayış evi Oğuz rayon Dövlət Texniki inventarlaşdı rma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən X6 adına qeydə alınmış, bu barədə qeyd reyestr kitabının 43-cü səhifəsinə yazılmışdır.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və fərdi yaşayış evinin 4051/1339 inventar nömrəli texniki pasporta əsasən ünvan 1 ünvanında 0,09 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə hüquq sahibi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır.

5. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(107)-299/2022 saylı qərarı ilə iddiaçı X4 apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.202 2-ci il tarixli, 2-1(116)-524/2022 saylı qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, keçmiş DTXK Oğuz rayon şöbəsi tərəfindən X16 və ailə üzvlərinin adına hazırlanmış JN 066A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsinə mərhum X6 adına vahid daşınmaz əmlak kimi çıxarış və texniki pasportun hazırlanması öhdəliyinin İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin (9 saylı Qəbələ Ərazi İdarəsi) üzərinə qoyulması qərara alınmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1037/2023 saylı qərarı ilə üçüncü şəxs İddiaçı3 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(107)-299/2022 saylı qərarı dəyişdirilmiş, keçmiş DTXK Oğuz rayon şöbəsi tərəfindən X16 və ailə üzvlərinin adına hazırlanmış JN 066A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsinə hüququn mərhum X13 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (iddiaçılar) cavabdeh Oğuz rayon Notariat ofisinə (cavabdeh), üçüncü şəxs X5 (üçüncü şəxs) qarşı Oğuz rayon Dövlət Notariat Kontorunda bağlanmış 31 may 2004-cü il tarixli, 216902 saylı müqavilənin və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

8. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, 31 may 2004-cü il tarixdə 216902 nömrəli müqavilədə alqı-satqı müqaviləsinin predmeti kimi yalnız ünvan 1 ünvanında yerləşən 854,2 kv metr 1992-ci ilədə çay daşından tikimiş, üstü şiferlə örtülmüş 88,5 kv metr ümumi sahəsi, 48 kv metr əsas yaşayış sahəsi, 40,6 kv metr köməkçi sahəsi olan iki otaqlı fərdi yaşayış evi göstərilmişdir. Bu evin də satılması üçün tərəflərindən hər hansı razılıq ərizəsi notarusa təqdim olunmayıb. Notarius isə bu halı nəzərə almadan qanunsuz müqaviləni təsdiq edib. Cavabdeh tərəfindən mübahisələndirilən torpaq sahəsi Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 75 nömrəli qərarla 0,09 ha onların mülkiyətinə verilb və bu barədə onlara J066A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilib. Yəni onların ümumi mülkiyyətində olan torpaq sahəsinin satılması üçün mərhum atalarına hər hansı formada razılıq verməmişlər. Mərhum atalarının həmin torpaq sahəsinin yalnız 1/5 üzərində sərəncam vermək hüququ olmuşdur. Qeyd edilən torpaq sahəsini satmaq üçün mərhum atası tam mülkiyyətçi olmalı idi. Qeyd edilən fərdi yaşayış evi ataları tərəfindən özgəninkiləşdirilərkən torpaq sahəsi ilə bağlı müqavilədə hər hansı qeyd göstə rilməmiş, müqavilənin bağlandığı zamanı anaları və onların iradə ifadəsi olmamışdır.

9. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs X4 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edərək göstərmişdir ki, 2004-cü ildə ünvan 4 ünvanda yerləşən, Oğuz rayon İnventar bürosunun verdiyi xx.xx.2004-cü il tarixli, 2047 nömrəli qeydiyyat vəsiqəsinə əsasən X7 mülkiyyətində olan fərdi yaşayış evi mülkiyyətçi tərəfindən X13 28000000 köhnə manata satılmışdır. Bununla bağlı 216902 saylı müqavilə Oğuz Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmişdir. Müqavilədən də göründüyü kimi bütün əməliyyat qanuni şəkildə həyata keçirilmişdir. Müqavilənin hüquqi nəticəsi olaraq alıcının mülkiyyəti qeydə alınmış, xx.xx.2004-cü il tarixdə ona qeydiyyat vəsiqəsi və evin texniki pasportu verilmişd ir. Hidayət Kərimovun vəfatından sonra onun oğlu-iş üzrə üçüncü şəxs Qorxmaz Kərimov evin torpaq sahəsi ilə birlikdə vahid miras əmlak kimi atasının adına qeyd edilməsi üçün 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, idarə 0,09 ha torpaq sahəsinə dair şəhadətnamənin olduğunu əsas gətirməklə mərhum X6 mülkiyyət hüququnun vahid daşınmaz əmlak kimi qeydə alınmasından imtina etmişdir. Ona görə də X27 İnzibati Məhkəməsinə müraciət edərək X16 və ailə üzvlərinin adına olan JN 066A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsinə mərhum atası X6 adına vahid daşınmaz əmlak kimi çıxarış və texniki pasport hazırlanması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-2(116)- 524/2022 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan Qorxmaz Kərimovun verdiyi apellyasiya şikayəti təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(107)-299/2022 saylı qərarı ilə X16 və ailə üzvlərinin adına olan JN 066A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsinə mərhum X6 adına vahid daşınmaz əmlak kimi çıxarış və texniki pasport hazırlanması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərar qanuni qüvvəsini aldığından xx.xx.2023-cü il tarixdə qeyd edilən əmlaka dair X4 adına çıxarış və texniki pasport verilmişdir. Hazırkı iş üzrə İddiaçı3 həmin işdə üçüncü şəxs olaraq qərardan verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1037/2023 saylı qərarında göstərildiyi kimi mübahisəli JN 066A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş, 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə öhdəliklər qoyulmuşdur. İddiaçıların istinad etdiyi torpağa dair mülkiyyət sənədi artıq mövcud deyil, çünki mülki qanunvericiliyə görə ev satılarkən torpaq sahəsi də alıcının mülkiyyətinə verilir. 2004-cü ildə torpaq sahəsinin mülkiyyət h üququnu təsdiq edən heç bir sənəd olmadığından torpağın rəsmi alqı-satqısı mümkün olmamışdır.

10. Oğuz Rayon Məhkəməsinin (hakim Səadət Zeynalova) 28 fevral 2024-cü il tarixli, 2(054)-61/2024 saylı qətnaməsi ilə iddia rədd olunmuş, iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilmişdir.

11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıların atası X16 qanuni əsaslarla mülkiyyətində olan fərdi yaşayış evini xx.xx.2004-cü il tarixdə X13 28000000 köhnə manata satmış, həmin alqı-satqı Oğuz rayon Dövlət Notariat Kontorunda təsdiq edilmişdir. Alqı-satqı rəsmiləşdirildikdən sonra Hidayət Kərimov daşınmaz əmlaka dair adına qeydiyyat vəsiqəsi almışdır. Həmin vaxtdan hal-hazıradək iddiaçılar tərəfindən alqı-satqı ilə bağlı hər hansı mübahisəyə dair rəsmi müraciəti n olduğu müəyyən edilməmişdir. X10 inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət edərək DTXK Oğuz rayon şöbəsi tərəfindən X16 və ailə üzvlərinin adına hazırlanmış JN 066A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsinə mərhum X6 adına vahid daşınmaz əmlak kimi çıxarış və texniki pasportun hazırlanması öhdəliyinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin (9 saylı Qəbələ Ərazi İdarəsi) üzərinə qoyulması tələbinin təmin edilməsini xahiş etmişdir. Həmin iş üzrə Şəki İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə iddiaçılar üçüncü şəxs qismind ə məhkəmə icraatına cəlb edilmişlər. Yuxarı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qərarlara əsasən JN 066A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş, qərar qanuni qüvvəsini almışdır.

12. Məhkəmə qeyd etmişdir ki, alqı-satqı obyekti olmuş fərdi yaşayış evi xx.xx.2004cü il tarixli, 2047 saylı qeydiyyat vəsiqəsinə əsasən iddiaçıların atası X7 tam mülkiyyətində olmuş və onun mülkiyyətində olan əmlakını satması üçün ailə üzvlərinin razılığının alınması qanunda müəyyən edilməmişdir. Müqavilə mülki qanunvericiliyə uyğun şəkildə tərtib və təsdiq edilmiş, müqavilənin ləğv edilməsi üçün əsaslar məhkəmə icraatı zamanı aşkar edilməmişdir. Bundan əlavə həmin vaxt İddiaçı2 27, İddiaçı1 23, İddiaçı3 21 yaşı olmaqla məsələni qiymətləndirmək iqtidarında olmuşlar.

13. Məh kəmə qeyd etmişdir ki, iddiaçıların iddia tələbinin təmin edilməsinə dair əsaslarının ikinci hissəsinə gəldikdə məhkəmə icraatı gedişində müəyyən edildiyi kimi iddiaçıların istinad etdikləri torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş, qərar qanuni qüvvəsindədir. Buna baxmayaraq iddiaçılar həmin qərarı qəbul etməməkdə israrlıdırlar.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçıların irəli sürdüyü arqumentlər mübahisələndirilən müqavilənin ləğvi üçün əsas vermədiyindən, yəni qüvvədə olan mülki qanunvericiliyə əsasən daşınmaz əmlakın alqı-satqısı ilə bağlı normaların pozulduğu müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddia tələbinin müqavilədən irəli gələn hüquqi nəticələrin ləğv edilməsi hissəsi birinci hissə ilə əlaqəli olduğundan məhkəmə bildirir k i, iddia tələbi həmin hissədə də rədd olunmalıdır.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 157.2, 324.1, 324.4, 389.1, 390.1, 390.3, 394, 406.1, 567, 568.1, 646.1, 646.2, 647 və 648.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 5.3, 14.2, 77.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda əsaslandırılmışdır.

18. Şəki Apellyas iya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Elçin Hüseynov – (sədrlik edən və məruzəçi), Əyyub Kərimov və Zülfüqar Sadıqov) 2(107)-1118/2024 nömrəli iş üzrə 14 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməyərək, Oğuz Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(054)-61/2024 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsində göstərilənləri təkrarlamaqla onunla eynilik təşkil edir.

20. İddiaçılar istər iddia ərizəsində, istərsə də apellyasiya şikayətində Mülki Məcəllənin 421-ci maddəsin müddəalarına istinad edərək 31 may 2004-cü il tarixli, 216902 saylı alqısatqı müqaviləsinin ləğvini xahiş edirlər. Həmin müqaviləyə nəzər yetirərkən məlum olur ki, iddiaçılar həmin müqavilədə tərəf olmamış, müqavilənin tərəfləri hazırkı iş üzrə iddiaçıların və üçüncü şəxsin valideynləri olmuşlar.

21. Məhkəmə hesab etmişdir ki, hazırkı vəziyyətdə iddiaçılar tərəf olmadıqlarından müqavilənin ləğvinə dair razılaşma da mümkün deyildir. Eyni zamanda müqavilənin əhəmiyətli dərəcədə pozulması da baş verməmişdir.

22. İddiaçıların cavabdehlərə qarşı göstərilən tələblə bağlı məhkəməyə müraciət etmək barədə subyektiv hüququ mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, ünvan 1 ünvanında 0,09 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqları daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış dır.

23. İddiaçıların ataları X16 Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüquqlarını həyata keçirərək torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evini notarial qaydada təsdiqlənmiş müqavilə ilə X1 və onun faktiki sahibliyinə vermişdir.

24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, xx.xx.2004-cü il tarixli, 216902 saylı müqavilənin qanunda nəzərdə tutulmuş forma tələblərinə riayət edilmiş, müqavilədə tərəflər, onların rekvizitləri, müqavilənin predmeti, şərtləri və əsasları göstərilmiş, müqavilənin tərəfləri şəxsən alqı-satqı müqaviləsinin bağlanmasında iştirak etmiş, onlara hüquq və vəzifələri, eyni zamanda müqavilə bağlanmasının hüquqi nəticələri izah edi lmiş və tərəflər həmin müqaviləyə imza etmiş, müqavilə notarius tərəfindən təsdiq edilmiş və dövlət reyestrinə daxil edilmiş və müvafiq qaydada dövlət rüsumu ödənilmişdir. Müqavilənin tamlığına xələl gətirən hər hansı hal da məhkəmə tərəfindən müəyyən edilməmişdir.

25. İddiaçılar iddia ərizəsində və apellyasiya şikayətində evin satılması üçün onlar notariusa razılıq ərizəsi vermədiklərini, bundan əlavə evin yerləşdiyi torpaq sahəsinin yalnız 1/5 hissəsi atalarının mülkiyyətində olmasını, qalan torpaq sahəsinə sonuncunun hüququ olmamasını, yəni torpaq sahəsinin satılması üçün də onlar razılıq ərizəsi vermədiklərini göstərmişlər.

26. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan MM-in 357-ci maddəsinə əsasən, əqd bağlanması nın bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

27. Qanuni qüvvəsini almış məhkəmə qərarları ilə iddiaçıların və onların valideynlərinin adına olan JN 066A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmişdir. Həmin mübahisələr üzrə iddiaçılar icraata zəruri cəlb edilmiş üçüncü şəxs qismində iştirak etmişlər.

28. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 139.2, 139.3, 139-1.1, 1391.1.3, 140, 146.1, 146.2, 148.2, 152.1, 152.2, 152.3, 152.4, 245, 421.1, 421.3 və 245-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçılar İddiaçı1 və İddiaçı2 (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr bəyənmə ilə bağlı müvafiq maddi hüquq normasına istinad etmişlər. Lakin məhkəmələr iş üzrə iddia ərizəsi və məhkəmədə iddiaçıların bildirdiklərini nəzərə almamışlar. Məhkəmələrin qəbul etmiş olduqları əsassız qətnamələr iddiaçıların mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Məhkəmə iddiaçıların subyektiv hüquqa malik olmadığını qeyd etmiş və bunu da onların müqavilə tərəfi olmaması ilə əsaslandırmağa çalışmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin müqavilə iddiaçıların birbaşa olaraq hüquqlarına toxunmuşdur. Belə ki, həmin müqaviləyə əsaslanmaqla cavabdeh inzibati qaydada iddiaçıların da birgə mülkiy yətində olan həmin fərdi yaşayış evi və torpaq sahəsinə dair çıxarış əldə etmişdir. Bundan başqa müqavilə tərəfi olaraq iddiaçıların atasının vəfat etdiyini nəzərə aldıqda bu baxımdan da iddiaçıların həmin müqaviləni mübahisələndirməyə subyektiv hüquqları olmuşdur. Məhkəmələr müqavilənin etibarsız olmasını öz təşəbbüsləri ilə müəyyən etməli idilər. Hazırki mülki işdə müqavilənin hər iki tərəfi vəfat etmiş olsa da onların hüquqlarını övladları həyata keçirməkdədir. Fərdi yaşayış evinə dair bağlanmış olan alqı-satqı müqaviləsi əsasında X28 müqavilənin digər tərəfi Hidayət Kərimovun ona olan borcu tam şəkildə ödəməməsi nəticəsində müqavilə bağlayarkən ümid etməyə haqqı çatandan məhrum olmuşdur. Həmçinin bağlanmış alqı-satqı müqaviləsinin predmetinin fərdi yaşayış evi olmasına baxmayaraq müqav ilənin digər tərəfinin vərəsəsinin iddiaçıların da mülkiyyətində olan torpaq sahəsinin hamısına mülkiyyət hüququ əldə etməsi mülkiyyət hüququnun kobud pozuntusuna yol açmışdır. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə ataları X11, anaları X3, İddiaçı2, X8 və X9 0,09 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN 066A saylı şəhadətnamə atasına verilmişdir. Həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi qeydə alınaraq atasının adına 31 may 2004-cü il tarixli, 2047 saylı qeydiyyat vəsiqəsi verilmişdir. X28 da məhz həmin qeydiyyat vəsiqəsinə əsəsən yalnız fərdi yaşayış evini mərhum Hidayət Kərimova satmışdır. Həmin fərdi yaşayış evini də satarkən iddiaçıların heç birinin razılığı alınmamışdır. Məhkəmələr həmin razılığın alınmasının qn aunvericilikdə nəzərdə tutulmamasını qeyd etsələr də, həmin fərdi yaşayış evinin özünün inşa edildiyi torpaq sahəsi və ondan əlavə qalan digər torpaq sahəsi üzərində iddiaçıların hər birinin 1/5 hissədə mülkiyyət hüquqlarının olmasını nəzərə almamışlar. Həmçinin həmin mülkiyyət hüquqları Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə yaranmışdır.

31. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən obyektiv həqiqətə nail olunması üçün heç bir lazımi şərait yaradılmamışdır. Məhkəmə iddiaçı tərəfin məhkəmə iclasına gələrək gözləməsinə baxmayaraq məhkəmə bildirişində qeyd edilmiş iclas zalında yox, başqa bir iclas zalında işə baxmış və şikayətin təmin olunmamasını qət etmişdir. Halbuki çəkişmə prinsipinə əsas ən iddiaçının öz möveqyini bildirməsi, işin hərtərəfli araşdırılması, izahat vermək və s. kimi hüquqları pozulmuşdur. Məhkəmə özü prosessual pozuntuya yol verərək məhkəmə bildirişdən qeyd edilmiş iclas zalından kənar bir iclas zalında tələsik işə baxaraq qətnaməni qüvvədə saxlaması insanların ədalət mühakiməsinə inamını sarsıtmaqdadır. Əgər müəyyən problemlərdən dolayı bildirişdə qeyd edilmiş iclas zalında prosesəs baxmaq mümkün deyildirsə, ən azından bu barədə hər hansısa bir formada tərəfləri məlumatlandırmaq lazım idi. Nəzərə alsaq ki, iddiaçı tərəf məhkəmənin bildirişində qeyd edilən vaxtdan da əvvəl, həmin bildirişdə qeyd edilmiş iclas zalında gözləyirdilər. Belə olduğu təqdirdə gəlib həmin iclasa baxaraq tərəfi digər iclas zalına dəvət etməmək prosessual hüquq pozuntusa yol açmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Üçüncü şəxs X4 nümayəndəsi və vəkili Nümayəndə2 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti formal xarakter daşımaqla yalnız kassasiya şikayəti vermək xatirinə tərtib olunmuşdur. Belə ki, kassasiya şikayətinə hələ bundan əvvəl iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinə təqdim etdikləri iddia ərizəsinin və digər şikayət ərizələrinin dəlilləri olduğu kimi köçürülmüş, kassasiya şikayəti verilən qətnamədə hansı maddi və ya prosessual hüquq normalarının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) əsaslandırılmamışdır. İddiaçılar tərəfindən verilmiş kassasiya şik ayətinə apellyasiya şikayətinin dəlilləri olduğu kimi köçürülmüşdür. İddiaçılar kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsi tərəfindən maddi və ya prosessual hüquq normalarının pozulduğunu və ya düzgün tətbiq edilmədiyini əsaslandıra bilməmişlər. Kassatorların kassasiya şikayətində istinad etdikləri maddi hüquq normalarının (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci, 152.1-ci, 358.1-ci və 245-ci maddələri) tələbləri düzgün şərh və izah edilməmişdir. Eyn zamanda kassatorlar məhkəmə tərəfindən prosessual hüquq normalarının (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci, 9.2-ci, 9.3-сü və 14.1-ci maddələri) pozulmasını da əsaslandıra bilməmişlər. Kassasiya şikayətində yalnız işin faktiki hallarından yazan kassatorlar hesab edirlər ki, valideyinləri tərəfindən sa tılmış evin torpaq sahəsi onların mülkiyyətində qalmışdır. Hətta iddiaçılar hazırki iş üzrə iddia tələbinin predmetini unudaraq Ali Məhkəmənin Qərarını müzakirə edirlər. Eyni zamanda inzibati iş üzrə Ali Məhkəmənin Qərarından Ali Məhkəmənin Plenumuna şikayət verdiklərini və həmin şikayətin geri qaytarıldığını qeyd edirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

34. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericili kdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.

35. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

36. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 37. 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;

38. Maddə

140. Re yestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

39. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

40. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

41. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

42. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

43. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

44. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

45. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

46. Maddə

245. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

47. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

48. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

49. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

50. Maddə

245. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) y erləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Ma ddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

59. Maddə 41 8.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

63. İddiaçıların kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eyn i məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

64. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

65. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olm aq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1118/2024 nömrəli iş üzrə 14 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar