Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-793/2021 08.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Cavabdeh2nə və Biləsuvar Şəhər Texniki X5 tipli məktəb liseyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqının ödənilməsi tələbinə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, vəkili Vəkil, cavabdehin nümayəndəsi X2, cavabdehin vəkili X4, cavabdeh Biləsuvar rayon Texniki X5 tipli liseyin nümayəndəsi X1 iştir akları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4699/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh2 direktor vəzifəsinin müvəqqəti həvalə edilməsi barədə 07 yanvar 2017-ci il tarixli, 07 nömrəli əmri ilə texniki X5 tipli məktəb liseyin direktoru X.Bağırov səhhəti ilə əlaqədar müalicəyə getdiyi üçün həmin vəzifənin müvəqqəti olaraq icrası məktəbin direktor müavini İddiaçı həvalə edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh2 07 fevral 2017-ci il tarixli 17 nömrəli əmri ilə 06.02.2017-ci il tarixdən İddiaçı K.Ağ ayev adına Biləsuvar şəhər Texniki X5 tipli məktəb liseyə müvəqqəti direktor vəzifəsinə təyin edilmişdir. 03 oktyabr 2017-ci il tarixli, 92 nömrəli əmrlə texniki X5 tipli məktəb liseyin müvəqqəti direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ərizəsi nəzərə alınmaqla xitam verilmiş, İddiaçı məktəb liseydə direktor müavini vəzifəsində saxlanılmışdır. İddiaçı direktor vəzifəsini icra etdiyi 06.02.2017-03.10.2017-ci il tarixlərində (fevral 2017-435 manat; mart 2017-435 manat; aprel 2017-500,25 manat; may 2017-500,25 manat; iyun 2017-500,25 manat; avqust 2017-59,28; sentyabr 2017-500,25; oktyabr 2017500,25 olmaqla) ona cəmi 3.430,53 manat əmək haqqı ödənilmişdir. İddiaçıya əmək kitabçası sonra 2018-ci ilin noyabr ayında verilmişdir. İddiaçı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi K.Ağa yev adına Biləsuvar şəhər Texniki X5 tipli məktəb lisey arasında 28.10.1978-ci il tarixdə baş tərbiyəçi vəzifəsi üzrə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Müvafiq müqavilə üzrə işçinin aylıq əmək haqqının məbləği 435 manatdır. İddiaçı ilə Cavabdeh2 arasında 07.01.2017-ci il tarixdə müvəqqəti direktor vəzifəsi üzrə müddətli əmək müqaviləsi bağlanmış, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix 31.08.2017-ci ildir. Müvafiq müqavilə üzrə işçinin aylıq əmək haqqının məbləği 685 manatdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Cavabdeh2nə və Biləsuvar Şəhər Texniki X5 tipli məktəb liseyinə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən Biləsuvar şəhər Texniki X5 tipli məktəb liseyində müvəqqəti direktoru kimi işlədiyi dövr üçün ödənilməmiş əmək haqqı 3,082.5 manat və həmin əmək haqqına hesablanmış faiz 22,502 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Biləsuvar şəhər Texniki X5 tipli məktəb liseydə müvəqqəti direktoru kimi işlədiyi dövr üçün ödənilməmiş əmək haqqının və həmin əmək haqqına işəgötürənin təqsiri üzündən gecikdirildiyi üçün hesablanmış faizin məhkəmə qətnaməsi qanuni qüvvəyə minən günədək hesablanması, 2017-ci il üçün ödənilməmiş məzuniyyət haqqının və 51 (əlli bir) illik əmək fəaliyyətinin (1978-ci ildən) 40 (qırx) ilini məktəbin tərbiyə üzrə direktor müavini kimi işlədiyi kollektivdə illərlə qazan dığı yüksək nüfuzuna dəymiş zərərə görə 40.000 (qırx min) manat məbləğində mənəvi ziyanın da cavahdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 1967-ci ildən əvvəllər internat kimi fəaliyyət göstərmiş, hazırda isə K.Ağayev adına Biləsuvar şəhər Texniki X5 tipli məktəb liseydə işə qəbul olunmuş və məktəb liseydə direktor müavini - baş tərbiyəçi kimi 28.10.1978-ci il tarixdən 30.06.2018-ci il tarixədək işləmişdir. Həmin vəzifəni icra etdiyi dövrdə eyni zamanda Biləsuvar şəhər Texniki X5 tipli məktəb-liseyində müvəqqəti direktor kimi 07.01.2017-ci il tarixdən 03.10.2017-ci il tarixədək işləmişdir. K.Ağayev adına Biləsuvar şəhər Texniki X5 tipli məktəb liseyin 19.06.2019-cu il tarixli, 124 nömrəli məktubundan on a məlum olmuşdur ki, işəgötürən ona həm əsas iş yeri, həm də əvəzçilik üzrə icra etdiyi iş yerləri üzrə əmək haqlarını düzgün hesablamamış və nəticədə ona qanunvericiliklə müəyyən olunmuş vəsaiti ödəməmişdir. Belə ki, K.Ağayev adına Biləsuvar şəhər Texniki X5 tipli məktəb liseyin 19.06.2019-cu il tarixli, 124 nömrəli məktubuna əlavə olunmuş arayışdan məlum olur ki, əvəz etdiyi direktor vəzifəsi üçün nəzərdə tutulmuş əmək haqqının yarısından xeyli az olan məbləğlər əlavə əmək haqqı kimi hesablanaraq ona ödənilmişdir. Buna görə hesab edir ki, Biləsuvar şəhər Texniki X5 tipli məktəb liseyində müvəqqəti direktoru kimi əmək müqaviləsinin 07.01.2017-ci ildən 03.10.2017-ci ilə kimi olan 9 aylıq dövrü üçün həmin vəzifənin aylıq maaşının - 685 manatın ən azı yarısı, yəni 342.5 manat ona ödənilməlid ir. Bu gecikdirilmiş əmək haqqı 3,082.5 manat (9 ay x 342.5 manat) və həmin gecikdirilmiş əmək haqqına 2 il (730 gün) üçün hesablanmış bir faiz isə 22,502 manat (hər gecikdirilmiş gün üçün gecikdirilmiş əmək haqqının bir faizi gecikdirilmiş 30.825 manat gecikdirilmiş müddət 730 gün = 22,502) təşkil edir. Qeyd olunanlara əsasən məhkəmədən iddianını təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Quliyev, iş 2(005)-367/2020 saylı) iddia tələbi qismən təmin edilmiş, İddiaçı 07.01.2017-ci il tarixdən 03.10.2017-ci il tarixə qədər Biləsuvar şəhər Texniki X5 tipli məktəb liseyində müvəqqəti direktor kimi işlədiyi dövr üçün ödənilməmiş əmək haqqı borcunun və hər gecikdirilmiş gün üçün ödənilmə miş əmək haqqının 1 faizi məbləğində ödəncin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi, Cavabdeh2 və K.Ağayev adına Biləsuvar Şəhər Texniki X5 Tipli Məktəb-Lisey tərəfindən hesablanması və İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh2 tərəfindən İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı ilə işəgötürən (hazırki mülki iş üzrə cavabdeh) Azərbaycan Respublikası Təhsil Nazirliyi K.Ağayev adına Biləsuvar şəhər Texniki X5 tipli məktəb lisey arasında əvvəlcə baş tərbiyəçi vəzifəsi üzrə 28.10.1978-ci il tarixli əmək müqaviləsi bağlanmış, daha sonra həmin vəzifəni icra etdiyi dövrdə onunla digər işəgötürən (hazırki mülki iş üzrə digər cavabdeh) Azərbaycan Respublikası Təhsil N azirliyi Cavabdeh2 arasında 07.01.2017-ci il tarixli müvəqqəti direktor vəzifəsi üzrə müddətli əmək müqaviləsi bağlanmışdır. Birinci müqavilə üzrə əmək haqqı 435 manat, ikinci müqavilə üzrə isə 685 olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi K.Ağayev adına Biləsuvar şəhər Texniki X5 tipli məktəb liseyinin müvəqqəti direktoru vəzifəsini icra etdiyi dövrdə işəgötürən Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh2 tərəfindən İddiaçı 685 manat məbləğində əmək haqqı ödənilməli olsa da, ona yalnız direktor müavini vəzifəsi üzrə nəzərdə tutulmuş əmək haqqı ödənilmiş, nəticə etibarı ilə yuxarıda qeyd edilən məbləğlər arasındakı fərq ödənilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı 07.01.2017-ci il tarixdən 03.10.2017-ci il tarixə qədər K.Ağayev adına Biləsuvar şəhər Texniki X5 tipli məktəb liseyində müvəqqəti direktor kimi işlədiyi dövr üçün ödənilməmiş əmək haqqı borcu və hər gecikdirilmiş gün üçün əmək haqqının 1 (bir) faizi məbləğində ödənc cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh2 tərəfindən hesablanmalı və İddiaçı ödənilməli, iddia tələbi 2017-ci il üçün ödənilməmiş məzuniyyət haqqının tutulması hissəsində rədd edilməlidir. Birinci instansiya məhkəməsi mənəvi zərər hissəsinə münasibətdə qeyd etmişdir ki, İddiaçı cavabdehlər tərəfindən şərəf və ləyaqətinin alçaldılmasına yönəlmiş hərəkətlər edildiyini, həmin hərəkətlər nəticəsində işgüzar nüfuzuna zərər gəldiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Apelya siya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), E.Həsənov və X.Mərdanova, iş № 2(103)-4699/2020) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Biləsuvar Şəhər Texniki X5 tipli məktəb liseyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-367/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə iddia tələbi təmin edilməməsinə dair yeni qətnamə qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, K.Ağayev adına Biləsuvar Şəhər Texniki X5 tipli məktəb liseyində direktorun aylıq vəzifə maaşı 486 manat, m üavinlərinin aylıq maaşı isə 435 manat təşkil edir. 2017-ci ilin aprel, may, iyun, avqust və sentyabr aylarında İddiaçı müvəqqəti olaraq direktor vəzifəsini icra etdiyi üçün ona əlavə olaraq boş vəzifənin icrası üçün 486*50%=279,5 manat hesablanmış və ödənilmişdir. İddiaçı öz imzası ilə həmin məbləğlərdə əmək haqqının ona ödənildiyini təsdiq etmişdir. İddiaçı müvəqqəti olaraq direktor vəzifəsini icra etdiyi üçün ona əlavə olaraq boş vəzifənin icrası üçün nəzərdə tutulmuş əmək haqqı ödənildiyini öz imzası ilə təsdiq etdiyindən onun iddia tələbi əmək haqqının ödənilməsi hissəsində əsassızdır. Həmçinin, kollegiya qeyd etmişdir ki, iddiaçı hazırki iddia tələbi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddə sinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrində iddia müddətinin axımı əmək kitabçasının verilməsindən deyil şəxsin ona zərər vurulduğunu bildiyi andan başlayır. Hazırki işdə iddiaçı ona əlavə əmək haqqının və ödənilməmiş məzuniyyət haqqının verilmədiyini irəli sürməkdədir. Belə olan halda isə iddia müddətinin axımı iddiaçı ilə müvəqqəti direktor vəzifəsi üzrə müddətli əmək müqaviləsi bağlanandan sonra ona əlavə əmək haqqının ödənilmədiyini bildiyi andan başlamış (2017-ci il), digər tərəfdən iddiaçıya son haqq hesab 2018-ci ilin iyun ayında verilmiş və iddiaçı isə məhkəməyə 28.10.2019-cu il tarixdə müraciət etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin iddiaçının nüfuzuna dəymiş zərərə görə 40.000 manat məbləğində mənəvi ziyanın da cavabdehlərdən tutularaq ona ödənilməsi hissəsi tələbin əsas hissəsindən irəli gələrək onun nəticəsindən də birbaşa asılı olduğundan əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4699/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edərək, iddianın tam təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə ona ödənilmiş əmək haqqının düzgün hesablanmadığına, qanuni qüvvədə olan məhkəmə qərarı ilə iddia müddətinin axımının başlanmasının müəyyən olunmasına və cavabdehin hərəkətləri ilə bağlı mənəvi zərərin vurulmasına əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil və nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4699/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv olunması və iddianın tam olaraq təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəkili X8 və nümayəndəsi X6 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4699/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsinin dəyişirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq cavabdeh Biləsuvar rayon Texniki X5 tipli lseyin nümayəndəsi X 1 izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apel lyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində qətnamənin ləğv olunması iddianın tam təmin olunması xahiş olunmuşdur. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 54-cü maddəsinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsini təmin etməlidir. 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı h allara şamil edilmir 294-cü maddənin 1-ci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktla rla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 21 7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kololegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri onun əmək haqqının düzgün hesablanmadığına, pul məbləği verilərkən əmək haqqının həqiqi miqdarının nəzərə alınmadığı və iddia müddətinin ötürülməsinə dair məhkəmənin mövqeyinin düzgün olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının əmək haqqı mövcud məbləğlər nəzərə alınmaqla ödənilmişdir. İddiaçı ilə cavabdeh arasında fərdi əmək mübahisəsinin mövcudluğu nəzərə alınaraq əmək haqqının gecikdirilməsinə görə məbləğin ödənilməsinin isti sna olunması və mənəvi zərərin ödənilməsi ilə bağlı sübutların olmaması müəyyən edilmiş, iddia müddəti ötürülmüşdür. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məh kəməsi Mülki Kollegiyasının 2(103)-4699/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.