Məhkəmə qərarları › İş №2(102)-7933/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7933/2019

26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7933/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X1, Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və vəkili X5 iştirakı ilə, Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6827/2019 nömrəli iş üzrə 19 iyul 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən e tdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Natavan Tağıyeva) 2(006)-430/18 saylı, 29 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Sığorta Şirkəti ASC-dən İddiaçı xeyrinə 10786 manat məbləğində pulun tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) 19 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 29 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh sığorta şirkəti ASC-dən 10686 manat (10786 manatdan 100 manat şərtsiz azadolma məbləği çıxılmaqla) sığorta məbləğinin alınaraq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta müqaviləsindəki müddəanın etibarsız hesab edilməsi və sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək 21 oktyabr 2016-cı il tarixli MTRP ******* saylı “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası” şəhadətnaməsinin “Sığorta olunan şəxs” bölməsində göstərilən “sığorta olunan yalnız nəqliyyat vasitələrinin idarə edilməsinə hüquq verən qüvvədə olan sürücülük vəsiqəsinə malik olan və Azərbaycan Respublikasının Qanunvericiliyinə müvafiq olaraq sığortalı tərəfindən yazılı şəkildə və notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında səlahiyyətləndirilmiş istənilən şəxs sayılır” müddəasının etibarsız hesab edilməsi və 14000 manat məbləğində sığorta ödənişinin Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh Sığorta Şirkəti ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 19 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apelly asiya instansiyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasi ya Məhkəməsi mülki kollegiyasının 19 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,tərəflər arasında “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası” barədə 21 oktyabr 2016-cı il tarixli müqaviləyə əsasən iddiaçının mülkiyyətində olan “Honda CRV” minik markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətinin başlaması tarixi 19 oktyabr 2016-cı il, bitmə tarixi 19 oktyabr 2017-ci il tarixli olmaqla sığortalanmışdır. Sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsinin maddi zərərdən sığortası məbləğ 14000 manat, avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin sığortası məbləği isə 5000 manat mü əyyən edilmişdir. 20.01.2017-ci il tarixində, yəni sığorta müqaviləsi qüvvədə olduğu müddətdə həmin avtomobilin sürüşərək idarəetmənin itirilməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi baş verən vaxt iddiaçı avtomobildə olmuş, avtomobil iddiaçının əri-Rəşid Əfəndiyev idarə etmişdir. R.Əfəndiyev sürücülük hüququ (vəsiqəsi) olan şəxsdir, lakin həmin vaxt iddiaçı tərəfindən ona yazılı etibarnamə verilməmişdir. Həmin hadisə zamanı iddiaçının avtomobilinə 10786 manat zərər dəymişdir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası” şəhadətnaməsinin “Sığorta olunan şəxs” bölməsində göstərilən “sığorta olunan yalnız nəqliyyat vasitələrinin idarə edilməsinə hüquq verən qüvvədə olan sürücülü k vəsiqəsinə malik olan və Azərbaycan Respublikasının Qanunvericiliyinə müvafiq olaraq sığortalı tərəfindən yazılı şəkildə və notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında səlahiyyətləndirilmiş istənilən şəxs sayılır” müddəasının etibarsız hesab edilməsi və 14000 manat məbləğində sığorta ödənişinin Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh iddiaya qarşı etiraz edərək bildirmişdir ki, hazırkı halda yol-nəqliyyat hadisəsi baş versə də, bu sığorta hadisəsi hesab oluna bilməz, çünki tərəflər arasında bağlanmış müqavilənin şərtinə görə sığortalanmış avtomobili ya mülkiyyətçi olan iddiaçı özü idarə etməlidir və yaxud da avtomobili idarə edən hər hansı üçüncü şəxsə yazılı və notarial qaydada təsdiqlənmiş etibarnamə verməlidir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında müqavilənin həmin bəndinin müqaviləyə daxil olunmasının zəruriliyini əsaslandırarkən göstərmişdir ki, təcrübədə bir sıra hallarda vəziyyətdən sui-istifadə edilməsi faktlarına rast olunmuşdur ki, bu vaxt sığorta olunmuş avtomobil ya sürücülük hüququ olmayan ya da şərxoş vəziyyətdə olan şəxs tərəfindən idarə edilməsi zamanı baş vermiş nəqliyyat qəzasını, bilərəkdən sığorta hadisəsi kimi təqdim etmək üçün, həmin şəxslərin sürücülük hüququ olan və ya ayıq olan istənilən şəxslə əvəz etməklə əsassız yerə sığorta ödənişi almağa nail olurlar, bu baxımdan da yazılı etibarnamə ilə bağlı tələb əhəmiyyətli dərəcədə bu sui-istifadə hallarının qarşısını alır. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən 14 aprel 2017-ci il tarixdə iddiaçıya ünvanlanmış məktubdan müəyyən olunur ki, sığort a şəhadətnaməsinin “Sığorta olunan şəxs” bölməsində göstərilən “sığorta olunan yalnız nəqliyyat vasitələrinin idarə edilməsinə hüquq verən və qüvvədə olan sürücülük vəsiqəsinə malik olan və Azərbaycan Respublikasının Qanunvericiliyinə müvafiq olaraq sığortalı tərəfindən yazılı şəkildə və notarial qaydada təsdiq edilmiş etibarnaməəsasında səlahiyyətləndirilmiş istənilən şəxs sayılır” müddəasını əsas gətirərək 20 yanvar 2017-ci il tarixli hadisənin sığorta hadisəsi hesab olunmadığından iddiaçıya sığorta ödənişinin verilməsindən imtina etmişdir. “Honda” servis mərkəzi “xxxx” MMC tərəfindən verilmiş HO-46151 saylı “İş kart”ından məlum olur ki, iddiaçıya məxsus “Honda CRV” minik markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin dəyişdirilməsi və təmir işlərinin görülmə si üçün hesablanmış yekun məbləğ 9734,85 manat təşkil etmişdir. “xxxx” ASC-nin Cavabdeh Sığorta Şirkəti ASC-yə ünvanladığı 19 oktyabr 2017-ci il tarixli 251/71 N-li məktubdan görünür ki, yaranan subroqasiya tələbi hüququna əsasən 5000 manat məbləğində vəsaitin “xxxx” ASC-nin bank hesabına köçürülməsi xahiş olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2018-ci il tarixli rəyinəəsasən, “Honda CRV” minik markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, ƏDV 18% avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10786 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, d əyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 899.1.1-ci maddəsinə əsasən sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır. Həmin Məcəllənin 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əml ak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığort açı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin irəli sürdüyü etirazla bağlı qeyd etmişdir ki, təcrübədə cavabdehin nümayəndəsinin iddiaya qarşı etirazında, eləcə də apellyasiya şikayətində xüsusi qeyd etdiyi kimi sui-istifadə halları baş verə bilər, lakin bu cür faktları baş verməsi heç bir halda qanunun pozulması və ya onun təhrif olunması üçün əsas ola bilməz. Nəzərə almaq lazımdır ki, nəqliyyat vasitələri, o cümlədən də avtomobillər yüksək təhlükə mənbəyi hesab olunduğundan, onların qanunvericiliklə müəyən olunmuş qaydada qeydiyyata alınması, habelə əməli və ya etibarnaməli idarəçiliyə və ya istifadəyə verilməsinin də müvafiq qaydada qeydə alınması yalnız ictimai maraqlar baxımından əhəmiyyət kəsb edir və bu məqsəd ilə həyata keçirilir. Burada məqsəd yüksək təhlükə mənbəyi tərəfindən üçüncü şəxslərin həyat və sağlamlığına, habelə onların əmlakına vurulan zərərə ögrə məsulliyyət daşıyan şəxsin (həm qanuni, həm də faktiki sahibin) kimliyinin müəyyən olunmasından, həmin şəxsin- mülki, inzibat və cinayət məsuliyyətinin labüdlüyünün təmin edilməsindən ibarətdir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 21 maddədən ibarət xüsusi Fəsil (XXİX Fəsil) nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 332-ci maddəsində etibarnamə olmadan avtomobilin idarə olunması inzibati xəta kimi nəzərdə tutulmuşdur. Bununla belə, hətta həmin maddənin dispozisiyasına diqqət yetirdikdə məlum olur ki, izibati xəta haqqında qanunvericilik də nəqliyyat vasitəsinə sahiblik etmək hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halı istisna kimi müəyyən olunmuşdur, yəni nəqliyyat vasitəsinin sahibi avtomobildə olduqda, həmin nəqliyyyat vasitəsini idarə edən üçüncü şəxsə etibarnamə verilməsi zəruri deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsində də «Hərəkət təhlükəsizlik və nəqliyyat vasitələrinin istismarı əlehinə olan cinayətlər» adlı xüsusi Fəsil (XXİX Fəsil) nəzərdə tutulmuşdur. Həmin Fəsildə …yol hərəkəti qaydalarını və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozulmasının nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ağırlaşdırıcı hal kimi xüsusi normada (maddə, 263-1.1.) nəzərdə tutulmuşdur. Qeyd olunanlardan da məlum olur ki, nəqliyyat vasitəsinə dair üçüncü şəxslərə etibarnamə verilməsi müstəsna olaraq mülkiyyətçi və ya buna səlahiyyəti olan mükəlləfiyyətli şəx sin subyektiv hüququ ilə bağlı olub, yalnız etibar edənlə onun adından çıxış edən etibar olunan arasındakı mülki münasibətləri tənzimləyir, həmin etibarnamələrin müvafiq qaydada qeydə alınması isə yalnız ictimai maraqlarla bağlı olub, həmin yüksək təhlükə mənbələrinin vurduqları istənilən (mülki, inzibati, cinayət) zərərə görə məsul olan şəxsin kimliyinin müəyyənləşdirilməsinə xidmət edir və bu məsələnin sığorta, eləcə də könüllü sığorta qanunvericiliyi ilə tənzimlənən münasibətlərə hər hansı aidiyyatı yoxdur. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qətnaməsinin ziddiyyətli olmasını qeyd edərək göstərmişdir ki, rayon məhkəməsi tərəflər arasında bağlanmış sığorta müqaviləsində nəzərdə tutulmuş və iddiaçının mübahisələndirdiyi- «…yazılı etibarnamə…» ilə bağlı tələbi təmin etmə miş, eyni zamanda da sığorta ödənişi ilə bağlı hissədə tələbi təmin etmişdir. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin bu dəlili də əsassızdır. Ona görə ki, müqavilənin həmin bəndi öz-özlüyündə hazırkı işə tətbiq oluna bilməz, çünki işin mübahisəsiz olan faktiki hallarından da göründüyü kimi yol nəqliyyat hadisəsi baş verən vaxt avtomobili iddiaçının əri idarə etmişdir, iddiaçı özü də avtomobildə olmuşdur. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə sığorta ödənişinin tutulması qənaətinə gələrkən haqlı olmuşdur. Lakin birinci instansiya məhkəməsi sığorta ödənişini müəyyən edən zaman şərtsiz azad olma (franşiza) məbləğini sığorta ödənişindən çıxmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 898.2-ci maddəsinə görə azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Həmin Məcəllənin 898.4-cü maddəsinə görə şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir. Tərəflər arsında bağlanmış müqavilənin şərtinə əsasən şərtsiz azadolma məbləği kimi 100 manat nəzərə alınmalıdır. Buna görə də, apellyasiya instansiyası məhkəməsi həmin hissədə qətnaməni dəyişdirərək və sığorta ödənişindən şərtsiz azadolma məbləği kimi 100 manat çıxaraq iddiaçıya sığorta ödənişi kimi 10686 manat pulun ödənilməsini qət etmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillə rə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 19 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh Sığorta Şirkəti ASC-nin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6827/2019 nömrəli iş üzrə 19 iyul 2019-cu il tarixli qətnaməsi də yişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar