Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-810/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, şikayət verilməsi nəzərdə tutulmayan qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2365/2023 nömrəli iş üzrə 2023-cü il 4 oktyabr tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üz rə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus qızıl-zinət əşyalarının natura şəklində və ya onların dəyəri olan 6476 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Tərtər Rayon Məhkəməsinin 2(061)-34/2023 nömrəli 07 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Qubadov) iddia qismən təmin edilmiş, iddiaçıya məxsus olan qızıl əşyaları və ya həmin qızıllar olmadığı təqdirdə onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayət inin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
4. Tərtər Rayon Məhkəməsinin 2(061)-34/2023 nömrəli iş üzrə 18 avqust 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbi üzrlü hesab edilməklə, buraxılmış prosessual müddətin bərpa edilərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işin materialları ilə birlikdə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. İddiaçı qərardaddan şikayət verərək, cavabdehin müddətin bərpası ilə bağlı ərizəsinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. Tərtər Rayon Məhkəməsinin 2(061)-34/2023 nömrəli iş üzrə 15 sentyabr 2023cü il tarixli qərardadı iddiaçı tərəfindən verilm iş şikayət təmin edilməmiş, şikayətin iş materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində apellyasiya məhkəməsinə göndərilməsi qərar alınmışdır.
7. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2365/2023 nömrəli iş üzrə 4 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, birinci instansiya məhkəməsinin 18 avqust 2023-cü il tarixli qərardadı və həmin qərardadla bağlı 15 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilmiş, cavabdehin birinci instansiya məhkəməsinin 7 aprel 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, cavabdehin verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır.
8. Hazırda apellyasiya instansiyası məhkəməsinin 4 oktyabr 2023-cü il tarix li qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM)
9. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
10. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. MPM-in 402.2-ci maddəsindən göründüyü kimi prosessual qanunvericilik yalnız həmin maddədə sadalanan məhdud sayda qərardadl ardan kassasiya şikayəti verilməsi hüququ nəzərdə tutmuşdur. Həmin maddədə birinci instansiya məhkəməsinin aktlarından apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair qəbul edilmiş qərardadlar kassasiya şikayəti verilən qərardadlara aid edilməmişdir.
12. Baxılan iş üzrə apellyasiya instansiya məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli qərardadı qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpası barədə ərizə əsasında qəbul edildiyi üçün MPM-in 402.2-ci maddəsinə əsasən həmin məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.
13. Eyni zamanda mübahisələndirilən qərardadla apellyasiya şikayətinin geri qaytarılması da həmin qərardadı MPM-in 402.2.1-ci maddəsinin mənasında apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardad kimi qəbul etməyə əsas vermir. Çü nki, birincisi, həmin qərardad yuxarıda da qeyd edildiyi kimi, apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpası barədə ərizənin mahiyyəti üzrə həlli ilə bağlı qəbul edilmişdir. İkincisi, prosessual qanunvericiyə əsasən birinci instansiya məhkəməsinin aktlarından verilmiş apellyasiya şikayətləri (şikayətlər) birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1). Apellyasiya instansiyası məhkəməsi isə şikayətin qaytarılması ilə bağlı deyil, apelyasiyanın mümkünlüyü üzrə qərardad çıxarır (maddə 366.3).
14. Bu səbəbdən hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadından verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
15. Qeyd ol unanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 4 oktyabr tarixli, 2(104)-2365/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin.