Məhkəmə qərarları › İş №2(102)-8/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-8/2024

14.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sazişlərin etibarsızlığı, əmlakın bölgüsü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri, Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı X2 Cavabdeh qarşı “sazişlərin etibarsız hesab edilməsi, ümumi birgə əmlakın bölünməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)7672/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasın da baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər 05 sentyabr 1978-ci ildə evlənmiş, nikahları Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflərin nikahda olduqları müddətdə müəyyən daşınmaz əmlaklar əldə edilmişdir.

2. Nikah müddətində əldə olunan əmlakların bölünməsi barədə tərəflərin arasında bundan əvvəl məhkəmə çəkişmələri olub. Belə ki, Rəfael Rəhmanov Cavabdeh qarşı iddia verərək, birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanda yerləşən 17, 18, 19-cu mənzillərin cavabdehlə onun arasında bölünməsi, həmin mənzillərdə onun payının 3/5 nissə, cavabdehin payının 2/5 hissə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Eyni zamanda Gülnarə X4rşı qarşılıqlı iddia ərizəsi verərək, ünvan 1 ünvanda yerləşən 17, 18, 1 9-cu mənzillərin, Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yerləşən 89 saylı evin 10 saylı mənzilinin, Qəbələ rayonu Vəndam kəndində 0,043 ha həyətyanı torpaq sahəsinin, 0,30 ha və 0,0727 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və «Mercedes 300E» markalı 1981-ci il buraxılışlı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissədə onun, 1/2 hissədə İddiaçı Əliağa oğlunun paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3069/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən, qarşılıqlı iddia tam təmin edilərək həmin əmlakların tərəflər arasında payları bərabər olmaq şərti ilə bölünərək, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 26 saylı evin 17, 18, 19 saylı mənzilləri, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 89 saylı evin 10 saylı mənzili, Qəbələ rayonu Vəndam kəndində yerləşən 0,043 ha həyətyanı, 0,30 ha və 0,0727 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri və «Mercedes 300E» markalı 1981-ci il buraxılışlı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilinə 1/2 pay nisbətində İddiaçı Əliağa oğlunun, 1/2 pay nisbətində Cavabdeh paylı mülkiyyət hüquqlarının tanınması, ilk iddianın qalan hissəsinin rədd olunması qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilkin iddiaçı Rəfael Rəhmanovun apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3069/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Bu qətnamədən ilkin iddiaçı Rəfael Rəhmanov kassas iya şikayəti vermişdir.

7. İşə kassasiya instansiyası məhkəməsində baxılan zaman tərəflər 27 fevral 2020ci il tarixli notariat qaydada təsdiqlənmiş “Barışıq sazişi” bağlamış, həmin sazişi məhkəməyə təqdim edərək barışıq sazişi təsdq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər.

8. Barışıq sazişi aşağıdakı məzmunda bağlanmışdır: 8.1. İddiaçı iddia tələbindən Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 26 saylı evin 17, 18, 19 saylı mənzilləri ilə bağlı hissədə tamamilə imtina edir. 8.2. İddiaçı mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 26 saylı evin 17, 18, 19 saylı mənzillərlə bağlı bütün iddia, tələb və hüquqlarından, həmçinin ər-arvadın birgə mülkiyyətinin qanunla müəyyən edilmiş rejimi üzrə, habelə Nəsimi Rayon Məhkəməsinin 2(006)-3069/2019 say lı 18 iyul 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş həmin mənzillərə dair ½ pay nisbətində paylı mülkiyyət hüquqlarından X5 xeyrinə imtina edir. 8.3. Bu barışıq sazişi ilə tərəflər Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 26 saylı evin 17, 18, 19 saylı mənzillərinə münasibətdə ər-arvadın birgə mülkiyyətinin qanunla müəyyən olunmuş rejimini dəyişərək, həmin mənzillərə X5 ayrıca mülkiyyət rejiminin tətbiq edilməsinə razılaşır. 8.4. Tərəflər razılaşır ki, bu Sazişə əsasən Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 26 saylı evin 17, 18, 19 saylı mənzilləri tam mülkiyyət hüququ ilə X5 əmlaklarıdır, bu Saziş və bu Sazişin təsdiq olunması barədə məhkəmə qərarı Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 26 saylı evin 17, 18, 19 saylı mənzillərə dair X5 tam mülkiyyət hüquqların ın Daşınmaz Əmlakın Dövlət Reyestrində qeyd alınması və X14ma həmin mənzillərə dair tam mülkiyyət hüquqlarına dair DƏDRX-dən çıxarışların verilməsi və ya verilmiş çıxarışın etibarlı hesab edilərək hüquqmüəyyənedici sənəd kimi qüvvədə olması üçün əsasdır. 8.5. Tərəflər mübahisənin Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 26 saylı evin 17, 18, 19 saylı mənzillərindən başqa mübahisə predmeti olan digər ümumi birgə əmlaklara dair pay bölgüsü ilə bağlı hissəsində Nəsimi Rayon Məhkəməsinin 2(006)3069/2069 saylı 18 iyul 2019-cu il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-l2532/2019 saylı 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş pay bölgüsünü rəhbər tutaraq həmin qətnamələri tanıyırlar və mübahisələndirmirlər.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1010/2020 saylı qərardadı ilə İddiaçı Əliağa oğlu ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilərək Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi qismən, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küzəsi, 26 saylı evin 17, 18, 19 saylı mənzillərinin tərəflər arasında payları bərabər olmaq şərti ilə bölünməsi və həmin mənzillərə 1/2 pay nisbətində Cavabdeh paylı mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilmiş və həmin hissədə mülki işə xitam verilərək qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, kassasiya şikayətinin də qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

10. Bundan başqa, X15, X10 və X6 birgə iddiası əsasında müqavilə nin etibarsızlığı ilə bağlı Yasamal Rayon Məhkəməsinin icraatında mülki iş olmuş, məhkəmə çəkişmələri zamanı Cavabdeh üçüncü şəxs qismində müqavilənin etibarsızlığı və əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia qaldırmışdır.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1323/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi ilə iddiaçılar X7, X2 və X6 cavabdehlər Quliyev Elman Arif oğluna və "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız sayılması tələbinə dair” iddia ərizəsinin təmin olunması, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m (ümumi sahəsi 600 kv.m) qeyri-yaşayış sahəsinə dair cavabdehlər "xxxx" MMC ilə Quliye v Elman Arif oğlu arasında bağlanmış 28 sentyabr 2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında mənzillərin satışı” müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m (ümumi sahəsi 600 kv.m) qeyri-yaşayış sahəsinin bərabər əsaslarla birgə iddiaçılar X7, İddiaçı və X6 adlarına rəsmiləşdirilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlər Quliyev Elman Arif oğlundan və "xxxx" MMC-dən alınıb birgə iddiaçılar X11, İddiaçı və X12 ödənilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Cavabdehlər Quliyev Elman Arif oğl una, "xxxx" MMC-yə və İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakda payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsinin qismən təmin olunması, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m (ümumi sahəsi 600 kv.m) qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC ilə Quliyev Elman Arif oğlu arasında bağlanmış xx.xx.2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında mənzillərin satışı” müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 kv. m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m (ümumi sahəsi 600 kv.m) qeyri-yaşayış sahəsinin 1/3 (üçdə bir) hissəsindən 1⁄2 (ikidə bir) hissəsinə Cavabdeh və 1⁄2 (ikidə bir) hissəsinə İddiaçı paylarının müəyyən edilərək mülkiyyət hüquqlarının tanınması, həmin qeyri- yaşayış sahəsinin 1/3 hissəsinin Cavabdeh və İddiaçı təhvil verilməsi qət edilmişdir.

12. Bu qətnamədən Elman Quliyev, "xxxx" MMC və Cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3125/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3125/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən "xxxx" MMC və Quliyev Elman Arif oğlu kassasiya şikayəti vermişdir.

14. Rəfael Rəhmanov və Cavabdeh 02 may 2020-ci il tarixdə 9 saylı Notariat ofisində təsdqlənmiş “Saziş” imzalamışdır. Həmin saziş aşağıdakı məzmunda bağlanmışdır: 14.1. 3-cü bənd. Tərəflərin razılaşmasına əsasən Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1323/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən (nəticəsi və perspektivindən asılı olmayaraq) iddia tələbi həcmində apellyasiya şikayəti, həmçinin zərurət olarsa apellyasiya məhkəməsinin iş üzrə çıxaracağı məhkəmə aktının nəticəsinə uyğun olaraq X2 yazılı razılığına əsasən Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi hüququndan istifadə edəcəyi barədə öhdəliyi öz üzərinə götürür. 14.2. 4-cü bənd. Sazişin 3-cü bəndi nəzərə alınaraq X9 ilə birgə nikah dövründə Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 11 yanvar 2006-cı il tarixli müqaviləsinə əsasən Cavabdeh məxsus olan ünvan 4 ünvanında inşa edilmiş binanın “A” girişində qeyri-yaşayış sahəsinə aid 172,5 kv.m pay hüququnun 1⁄2 pay nisbətində paylı mülkiyyət hüququndan Cavabdeh xeyrinə imtina edir. 14.3. 5-ci bənd. Tərəflər ünvan 4 ünvanında inşa edilmiş binanın “A” girişində qeyriyaşayış sahəsinə aid 172,5 kv.m hissəsinə münasibətdə ər-arvadın birgə mülkiyyətinin qanunla müəyyən olunmuş rejimini dəyişərək, həmin sahəyə Cavabdeh ayrıca mülkiyyət rejiminin tətbiq edilməsinə razılaşır. 14.4. 7-ci bənd. Saziş mahiyyət etibarı ilə ünvan 4 ünvanında inşa edilmiş binanın “A” girişində qeyri-yaşayış sahəsinə aid 172,5 kv.m paya münasibətdə Ailə Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş ər-arvadın mülkiyyətinin müqavilə rejimini müəyyən edən nikah müqaviləsinə bərabər sənəddir.

15. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021ci il tarixli, 2(102)-5297/2021 saylı qərarı ilə cavabdeh Quliyev Elman Arif oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3125/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m (ümumi sahəsi 600 kv.m) qeyri-yaşayış sahəsinin iddiaçıların və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslərin adına rəsmiləşdirilməsi və həmin qeyriyaşayış sahəsinə mülkiyyə t hüquqlarının tanınması hissəsində dəyişdirilməsi, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m (ümumi sahəsi 600 kv.m) qeyri-yaşayış sahəsinin 1/3 hissəsinə X7, 1/3 hissəsinə X6 və 1/3 hissəsinə İddiaçı Əliağa oğlunun pay hüququnun tanınması və İddiaçı Əliağa oğlunun 1/3 hissə pay hüququnun 1/2 hissəsinə Cavabdeh pay hüququnun tanınması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanıması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə bağladığı Bakı şəhəri 38 saylı notariat ofisində təsdiq edilən 27 fevral 2 020-ci il tarixli barışıq sazişinin və Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilən 02 may 2020-ci il tarixli sazişin etibarsız hesab edilməsi, sazişlərdə iddiaçının cavabdehin xeyrinə imtina etdiyi əmlakların 1/2 hissəsinə pay hüququnun tanınması barədə qətnamə çıxarılması xahiş etmişdir.

17. İddia tələbi belə əsaslandırılıb ki, daşınmaz əmlaklardan biri Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 11 yanvar 2006-cı il tarixli müqaviləyə əsasən Cavabdeh satılan ünvan 5 ünvanda inşa edilmiş binanın «A» girişində yerləşən 172,5 kv.m qeyri-yaşayış sahəsidir. Tərəflər arasında bağlanmış 02 may 2020-ci il tarixli sazişə əsasən iddiaçı həmin qeyri-yaşayış sahəsinin ½ hissəsindən cavabdehin xeyrinə müəyyən şərtlərlə imtina etmişdir. Tərəflərin razılaşmasına əsasən, cavabdeh Bakı şəhəri, Yas amal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən ümumi sahəsi 600 kv.m təşkil edən ikimərtəbəli qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus 1/3 hissəsi ilə bağlı imtina ərizəsi yazmalı idi. Razılığa görə Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən ümumi sahəsi 600 kv.m təşkil edən ikimərtəbəli qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus 1/3 hissəsindən cavabdeh heç bir pay tələb etməyəcək. Cavabdeh həmin qeyriyaşayış sahəsinin 1/3 hissəsinin iddiaçıya məxsus olması ilə razılaşmış, həmin hissədən ona çatan paydan iddiaçının xeyrinə imtina etdiyini bildirmiş və məhz iddiaçının maraqlarını qorumaq məqsədilə Yasamal Rayon Məhkəməsinin icraatında olan həmin iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə qoşularaq, qardaşı Quliyev Elman Arif oğluna qarşı İddiaçı maraqlarını müdafiə etmiş, iş üzrə həqiqəti bildirərək qeyri-yaşayış sahəsinin Quliyev Elman Arif oğlunun adına formal rəsmiləşdirildiyini təsdiq etmişdir. Cavabdeh həmin qeyri-yaşayış sahəsindən pay istəmədiyini, bunun əvəzində iddiaçının da onun adına rəmiləşdirdiyi ünvan 5 ünvanda inşa edilmiş binanın «A» girişində yerləşən 172,5 kv.m qeyri-yaşayış sahəsindəki payından imtina etməyini istəmişdir. Cavabdeh iddiaçıya imtinanın qarşılıqlı olacağını dediyi üçün, iddiaçı cavabdehlə razılaşmışdır. Cavabdehlə sazişin şərtləri barədə razılaşdıqdan sonra cavabdehin vəkili tərəfindən həmin saziş tərtib edilmiş və iddiaçı cavabdehlə notariat kontoruna gedərək sazişi imzalamışdır. Saziş onun mətnindən də göründüyü kimi, çox kiçik şriftlə (hərflərlə) yazılmışdır və onun iddiaçı tərəfindən sərbəst ş əkildə oxunması mümkün deyildir. Buna baxmayaraq, iddiaçı cavabdehə də, onun vəkilinə də inandığı üçün sazişi imzalamışdır. Çünki cavabdehlə razılaşması belə olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən ümumi sahəsi 600 kv.m təşkil edən ikimərtəbəli qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus 1/3 hissəsindən cavabdeh heç bir pay tələb etməyəcək. İddiaçı da öhdəlik götürmüşdür ki, ünvan 5 ünvanda inşa edilmiş binanın «A» girişində yerləşən 172,5 kv.m qeyri-yaşayış sahəsindəki payından cavabdehin xeyrinə imtina edəcəkdir. Cavabdehin iddiaçıya məxsus qeyri-yaşayış sahəsindəki payından imtina etməsini təsdiqləyən müqavilə şərti sazişdə müəyyən mənada öz əksini tapmışdır. Belə ki, 02 may 2020-ci il tarixli Sazişin 3-cü bəndində yazılmışdır: «Tərəflərin razılaş masına əsasən Cavabdeh Yasamal Rayon Məhkəməsinin 2(004)-1323/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən (nəticəsi və perspektivindən asılı olmayaraq) iddia tələbi həcmində apellyasiya şikayəti, həmçinin zərurət olarsa, apellyasiya məhkəməsinin iş üzrə çıxaracağı məhkəmə aktının nəticəsinə uyğun olaraq X2 yazılı razılığına əsasən Cavabdeh AR Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi hüququndan istifadə edəcəyi barədə öhdəliyi öz üzərinə götürür». 18. 02 may 2020-ci il tarixli sazişin 3-cü bu bəndi bilavasitə təsdiq edir ki, cavabdehin şəxsən özünün Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən ümumi sahəsi 600 kv.m təşkil edən ikimərtəbəli qeyri-yaşayış sahəsi ilə bağlı xüsusi marağı yoxdur və həmin qeyri-yaşayış sahəsi ilə bağlı məhkəmə işində yalnız i ddiaçının yazılı razılığı ilə prosessual hərəkətlər edəcəkdir. Cavabdeh Yasamal Rayon Məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə aktı çıxarıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin iddiaçının oğlunun adına sənədləşdirilməsinə razılıq vermiş, həmin sahə ilə bağlı iddiaçıya qarşı tələbinin olmadığını nümayiş etdirmişdir. Lakin sonradan həmin sahədəki payını tələb etmiş, iddiaçı buna etiraz etdikdə isə bildirmişdir ki, sazişdə həmin paydan imtina barədə heç bir müddəa yoxdur. İddiaçı sazişi nəzərdən keçirmiş və yalnız bu zaman başa düşmüşdür ki, cavabdeh və onun vəkili tərəfindən aldadılmışdır. Çünki sazişin 3-cü bəndində qeyri-yaşayış sahəsindəki paydan gələcəkdə imtina şərti də nəzərdə tutulduğu halda, son anda cavabdeh vəkili ilə əlbir olaraq həmin şərti sazişdən çıxarmışdır. Nə ticədə tərəflərdən birinin mənafeyini kobud şəkildə pozan, birtərəfli və ədalətsiz saziş ortaya çıxmışdır. Odur ki, həmin saziş etibarsız hesab edilməlidir.

19. Bundan əlavə, cavabdehlə nikah zamanı əldə edilən əmlakların bölünməsi barədə məhkəmənin icraatında iş olmuş və həmin mübahisə üzrə tərəflər müstəqil şəkildə barışıq sazişi bağlamışlar. 27 fevral 2020-ci il tarixli həmin barışıq sazişinin 4-cü bəndində nəzərdə tutulan şərtə əsasən iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 26 saylı evin 17, 18 və 19 saylı mənzillər üzərində olan əmlak payından cavabdehin xeyrinə imtina etmişdir. Halbuki, sazişdən göründüyü kimi, bu imtina birtərəfli xarakter daşımış və onun qarşılığında cavabdeh iddiaçının xeyrinə heç bir güzəşt etməmişdir. Qeyd olunan mənzillər də iddiaçı tərəfindən alı nmışdır və cavabdehlə nikah zamanı əldə edildiyindən həmin mənzillərdə də onun əmlak payı vardır. Bu saziş də iddiaçının qanuni maraqlarına ziddir və etibarsız hesab edilməlidir. İddiaçı hesab edir ki, həmin saziş ona zərər vurmuşdur. Çünki iddiaçı cavabdehin adına rəsmiləşdirilən, ünvan 5 ünvanda inşa edilmiş binanın «A» girişində yerləşən 172,5 kv.m qeyri-yaşayış sahəsindəki payından cavabdehin xeyrinə imtina etdiyi halda, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən ümumi sahəsi 600 kv.m təşkil edən ikimərtəbəli qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus 1/3 hissəsindən sonuncunun xeyrinə imtina etməmişdir. Nəticədə iddiaçı bu razılaşma səbəbindən zərərə məruz qalmış və əmlak payından məhrum olmuşdur. İddiaçı bu sazişləri cavabdehlə yuxarıda qeyd etdiyi ş ərtlərlə, yəni, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən ümumi sahəsi 600 kv.m təşkil edən ikimərtəbəli qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus 1/3 hissəsindən cavabdehin onun xeyrinə imtina etməsi şərti ilə bağlamışdır. Cavabdeh isə həmin şərtə əməl etmir və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus hissəsinin yarısını sonuncudan tələb edir və bu zaman bəhanə kimi bu dəlili ortaya qoyur ki, sazişlərdə onun hansısa əmlak payından imtinası yazılmamışdır. Belə olduğu halda sual yaranır: əgər nikah zamanı qazanılan hər bir əmlakda iddiaçının da 1/2 hissədə payı varsa, o nə üçün onlardan cavabdehin xeyrinə imtina edirdi? Əvəzsiz imtina edəcəkdisə, nə üçün saziş bağlayırdı? İmtina danışıqları qarşılıqlı şərtlərlə olmuşdur. Lakin sazişlər cavabdehin vəkili tərə findən hazırlandığından iddiaçının xeyrinə əldə edilən saziş şərtləri sazişə daxil edilməmiş, sonuncu isə sazişi cavabdeh və vəkilinə inamı ucbatından avtomatik olaraq imzalamışdır. Bu isə iddiaçının vacib əhəmiyyətli yanılmasıdır ki, həmin sazişlər barədə hazırkı iddia irəli sürülmüşdür. Ailə Məcəlləsinin 38.6-cı maddəsində qeyd olunur ki, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nikah müqaviləsində (sazişdə) nəzərdə tutula bilməz. İddiaçının yüksək bazar dəyərinə malik bir çox daşınmaz əmlaklardakı payından birtərəfli qaydada cavabdehin xeyrinə imtinasını nəzərdə tutan və sazişlərdə əksini tapan müddəalar qanunvericiliyə ziddir. Odur ki, həmin sazişlər etibarsız hesab edilməlidir.

20. Birinci instansiya məhkəməsində cavab deh tərəf iddia tələbinə etiraz edərək, iş üzrə iddia müddətini və ya kəsici müddəti tətbiq etməklə iddianın rədd olunmasını xahiş etmişdir.

21. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, iddiaçı onun atası, cavabdeh isə anasıdır. Atası ilə anası 2019-cu ildə rəsmi qaydada boşanıblar. Boşandıqdan sonra onlar öz aralarında əmlak bölgüsünü aparlblar və onlar arasında olan pay bölgüsü barədə danışıqların şahidi olaraq bildirir ki, anası Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti ünvanında "xxxx" MMC-nin inşa etdiyi binanın birinci və ikinci mərtəbəsindəki qeyri-yaşayış sahəsində ona çatan 100 kv.m sahədən atası X2 xeyrinə imtina edib. Bunu həmin vaxt rəsmiləşdirə bilmədilər, çünki həmin obyektlə bağlı məhkəmə mübahisəsi var idi və sənədləri tam hazır deyildi. Anasının həmin paydan imtinasının qarşılığında atası X18 rayonunun ərazisində yerləşən 3 ədəd mənzildəki payından və Bakı şəhəri Nərimanov rayonu ərazisində "xxxx" MMC-nin inşa etdiyi binadakı qeyri-yaşayış sahəsindəki payından imtina etmişdir. Bu danışıqlar, qarşılıqlı razılaşma barədə həmin vaxt onun məlumatı olmuşdur. Hazırda isə anası atası ilə razılaşmanın ziddinə olaraq həmin 100 kv.m sahəni tələb edir.

22. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(006)3799/2022) saylı qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia təmin edilmişdir.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, işin faktiki hallarından göründüyü kimi tərəflərin sazişlərin bağlanmasından əvvəlki danışıqları və davranışları sazişlərdə g östərilən şərtlərlə ziddiyyət təşkil etməklə, iddiaçının həmin sazişlərin bağlanmasına yönəlmiş həqiqi iradə ifadəsi öz əksini tapmamışdır. Qanunvericilik ər-arvad arasında ümumi şəkildə belə sazişlərin bağlanılmasını nəzərdə tutursa da, bu cür sazişlər nəticəsində tərəflərdən birinin əlverişsiz vəziyyətə düşməsini yolverilməz hesab edir.

24. İddiaçının kifayət qədər yüksək bazar dəyərinə malik bir çox daşınmaz əmlaklardakı payından birtərəfli qaydada cavabdehin xeyrinə imtinasını nəzərdə tutan və sazişlərdə əksini tapan müddəalar qanunvericiliyə ziddir. Qeyd olunanlara görə, həmin sazişlər etibarsız hesab edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə tərəflər arasında əmlaklar bərabər şəkildə bölündüyü halda, sonradan iddiaçının h əmin əmlaklardan birtərəfli qaydada (heç bir əvəz olmadan) cavabdehin xeyrinə imtina etməsi inandırıcı və ağlabatan deyildir.

25. Bundan əlavə, işin məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş hər iki tərəfin övladı olan X8 yuxarıda qeyd olunan sazişlər bağlanana qədər həqiqətən də anası Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti ünvanında "xxxx" MMC-nin inşa etdiyi binanın birinci və ikinci mərtəbəsindəki qeyri-yaşayış sahəsində ona çatan 100 kv.m sahədən atası X2 xeyrinə imtina etməsini, bunun qarşılığında isə atası X2 Nəsimi rayonunun ərazisində yerləşən 3 ədəd mənzildəki payından və Bakı şəhəri Nərimanov rayonu ərazisində "xxxx" MMC-nin inşa etdiyi binadakı qeyri-yaşayış sahəsindəki payından anasının xeyrinə imtina etməsini təsdiq etmişdir.

26. Cavabdeh tərəfi n iş üzrə iddia müddətini və ya kəsici müddəti tətbiq etməklə iddia tələbinin təmin edilməməsi barədə ərizəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Belə olan halda iddia müddətinin tətbiqi barədə ərizənin verilibverilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir.

27. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin M əcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir.

28. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

29. İşin faktiki hallarından məlum olduğu kimi tərəflər sazişləri 2020-ci ilin fevral və may aylarında bağlamış, həmin vaxtı məsələnin sülh yolu ilə həll olunduğunu ehtimal etmiş və uzun müddət (bu ilin iyul ayına kimi) qarşı tərəfin onu al datmasını düşünməmiş və beləliklə də yaxın vaxtlara qədər hüquqlarının pozulduğunu bilməmişdir. Buna görə də hazırki iş üzrə kəsici müddətin tətbiqinə əsas yoxdur.

30. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Ailə Məcəlləsinin 29, 32, 36, 37, 38.6-cı, Mülki Məcəllənin 225, 354.1, 354.2, 401, 404.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

31. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1-ci saziş xx.xx.2020-ci il tarixdə bağlanmışdır. Bu saziş bağlanan vaxt iddiaçının kassasiya şikayəti Ali Məhkəməyə göndərilmişdi və iddiaçı vəkillə təmsil edilmişdi. İddiaçının vəkili hazırkı Vəkil1 olub. İddiaçı ilə cavabdeh arasındakı b arışıq sazişi məhkəmə çəkişməsi prosesində bağlandığına görə iddiaçı tamamilə məlumatlı olmuşdur. İddiaçı ən azından Ali Məhkəmənin qərarı çıxdığı tarixdən məlumatlı olub. Deməli müddətin axımı ən gec halda xx.xx.2020-ci il tarixdən başlamış olur ki, bu halda iddiaçı tərəfindən müddət ötürülmüş hesab edilməli idi. İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Nədənsə məhkəmə öz təşəbbüsü ilə iddiaçıya hüquqlarının pozulduğunu bildiyi yeni tarix müəyyən etmişdir. Həmin tarixin isə haradan götürülməsi heç bir faktla təsdiqlənmir. Məhkəmə əsassız olaraq hesab edir ki, iddiaçının həmin sazişlərin bağlanmasına yönəlmiş həqiqi iradə ifadəsi öz əksini tapmamışdır və iddiaçının əlverişsiz vəziyyətə düşməsi yolverilməz hesab edilməlidir. Birincisi, məhkəmə iddiaçıya hüquqi yardım edərək tərəflər arasında bağlanmış sazişin şərtlərində, məhkəmə aktlarında olmayan şərtlərlə cavabdehin üzərinə öhdəlik qoymağa çalışır. Qətnamənin əsaslandırıcı hissəsində qeyd olunur ki, “Cavabdehlə razılaşması belə olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən ümumi sahəsi 600 kv.m təşkil edən ikimərtəbəli qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus 1/3 hissəsindən cavabdeh heç bir pay tələb etməyəcək.” “Cavabdeh Yasamal Rayon Məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə aktı çıxarıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin İddiaçı adına sənədləşdirilməsinə razılıq vermiş, həmin sahə ilə bağlı iddiaçıya qarşı tələbinin olmadığını nümayiş etdirmişdir.” İkincisi, hakimin bu razılaşmanı haradan götürdüyü məlum deyil. Tərəflər arasında 2 saziş bağlanmışdır. Məhkəmə notariat orqanında şahid olmadığı halda, orada aparılan əməliyyatlar barəsində video görüntü izləmədiyi halda hər iki notariusu günahlandırmaqla hesab edir ki, “Saziş onun mətnindən də göründüyü kimi, çox kiçik şriftlə (hərflərlə) yazılmışdır və onun iddiaçı tərəfindən (71 yaşı var) sərbəst şəkildə oxunması inandırıcı deyildir.” Məhkəmə bu nəticəyə gələrkən hesab edib ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə tərəflər arasında əmlaklar bərabər şəkildə bölündüyü halda, sonradan iddiaçının həmin əmlaklardan birtərəfli qaydada (heç bir əvəz olmadan) cavabdehin xeyrinə imtina etməsi ağlabatan deyildir. Nəsimi Rayon Məhkəməsinin sübutlar olmadığı halda iddiaçının müdafiəçisi kimi çıxış etməsi onlarda təəccüb do ğurur. Cavabdeh bağlanmış sazişin şərtlərinə əməl etdiyindən, sazişin şərtlərinin pozulması halı baş vermədiyindən, 2 notariat orqanında saziş bağlandığından, istinad edilən qətnamələrdə hər hansı bir öhdəlik götürülməsini təsdiq edən sübut olmadığından, etibarsızlıqla bağlı müddət keçdiyini bildiyindən, sazişlərin etibarsız hesab edilməsi üçün heç bir əsas olmadığına şübhə etmədiklərindən xx.xx.2020-ci il tarixli qərarı məhkəməyə təqdim etməmişlər. Şahid qismində dindirilmiş hər iki tərəfin övladı olan X8 prosesdə şahid qismində deyil, tələbkar qismində ifadə verərək bildirmişdir ki, anası 100 kv.m-lik qeyri-yaşayış obyektini onun xeyrinə imtina etməli idi. Hakim isə buna düzgün qiymət verməmişdir.

33. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2022-ci il tarixli, 2(103)-76 72/2022) saylı qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edilməmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddia tələblərinə əsasən iddiaçı hər iki müqavilənin etibarsız sayılmasını tələb etsə də, tələbini əsasən cavabdehin xx.xx.2020-ci il tarixli saziş üzrə üzərinə götürdüyü öhdəlikləri pozması üzərində qurmuşdur.

35. Birinci instansiya məhkəməsi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə tərəflər arasında əmlaklar bərabər şəkildə bölündüyü halda, sonradan iddiaçının həmin əmlaklardan birtərəfli qaydada (heç bir əvəz olmadan) cavabdehin xeyrinə imtina etməsi inandırıcı və ağılabatan ol maması qənaətinə gələrkən, tərəflər arasında olan mübahisə ilə bağlı qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3069/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin qanuni qüvvəsini almasına dair işdə hər hansı sübut olmamasına diqqət yetirməmiş, özü tərəfindən bu halı dəqiqləşdirmək üçün hər hansı cəhd etməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə notariat qaydada barışıq sazişinin bağlanmasından və bu sazişin kassasiya instansiyası məhkəməsinin qərardadı ilə təsdiq edilməsindən məlumatlı olmaqla yanaşı, saziş qərardadın məzmunları ilə də tanış olmuşdur.

36. Bundan əlavə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3125/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə istinad edərkən nəzərə almamışdır ki, bu qətnamə ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1323/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Başqa sözlə, xx.xx.2020-ci il tarixli barışıq sazişi bağlanarkən apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnaməsi çıxmamışdı və sazişin 3-cü bəndinin məzmununa əsasən 2(004)-1323/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən (nəticəsi və perspektivindən asılı olmayaraq) iddia tələbi həcmində apellyasiya şikayəti X3 razılığı ilə Cavabdeh tərəfindən verilə bilərdi ki, belə bir razılığın olmasını iddiaçı tərəf inkar etməmiş və bu hal işin mübahisəsiz halıdır.

37. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3125/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikay əti verilməmişdir, yəni onun tərəfindən barışıq sazişinin 3-cü bəndinin şərtlərinə tam əməl edilmişdir.

38. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh tərəfindən kassasiya şikayəti verilmədiyi halda cavabdeh Quliyev Elman Arif oğlu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3125/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsinə, bu şikayətin isə təmin edilməyərək kassasiya instansiyası məhkəməsinin yeni qərar qəbul etməsi sonuncunun xx.xx.2020-ci il tarixli barışıq sazişinin 3-cü bəndinin şərtlərinə əməl edilməməsi, onun sonradan həmin sahədəki payını tələb etməsi kimi qiymətləndirilə bilməz.

39. Məhkəmə kollegiyası iddiaçının xx.xx.2020-ci il tarixli barışıq sazişi bağlanarkən cavabdeh və onun vəkili tərəfindən aldadılması dəl ilinə qiymət verərək əsassız saymış və hesab etmişdir ki, iddiaçının bu sazişin 3-cü bəndində qeyri-yaşayış sahəsindəki paydan gələcəkdə imtina şərti də nəzərdə tutulduğu halda son anda cavabdehin vəkili ilə əlbir olaraq həmin şərti sazişdən çıxarmasına dair arqumentləri əsassız olmaqla heç bir sübut növü ilə təsdiqini tapmır.

40. Məhkəmə kollegiyası iddiaçının sözügedən sazişin çox kiçik şriftlə (hərflərlə) yazılması, iddia tərəfindən sərbəst şəkildə oxunmasının mümkün olmamasına dair dəlillərini də əsassız sayır və qeyd edir ki, saziş bağlanan dövrdə, ondan əvvəl və sonra da iddiaçı ona hüquqi yardım göstərən vəkillə təmsil olunmuşdur və onların da müqavilənin təsdiqindən sonra onun məzmunu ilə (çox kiçik şriftlə (hərflərlə) yazılmasına baxmayaraq) ətraflı və tam tanış olmamaları inandır ıcı və ağlabatan deyildir.

41. Həmçinin kollegiya hesab etmişdir ki, Cavabdeh Yasamal Rayon Məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə aktı çıxarıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin İddiaçı adına sənədləşdirilməsinə razılıq verməsi, həmin sahə ilə bağlı iddiaçıya qarşı tələbinin olmadığını nümayiş etdirməsi, lakin sonradan həmin sahədəki payını tələb etməsinə, sazişdə həmin paydan imtina barədə heç bir müddəa olmamasına, iddiaçının sazişi nəzərdən keçirərkən yalnız bu zaman cavabdeh və onun vəkili tərəfindən aldadılmasını başa düşməsi nəticədə iddiaçının maraqlarını pozan, ona münasibətdə ağır şərtli saziş bağlanmasına dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmamaqla, bu nəticə mötəbər və tutarlı sübutlarla deyil, yalnız iddiaçı tərəfin izahatları üzərində qurulm uşdur. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verməyə davam edərək həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnamədə kəsici müddətlə bağlı qanunvericilik normalarının və onların tətbiqinin əsaslarını sadalasa da, hazırki mübahisəyə tətbiq edilməli olmaması ilə bağlı mövqeyi də düzgün olmamışdır. Məhkəmə bu qənaətə gələrkən İddiaçı Cavabdeh ilə yuxarıda göstərilən sazişləri 2020-ci ilin fevral və may aylarında bağlamaqla həmin vaxtı məsələnin sülh yolu ilə həll olunduğunu ehtimal etməsinə və uzun müddət (bu ilin iyul ayına kimi) qarşı tərəfin onu aldatmasını düşünməməsinə və beləliklə də yaxın vaxtlara qədər hüquqlarının pozulduğunu bilməməm əsinə istinad etsə də, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin bu qənaətləri yalnız iddiaçının subyektiv mülahizələrinə əsaslanmışdır. Həmçinin birinci instansiya məhkəməsi iddiaçının hüquqlarının pozulduğunu yaxın vaxtlarda bildiyini göstərsə də, bu pozuntunun olmasının konkret hansı tarixdən və hansı şəraitdə bilməsini əsaslandırmamışdır.

43. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi göstərilən nəticəyə gələrkən X1 şahid qismində verdiyi ifadəsində göstərilənlərə onun tərəflərin övladı olması faktına da diqqət yetirməmiş və bu hala, eləcə də onun ifadəsinin məzmununa qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir.

44. Məhkəmə kollegiyası hesab edib ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən yeganə sübut vasitəsi şahid i fadəsidir ki, həmin şahidin verdiyi məlumatlar şübhədən kənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmamaqla, atası olan iddiaçının maraq və mənafeyi baxımından verilən ifadə olduğundan mötəbər sübut kimi qiymətləndirilə bilməz. Eyni zamanda məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, şahidin, yəni tərəflərin qızı uzun müddətdir ki, cavabdehlə, yəni anası ilə münasibət saxlamır. Qızın anası ilə münasibətdə olmaması məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən təsdiq edilmişdir. Bu da şahidin ifadəsini anasına qarşı münasibətdə bir növ qərəzli olmasına və atasının mənafeyi üçün verilmiş ifadə olmasını təsdiq edir.

45. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 337.1, 339.2, 354.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri

46. İddiaçı (Vəkil1) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

47. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə oxşar olmqla qeyd olunmuşdur ki, iddiaçı vacib əhəmiyyətli yanılma nəticəsində sazişləri imzalamışdır. Cavabdeh Yasamal Rayon Məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə aktı çıxarıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin iddiaçının adına sənədləşdirilməsinə razılıq vermiş, həmin sahə ilə bağlı iddiaçıya qarşı tələbinin olmadığını nümayiş etdirmişdir. Lakin sonradan həmin sahədəki payını tələb etmiş, iddiaçı buna etiraz etdikdə isə bildirmişdir ki, sazişdə həmin paydan imtina barədə heç bir müddəa yoxdur. İddiaçı sazişi nəzərdən keç irmiş və yalnız bu zaman başa düşmüşdür ki, cavabdeh və onun vəkili tərəfindən aldadılmışdır. Çünki sazişin 3-cü bəndində qeyri-yaşayış sahəsindəki paydan gələcəkdə imtina şərti də nəzərdə tutulduğu halda son anda cavabdeh vəkili ilə əlbir olaraq həmin şərti sazişdən çıxarmışdır. Nəticədə tərəflərdən birinin mənafeyini kobud şəkildə pozan, birtərəfli və ədalətsiz saziş ortaya çıxmışdır. Odur ki, həmin saziş etibarsız hesab edilməlidir.

48. Bundan əlavə, cavabdehlə nikah zamanı əldə edilən əmlakların bölünməsi barədə məhkəmənin icraatında iş olmuş və həmin mübahisə üzrə tərəflər müstəqil şəkildə barışıq sazişi bağlamışlar. 27 fevral 2020-ci il tarixli həmin barışıq sazişinin 4-cü bəndində nəzərdə tutulan şərtə əsasən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 26 saylı evin 17, 18 və 19 saylı mənzillər üzərində olan əmlak payından Cavabdeh xeyrinə imtina etmişdir. Halbuki sazişdən göründüyü kimi, bu imtina birtərəfli xarakter daşımış və onun qarşılığında Cavabdeh iddiaçının xeyrinə heç bir güzəşt etməmişdir. Qeyd olunan mənzillər də iddiaçı tərəfindən alınmışdır və cavabdehlə nikah zamanı əldə edildiyindən həmin mənzillərdə də onun əmlak payı vardır. Cavabdehlə bağlanılan bu saziş də onun qanuni maraqlarına ziddir və etibarsız hesab edilməlidir.

49. Apelyasiya instansiyası məhkəməsi prosessual pozuntuya yol vermiş, iddiaçı tərəfin təqdim etdiyi digər sübuta-şahid ifadəsinə düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsində şahid kimi ifadə verən X8 bildirmişdir ki, iddiaçı və cavabdeh onun ata-anasıdır, onların arasında iddiaçının bildirdiyi şərtlə rlə razılaşma olmuşdur və o da bu hallara şahid olmuşdur. Lakin işə baxan məhkəmə şahid ifadəsini də nəzərə almamışdır.

50. Kassator şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən Konstitusiyanın 13, 29, MM-nin 337, 347, 225, Ailə Məcəlləsinin 36, 38.6, MPM-nin 9, 77, 14-cü maddələrinin pozulmasını qeyd etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

51. Cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 kassasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış 27 fevral 2020-ci il tarixli barışıq sazişi Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Digər saziş isə xx.xx.2020-ci il tarixdə bağlanmış, bu sazişin etibarsızlığı üçün heç bir əsas mövcud olmamışdır. İddia xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyindən qanunveric iliklə müəyyən edilmiş kəsici müddəti ötürmüşdür. Tərəflər arasında olan digər əmlak, Bakı şəhəri Yasamal rayonu, Azərbaycan prospektində yerləşən 600 kv.m olan qeyri-yaşayış sahəsinə dair bölgü mübahisəsinə Ali Məhkəmənin qərarı ilə son qoyulmuşdur. Kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

52. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

53. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

54. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

55. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

56. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

57. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

58. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

59. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Az ərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üç ün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

66. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

67. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının p ozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

70. Belə ki, işin məhkəmələr tərəfindən mübahisəsiz olaraq müəyyən edilmiş halları qərarın 1-15-ci paraqraflarında göstərilmişdir.

71. İddiaçı cavabdehlə bağladığı xx.xx.2020-ci il tarixli sazişdə onun cavabdehlə nikah müddətində özü tərəfindən alınmış Nəsimi rayonu, R.Behbudov küçəsi 26 saylı evin 17, 18 və 19 saylı mənzillər üzərində olan əmlak payından cavabdehin xeyrinə imtina etməsinin birtərəfli xarakter daşıdığını və onun qarşılığında cavabdehin iddiaçının xeyrinə heç bir güzəşt etmədiyini, cavabdehlə bağlanılan bu sazişin iddiaçının qanuni maraqlarına zidd olduğunu bildirir və bu əsasla həmin müqaviləni n etibarsız sayılmasını tələb edir.

72. İddiaçı cavabdehlə bağladığı xx.xx.2020-ci il tarixli sazişin etibarsızlığını belə əsaslandırıb ki, cavabdeh bu sazişi bağladığı zaman Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən ümumi sahəsi 600 kv.m təşkil edən ikimərtəbəli qeyri-yaşayış sahəsindən tələbinin olmayacağını bildirmiş və bu şərtlə razılığa gəlmişlər. Lakin iddiaçı sonradan öhdəliyinə əməl etməmiş, sazişi nəzərdən keçirəndə isə başa düşmüşdür ki, cavabdeh və onun vəkili tərəfindən aldadılmışdır. Çünki sazişin 3-cü bəndində qeyri-yaşayış sahəsindəki paydan gələcəkdə imtina şərti də nəzərdə tutulduğu halda, son anda cavabdeh vəkili ilə əlbir olaraq həmin şərti sazişdən çıxarmışdır.

73. Bu baxımdan iddia tələbinin maddi-hüquqi əsası kimi Mülki Məcəllənin 337.1 və 339.2-ci maddələri çıxış edir.

74. Apelyasiya instansiyası məhkəməsi də iddiaçının dəlilləri üzrə araşdırma aparmış və həmin dəlillərin əsassız olduğunu müəyyən etmişdir.

75. İlk növbədə qeyd olunmalıdır ki, mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır.

76. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.

77. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır:

78. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir;

79. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqa vilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır;

80. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı).

81. Baxılan iş üzrə məhkəmə tərəfindən bu hallar müəyyən olunmamışdır.

82. Ən əhəmiyyətlisi isə, apellyasiya həm də iddiaçı tərəfindən sazişlərin etibarsız sayılması üçün Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddətin buraxıldığını müəyyən etmiş və bu əsasla iddianı rədd etmişdir.

83. Məhkəmə kolle giyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır. Belə ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

84. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığın dan və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

85. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

86. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7672/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətna məsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi and

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar