Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8103/2019 30.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və onun vəkili X14, Cavabdeh Sığorta Şirkəti ASC-nin X5 və vəkili Mikayılov Səbuhi Həsənpaşa oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli, 2(103)4386/2019 nömrəli qətnaməsindən Cavabdeh Sığorta Şirkəti ASC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR-İ № 501490 saylı 10 noyabr 2016-cı il tarixli etibarnamə üzrə X6 tərəfindən onun istifadəsinə verilmiş və 18 dekabr 2017-ci il tarixli **********2 saylı könüllü sığorta müqaviləsi (şəhadətnamə) əsasında sığortalanmış X21 Prado minik markalı, **NT-*** dövlət qeydiyyat nişanlı, universal tipli, 2012-ci il buraxılış tarixli, JTEBX9FJ0C5023855 ban nömrəli (nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi AC № 665733) avtomobil nəqliyyat vasitəsinin qaçırılmasının sığorta hadisəsi kimi tanınması və bununla əlaqədar sığorta müqaviləsi üzrə ona verilməli olan 35000 manat məbləğin ödənilməsi, həmçinin onun tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh Sığorta Şirkəti ASC-dən onun xeyrinə tutulması barədə qətnamənin qəbul e dilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, AR-İ № 501490 saylı 10 noyabr 2016cı il tarixli etibarnamə üzrə X6 tərəfindən ona məxsus X21 Prado minik markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı, universal tipli, 2012-ci il buraxılış tarixli, JTEBX9FJ0C5023855 baş nömrəli (nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi AC № 665733) avtomobil nəqliyyat vasitəsinin idarə olunması, üzərində sərəncam verilməsi və s. etibar edilmişdir. Onunla Cavabdeh Sığorta Şirkəti ASC arasında bağlanmış 18 dekabr 2017-ci il tarixli **********2 saylı könüllü sığorta müqaviləsi (şəhadətnamə) əsasında onun istifadəsində olan X21 Prado markalı **-NT-***dövlət qeydiyyat nişanlı avtomobil tam qaydada sığortalanmışdır. 20 dekabr 2017-ci il tarixə o, AR-İ № 580247 saylı notariat qaydada t əsdiq edilmiş etibarnamə ilə istifadəsində olan avtomobili «xxxx» MMC-nin müvəqqəti istifadəsinə vermişdir. Azərbaycan Respublikasının «Sığorta fəaliyyəti haqqında» qanununun 16.5- ci maddəsində Maliyyə bazarlarına nəzarət orqanı fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növü üzrə bütün sığortaçılar üçün məcburi olan sığorta qaydalarını müvafiq icra hakimiyyəti orqanının tapşırığı əsasında qəbul etdiyi qeyd edilir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları»nın 7.1-ci bəndinə əsasən Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində ona tərəflərin razılığı ilə sığortalının vəziyyətini bu Qaydaların şərtlərinə nisbətən p isləşdirməyən əlavələr və dəyişikliklər edilə bilər. Odur ki, 21 dekabr 2017-ci il tarixdə **********2 saylı şəhadətnaməyə **********2-01 saylı əlavə bağlanmışdır və əlavənin 2-ci bəndinə əsasən sığortalanmış nəqliyyat vasitəsinin yalnız «xxxx» MMC və «xxxx» MMC-nə icarəyə veriləcəyi və əlavə olaraq 20 manat sığorta haqqı ödəniləcəyi razılaşdırılmışdır. Həmçinin şəhadətnamənin «Əlavə şərtlər və təminatlar» bölməsinin 3-cü bəndində İcarə və ya hər hansı digər mülki-hüquq müqaviləsi əsasında avtonəqliyyat vasitələrinin üçüncü şəxslərə verilməsinin təminata daxil edildiyi qeyd edilib. «xxxx» MMC isə öz növbəsində, 17 fevral 2018-ci il tarixdə X15 ilə nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqavilə bağlayaraq yuxarıda adı qeyd edilən istifadəsində olan avtomobil nəqliyyat vasitəsini X9 müvəqqəti istifadəsinə, icarəyə vermişdir. Həmin müqaviləyə əsasən Əliyev Ceyhun nəqliyyat vasitəsini 22 fevral 2018-ci il saat 18:00-dək saz və işlək vəziyyətdə geri qaytarmalı olsa da, sonuncu, avtomobili geri qaytarmayaraq, onun tələf etmə hədəsi ilə əmlak xarakterli tələblər etmişdir. Avtomobilin qeyri-qanuni ələ keçirilməsi nəticəsində ona 45250 manat məbləğində, xeyli miqdarda ziyan vurulmuşdur. Bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanılmışdır. Belə ki, dələduzluq nəticəsində ona dəymiş ziyanın ödənilməsi üçün, cavabdehlə bağlanmış könüllü sığorta müqaviləsi əsasında o, Cavabdeh Sığorta Şirkəti ASC-yə müraciət etmiş, lakin sonuncu ona sığorta ödənişinin verilməsindən imtina etmişdir. Belə ki, cavabdeh 04 sentyabr 2018-ci il tarixli MR 281/18 saylı cəfəngiyat xarakterli cavab məktubunda bildirmişdir ki, avtomobil «xxxx» MMC-nin nəzarətçisi X10 icarəyə götürüldüyündən, o, **********2 saylı sığorta şəhadətnaməsi üzrə sığorta olunan qismində çıxış edir və onun hərəkətləri oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, həmçinin üçüncü şəxsin qanunazidd hərəkəti kimi qəbul edilə bilməz. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(009)3161/2018 saylı qətnaməsi ilə (hakim M.A.Bağırova), iddia tələbinin təmin edilməsi, Cavabdeh Sığorta Şirkəti ASC-dən 35000 (otuz beş min) manat və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli, 2(103)4386/2019 nömrəli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova, V.T.Həsən ov və N.Ş.Cəfərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(009)-3161/2018 saylı qətnaməsi apellyatora münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli, 2(103)4386/2019 nömrəli qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək, onun ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iş materiallarına əsasən avtomobil onu ələ keçirən şəxsə icarə müqaviləsi əsasında təhvil verilmiş, lakin məhkəmə avtomobili idarə edən şəxsin üçüncü şəxs olub-olmamasını araşdırmamış, buna hüquqi qiymət verməmişdir. Avtomobil mülki-hüquqi müqavilə əsasında istifadəyə verilmişdir. Məhkəmə had isəni “üçüncü şəxsin qanunazidd hərəkəti” kimi qiymətləndirsə də, qətnaməsində hadisədə “qanunazidd hərəkətin” olub –olmamasına, cavabdehin dəlillərinə qiymət verməmişdir. İş üzrə preyudisial əhəmiyyətə malik hər hansı qərar yoxdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh Sığorta Şirkəti ASC-nin X8 və vəkili Mikayılov Səbuhi Həsənpaşa oğlu kassasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili X20 kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Ko llegiyası 10 may 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(009)-3161/2018 saylı qətnaməsini apellyatora münasibətdə dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına əsasən: 04 sentyabr 2018-ci il tarixli, MP 281/18 saylı Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Nərimanov RPİ-nin baş müstəntiqi polis mayoru Pərviz Məmmədovun təqdim etdiyi cinayət işinin tövsif edilməsi haqqında qərarda X3 İlham Nadir oğluna məxsus olan, etibarnamə əsasında «xxxx» MMC nəqliyyat va sitələrinin icarə məntəqəsinə icarə verdiyi «X23 Prado» markalı, 90NT680 dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti istifadə edəcəyi adı ilə 17.02.2018- ci il tarixində, ünvan 2 ünvanında «xxxx» MMC-nin nəzarətçisi X10 icarəyə götürüb geri qaytarılmaması barəsində məlumat qeyd olunmuşdur. X7 avtomobili «xxxx» MMC nəqliyyat vasitələrinin icarə məntəqəsinin nəzarətçisi X10 icarəyə götürdüyündən o **********2 saylı sığorta şəhadətnaməsi üzrə sığorta olunan qismində çıxış edir və onun hərəkətləri oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, həmçinin üçüncü şəxsin qanunazidd kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci və «Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə qaydaları»nın 22.1.8-ci maddələrinə əsasən baş vermiş hadisə qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə, bu hal sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsasdır; AC N 665733 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** NT *** dövlət nömrə nişanlı, X21-Prado minik avtomaşın X1; 10.11.2016-cı il tarixli, AR-İ 501490 nömrəli etibarnamənin surətindən görünür ki, X6 özünə məxsus bütün daşınar əmlaklar üzrə səlahiyyətləri 10 il müddətinə İddiaçı etibar edir; 20 dekabr 2017-ci il tarixli, AR-İ 580247 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı etibarnamə üzrə X6 tərəfindən ona verilən səlahiyyətlər: X23 Prado» markalı, 90NT680 dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti istifadə etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etmə yi «xxxx» MMCyə etibar edir; 09.06.2018-ci il tarixli zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır; 23 iyul 2018-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, X18 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı məxsus olan etibarnamə əsasında «xxxx» MMC nəqliyyat vasitələrinin icarə məntəqəsinə icarəyə verdiyi 45250 manat dəyərində X23 Prado» markalı, 90NT680 dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti istifadə edəcəyi adı ilə icarəyə götürüb qaytaracağına dair yalan vəd verib aldadaraq, 17 fevral 2018-ci il tarixdə «xxxx» MMC-nin nəzarətçisi X10 götürməklə ələ keçirərək zərərçəkmiş şəxs İd diaçı 45250 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilənlərə əsasən X18 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli, 4(005)-376/2018 saylı həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən X18 barəsində həbs qətimkan tədbiri seçilmişdir; 17 fevral 2018-ci il tarixli, 098 nömrəli icarə müqaviləsindən görünür ki, «xxxx» MMC-nin direktoru X4 Cehun Əyyub oğlu icarəyə verilməsinə dair müqavilə bağlayaraq ona istifadəyə verilmiş X23 Prado» markalı, 90NT680 dövlət qeydiyyat nişanlı avtomobili 22 fevral 2018-ci il tarixədək X9 müvəqqəti istifadəsinə, icarəyə vermişdir; 18.12.2017-ci il tarixli, **********2 saylı fiziki şəxslərin sahibliyində olan minik avtomobillərin tam sığortası şəhadətnaməsindən aydın olur ki, sığortaçı qismində “xxxx” ASC, sığortalı qismində İddiaçı, sığorta olunan qismində İddiaçı oğlu və faydalanan şəxs qismində İddiaçı çıxış etdiyi sığorta müqaviləsində sığortanın predmeti icarəyə verilməsinə dair müqavilə bağlayaraq yuxarıda adı qeyd edilən istifadəsində olan X23 Prado» markalı, 90NT680 dövlət qeydiyyat nişanlı avtomobildir. Beləliklə, apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, 20 dekabr 2017-ci il tarixə o, AR-İ № 580247 saylı notariat qaydada təsdiq edilmiş etibarnamə ilə iddiaçı istifadəsində olan avtomobili «xxxx» MMC-nin müvə qqəti istifadəsinə vermişdir. Azərbaycan Respublikasının «Sığorta fəaliyyəti haqqında» qanununun 16.5-ci maddəsində Maliyyə bazarlarına nəzarət orqanı fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növü üzrə bütün sığortaçılar üçün məcburi olan sığorta qaydalarını müvafiq icra hakimiyyəti orqanının tapşırığı əsasında qəbul etdiyi qeyd edilir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları»nın 7.1-ci bəndinə əsasən Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində ona tərəflərin razılığı ilə sığortalının vəziyyətini bu Qaydaların şərtlərinə nisbətən pisləşdirməyən əlavələr və dəyişikliklər edilə bilər. Odur ki, 21 dekabr 2017-ci i l tarixdə **********2 saylı şəhadətnaməyə **********2-01 saylı əlavə bağlanmışdır və əlavənin 2-ci bəndinə əsasən sığortalanmış nəqliyyat vasitəsinin yalnız «xxxx» MMC və «xxxx» MMC-nə icarəyə veriləcəyi və əlavə olaraq 20 manat sığorta haqqı ödəniləcəyi razılaşdırılmışdır. Həmçinin şəhadətnamənin «Əlavə şərtlər və təminatlar» bölməsinin 3-cü bəndində İcarə və ya hər hansı digər mülki-hüquq müqaviləsi əsasında avtonəqliyyat vasitələrinin üçüncü şəxslərə verilməsinin təminata daxil edildiyi qeyd edilib. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, sözügədən nəqliyyat vasitəsinin qaçırılması nəticəsində sığorta hadisəsi baş verdiyindən, cavabdeh təşkilat baş vermiş sığorda hadisəsi nəticəsində ona dəymiş maddi zərəri ödəməlidir. Lakin sığorta təşkilatı baş vermiş hadisənin sığorta hadisəsi olmaması əsası ilə ona sığorta ödənişinin verilməsindən imtina etmişdir. Cavabdeh sığorta ödənişi ödəməkdən imtinasını onunla əsaslandırmışdır ki, X18 avtomobili «xxxx» MMC nəqliyyat vasitələrinin icarə məntəqəsinin nəzarətçisi X10 icarəyə götürdüyündən, o, **********2 saylı sığorta şəhadətnaməsi üzrə sığorta olunan qismində çıxış edir və onun hərəkətləri oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, həmçinin üçüncü şəxsin qanunazidd kimi qəbul oluna bilməz. Göründüyü tərəflər arasında yaranmış mübahisə baş vermiş hadisənin sığorta hadisəsi hesab olunub-olunmaması ilə bağlıdır və bu hal sığorta ödənişinin verilməsindən imtinaya səbəb kimi göstərilmişdir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun: 1.1.10. sığorta müqaviləsi—sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma; 1.1.11. sığorta şəhadətnaməsi—sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd; 1.1.12-ci maddəsinə əsasən sığorta qaydaları—sığorta qanunvericiliyinə uyğun olaraq, sığortaçının həyata keçirdiyi könüllü sığorta növünün əsaslandığı, sığortaçının özü tərəfi ndən və ya sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər qaydada hazırlanan, həmin sığorta növü üzrə qayda və şərtləri müəyyən edən sənəd; 1.1.18-ci maddəsinə əsasən sığorta riski və ya risk – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik; 1.1.19. sığorta hadisəsi—qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal; 1.1.20. sığorta tələbi—sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qa nunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti; 1.1.21. sığorta ödənişi—sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası. «Sığorta haqqında» AR Qanununa əsasən sığorta iki əsas sahədən: həyat və qeyri-həyat sığortası sahələrindən ibarətdir. Sığortaçılar bu sahələrdən biri və ya hər ikisi üzrə fəaliyyət göstərə bilərlər. Qeyri-həyat sığortası – sığorta hadisəsi baş verdiyi zaman sığortaçıya vurulan zərər ödənilməklə onun məsuliyyəti, əmlakı və əmlak mənafeləri ilə bağlı risklərin sığortasıdır. Həyat və qeyri-həyat sığortasının aparılma qaydası və şərtləri qanunvericiliyə uyğun olaraq sığortaçı və sığortalı arasında bağlanan müqaviləyə əsasən müəyyən olunur. Sığor tanın növləri könüllü və icbari formada həyata keçirilir. Könüllü sığorta-sığortaçı ilə sığortalı arasında bağlanan müqavilə əsasında müəyyən olunur. Könüllü sığortanın aparılması qaydası “Sığorta haqqında” Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunur. Sığortanın şərtləri sığorta bağlanan zaman müəyyən olunur. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit etdiyi razılaşmadır. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən Sığorta hadisəsi qanunvericiliyə və ya sığo rta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Mülki Məcəllənin 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıd ır. Həmin Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Yuxarıda sadalanan maddi hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi haqql; olaraq qeyd etmişdir ki, sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında bağlanan ikitərəfli, müəyyən bir hadisənin baş verəcəyi halda gələcəkdə yaranacaq öhdəlik haqqında razılaşma olduğundan konsensual, sığortalının sığorta haqqı ödəməsi müqabilində sığorta ödənişi aldığından əvəzli müqavilədir. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinə əsasən (iş materiallarında olan şəhadətnamə sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir) avtonəqliyyat vasitəsi barəsində “üçüncü şəxsin qanuna zidd hərəkəti” sığorta riskinə aid edilmişdir. İddiaçı 18 dekabr 2017-ci i l tarixli, “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası şəhadətnaməsi”nə əsasən sığorta olunan olduğu üçün hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malikdir. Belə olan halda, sığorta təşkilatı baş vermiş hadisənin sığorta hadisəsi hesab olunmaması ilə bağlı iddiaçıya verdiyi imtinası tam əsassızdır, eyni zamanda sığorta şəhadətnaməsinə və qanunun tələblərinə ziddir. Beləliklə məhkəmə tərəfindən qeyd edilən hal sığorta hadisəsi hesab olunduğundan, həmin hadisəsi ilə əlaqədar iddiaçıya dəymiş maddi ziyan sığortaçı, yəni cavabdeh təşkilat tərəfindən ödənilməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərara sındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta qaydalarının: 3.1.1-ci maddəsinə əsasən bu Qaydalar fiziki şəxslərin sahibliyində olan avtomobillərin tam sığortası növü üzrə avtonəqliyyat vasitələrinin sığortasını əhatə edir; 27.1.3-cü maddəsinə əsasən sığortalıya bu Qaydalar əsasında üçüncü şəxsin qanunazidd hərəkəti nəticəsində avtomobilə dəyə bilən zərərlərdən sığorta təminatı verilir; 28-ci maddəsinə əsasən sığorta müqaviləsinə görə sığorta ödənişinin sığ ortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu Qaydaların 27-ci bəndində nəzərdə tutulmuş risklərin baş verməsi nəticəsində sığortalanmış avtomobilə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. 32.2.2.1-ci maddəsinə əsasən avtomobilin tam məhv olması, yaxud oğurlanması və ya qaçırılması halında sığorta məbləğindən çox olmamaq şərtilə avtomobilin sığorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyərinin pul şəklində ödənilir. İstinad olunan müddəaların tələblərindən göründüyü kimi, idddiaçının tələbi əsaslı olmaqla düzgün olaraq təmin edilmişdir. Avtomobilin oğurlanması faktı üzrə qanuni qüvvəsini almış məhkəmə qərarının olmaması ilə bağlı dəlilə münasibətdə kollegiya qeyd edir ki, həmin hö kmün olub-olmaması tam məsuliyyətlə bağlı istinad edilən qaydalarda sığorta ödənişinin edilməsini istisna edən hal kimi nəzərdə tutulmamışdır. Bununla bağlı kollegiya qeyd edir ki, hökmün sonradan qəbul edilməsi cavabdehin subroqasiya qaydasında həmin şəxsə qarşı iddia qaldırmasının əsasını təşkil edəcəkdir. Belə ki, Qaydaların 24.1-ci maddəsinə əsasən sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər. Eyni zamanda qaydaların 24.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Sığorta Şirkəti ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli, 2(103)4386/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8103/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8103/2019
30.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver