Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7930/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, cavabdeh LPO Cavabdeh1 ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli, 2(103)10800/2019 saylı qətnaməsindən cavabdeh LPO Cavabdeh1 ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəs imi rayon məhkəməsinin 25 aprel 2019-cu il tarixli, 2(006)-1926/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.T.Tağıyeva) İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və digərlərin qarşı “əmlakın ipotekadan azad edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın geri qaytarılması” barədə iddiası təmin edilərək, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Saray Qəsəbəsində yerləşən 0,091851 ha torpaq sahəsi bankla aralarında bağlanmış 21 dekabr 2012 il tarixli ipoteka müqaviləsi üzrə müəyyən olunmuş ipotekadan azad edilməsi, həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ona geri qaytarılması qət edilib. Cavabdeh təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avq ust 2019-cu il tarixli, 2(103)10800/2019 saylı qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.K.Xəlilov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 25 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı “əmlakın ipotekadan azad edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın geri qaytarılması” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, 21 dekabr 2012-ci il tarixində “xxxx” MMC ilə bank arasında ipoteka müqaviləsi bağlanıb. İpoteka müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Saray Qəsəbəsində yerləşən 0,091851 ha torpaq sahəsi 21 dekabr 2012ci il tarixli kredit müqaviləsinə əsasən götürülmüş kreditə görə ipotekaya qoyulub. Qeyd edilən kredit müqaviləsinə əsasən “xxxx” MMC tərəfindən 150.000 manat həcmində kreditin götürülməsi və 2 ay müddətinə qaytarılması barədə razılığa gəlinib. İddiaçı tərəfindən kredit müqaviləsi ilə müəyyən edilmiş borc məbləği tam həcmdə ödənilməsinə və öhdəliklərini tam icra etməsinə baxmayaraq cavabdehlər tərəfindən hələ də ipotekaya qoyulan torpaq sahəsinin çıxarışı geri qaytarılmayıb. Onun cavabdeh təşkilata yazdığı 02 avqust 2018-ci il tarixli məktubuna cavab olaraq 29 avqust 2018-ci il tarixli məktubda bildirilib ki, “xxxx” MMC 21 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən həmin kreditin təminatı olan torpaq sahəsinə dair mülkiyyət çıxarışını n təhvil verilməsi barədə ərizəyə cavabdeh təşkilatda baxılıb və “xxxx” MMC bank qarşısında öhdəliklərini tam yerinə yetirməmiş kredit öhdəlikləri olduğu üçün borcun tutulması məqsədi ilə iddia ərizəsi yazılaraq məhkəməyə müraciət edilib və 12 mart 2015-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən bankın xeyrinə qətnamə çıxarılıb. Hazırda iş icra mərhələsindədir. Bankın ona qarşı hər hansı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməsindən xəbəri olmayıb. Onunla bank arasında bağlanmış 21 dekabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən ipoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti onlar arasında bağlanmış 21 dekabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən verilən kreditin və kredit faizinin qaytarılmasından ibarətdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, kassasiya şikayətinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh1 ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X kassasiya şikayətində göstərilənlərə uyğun o laraq izahat verdi. İddiaçı, cavabdeh LPO Cavabdeh1 ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, cavabdeh LPO Cavabdeh1 ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Xun izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qət naməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddia ərizəsinin əsaslı olmasına, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 425.1, 417.3, 528-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, “xxxx” MMC ilə bank arasında bağlanmış 21 dekabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən, bank, mal-materialın alınması üçün “xxxx” MMC-ə 150.000 manat məbləğində, 2 ay müddətinə kredit ayırmağı öhdəsinə götürüb. “xxxx” MMC üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq 21 dekabr 2012-ci il tarixdə bankla İd diaçı arasında ipoteka müqaviləsi bağlanıb və ipotekanın predmetini Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.09185 ha həyətyanı torpaq sahəsi təşkil edir. İddiaçı tərəfindən kredit müqaviləsi ilə müəyyən edilmiş borc məbləği tam həcmdə ödənilməsinə və öhdəliklər tam icra edilməsinə baxmayaraq cavabdehlər tərəfindən hələ də ipotekaya qoyulan torpaq sahəsinin çıxarışı geri qaytarılmayıb. Bu səbəbdən də iddiaçı, 02 avqust 2018-ci il tarixli məktubla banka müraciət edib. Bankın iddiaçıya ünvanlanmış 29 avqust 2018-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “xxxx” MMC bank qarşısında tam yerinə yetirilməmiş kredit öhdəlikləri mövcud olduğu üçün borcun tutulması məqsədi ilə iddia ərizəsi yazılaraq məhkəməyə müraciət edilib və 12 mart 2015-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən bankın xeyrinə qətnamə çıxarılıb. Hazırda iş icra mərhələsindədir. Lakin məhkəmə həmin cavabı sübut kimi qəbul etmir. Belə ki, iddiaçı, 21 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam məbləğdə icra etdiyi halda, cavabdeh təşkilat heç bir hüquqi əsas olmadan iddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarışı özündə saxlamaqla iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərin ə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3 maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 294.1.1-ci maddəsinə görə, girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Həmin Məcəllənin 294.2-ci maddəsinə görə, girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Həmin Məcəllənin152.1-c i maddəsinə görə, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığı üçün, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh LPO Cavabdeh1 ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli, 2(103)-10800/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7930/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7930/2019
17.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver