Məhkəmə qərarları › İş №2(102)-803/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-803/2025

16.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-803/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözləri: mənəvi zərərin əvəzinin ödənilməsi 16.04.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5935/2024 nömrəli, 6 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İnzibati tənbeh vermə haqqında EPQ ******* nömrəli qərar ilə, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 50 manat məbləğində inzibati cərimə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun şərəf və ləyaqətini alçaldılmasına görə rəsmi formada üzr istəməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, ona vurduğu mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq ona verilməsi və qardaşının xatirə lövhəsinin ətrafının zibillənməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında 2018-ci ilin may ayından yaşayır. Xüsusi olaraq qeyd etmişdir ki, 1992-ci ildə Birinci Qarabağ döyüşlərində itkin düşmüş şəhid qardaşının xatirə lövhəsini evinin qarşısına yerləşdirmişdir. Qonşuları olan cavabdehlər maşınla qutularda içkiləri gətirib evinə yerləşdirir, həmin içkiləri götürmək üçün maşın gələndə isə sürücülərlə birlikdə qonşuları yeyib-içib zibillərini küçəyə atırlar, dostları ilə birlikdə siqaret çəkib, tum çırtlayıb zibillərini də eyni qaydada küçəyə atırlar ki, tullantılar külək vasitəsi ilə evinin ətrafında yerləşdirilmiş xatirə lövhəsinin yaxınlığına səpələnir. Cavabdehlərdən tullantılarına nəzarət etmələrini dəfələrlə tələb etmişdir. Tələbi nəticəsində cavabdehlər şəhid anasını və onu təhqir etmişlər, hətta güc tətbiq etməklə hədələmişlər. Yaranmış n övbəti dözülməztəhqirlərdən sonra, vəziyyətlə bağlı o, Azərbaycan Respublikası DİN-nin 102 qaynar xəttinə zəng vurmaq məcburiyyətində qalmışdır. Müraciəti əsasında sahə müvəkkili tərəfləri dəvət edərək 5 aydan (150 gündən) sonra onlardan izahat almışdır. Onu və şəhid anası olan anasını cavabdehlər tərəfindən təhqir edilməsi ilə bağlı bütün aidiyyətı qurumlara müraciət etmələrinə baxmayaraq, heç bir müsbət nəticə əldə edilməmişdir. Cavabdehlərin hərəkətləri bu günə kimi davam edir. Nəticədə, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun şərəf və layaqətini alçaldan həqiqətəuyğun olmayan məlumatların yayılmasından ibarət olan hüquqazidd hərəkətləri nəticəsində, ona dəymiş mənəvi zərərin (fiziki və mənəvi iztirabların) əvəzini verməlidir.

4. Cavab deh2 iddiaya etiraz edərək izahatında bildirmişdir ki, o, özü şəhid bacısıdır. Evi də, yaşadığı məhəllə də böyükdür, kiminsə qapısına zibil atmağı absurddur. "xxxx" ASC-də xadiməçi işləyir, səhər saat 07:00-da işə gedir, axşam saat 21:00-da evə qayıdır. Videogörüntüdən görünmüşdür ki, külək özü zibili qapıya gətirir. O, özü ətrafdan zibili təmizliyir ki, təmizlik olsun. İddiaçı bundan əvvəl dəfələrlə digər qonşulara qarşı oxşar iddialar qaldırmışdır. Ona görə də, qonşuluqda yaşayan hər kəs iddiaçının əlindən bezmişdir. O, qeyd olunanlara əsasən, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh1 iddiaya etiraz edərək izahatında bildirmişdir ki, heç kimin qapısına zibil atmır. Səhər tezdən evdən çıxıb işə gedir, axşam evə qayıdır. Videogörüntüdən görünmüşdür ki, iddiaçı özü zibili götürüb gətirib onların qapısına qoyur. İddiaçı onlardan hər yerə şikayətlər etmişdir. Yaşadıqları ərazi üzrə polis şöbəsinə iddiaçının etdiyi çoxsaylı şikayətlərdən cana yığıldığından, sahə müvəkkilinə onu cərimələyərək mübahisəyə son qoyulmasını özü xahiş etmişdir. O, qeyd olunanlara əsasən, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2(008)3015/2024 nömrəli qətnaməsi ilə (hakim H.Mahmudova) iddianın təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddiasının əsası kimi cavabdehlərin onun şərəf və ləyaqətini alçaltmasını, bununla bağlı ondan rəsmi formada üzr istəməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması, vurduğu mənəvi zərərə gö rə cavabdehlərdən 1000 manat mənəvi zərərin tutularaq ona ödənilməsini, qardaşının xatirə lövhəsinin ətrafının zibillənməsinin cavabdehlərə qadağan edilməsini tələb etmiş, lakin məhkəmə araşdırması zamanı öz tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. İddiaçının istinad etdiyi yeganə sübut məhkəməyə təqdim etdiyi foto və videogörüntülər olmuşdur. Məhkəmə tərəfindən həmin görüntülərə ayrı-ayrılıqda baxış keçirilmiş, lakin heç bir görüntüdə iddiaçının bildirdiyi kimi, cavabdehlərdən hər hansının yemək-içki qalıqlarını, siqaret, tum və s. zibillərini küçəyə atmaları, bunun nəticəsi olaraq həmin tullantıların külək vasitəsilə iddiaçının evinin ətrafında yerləşdirilmiş xatirə lövhəsinin yaxınlığına səpələnməsi faktı öz təsdiqini tapmamışdır. Məhkəmə bu qənaətə gəlmişdir ki, qeyd olunan hissədə iddia sübuta yetirilmədiyinə görə, rədd edilməlidir.

8. Məhkəmə iş hallarını nəzərdən keçirib hesab etmişdir ki, iddiaçının şərəf və ləyaqətini alçaldılmasına görə rəsmi formada üzr istəməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində də iddia təmin oluna bilməz. Belə ki, iddiaçının şərəf və ləyaqətinin alçaldılmasının nədən ibarət olması, yəni hansı məlumatların, mənfi rəyin onun şərəf vələyaqətini alçaltması, şərəf və ləyaqətinin məhz cavabdehlər tərəfindən alçaldılması, həmçinin həmin halların yayılmasının müəyyən edilməsi mümkün olmamışdır. H əmçinin iddiaçı tərəfindən qeyd olunan hallarla bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.

9. Məhkəmə, iddiaçıya vurduğu mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq ona verilməsi hissəsində də hesab etmişdir ki, tələb təmin oluna bilməz. Belə ki, göründüyü kimi, qanunvericilikdə fiziki şəxslərə münasibətdə vurulmuş mənəvi ziyanın ödənilməsi imkanı, şərtləri və s. nəzərdə tutulmuşdur. İddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, mənəvi zərərin ödənilməsi tələbini əlaqələndirdiyi halları əsaslandırmamış və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmi şdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə istinadən, məhkəmə, iddianın cavabdehdən mənəvi ziyanın tutulması hissəsində rədd olunması qənaətinə gəlmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1-ci maddələrinə “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 may 1999-cu il tarixli Plenumunun Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqın da” 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasına xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi tərəfindən cavabdehlər barəsində polis idarəsinə şikayət edilmiş, səbəb isə həmin sahənin zibillənməsi olmuşdur, nəticədə Cavabdeh1 təqsi rli bilinərək 50 manat cərimə edilmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, hər bir normal insan kimi həmin mübahisə ona da pis təsir etmiş, şəhid qardaşının vətən üçün etdiklərinə vətəndaşların dəyər verməməsi, hətta onun abidə lövhəsinin qarşısının zıbillənməsi onda məyusluq hissi də yaratmışdır. Heç kes deyə bilməz ki, qardaşını vətən uğrunda itirən bir bacıya qeyd etdiyi hallar təsir edə bilməz. Bu hallar onun mənəvi iztirab keçirməyinə səbəb olmuşdur, ki, bunun öz özlüyündə sübuta belə ehtiyacı yoxdur. Hətta bir neçə dəfə həmin məsələ ilə bağlı polis idarəsinə tərəfindən gedilmiş, əsəbləri gərginləşmiş, pxisoloji sarsıntı keçirmişdir. Hətta hər kəs bilir ki, şəhid ailələri nələr çəkir! Bunun hansı sübuta ehtiyacı var! Özlərinə şəhid qardaşının xatirə lövhəsi ilə təsəlli verirlər ki, onun da cavabdehlər tərəfindən zibillənməsi sözün əsl mənasında ürəklərini ağrıdır. Onun fiziki və mənəvi sarsıntılar keçirməyi cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir, onların qanunsuz hərəkətləri ilə ona dəyən mənəvi zərər arasında səbəbli əlaqə var və bu zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır. Cavabdehlərin qanunsuz hərəkəti ilə onun sağlamlığına birbaşa qəsdən zərər vurulmuşdur.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5935/2024 nömrəli, 6 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), M.Məmmədov və F.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd etmişdir ki, i ddiaçı cavabdehlərdən hər hansının yemək-içki qalıqlarını, siqaret, tum və s. zibillərini küçəyə atmaları, bunun nəticəsi olaraq həmin tullantıların külək vasitəsilə iddiaçının evinin ətrafında yerləşdirilmiş xatirə lövhəsinin yaxınlığına səpələnməsi və bunun nəticəsində mənəvi zərər vurulduğunu iddia etsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Kollegiya qeyd etmişdir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünmüşdür ki, İddiaçı ona maddi və mənəvi zərərin vurulmasını, həmin zərərlə cavabdehlərin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasınd a səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında cavabdehlərin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının şərəf və ləyaqətini alçaldılmasına görə rəsmi formada üzr istəməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində də iddia təmin oluna bilməz. Belə ki, iddiaçının şərəf və ləyaqətinin alçaldılmasının nədən ibarət olması, yəni hansı məlumatların, mənfi rəyin onun şərəf vələyaqətini alçaltması, şərəf və ləyaqətinin məhz cavabdehlər tərəfindən alçaldılması, həmçinin həmin halların yayılmasının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin iddiaçı tərəfindən qeyd olunan hallarla bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmamışd ır. Həmçinin iddiaçıya vurduğu mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq ona verilməsi hissəsində də tələb təmin oluna bilməz. Belə ki, göründüyü kimi, qanunvericilikdə fiziki şəxslərə münasibətdə vurulmuş mənəvi ziyanın ödənilməsi imkanı, şərtləri və s. nəzərdə tutulmuşdur. İddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, mənəvi zərərin ödənilməsi tələbini əlaqələndirdiyi halları əsaslandırmamış və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayəti nin dəlilləri

16. İddiaçı (vəkil İddiaçı) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti və iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

20. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəy yənləşdirir.

21. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

22. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.

23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam hə cmdə ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli Qərarı:

24. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə m üəyyən olunmalıdır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli Qərarı:

25. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. “Mənəvi zərərin ödənilməsi barədə qanun vericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008ci il tarixli Qərarı:

26. Bənd

2. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y a həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

27. Bənd

4. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

28. Bənd

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödə məklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.

29. Bənd

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

30. Bənd

10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlı q) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edi lmiş qüvvəsi yoxdur.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kass asiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi

39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsasland ırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

40. İddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

41. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı cavabdehlərdən hər hansının yemək-içki qalıqlarını, siqaret, tum və s. zibillərini küçəyə atmaları, bunun nəticəsi olaraq həmin tullantıların külək vasitəsilə iddiaçının evinin ətrafında yerləşdirilmiş xatirə lövhəsinin yaxınlığına səpələnməsi və bunun nəticəsində mənəvi zərər vurulduğunu iddia etsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, iddiaçı cavabdehlərin təqsiri üzündən ona maddi və mənəvi zərərin vurulmasını, həmin zərərlə cavabdehlərin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında cavabdehlərin təqsirinin olmasını təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının şərəf və ləyaqətini alçaldılmasına görə rəsmi formada üzr istəməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində də iddia təmin oluna bilməz. Belə ki, iddiaçının şərəf və ləyaqətinin alçaldılmasının nədən ibarət olması, yəni hansı məlumatların, mənfi rəyin onun şərəf vələyaqətini alçaltması, şərəf və ləyaqətinin məhz cavabdehlər tərəfindən alçaldılması, həmçinin həmin halların yayılmasının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin iddiaçı tərəfindən qeyd olunan hallarla bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Həmçinin iddiaçıya vurduğu mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq ona verilməsi hissəsində də tələb təmin oluna bilməz. Belə ki, göründüyü kimi, qanunvericilikdə fiziki şəxslərə münasibətdə vurulmuş mənəvi ziyanın ödənilməsi imkanı, şərtləri və s. nəzərdə tutulmuşdur. İddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, mənəvi zərərin ödənilməsi tələbini əlaqələndirdiyi halları əsaslandırmamış və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir.

44. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhk əməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya in stansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 noyabr 2024-cü il tarixli, 2(103)-5935/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar