Məhkəmə qərarları › İş №2(102)-799/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-799/2023

23.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-799/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məlumatların təkzib edilməsi, üzr istənilməsi və mənəvi zərərin ödənilməsi, şərəf və ləyaqətin müdafiəsi, kassasiya şikayətindən imtina, kassasiya baxışına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “məlumatların təkzib edilməsi, üzr istənilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 2(103)-5280/2022 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi (tələbin dəqiqləşdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək: - cavabdeh tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinə və Ailə, Qadın və X2 Komitəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədə istifadə olunmuş “mənim hüququmu məhz vəkil olduğu üçün dolayı yollarla pozub”, “o vəkilliyindən istifadə edərək müxtəlif yerlərə yol tapır”, “dəfələrlə təhqir olundum, döyüldüm”, “etibarnaməmdən sui-istifadə edərək”, “evə aid çirkin planlar qurmuş”, “etibarnaməmi İddiaçı h əyat yoldaşım olduğu üçün vermişdim, aldatması üçün deyil. İddiaçı yaranmış vəziyyəti öz mənafeyi və varlanması üçün istifadə etmişdir.” “Bu cür vəzifəsindən, səlahiyyətindən istifadə edib başıma oyun gətirən bu cür insanlara qarşı məni və övladlarımın hüquqlarını qoruyacaqsınız” ifadələrinin həqiqətə uyğun olmayan onun şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab olunmaqla cavabdehin üzərinə məzmununa heç bir dəyişilik edilmədən “həmin qurumlara mən Cavabdeh İddiaçı barəsində işlətdiyim ifadələr həqiqətə uyğun deyil, buna görə də həmin ifadələri təkzib edirəm və üzr istəyirəm” şəklində təkzib və üzr istəməsi ilə bağlı məktubun göndərilməsi vəzifəsinin qoyulması; - Azərbaycan Respublikasının Ədliyyə nazirinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə, Məhkəmə-Hüquq Şurasına, Bakı Apellyasiya Məhkəməsinin sədrinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizələrdə istifadə olunmuş “keçmiş ərim İddiaçı Vəkil Bürosunun rəhbəri kimi nüfuzdan, eləcə də maddi imkanlarından istifadə edərək məhkəmələrdə haqqımın bərpa olunmasının qarşısını əyri yollarla alır.”, “Belə ki, keçmiş ərim İddiaçı yenə vəkil bürosunun müdiri kimi cəmiyyətdə tutduğu mövqeyindən, xüsusən də şəxsi əlaqələrindən istifadə edərək öz xeyrinə ekspert rəyi əldə edəcəyini düşünürəm” ifadələrinin həqiqətə uyğun olmayan, onun şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab olunmaqla cavabdehin üzərinə məzmununa heç bir dəyişilik edilmədən həmin qurumlara “mən Cavabdeh İddiaçı barəsində işlətdiyim ifadələr həqiqətə uyğun deyil, buna gö rə də həmin ifadələri təkzib edirəm və üzr istəyirəm” şəklində təkzib və üzr istəməsi ilə bağlı məktubun göndərilməsi vəzifəsinin qoyulması; - Ailə, Qadın və X2 Komitəsinə xx.xx.2018-ci il tarixdə ünvanlanmış ərizədə istifadə olunmuş “İddiaçı öz vəkilliyindən istifadə edərək əvvəlcə nümayəndəmlə sövdələşməyə girmiş” ifadələrin həqiqətə uyğun olmayan, onun şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab olunmaqla cavabdehin üzərinə məzmununa heç bir dəyişilik edilmədən həmin quruma “mən Cavabdeh İddiaçı barəsində işlətdiyim ifadələr həqiqətə uyğun deyil, buna görə də həmin ifadələri təkzib edirəm və üzr istəyirəm” şəklində təkzib və üzr istəməsi ilə bağlı məktubun göndərilməsi vəzifəsinin qoyulması; - cavabdehdən 10.000 manat məbləğində mənəvi ziyanın alınaraq “Yaşat Fondu”nun bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-642/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinə və Ailə, Qadın və X2 Komitəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədə istifadə olunmuş “mənim hüququmu məhz vəkil olduğu üçün dolayı yollarla pozub”, “o vəkilliyindən istifadə edərək müxtəlif yerlərə yol tapır”, “dəfələrlə təhqir olundum, döyüldüm”, “etibarnaməmdən sui istifadə edərək”, “evə aid çirkin planlar qurmuş”, “etibarnaməmi İddiaçı həyat yoldaşım olduğu üçün vermişdim, aldatması üçün deyil. İddiaçı yaranmış vəziyyəti öz mənafeyi və varlanması üçün istifadə etmişdir”, “Bu cür vəzifəsindən, səlahiyyətindən is tifadə edib başıma oyun gətirən bu cür insanlara qarşı məni və övladlarımın hüquqlarını qoruyacaqsınız” ifadələrinin həqiqətə uyğun olmayan, iddiaçının şərəf və ləyaqətimi ləkələyən məlumatlar hesab olunmaqla cavabdehin üzərinə məzmununa heç bir dəyişilik edilmədən həmin qurumlara “mən, Cavabdeh İddiaçı barəsində işlətdiyim ifadələr həqiqətə uyğun deyil, buna görə də həmin ifadələri təkzib edirəm və üzr istəyirəm” şəklində təkzib və üzr məzmunlu, Azərbaycan Respublikasının Ədliyyə nazirinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə, Məhkəmə-Hüquq Şurasına, Bakı Apellyasiya Məhkəməsinin sədrinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizələrdə istifadə olunmuş “keçmiş ərim İddiaçı Vəkil Bürosunun rəhbəri kimi nüfuzdan, eləcə də maddi imkanlarından istifadə edərək məhkəmələrdə haqqımın bərpa olunmasının qarşısını əyri yollarla alır.” “Belə ki, keçmiş ərim İddiaçı yenə vəkil bürosunun müdiri kimi cəmiyyətdə tutduğu mövqeyindən, xüsusən də şəxsi əlaqələrindən istifadə edərək öz xeyrinə ekspert rəyi əldə edəcəyini düşünürəm” ifadələrinin həqiqətə uyğun olmayan, iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab olunmaqla cavabdehin üzərinə məzmununa heç bir dəyişilik edilmədən həmin qurumlara “mən, Cavabdeh İddiaçı barəsində işlətdiyim ifadələr həqiqətə uyğun deyil, buna görə də həmin ifadələri təkzib edirəm və üzr istəyirəm” şəklində təkzib və üzr istəməsi, Ailə, Qadın və X2 Komitəsinə xx.xx.2018-ci il tarixdə ünvanlanmış ərizədə istifadə olunmuş “İddiaçı öz vəkilliyindən istifadə edər ək əvvəlcə nümayəndəmlə sövdələşməyə girmiş” ifadələrin həqiqətə uyğun olmayan, iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab olunmaqla cavabdehin üzərinə məzmununa heç bir dəyişilik edilmədən həmin quruma “mən, Cavabdeh İddiaçı barəsində işlətdiyim ifadələr həqiqətə uyğun deyil, buna görə də həmin ifadələri təkzib edirəm və üzr istəyirəm” şəklində təkzib və üzr istəməsi ilə bağlı məktubların göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehdən 500 manat məbləğində mənəvi ziyanın alınaraq “Yaşat Fondu”nun bank hesabına köçürülməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Tahirə Əsədova) Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5280/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli q ətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev, Anar Tanrıverdiyev) İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti icraata qəbul edilmiş və şikayətə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. İddiaçının vəkili və nümayəndəsi elektron məhkəmə sistemi vasitəsilə işə baxan məhkəmə kollegiyasına müraciət edərək, cavabdehlə iddiaçı arasında mübahisənin həll edildiyini, bu səbəbdən mübahisənin məhkəmədə baxılmasına zərurət görmədiklərini və kassasiya şikayətindən imtina etdiklərini bildirərək, kassasiya şikayəti ü zrə icraata xitam veirlməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 410.1-ci maddəsinə görə kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 410.2-ci maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 410.3-cü maddəsinə görə kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Məhkəmə kollegiyası kassasiya şikayətindən imtina barədə ərizəni iş materialları ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, kassasiya şikayətindən imtina qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı, Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar və digər tərəfin kassasiya şikayəti olmadığı üçün qəbul edilməli və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 2(103)-5280/2022 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənləri əsasən və MPM-in 410 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayətlindən imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 2(103)-5280/2022 nömrəli qətnaməsindən İddi açı kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar