Məhkəmə qərarları › İş №2(102)-815/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-815/2024

30.01.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-815/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-815/2024 (Açar sözlər: məhkəmə aidiyyətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı(məruzəçi), Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit və girov müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-285 3/2023 nömrəli iş üzrə 5 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə 29 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh ASC arasında 27 yanvar 2020-ci il tarixdə bağlanılmış GL/0xx/xx/226634 nömrəli kredit (borc) və girov müqaviləsinə əsasən borcalana 12 ay müddətinə illik 40 % ödənilməsi şərtilə 11473 manat məbləğində kredit verilmiş və dəyəri 21000 manat olan 15 adda müxtəlif qızıl-zinət əşyaları girov qoyulmuşdur.

2. Müqavilənin şərtinə əsasən 11473 (on bir min dörd yüz yetmiş üç) AZN pul vəsaitidir və onun müqabilində girov predmeti olan ümumi qiyməti 21000 (iyirmi bir min) manatlıq daşınar əmlak üzərində yüklülük yaranır. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış GL/0xx/xx/226634 saylı kredit və girov müqaviləsinin ləğv edilməsinə, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməklə cavabdeh tərəfindən ona artıq yazılmış əsas və faiz məbləğlərinin tam silinməsinə və onun müqavilə üzrə cavabdehə girov qoyduğu ümumi qiyməti 21000 (iyirmi bir min) manat, 15 adda olan qızıl-zinyət əşyalarının girovdan azad edilib ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı fərdi sahibkarlıq fəaliyyətini inkişaf etdirib genişləndirmək, yəni sahibkarlıq fəaliyyətinə investisiya etmək məqsədilə (pərdə satışı sahəsində) cavabdehlə müqavilə münasibətlərinə daxil olmuş və onlar arasında hazırda mübahisələndirilən müqavilələr bağlanmışdır. Lakin sonra pandemiya olduğundan, onun işləri yaxşı getməmiş, buna görə borcunu ödəyə bilməmişdir. Cavabdeh tərəfindən isə faiz borcunun əsassız şişirdilməsinə görə hazırki iddianın əsaslı olduğunu bildirdi və təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iddiaçı işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etməmiş və məsələnin həllini məhkəmənin mülahizəsinə təqdim etmişdir.

6. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-2853/2023 nömrəli, 5 dekabr 2023-cü il tarixli q ərardadı ilə (hakim Günay Abidova) mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı (VÖEN: **********) vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olan, dövlət qeydiyyatından keçmiş fərdi sahibkardır. Cavabdeh ASC (VÖEN: **********) isə açıq səhmdar cəmiyyəti təşkilati-hüquqi formasında yaradılan kommersiya hüquqi şəxsidir. Mülki qanunvericiliyə müvafiq olaraq kommersiya hüquqi şəxsləri göstərdikləri fəaliyyətdən gəlir əldə etmək məqsədilə yaradılırlar. Deməli, hazırki mübahisənin subyektiv tərkibinin sahibkarlıq fəaliyyətinin subyektləri olması işin mübahisəsiz halını təşkil edir.

9. Məhkəmə tərəflər arasında olan münasibətlərin xarak terinə və mübahisənin predmetinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçı fərdi sahibkarlıq fəaliyyətini genişləndirmək, yəni sahibkarlıq fəaliyyətinə investisiya etmək məqsədilə Cavabdeh ASC-dən 11473 manat məbləğində pulu illik 40 % ödənilməsi şərtilə kredit götürmüş, əvəzində özünə məxsus qızıl-zinyət əşyalarını girov qoymuşdur. Deməli, iddiaçının krediti götürməkdə niyyəti investisiya edərək gəlir əldə etmək olmuşdur. Cavabdeh ASC isə lombard fəaliyyəti ilə məşğul olan və təşkilati-hüquqi forması açıq səhmdar cəmiyyəti olan kommersiya hüquqi şəxsi olduğundan, onun nizamnaməsinə uyğun olaraq göstərdiyi fəaliyyətdən, yəni iddiaçıya illik 40 % ödənilməsi şərtilə verdiyi kreditdən gəlir əldə etmək niyyətinin olması işin mübahisəsiz halıdır. Deməli, iddiaçı tərəf cavabdehdən kredit götür üb investisiya etməklə, cavabdeh tərəf isə iddiaçıya kredit verməklə kommersiya münasibətlərində olmuşlar.

10. İddiaçı (Vəkil) həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməklə işə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılması və iş üzrə məhkəmə iclasının təyin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh iddia tələbini aylarla uzatmış və iddiaçının mülki tələbinə məhkəmə müstəvisində baxılmasına maneələr yaratmış, məhkəmə xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh təşkilatın yaratdığı həmin maneələrə rəvac verməklə, tələbinə baxmamaqla prosessual normaların tələblərini pozmuşdur. İddiaçı əvvəlcə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsində araşdırma aparılarkən cav abdeh hüquqi ünvanını dəyişdiyindən, iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, hazırda isə Bakı şəhəri Nəsimi rayon məhkəməsi işə baxılmaq üçün aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmək barədə qərardad çıxararaq iddiaçının iddia tələbinə baxmağa maneə yaradaraq prosessual normaların tələblərini pozmuşdur. İddiaçının şikayəti əsaslı olduğundan xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərardadı ləğv edilib mülki işə mahiyyəti üzrə baxılıb nəticə verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi ekspertiza təyin edib, cavab alsa da, iş üzrə nəticə verməkdən çəkinmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(006)-2853/2023 saylı qərardadı üzrə araşdırma obyektiv və ədalətli aparılmayıb. Belə ki, bu mülki işə qə rardad ləğv edilərək iddia tələbinə mahiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı və nəticə verilməlidir.

12. Birinci instansiya məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

13. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

14. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr bax ır.

15. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

16. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.

17. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən görünür ki, iddiaçı fərdi sahibkardır, cavabdeh isə kommersiya hüquqi şəxsdir. Mübahisənin predmeti onlar arasında 27 yanvar 2020-ci il tarixdə bağlanmış kredit və girov müqaviləsindən irəli gəlmişdir.

19. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə hazırki işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır.

20. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

21. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir.

22. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. 23. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə a idiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyə tinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur.

24. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı k orporativ mübahisələr aiddir.

25. İddiaçı kassasiya şikayətində mübahisənin aidiyyəti üzrə düzgün göndərilməməsindən deyil, işə baxılmasını yubadılmasından narazı olduğunu göstərmişdir.

26. Göründüyü kimi, birinci instansiya məhkəməsi aidiyyətlə bağlı məsələni həll edərkən mülki prossesual normaların tələblərinə və müvafiq Plenum qərarının müddəalarına uyğun hərəkət etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır.

27. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2853/2023 nömrəli iş üzrə 5 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

28. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası m əhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2853/2023 nömrəli iş üzrə 5 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar