Məhkəmə qərarları › İş №2(102)-806/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-806/2020

11.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-806/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 sentyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev, iş № 2(004)-1877/19) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "hədiyyə edilmiş qız ıl-zinət əşyalarının və şəxsi əşyaların qaytarılması tələbinə dair” iddiası qismən təmin eilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış "Rainford” markalı, 45 kv. metrlik kondensioner; qızıl-zinət əşyaları: dəyəri 8000 (səkkiz min) manat olan İtaliya istehsalı, ağ-sarı qarışıq qızıl, ümumi çəkisi 44 qram, 6 karatlı brilyant dəst (bir cüt sırğa, bir ədəd üzük, bir ədəd bilərzik, bir ədəd boyunbağı, bir ədəd kulon), bir ədəd dəyəri 1600 (bir min altı yüz) manat olan İtaliya istehsalı, çəkisi 14 qram, 4 karatlıq brilyant nişan üzüyü, bir ədəd dəyəri 400 (dörd yüz) manat olan İtaliya istehsalı, çəkisi 6 qram, sirkon tək qaşlı qızıl üzük; qızıl olmayan bəzək əşyaları: bir ədəd dəyəri 150 (bir yüz əlli) manat olan İtaliya istehsalı olan gü müş göy mirvari qaşlı sırğa, bir ədəd dəyəri 200 (iki yüz) manat olan Türkiyə istehsalı, "Popy Gallery” markalı, gümüş sep və üzük, bir ədəd dəyəri 150 manat olan İtaliya istehsalı, qızıl suyuna salınmış, svarovskiy daşları ilə bəzədilmiş qolbağın alınıb iddiaçı X1 verilməsi, qeyd edilən əşyalar aşkar edilmədikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların dəyərinin alınıb İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Həmin qətnamədən həm iddiaçı, həm də cavabdehlər apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski-sədrlik edən və məruzəçi, R.Eyvazov və Z.Əliyev, iş № 2(103)-10828/19) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, lakin cavabde hlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Yasamal Rayon Məhkəməsinin iş üzrə 15 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "hədiyyə edilmiş qızıl-zinət əşyalarının və şəxsi əşyaların qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşıcavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "hədiyyə edilmiş qızıl-zinət əşyalarının və şəxsi əşyaların qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin siyahısında göst ərilmiş cehiz əmlakının və qızıl-zinət əşyalarının geri qaytarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəh bər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 09 sentyabr 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianın rədd olunması barədə yeni qətnamə çıxararkən aşağıdakıları nəzərə almışdır. Apel lyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər, yəni Cavabdeh1 ilə İddiaçı 30.04.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.03.2018-ci il tarixli qətnaməsi ilə onların arasındakı nikah pozulmuşdur. Birgə nikahdan uşaq doğulmamışdır. İddiaçı 2017-ci ilin sentyabr ayında cavabdehlərin evini tərk edib atası evinə getmiş, həmin ilin noyabr ayında isə özünə məxsus əşyaları akt əsasında götürmüşdür. İddiaçı 28.01.2019-cu il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "hədiyyə edilmiş qızıl-zinət əşyalarının və şəxsi əşyaların qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, Ailə Məcəlləsinin 34.1-ci maddələrini və s. normaları rə hbər tutaraq iddianı qismən əsaslı saysa da, apellyasiya instansiyası məhkəməsi bununla razılaşmamış və hesab etmişdir ki, əşyaların cavabdehlərin yaşadıqları ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qalması və iddiaçıya qaytarılmaması işin halları və sübutların mötəbərliyi ilə təsdiq edilmir. Əşyaların qiymətləri göstərilsə də onların həqiqətən mövcud olması, hara istehsalı olması, haradan alınması və qiymətləri barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının gəlin gələrkən cehiz kimi kondensioner gətirməsi dəlili də iş materialları ilə sübuta yetirilmir. Ona görə də apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini əsassız hesab edərək iddiaçının apellyasiya şikayətini təmin etməmiş, cavabdehlərin isə apellyasiya şikayətini təmin edərək, qətnaməni ləğv edib iddianı rədd etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əs aslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunlu ğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötr ü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 09 sentyabr 2019-cu il tarixli, 2(103)-10828/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar