Məhkəmə qərarları › İş №2(102)-811/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-811/2019

30.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-811/2019 30.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-811/2019 şəhəri 30 yanvar 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.09.2018-ci il tarixli 2(103)9485/2016 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova, iş 2(001)-4869/2018) İddiaçı cavabdeh Azərbaycan Respubl ikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta pulunun ödənilməsi tələbinə dair iddiası təmin edilərək cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 6600 manat məbləğində sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.Ə.Baxışova, V.T.Həsənov və N.Ş.Cəfərov) cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: İddiaçı 18.07.2007-ci il tarixdə hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 00115 sa ylı 24.03.2014-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır. 19 mart 2018-ci il tarixdə iddiaçıya 2-ci qrup əlillik dərəcəsi təyin edilmiş və əlilliyin səbəbinin hərbi xidmət dövrü ilə əlaqədar olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddiaçıya əlillik qrupunun hərbi xidmətdən buraxıldığı gündən 3 il keçdikdən sonra verilməsini əsas göstərməklə sığorta ödənişinin verilməsindən imtina etdiyi üçün İddiaçı 2018-ci ilin aprel ayında hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2018ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin əlillik dərəcəsinin vaxtında müəyyən olunmamasının onun təqsiri üzündən baş verməməsinə düzgün qiymət vermədən nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etməmişdir. Cavabdeh işin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kol legiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının 29.03.2018-ci il tarixli arayışına əsasən İddiaçı xəstəliyi hərbi xidmətdə olarkən almış, əlillik dərəcəsi 2-ci qrupdur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin “ç ” bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı 24.03.2014-cü il tarixdə ordu sıralarından tərxis olunmuş, ona əlillik dərəcəsi isə 19.03.2018-ci il tarixdə, 4 ildən sonra təyin olunmuşdur. İşdə həmin müddətin hərbi-həkim komissiyasının təqsiri üzündən keçməsi barədə nəticəyə gəlmək üçün sübutlar müəyyən olunmadığından apellyasiya instansiyası məhkəməsi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun tələbinə əsaslanaraq İddiaçı iddia tələbini qanunda müəyyən olunmuş üç illik müddətin keçməsi səbəbindən r ədd etmişdir. Kollegiya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun olduğundan kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar