Məhkəmə qərarları › İş №2(102)-800/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-800/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-800/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh3, X2 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-8**/22 (Açar sözlər: istifadə hüququna xitam verilməsi) Bakı şəhəri, 15 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh3, X2 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2707/2021 nömrəli, 05.10.2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Lənkəran şəhəri, Böyükağa Mirsalayev küçəsində yerləşən 7 saylı ev AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 222**05687 qeydiyyat nömrəli, 13.08.2020 tarixli Çıxarışa əsasən, "xxxx" KB ASC-nin xüsusi mülkiyyətindədir.

2. AR DİN tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, Cavabdeh3, X2 və Şərifov X1 şəhəri, Böyükağa Mirsalayev küçəsində yerləşən 7 saylı evdə qeydiyyatdadırlar. 3. "xxxx" KB ASC mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaranması əsası ilə hazırki mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhk əmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh3, X2 və Cavabdeh2 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC-nin mülkiyyətində olan Lənkəran şəhəri, Böyükağa Mirsalayev küçəsində yerləşən 7 saylı evə X2, Cavabdeh2 Mirzəbaba oğlu və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh3, X2 və Cavabdeh2 həmin evdən çıxarılmaqla, evin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC hərrac vasitəsilə Lənkəran şəhəri, Böyükağa Mirsalayev küçəsində yerləşən 7 saylı evi almış, bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 222**05687 qeydiyyat nömrəli, 13.08.2020 tarixli Çı xarış verilmişdir. Lakin, Cavabdeh3, X2 və Cavabdeh2 hələ də sözügedən evdə qeydiyyatda olduğu üçün Bankın mülkiyyət hüquqlarını həyata keçirməsinə maneələr yaranır.

6. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1326/2021 nömrəli, 27 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, X2 və Cavabdeh2 Lənkəran şəhəri, Böyükağa Mirsalayev küçəsində yerləşən 7 saylı evə olan istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzilə mülkiyyət hüququ "xxxx" KB ASC-yə keçdiyi və cavabdehlərin evdən çıxarılmaları barədə qanuni qüvvədə olan məhkəmə qərarı olduğu üçün iddia qismən təmin edilərək cavabdehlərin evə olan istifadə hüquqlarına xitam verilməlidir. Evin boşaldılması barədə qanuni qüvvəsini almış məh kəmə qətnaməsi mövcuddur.

8. Eyni zamanda məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehlər həmin mənzildə yaşamırlar. Onlar mənzilin keçmiş sakinləridirlər.

9. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 646.1, 158.3, 203.1, “İpoteka haqqında” Qanunun 59.3, 59.4, Mülki Prosessual Məcəllənin 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

10. Qətnamədən iddiaçı "xxxx" KB ASC apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2707/2021 nömrəli, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- Z.Allahyarov (sədrlik edən və məruzəçi), S.Mayılov və M.Həsənov) Lənkəran Rayon Məhkəməsinin 2(049)-1326/2021 nömrəli, 27 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

13. Qətnamədən iddiaçı "xxxx" KB ASC kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı "xxxx" KB ASC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdır ki, icra məmurları məhkəmə qətnaməsində adları göstərilən şəxslərə münasibətdə qərarı icra edə bilməyəcəkdir. Çünki qanuni qüvvəsini almış məhkəmə qətnaməsində (evin boşaldılması barədə) hazırkı şəxslər borclular siyahısında deyillər. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası:

16. Maddə

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

17. Maddə

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

18. Maddə 152.1. Mülkiyyət hüququ - sub yektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

20. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:

21. Maddə 59.3, 59.3.1 və 59.3.2. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsin i ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

22. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzild ən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

27. Maddə 217.

3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdır ılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

32. Belə ki, mübahisəli evin iddiaçı "xxxx" KB ASC-nin xüsusi mülkiyyətində olması və cavabdehlərin həmin evdə qeydiyyatda olması işin mübahisəsiz hallarıdır. Borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş evə yöənldilməsi, hərracın keçirilməsi və hərrac vasitəsilə ev satıldıqdan sonra evin boşaldılması barədə məhkəmə qətnaməsi mövcuddur və bank evi artıq mülkiyyətinə keçirmiş və evin boşaldılması hissəsində qətnamə icra edilməsi imkanı saxlanılır. Həmçinin müəyyən edilmişdir ki, cavabde hlər halhazırda mübahisəli evdə yaşamırlar. Ona görə məhkəmələr hesab etmişlər ki, bir halda ki, cavabdehlər evdə yaşamırlar(bunu iddiaçı özü də etiraf edib), onların çıxarılması tələbinin təmin olunmasına zərurət yoxdur. Eyni zamanda məhkəmələr bu iddianı o məntiqlə təmin etməmişlər ki, evin boşaldıldaraq yeni mülkiyyətçiyə təhvil verilməsi barədə məhkəmə qətnaməsi icra olunmalıdır. Cavabdehlərin isə evə heç bir hüquqları yoxdur.

33. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Evdə cavabdehlərə məxsus əşyalar varsa, həmin əşalar da qanuni qüvvəsini almış qətnamə icra olunacağı təqdirdə ev boşaldılmalıdır. Hazırkı cavabdehlərin isə mübahisəli evə hüquqlarının olmaması öz təsdiqini tapdığından onların hüquqlarına xitam verilmişdir.

34. Nəzərə alma q lazımdır ki, evin boşaldılması və yeni mülkiyyətçiyə təhvil verilməsi barədə icra sənədi mövcuddursa, həmin sənəd evdə kimin yerləşməsindən asılı olmayaraq boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsini ehtiva edir. Əks təqdirdə icra icraatı əsassız bir prosesə çevrilə bilər. Çünki evin boşaldılması barədə icra sənədi icra olunan an evi tərk etmək istəməyən şəxslər istədikləri adamı həmin evə yerləşdirə bilərlər. Bu o anlama gəlməyə əsas vermir ki, həmin anda icra hərəkətləri dlayandırılmalı, icra sənədi icra edilməməli, tələbkar yenidən ümumi qaydada məhkəməyə müraciət etməlidir. Belə səbəblər icranı sonsuzluğa qədər uzada bilər, tələbkarın qanuni mənafeyinin pozulması ilə nəticələ bilər və nəticə etibarı ilə dövlətin adından çıxarılan qətnamənin əhəmiyyətini heç yendirmiş olar.

35. Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" KB ASC-nin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2707/ 2021 nömrəli, 05.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar