Məhkəmə qərarları › İş №2(102)-8094/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8094/2019

30.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8094/2019 30.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9469/2019 nömrəli iş üzrə 16 iyul 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı Şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Pərviz Hüseynov) 23 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 5000 manat pulun tutulması barədə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Abiddin Hüseynov - sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus avtomobilə sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 5000 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 16 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə kollegiyas ının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 16 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, 07.03.2018-ci il tarixdə mülki məsuliyyəti icbari sığorta növündə cavabdehdə sığortalanmış X3 idarə etdiyi “Mersedes Benz E270 CDİ” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən iddiaçının idarə etdiyi “HYUNDİ GRANDEUR - minik” markalı, **LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymiş, hadisənin baş verməsində X3 təqsirli olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərə görə 2226 manat sığorta ödənişi hesablanaraq təklif olunmuş, lakin iddiaçı zərərin daha artıq olduğunu bildirərək həmin məbləği qəbul etməkdən imtina etmişdir. İddiaçı tələbini təsdiq edən sübut qismində məhkəməyə “Hyundaı Avto Azərbaycan servis Departamenti” tərəfindən verilmiş 10 mart 2018-ci il tarixli AA037295 nömrəli aktı təqdim etmişdir. Akta əsasən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının istifadəsində olan “HYUNDİ GRANDEUR - minik” ma rkalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 5780 manat zərər dəymişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 24 oktyabr 2018-ci il tarixli 24755 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, “Auto Azərbaycan” servis mərkəzinin 10.03.2018-ci il tarixli akt məlumatlarına əsasən, avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5103 manat (dəyişilməli hissələr 5130 manat, təmir-bərpa işləri 650 manat) müəyyən edilir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 883.1, 888.1, 888.3, 899.1.1, 922.1, 922.2 və 926.1-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununyun 52.1 və 56.1.2-ci maddələrini tətbiq edərək belə qən aətə gəlmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Baxılan iş üzrə cavabdeh öz sığortalısı tərəfindən iddiaçıya zərər vurulduğunu və həmin zərərə görə sığorta ödənişi ödəmək öhdəliyinin yarandığını mübahisələndirməmişdir. Tərəflər arasında mübahisə yalnız ödənilməli olan sığorta məbləği ilə bağlıdır. İddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi 10.03.2018-ci il tarixli zərər aktında əks olunan detalların əzildiyi, təmir və ya dəyişdirilməsinə ehtiyac olduğu təsdiq edilir. Eyni zamanda qüsur aktında göstərilən detalların və əmək haqlarının həcmi cüzi fərqlə işə baxılarkə n təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə yoxlanılmış və təsdiq edilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Cavabdeh qüsur aktının və rəyin məlumatlarını şübhə altına almağa əsas verən hər hansı ağlabatan dəlillərə istinad etməmiş, bu barədə sübutlar təqdim etməmişdir. İş üzrə ekspertiza keçirildikdən və rəy məhkəməyə daxil olduqdan sonra bir neçə məhkəmə iclası keçirilmiş, cavabdeh tərəf həmin məhkəmə iclaslarında, o cümlədən, sonuncu iclasda ekspert rəyinə etiraz etməmiş, əlavə və ya təkrar ekspertizanın keçirilməsi barədə vəsatət verilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin iddiaya etirazı yalnız onunla əsaslandırılmışdır ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını müəyyən etmək sığortaçının hüququdur və 2226 manat sığorta ödənişinin verilməsi barədə qərar qanuni və əsaslıdır. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 925-ci maddəsi sığortaçının üzərinə sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını məhz sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təqdim etdiyi sığorta tələbi əsasında müəyyən etmək vəzifəsi qoyur. Bu vəzifənin sığortaçının müstəsna səlahiyyəti kimi şərh olunması maddənin məqsədinə ziddir. Əksinə Məcəllənin 925.3-cü maddəsi nəzərdə tutur ki, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 16 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9469/2 019 nömrəli iş üzrə 16 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar