Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-814/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, 2 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarlılığı şərtləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, 2 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, vərəsəlik h üququnun tanınması, əmlakın qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(103)-6855/2022 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. X15 iddiaçı X19 (bundan sonra-iddiaçı) anasıdır.
2. Məmmədov X14 Məmmədovanın atasıdır.
3. Cavabdeh1 isə X8 qardaşı oğludur.
4. X9 20 avqust 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 262,4 kv.m., yaşayış sahəsi 96,8 kv.m., yardımçı sahəsi 65,6 kv.m. olan 3 otaqlı fərdi yaşayış evini Cavabdeh1 notarial qaydada bağışlamışdır.
5. X9 23 yanvar 2021-ci il tarixdə ölmüşdür.
6. Mübahisə bağışlama m üqaviləsinin etibarsız olması ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 (bundan sonra – cavabdeh) 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə (bundan sonra “Notariat Ofisi”), DƏDRX-nin 1 saylı Bakı Əİ-nə (bundan sonra DƏDRX-in “Ərazi İdarəsi”) qarşı iddia ərizəsi (iddia tələbinin artırılmasına dair ərizə) ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə iddiaçının mərhum anası X9 arasında mübahisəli bağ evinə dair 20 avqust 2020-ci il tarixdə 4Ə-1173 reyestr nömrəli 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisində bağlanılmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsi əsasında həmin əmlaka dair Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri X idmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən 132a №-li bağ evinə dair vərəsəlik hüququnun tanınması, həmin bağ evində saxlanılan bütün əşyaların (mebel, texnika avadanlığı, qab-qacaq, məişət əşyaları, sənədlər və s. əşyalar) qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılıb ki, valideynləri nikahda olduğu müddət ərzində iddiaçının babası Məmmədov X31 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 132a №-li bağ evini 24 dekabr 1993-cü il tarixdə 17 saylı Dövlət Notariat Kontorunda bağışlama müqaviləsi əsasında anası X6 bağışlamışdır. Həmin vaxtdan bağışlanan bağ evi daimi olaraq iddiaçının ailəsinin istifadəsində olmuşdur.
9. İddiaçının atası X24 vəfat etdikdən sonra onun bütün dəf n və yas xərclərini ailənin oğlu kimi iddiaçı tərəfindən ödənilmişdir. Eyni zamanda atasının vəfatından sonra anası X6 daimi olaraq iddiaçı qulluq etmiş, onun bütün müalicə və digər təminatlarını ödəmişdir.
10. X26 2018-ci ildən başlayaraq psixi pozuntuları ilə əlaqədar daimi olaraq həkimpsixiatr tərəfindən nəzarətdə olmuş, müalicə almış, həkim tərəfindən təyin edilmiş güclütəsiredici dərmanlar qəbul etmiş, ona «involyusion paranoid» diaqnozu qoyulmuşdur. Anasının fəaliyyət qabiliyyəti olmayan şəxs kimi tanınması ilə bağlı hal anasına psixoloji cəhətdən çox pis təsir edə biləcəyi ilə əlaqədar olaraq bu barədə iddia qaldırmamışdır. Eyni zamanda anası tanınmış ailənin qızı olduğundan və atası vəzifəli şəxs olduğundan anasının xəstəliyi barədə məlumat yayılmasını istəməmişdir. Lakin bəzi qohu mların və qonşuların artıq məlumatı olmuşdur ki, iddiaçının anası psixiki pozuntulardan əziyyət çəkir.
11. Cavabdeh1 iddiaçının dayısı oğludur. Cavabdeh də məlumatı olmuşdur ki, iddiaçının anası psixiki pozuntulardan əziyyət çəkir.
12. Cavabdeh iddiaçının anasının xəstə olduğundan istifadə edərək, onun qılığına girməklə sözügedən bağ evini bağışlama müqaviləsi əsasında öz adına keçirmişdir.
13. İddiaçının anası 23 yanvar 2021-ci il tarixdə vəfat etmiş, anası xəstəxanada olduğu müddət ərzində onun bütün müalicə xərclərini, vəfat etdikdən sonra bütün yas mərasimi xərclərini iddiaçı ödəmişdir.
14. Xəstəxanada olduğu müddət ərzində iddiaçının anası bildirmişdir ki, adında olan ünvan 2 ünvanında yerləşən 132a №-li bağ evini cavabdehin adına keçirmiş, lakin həmin müqaviləni bağlayarkən özündə olmamışdır. Anası xəstə olduğu üçün onun dediklərini iddiaçı ciddi qəbul etməmişdir. Anası vəfat edəndən və onun yas mərasiminin qırx günü keçəndən sonra sorğu əsasında iddiaçıya məlum olmuşdur ki, həqiqətən anası və dayısı oğlunun arasında anasının adına olan mübahisəli bağ evinə dair bağışlama müqaviləsi bağlanılmışdır.
15. Bundan başqa, həmin bağ evində iddiaçının anası və atasına məxsus olan əşyalar vardır (mebel, texnika avadanlıqları, çoxlu sayda qab-qacaq, çılçıraqlar, məişət əşyaları, atasının bəzi sənədləri və s. əşyalar). Qeyd olunan bağışlama müqaviləsi qanun pozuntusu ilə bağlanılmışdır. Bağda mövcud olan əşyalar bağışlanılmayıb və həmin əşyalar valideynlərin vəfatından sonra sırf iddiaçıya məxsusdur və cavabdehdən alınıb ona təhvil verilməlidir. Beləliklə də, qeyd edilən bağış lama müqaviləsi etibarsız hesab olunmalı, onun əsasında cavabdehin adına verilmiş çıxarış ləğv olunmalı, bağda olan bütün əşyaların qaytarılması təmin olunmalıdır.
16. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337.1, 342, 346.1, 667.1, 667.2, 667.3, 133.1, 1134.1, 1134.2 və 1159.1.1-ci maddələrinə istinad etmişdir.
17. Cavabdehin nümayəndəsi və vəkili iddiya etiraz edib. Etirazın dəlilləri: - mərhum X9 cavabdehin bibisi, iddiaçı isə bibisi oğludur. X9 tam sağlam insan olmuş, heç bir psixi pozuntudan əziyyət çəkməmiş, bir neçə xarici dil bilmiş, çox bilikli, savadlı insan olmuşdur. Cavabdehin X9 ilə münasibətləri soyuq olmuşdur. Bibisi öz təşəbbüsü ilə adına olan mübahisəli bağ evini cavabdehə bağışlamışdır; - iddiaçı həmin ərəfədə anası ilə danışmamışdır. Buna baxmayaraq, iddiaç ı da kömək etmişdir ki, anasının adına olan bağ cavabdehin adına keçirilsin. Bununla da cavabdeh iddiaçının anası ilə olan münasibətlərinin yaxşılaşdırılmasına, onların barışmasına köməklik etməli idi; - bağ evinin bibisi tərəfindən cavabdehə bağışlanmasına iddiaçı tərəfindən şifahi qaydada razılıq verilmişdir, lakin iddiaçı bununla bağlı rəsmi qaydada ərizə verməmişdir. Hətta sənədləri birlikdə toplayıblar. - cavabdeh bilirdi ki, bibisi ona bağ evini bağışladıqdan sonra iddiaçı ilə bu cür mübahisə olacaq. Bibisi X9 bağışlama müqaviləsi bağlamamışdan qabağ özü Psixi Sağlamlıq Mərkəzinə getmiş və sağlamlıq barədə arayış almışdır. Belə ki, bağışlama müqaviləsi tam əsaslı, heç bir qanun pozuntusuna yol verilmədən bağlanılmışdır; - iddiaçı tərəfindən təqdim edilmiş resept mötəbər sübut sayıla bilməz; - iddiaçı Hərbi Hospitalda işləyir, buna görə də Hərbi Hospitaldan verilmiş sənədlər sübut kimi qədul edilməməlidir.
18. İşdə olan sənədlər: X7 xx.xx.2007-ci il tarixdə «ikinci dərəcəli əlillik» müddətsiz müəyyən edilmiş, diaqnoz: “hipertoniya xəstəliyi İİ m. ÜİX gərginlik stenokardiyası İİİ f.s. Şəkərli diabet ağır forma. QDÇ İİ. Xolesistoektomiyadan uşaqlığın artımlarla birlikdə amputasiyasından sonrakı vəziyyət. Nefrolitiaz. Düyünlü zob.” olmuşdur.
19. Ali dərəcəli həkim psixiatr V.V.Mir-Qasımov tərəfindən arayışa əsasən, X4 «involyusion paranoid» diaqnozu müəyyən edilmiş, yaşayış yeri üzrə psixiatrla əlaqə saxlamağı tövsiyə olunmuşdur.
20. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş X27 tərəfindən veri lmiş 16 iyun 2020-ci il tarixli arayışa görə, xx.xx.1951-ci il təvəllüdlü X10 xx.xx.2020-ci il tarixdə müayinə olunmuş, diaqnoz: “Hal-hazırda psixi pozuntular aşkar edilmir.”
21. Mərkəzi Klinika tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, mərhum X1 müraciət edərkən müəyyən edilmişdir ki, analiz qabliyyəti, mücərrəd mənanı anlamaq və mühakimə etmə qabiliyyəti pozulmamışdır. Aktiv psixopotologiya aşkar olunmamışdır.
22. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda X5 həqiqətən xx.xx.2018-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında ambulator müəyinədə olmduğu, ona «İşemik insultdan sonra ataksik koqnitiv və insompik pozuntular» diaqnozu təyin olunduğu və Respublika Psixiatriya Xəstəxanasına müraciət etməsi məsləhət görüldüyü qeyd olunmuşdur.
23. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 5236 №-li məktuba əsasən, xx.xx.1951-ci il təvəllüdlü mərhum X12 həqiqətən də xx.xx.2020-ci il tarixdə PSMnə müayinə üçün müraciət etmiş, həkim-psixiatr tərəfindən müayinə olunmuşdur. Müayinə zamanı şəxsdə heç bir psixi patalogiya aşkar olunmamış və ona «Hal-hazırda psixi pozuntu aşkarlanmır» rəsmi rəy verilmişdir. Müayinə zamanı psixi pozuntunun aşkar olunmaması keçmişdə və ya gələcəkdə psixi pozuntuların olması ehtimalını istisna etmir. Həmçinin, mövcud diaqnostik meyarlara görə psixi pozuntu diaqnozu qoyulubsa, hazırki diaqnoz pasientlərin yalnız bu simptomları özünd ə biruzə verdiyi müddət ərzində qüvvədə olur. Simptomlar aradan qaxdıqdan sonra diaqnoz öz klinik əhəmiyyətini itirir və pasient bu zaman artıq sağalmış hesab edilir.
24. Birinci instansiya məhkəməsinə şahid Mir asımov Valid Mirmustafa oğlu bildirmişdir ki, o, 2 №-li ruhi-əsəb xəstəxanasında həkim-psixiatr vəzifəsində çalışır. Mərhum X9 ilə həm şəxsi ailə münasibətləri olub, həm də həkim olaraq onu müayinə edib, müalicə etmişdir. X2 mərhum əri Əsəd müəllimi uzun müddət tanımışdır, onunla çox yaxşı münasibəti olmuş, onların oğlu Pərvizi də tanıyır. 2018-ci ildə Zənfirə Fərzəliyeva insult keçirmişdir. Zənfirə xanım insult keçirdikdən sonra, onun vəziyyəti pisləşmişdir. Nəticədə onda yaddaş zəifliyi yaranmış, getdikcə vəziyyəti ağırlaşmış, psixi pozuntular əmələ gəlmiş və «involyusion paranoi d» xəstəliyi aşkar edilmişdir. Bu diaqnoz ilə şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilər. Zənfirə xanımda təqib maniyası, özünə qapanma, özü-özünə danışmaq, hətta qonşuların ona qarşı qaz buraxması, oğlunun onu zəhərləmək hallyusinasiyaları olmuşdur. O, Zənfirə xanımı bir neçə dəfə müayinə etmiş və müalicə etmişdi. Həmin diaqnozla olan xəstələrə stasionar müalicə tövsiyyə olunur, lakin Zənfirə xanıma evdə çox yaxşı qulluq etdiklərinə görə o, ev şəraitində müalicə olunmuşdu. Ətrafda olan insanlar Zənfirə xanımın psixi pozuntulardan əziyyət çəkdiyini görə bilməzdilər. Ümumiyyətlə, psixi pozuntulardan əziyyət çəkən şəxslər çox vaxtı özünün xəstə olduğunu etiraf etmirlər. Zənfirə xanım özü, demirdi ki, o, xəstədir. Zənfirə xanımın əziyyət çəkdiyi xəstəlik yalnız yaşlı insanlarda olur.
25. Birinci instansiya məhkəməsinə şahid X16 bildirmişdir ki, o, X18 son iki il ərzində baxıcısı olmuş, şənbə və bazar günlərində səhər saat 10:00-dan 17:00-dək onun yanında işləmişdir. Zənfirə xanımın oğlu Pərvizlə çox mehriban və gözəl münasibətləri olmuş, o, oğlunu çox sevmiş, onlar hər gün birlikdə nahar etmişlər. Zənfirə xanım tək heç yerə getmirdi, ona görə ki, onun ayaqları xəstə idi, çox gəzə bilmirdi, harasa gedəndə özləri ilə stul aparırdılar, ya da ki, Pərvizlə gedirdi. Zənfirə xanımın bütün maddi təminatları yalnız oğlu Pərviz tərəfindən ödənilirdi. Onun əmək haqqını Zənfirə xanım özü ona hər ay vaxtında verirdi. Zənfirə xanım ona və digər baxıcıya hədiyyələr edirdi. Bir dəfə də Pərviz xəstələnmişdi, Zənfirə xanım ona demişdir ki, Pərviz sağalsın, ona «şuba» bağışlayacaq. Pər viz sağalandan sonra Zənfirə xanım ona «şuba» bağışlamışdır. Zənfirə xanım dərmanları özü vaxtında qəbul edirdi. Gecə vaxtı o, tək qalırdı. Zənfirə xanım heç vaxt anormal hərəkətlər etməyib, onda heç bir psixi pozuntu görməyib, sadəcə Zənfira xanımın ağır xasiyyəti var idi. Zənfirə xanım vəfat etməmişdən 6-7 ay əvvəl oğlu ilə münasibəti pozulmuşdur. Səbəbini bilmirdi, çünki Zənfirə xanım onunla bölüşmürdü. Sadəcə olaraq Pərviz gəlmirdi. Zənfirə xanımın qardaşı oğlunu Əlibabanı cəmi iki dəfə görmüşdü. Əlibaba Pərviz anasının yanına gəlmədiyi zamanda peyda olunmuşdu. Əlibaba Zənfirə xanımın oğlu Pərviz ilə olan münasibətini əl altından pozurdu. Zənfirə xanım koronavirus xəstəliyinə yoluxmuş, vəziyyəti ağırlaşmışdı. O, başqa baxıcı ilə birlikdə Pərvizə zəng edib, xəbər verməyi barədə Zənfir ə xanımı dilə tutmuşdurlar. Başqa baxıcı ilə birlikdə Pərvizə zəng etdilər və xəbər verdilər ki, anası xəstələnib. Pərviz, demək olar ki, həmin an anasının yanına gəlmiş və onu tez bir zamanda xəstəxanaya yerləşdirmişdir. Pərviz Zənfirə xanımın yanına gələndə, Zənfirə xanım Pərvizlə elə danışırdı ki, elə bil ki, onların arasında münasibətləri pozulmamışdır.
26. Birinci instansiya məhkəməsinə şahid X17 bildirmişdir ki, o, mərhum Zənfira xanımın 10 il baxıcısı olmuşdur. Zənfirə xanımın oğlu Pərviz ilə çox mehriban münasibətləri olmuş, hər gün onunla birlikdə nahar edirdilər. 2018-ci ildə Zənfirə xanım insult keçirtmişdir. Zənfirə xanım tək heç yerə getmirdi, ona görə ki, onun ayaqları xəstə idi, harasa gedəndə özləri ilə stul aparırdılar, ya da ki, Pərvizlə gedirdi. Zənfirə xanımın bütün mad di təminatları yalnız oğlu Pərviz tərəfindən ödənilirdi. Onun əmək haqqını Zənfirə xanım özü ona hər ay vaxtında verirdi. Zənfirə xanımın çox ağır xasiyyəti var idi, çox hökmdar qadın idi, özündən tez çıxırdı, depresiyaya meyilli idi, bir müddət keçdikdən sonra sakitləşirdi. Evə həm nevropatoloq, həm də ki həkim-psixiatr X44 gəlirdilər. Zənfirə xanım dərmanları özü qəbul edirdi, hansı dərmanları qəbul etdiyini mən bilmirdim, çünki, Zənfirə xanım dərmanlarının qəbuluna özü nəzarət edirdi. Zənfira xanım pişikləri çox istəyirdi. Pişiklərə görə o, hər bir adamı danlaya bilərdi. Zənfirə xanım vəfat etməmişdən 67 ay əvvəl oğlu ilə münasibəti pozulmuşdu. Səbəbini bilmirdi, çünki Zənfirə xanım onunla bölüşmürdü. Sadəcə olaraq Pərviz gəlmirdi. Zənfirə xanım ona heç vaxt deməmişdir ki, Pərviz onu öl dürmək istəyir. Zənfirə xanımın qardaşı oğlu Əlibaba Pərviz anasının yanına gəlmədiyi zamanda arabir gəlib-gedirdi. Əlibaba hərdən Zənfira xanımın yanına gəlirdi. Bir dəfə Zənfirə xanım Əlibaba ilə birlikdə bütün günü evdən çıxıb, getmiş, gedəndə də, evə qayıdanda da əsəbi vəziyyətdə olmuşdur. Onların hara getdiklərini bilmirdi. Zənfirə xanım koronavirus xəstəliyinə yoluxmuş və vəziyyəti ağırlaşmışdı. Onlar başqa baxıcı ilə birlikdə Pərvizə zəng edib, xəbər verməyə Zənfirə xanımı dilə tutmuşdurlar. Başqa baxıcı ilə birlikdə Pərvizə zəng edib xəbər veriblər ki, anası xəstələnib. Pərviz bilən kimi anası xəstələnib, demək olar ki, həmin an anasının yanına gəlmiş və onu tez bir zamanda xəstəxanaya yerləşdirmişdir. Pərviz Zənfirə xanımın yanına gələndə, Zənfirə xanım Pərviz ilə elə danışırdı ki, elə bil ki, onların arasında münasibətləri pozulmamışdır.
27. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-320/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi tam təmin olunmuş, qətnamənin ünvan 2 ünvanında yerləşən 132a №-li bağ evinə dair İddiaçı adına çıxarışın verilməsi üçün əsas olması qət edilmişdir. (hakim Əşir Səmədov)
28. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki,X3 psixi pozuntular olmuşdur və bu hal danılmazdır, o cümlədən məhkəmədə dindirilmiş şahid ifadələri, təqdim olunmuş tibbi arayışlarla, ərizə ilə öz təsdiqini tapır. Ona görə də, mübahisələndirilən bağışlama müqaviləsi mülki qanunverciliyinin tələblərinin pozuntusu ilə aparılmışdır.
29. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Qərarına istinadən belə nəticəyə gəlib ki, X9 ilə Cavabdeh1 arasında bağlanılmış bağışlama müqaviləsi etibarsız hesab olunmalı və onun nəticəsində olan hüquqi nəticələri ləğv edilməlidir. Belə ki, qeyd olunan Qərarın mənasına görə, mübahisələndirilən bağışlama müqaviləsinin icra edilmiş hərəkətlərin nəticələri, yəni Cavabdeh1 adına verilmiş çıxarış əhəmiyyətsiz əqd kimi qiymətləndirilməli və ləğv edilməlidir.
30. Bundan başqa, birinci instansiya məhkəməsi bildirmişdir ki, iddiaçı mərhum X2 birinci növbəli vərəsəsi olduğundan bunu hər hansı bir halla sübuta yetirilməsinə ehtiyac yoxdur. Ona görə ki, bununla bağlı kifayət qədər sübutlar məhkəməyə təqdim olunmuşdur.
31. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli daşınmaz əmlakda saxlanılan bütün əşyalar (mebel, texnika avadanlığı, qab-qacaq, məişət əşyaları, sənədlər və s. əşyaları) iddiaçıya qaytarılmalıdır. Çünki həmin əşyalar, ümumiyyətlə, bağışlama müqaviləsində qeyd olunmamışdır. İlk növbədə də həmin əşyalar mərhum X2 birinci növbəli vərəsəsi olan iddiaçıya təhvil verilməlidir.
32. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 667.1, 667.2, 667.3, 1133.1, 1134.1, 1134.2, 1159.1.1-ci, Mülki Prosesual Məcəllənin 14.1, 77.1, 88, 119.1, 217.4-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şə rh edilməsinə dair” Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
33. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Apellyasiya şikayətinin dəlilləri: - X9 sözügedən bağ evini cavabdehə notarial qaydada bağışlamışdır. Cavabdeh bibisinin israrı ilə həmin bağ evini qəbul etmişdir. Mərhum bibisi bağ evini cavabdehə bağışlayanda oğlu olan iddiaçı bunu bilmişdir. Hətta evin bağışlanması üçün sənədlərin toplanmasında (müvafiq doğum haqqında şəhadətnamənin alınmasına) kömək etmişdir. İddiaçının anasının son nəfəsində evin ona bağışlaması kimi fikirləri əsassız hallardır. Koronavirusdan əziyyət çəkən şəxsin hətta son nəfəsində bağ evini d üşünməsi ifadəsi də əsassız və uydurma ifadədir; - X9 tibb elmlər namizədi, həkim, bir neçə dil bilən, ən sevimli məşğuliyyəti kitab oxumaq olan insan idi. Təqdim edilən arayışlardan da göründüyü kimi, mərhum psixi cəhətdən tam sağlam şəxs olmuşdur. Fərzəliyeva Zənfirə 23 yanvar 2021-ci il tarixdə koronavirusdan dünyasını dəyişmişdir; - X9 dünyasını dəyişdikdən sonra iddiaçı mərhumun cavabdehə bağışladığı bağı geri istəmiş və verməyəcəyi halda anasının guya psixi pozuntusu bəhanəsi ilə müxtəlif üsullarla geri almağa qadir olduğunu bildirmişdir; - anasının psixi pozuntusunun olması ilə bağlı iddiaçının heç bir sübutu yoxdur və ola da bilməz. Belə ki, iddiaçı sübut kimi reseptlərə istinad etmişdir. Anlaşılması heç də çətin deyil ki, heç bir yerdə qeydiyyatı olmayan resept elə bu gün də yazıl ıb gətirilə bilər; - iş üzrə iddiaçının gətirdiyi şahidlər də X2 psixi xəstəliyinin olmasını təsdiq etməmişlər. İş materiallarında olan sənədlər də Zənfirə Fərzəliyevanın tam sağlam şəxs olmasını sübut edir; - Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin Baş X27 tərəfindən verilmiş 16 iyun 2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.1951-ci il təvəllüdlü X9 xx.xx.2020-ci il tarixdə müayinə olunmuş, diaqnoz: “Hal-hazırda psixi pozuntular aşkar edilmir” kimi qiymətləndirilmişdir; - həmçinin iş materiallarında digər bir tibb qurumu olan Mərkəzi Klinika tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 38176 №-li məktubdan görünür ki, X1 müraciət etmiş və müəyyən edilmişdir ki, onda analiz qabiliyyəti, mücərrəd mənanı anlamaq və mühakimə etmə qabiliyyəti pozulmamışdır. Aktiv psixopotologiya a şkar olunmamışdır”; - X2 əqd bağlayan zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətinə dair bir dənə də sübut yoxdur; - iş materiallarında 2020-ci ilin bağışlama müqaviləsi bağlanılmasından az bir müddət əvvəl şəxsin sağlam olmasına dair yuxarıda qeyd edilən mötəbər sənədlər olduğu halda, birinci instansiya məhkəməsinin qətnaməsi hansısa həkimin şəxs dünyasını dəyişdikdən sonra da yazıla biləcəyi reseptə və ya sonradan ortaya çıxmış və reseptə zidd olan arayışa istinad edərək çıxarılmışdır. X9 fəaliyyət qabiliyyətli şəxsdir. O, işçi kimi xidmətçilər saxlayan, onlara əmək haqqı verən, bağ evində bağban saxlayan, ona da xidmət haqqı hesablayan, bağ təsərüfatı ilə məşğul olan, öz işini və hərəkətlərini özü tənzimləyən şəxs olmuşdur. Bu hadisələr şahid ifadələri ilə də təsdiq olunur. Şahidlər hər gün yanlarında olduğu Zənfirə Fərzəliyevanın psixi pozuntulu olmasını təsdiqləmirlər; - bağışlama müqaviləsinin bağlanma prosesi də bir müddət çəkmişdir. Bağışlanmış bağa dair sənədlər Cavabdeh1 babasına məxsus olduğundan ilk növbədə həmin bağa dair kök sənədləri X9 özü şəxsən Cavabdeh1 vermiş və bildirmişdir ki, bağ babasına məxsus olduğundan onun tək (kişi) davamçısı kimi ona qalmasını istəmişdir. Bundan sonra Cavabdeh1 qohumluq münasibətlərini təsdiq edən müvafiq sənədləri (doğum haqqında şəhadətnamə, atasına dair müvafiq sənədlər) toplamağa başlamış və bu sənədlərin toplanması bir müddət çəkmişdir. Hətta bu sənədlərin toplanmasına iddiaçının özü də kömək etmişdir. Bağ evinin bağışlanması ani bir qərar olmamışdır. Bu proses günlərlə, həftələrlə çəkmişdir; - bundan sonra X9 oğlunun əsassız təhdidlərindən sığorta etdirmək üçün iki dəfə psixi cəhətdən yoxlanışdan keçmişdir. Bütün bu tədbirlərdən sonra məlum bağışlama prosesi baş tutmuşdur; - bağışlamadan sonra aylarla vaxt keçib və X9 bir dəfə də olsun bu bağışlama müqaviləsi ilə bağlı narazılığını bildirməyib. O, hansısa bir qurumda psixi pozuntu ilə bağlı müalicə də almamışdır. Onun psixi pozuntusunun olması və bu pozuntu əsasında öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsinə dair hər hansı bir qurumun rəyi olmamışdır. Onun həyat tərzi və fəaliyyətinin tam normal olması da aşkardır. İddiaçının özünün gətirdiyi şahid və digər faktlardan da aydın şəkildə görünür ki, şəxs psixi sağlam olmuşdur.
35. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kol legiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(103)-6855/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Fuad Talışinski)
36. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, iddia tələbi bir neçə hissədən ibarətdir. İddianın digər hissələri bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsindən aslı olduğunda ilk öncə məhz həmin hissə üzrə iddia tələbinə qiymət verilməlidir.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq göstərib ki, hazırkı iş üzrə müqavilənin etibarsız hesab edilməsi ilə bağlı hər hansı ə sas aşkarlanmamışdır. Belə ki, mübahisə üzrə nəticəyə gələrkən əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşması nəzər alınmalıdır. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müva fiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq etibarsız əqdlərin dörd növü fərqləndirilir. Subyekt tərkibi qüsurlu olan, iradəsi qüsurlu olan, forması qüsurlu olan, məzmunu qüsurlu olan əqdlər.
38. İş materialları ilə müəyyən edilir ki, X11 öz iradəsi ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 262,4 kv.m., yaşayış sahəsi 96,8 kv.m., yardımsı sahəsi 65,6 kv.m. olan 3 otaqlı fərdi yaşayış evini 20 avqust 2020-ci il tarixdə 4Ə-1173 reyestri nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh1 bağlamışdır. Yasamal Rayonu qey diyyat şöbəsi tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ölüm haqqında şəhadətnamənin surətindən isə görünür ki, X9 23 yanvar 2021-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 01 ayının 26 günündə 211 №-li qeyd edilmiş, ölümün səbəbi «böyüklərin respirator pozğunluq (distress)sind» qeyd aparılmışdır.
39. Bu baxımdan, hazırkı iş üzrə müqavilənin etibarsız hesab edilməsi ilə bağlı hər hansı əsas yoxdur. Sözügedən müqavilə qanunvericiliyin tələblərinə uyğun bağlanmış, müqavilə bağlanarkən hər hansı qanun pozuntusuna yol verilməmiş, tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanmışdır.
40. İddiaçı anasının psixi pozuntusu olduğunu və əqd bağlayan zaman öz hərəkətlərinin mənasını başa düşmədiyini qeyd etsə də, işdə X2 psixi pozuntulu olması barədə heç bir sübut yoxdur. Şəxsin hər hansı dərmanlar qəbul etməsi və ya ambulator müəyinədə olması şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi demək deyil. Belə ki, bağışlanma müqaviləsi bağlanılmasında az bir müddət əvvəl şəxsin sağlam olması işə əlavə edilmiş sübutlarla tam təsdiq olunur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş X27 tərəfindən verilmiş 16 iyun 2020-ci il tarixli 2812 №-li arayışa əsasən xx.xx.1951-ci il təvəllüdlü X10 xx.xx.2020-ci il tarixdə müayinə olunub, diaqnoz: “Hal-hazırda psixi pozuntular aşkar edilmir”. X28 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 38176 №-li məktubda qeyd olunmuşdur ki, mərhum X1 müraciət edərkən müəyyən edilmişdir ki, analiz qabliyyəti, mücərrəd mənanı anlamaq və mühakimə etmə qabiliyyəti pozulmamışdır. Aktiv psixopotologiya aşkar olunmamışdır”.
41. Bundan başqa, iş üzrə dindirilmiş şahid ifadələrindən və apellyasiya icraatı zamanı iddiaçı tərəfindən verilmiş izahatdan müəyyən edildiyi kimi, mərhum X12 yaşadığı mənzilin saxlanılması üçün xidmətçilər saxlamış, onların əmək haqqını şəxsən özü vermiş və bağ təsərrüfatı ilə məşğul olmuşdur. Göründüyü kimi, hazırkı iş üzrə müqavilənin etibarsız hesab edilməsi ilə bağlı hər hansı əsas olmamışdır. Ona görə də, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız olmaqla rədd edilməlidir.
42. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin bağışlama müqaviləsi əsasında cavabdehin adına aparılmış qeydin və çıxarışın ləğv edilmə si hissəsinə münasibətdə hesab etmişdir ki, hazırkı iş üzrə iddia ərizəsi bağışlama müqaviləsinin etibarsızlığı hissəsində rədd olunduğu üçün qeydin və çıxarışın ləğv edilməsi üçün də heç bir əsas mövcud deyildir.
43. Apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin ünvan 2 ünvanında yerləşən 132a №-li bağ evinə dair vərəsəlik hüququnun tanınması hissəsi ilə bağlı mövqeyi ondan ibarət olub ki, qeyd edilən bağ sahəsi X12 tərəfindən Cavabdeh1 bağışlandığından və hazırkı iş üzrə iddia ərizəsi bağışlama müqaviləsinin etibarsızlığı hissəsində rədd olunduğundan həmin bağ sahəsi X5 miras kütləsinə daxil deyil və vərəsəlik qaydasında qəbul edilməsi mümkün deyildir.
44. İddia tələbinin ünvan 2 ünvanında yerləşən 132a №-li bağ evində saxlanılan bütün əşyaların (mebel, texnika avadanlığı, qab-qa caq, məişət əşyaları, sənədlər və s. əşyalar) qaytarılması hissəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi göstərib ki, həmin hissədə iddia tələbi qeyri-müəyyən olduğundan (tələb olunan əmlakların çeşidi, sayı, ölçüsü və.s, müəyyən olunmadığından) əlavə araşdırma aparılmasına lüzum yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, qeyd edilən bağ sahəsi X12 tərəfindən Cavabdeh1 bağışlandığından həmin bağ sahəsində olan əmlaklar da bağ sahəsinin tərkib hissəsinə daxildir. Odur ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir.
45. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 346.1, 666.1, 666.2, 668.1.1, 1133.1, 1134.1, 1134.2, 1159.1.1-ci, Mülki Prosesual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikay ətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
46. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
47. Kassasiya şikayəti belə əsaslandırlıb: - apellyasiya instansiyası məhkəməsi yalnız cavabdeh tərəfindən təqdim edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş X27 tərəfindən verilmiş 16 iyun 2020-ci il tarixli arayışı əsas götürmüşdür. Halbuki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş X27 tərəfindən verilmiş 23 may 2022-ci il tarixli məktubu ilə özü tərəfindən verilmiş 16 iyun 2020-ci il tarixli arayışına açıqlama vermişdir. Belə olan halda ist ər-istəməz sual yaranır ki, əgər apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən təqdim edilən yuxarıda qeyd olunan arayışları sübut kimi qəbul edirsə, nəyə görə iddiaçı tərəfindən təqdim edilən tibbi arayışları və digər sübutları sübut kimi qəbul etməmişdir; - apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi sübutları şübhə altına alırdısa, belə olan halda öz təşəbbüsü ilə ekspertiza təyin ediə bilərdi; - bundan başqa, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində Cavabdeh1 bildirmişdir ki, iddiaçının X26 mübahisəli bağın ona bağışlaması barədə iddiaçının məlumatı olmuşdur. Lakin bununla bağlı Cavabdeh1 məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda işdə olan notariat işinin surətindən göründüyü kimi mərhum X9 ilə cavabdeh a rasında mübahisəli bağa dair 20 avqust 2020-ci il tarixdə bağışlama müqaviləsi bağlansa da, həmin notariat işində İddiaçı razılıq ərizəsi mövcud deyil; - digər tərəfdən, mübahisələndirilən bağışlama müqaviləsi 20 avqust 2020-ci il tarixdə bağlanılmış, X18 səhhəti barədə arayış 16 iyun 2020-ci il tarixdə alınmışdır. X18 əziyyət çəkdiyi xəstəliyinin xüsusiyyətləri nəzərə alındığı halda, bu müddət ərzində onun psixoloji vəziyyəti dəyişə bilərdi; - həmçinin, iddiaçının anası mərhum Zənfirə Fərzəliyeva həqiqətən də psixoloji pozuntulardan əziyyət çəkmiş, onun əziyyət çəkdiyi «involyusion paranoid» xəstəliyi psixi xəstəlik kateqoriyasına aiddir, yalnız yaşlı insanlarda olur, ətrafda olan insanlar Zənfirə Fərzəliyevanın psixi pozuntulardan əziyyət çəkdiyini görə də bilməzdirlər. Bunu yalnız həkim -psixiatr müəyyən edə bilərdi, ona görə də o, daimi olaraq həkim-psixiatr tərəfindən müalicə almış və nəzarətdə olmuşdur. Qeyd edilən hallar barədə Zənfirə Fərzəliyevanın müalicə həkimi birinci instansiya məhkəməsində ifadə vərərkən ətraflı açıqlama vermiş, hətta qeyd etmişdir ki, Zənfirə Fərzəliyeva əziyyət çəkdiyi xəstəliyi ilə hər hansı əqdlərin mahiyyətini dərk etmək və onun hüquqi nəticələrini başa düşmək iqtidarında olmamışdır. Lakin apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamışdır, nədənsə mərhumun müalicə həkim-psixiatorun məlumatlarını, ümumiyyətlə, sübut kimi qəbul etməmişdir; - mərhumun xəstəliyinin xüsusiyyətləri nəzərə alındıqda, mübahisələndirilən bağışlama müqaviləsi tam qanun pozuntusu ilə bağlanılmış və iddiaçı qanun tələblərinə uyğun olaraq X18 birinci növbədə vərəsəsi sayılmalıdır; - bağ evində olan əmlaklara dair hissədə iddianı rədd edən məhkəmə nəzərə almayıb ki, bağışlama müqaviləsi bağ evinə dair bağlanıb, həmin müqavilədə əmlakların bağışlanması barədə heç bir qeyd aparılmayıb. Həmçinin birinci instansiya məhkəməsində cavabdeh bağ evində olan əmlakların iddiaçı tərəfindən götürülməsinə etiraz etməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. Cavabdeh kassasiya şikayətinə etiraz verib. Şikayətə etirazın dəlilləri iddiaya etirazın dəlilləri ilə eyni məzmunda olmaqla, şikayətdə işin halları işdəki sübutalar əsasında şərh edilmiş, Zənfirə Fərzəliyevanın hər hansı psizi xəstəliyinin olmamasına, müqavilənin qanun əsasında imzalanmasına və apellyasiya instansiyası məhkəməsini qətnaməsinin qanuni və əsaslı olmasına istinad edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 668.1.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsin də nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin q ətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdır ması kimi qiymətləndirilməməlidir.
50. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
51. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hallar müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. İş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.
54. Belə ki, iddiaçı tələbinin əsası kimi bağışlama mü qaviləsinin mərhum anasının həqiqi iradəsini ifadə etmədiyinə, müqavilə bağlanan zaman anasının psixi xəstəlikdən əziyyət çəkməsinə istinad edib.
55. İddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 346.1-ci maddəsi təşkil edir. Həmin normaya əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
56. Qeyd edilən maddi hüquq normasının dispoztiv şərti ondan ibarətdir ki, fiziki şəxs əqd bağladığı zaman öz hərəkətlərinin mənasını başa düşmür və ya onlara rəhbərlik edə bilmir.
57. İddia tələbinin təmin edilm əsinin yeganə əsası da məhz həmin dispoztiv şərtin – fiziki şəxsin əqd bağladığı zaman öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi – mövcudluğunun sübut edilməsindən asılıdır, həm də bu şərtin mövcudluğunu sübutetmə yükü iddiaçının üzərinə düşür.
58. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları isə ondan ibarətdir ki, iddiaçı anasının psixi pozuntusu olduğunu və əqd bağlayan zaman öz hərəkətlərinin mənasını başa düşmədiyini qeyd etsə də, işdə X2 psixi pozuntulu olması barədə heç bir sübut yoxdur. Şəxsin hər hansı dərmanlar qəbul etməsi və ya ambulator müəyinədə olması şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi demək deyil. Üstəlik, bağışlama müqaviləsi bağlanılmasından az bir müddət ə vvəl Z.Fərzəlyevanın sağlam olması Psixi Sağlamlıq Mərkəzinin direktorunun 16 iyun 2020-ci il tarixli 2812 №-li arayışı və Mərkəzi Klinikanın xx.xx.2021-ci il tarixli 38176 №-li məktubu ilə təsdiq edilir.
59. Həmçinin digər iddia tələblərinin (çıxarışın ləğvi, vərəsəlik hüququnun tanınması) də təmin edilməsi bağışlama müqaviləsinin etibarsızlığından irəli gəldiyi və bağışlama müqaviləsi etibarsız hesab edilmədiyi üçün apellyasiya instansiyası məhkəməsinin həmin tələblər üzrə gəldiyi nəticə də əsaslı və qanuni olmuşdur.
60. İddianın əşyaların (mebel, texnika avadanlığı, qab-qacaq, məişət əşyaları, sənədlər və s. əşyalar) qaytarılması hissəsi ilə bağlı da apellyasiyası məhkəməsi qanuni və əsaslı nəticəyə gəlinmişdir. (bax:44-cü bənd)
61. Bu baxımdan, məhkəmə kollegiyası iddia tələbləri üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 36-45-cı bəndlərində əks edilən hüquq dəyərləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Belə ki, həmin bəndlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını işdə olun sübut bazası əsasında müəyyən etmiş, həmin sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməklə, yuxarıda göstərilən nəticəyə gəlmişdir. Buna görə də kollegiya hesab edir ki, hazırki halda qiymət verilməli olan məsələ kassasiya şikayətini dəlilləridir.
62. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, bu dəlillər apellyasiya məhkəməsinin hazırki qərarın 36-45-cı bəndlərində əks edilən mövqeyi ilə təkzib edilir. 6
3. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin yalnız cavabdeh tərəfindən təqdim edilən arayışları sübut kimi qəbul etməsi, iddiaçı tərəfindən təqdim edilən tibbi arayışları və digər sənədləri sübut sübut kimi qəbul etməməsi barədə kassasiya şikayətinin dəlilləri həm də ona görə əsassızdır ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara qiymət verərək göstərib ki, şəxsin hər hansı dərmanlar qəbul etməsi və ya ambulator müayinədə olması şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi demək deyil.
64. K assasiya şikayətinin 20 avqust 2020-ci il tarixdə bağışlama müqaviləsi bağlansa da, həmin notariat işində İddiaçı razılıq ərizəsinin olmaması barədə dəlili də əsaslı deyil. Belə ki, bağ evinin mülkiyyətçisi Z.Fərzəlyeva olduğu halda, iddiaçının bağışlama müqaviləsinə nəyə görə razılığının olmasının nə ilə izah edilməsi şikayətdə əsaslandırılmayıb.
65. Həmçinin məhkəmə kollegiyası bağışlama müqaviləsinə iddiaçının razılığının olmaması barədə dəlillə bağlı diqqəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il tarixli Qərarına da çəkir. X23 Məhkəməsinin hüquqi mövqeyi belə olub ki, alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun.
66. Hazırki işdə də müəyyən edilən hal ondan ibarətdir ki, bağışlanan (özgəninkiləşdirilən) əmlak yalnız iddiaçının anasının mülkiyyətində olub.
67. Bağ evində olan əmlaklara dair hissədə iddianı rədd edən apellyasiya instansiyası məhkəməsinin cavabdehin birinci instansiya məhkəməsində həmin əmlakların iddiaçı tərəfindən götürülməsinə etiraz etməməsini nəzərə almaması barədə dəlilə gəldikdə, bu dəlil iş materialları ilə təkzib edilir, çünki cavabdehin qeyd edilən məzmunda izahat verməsi işdən görünmür.
68. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(103)-6855/2022 nömrəli qətnaməsi dəyişdirilm