Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-817/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1357/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. N-205/00150-01 saylı, xx.xx.2015-ci kredit müqaviləsinə əsasən, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh 60 ay müddətə 40.000 (qırx min) ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Bank, müqavilə üzrə öhdəliyini icra edərək, kredit məbləğini cavabdehə vermişdir.
3. Eyni tarixli ipoteka müqaviləsinə əsasən, cavabdeh X1, mülkiyyətində olan Sumqayıt şəhəri, X2 yerləşən, 1201 D saylı bağ evi ipoteka ilə yüklü edərək İddiaçı BOKT ASC-nin tələb hüququna təminat vermişdir.
4. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiаçı İddiaçı BOKT ASC xx.xx.2019-cu ildə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 2015/00150-01 saylı istehlak kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2019-çu il tarixə yaranmış əsas borc üzrə 39041 (otuz doqquz min qırx bir) ABŞ dolları 98 (doxsan səkkiz) sent məbləğində qalıq, ona hesablanmış 35002 (otuz beş min iki) ABŞ dolları 87 (səksən yeddi) sent məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 46280 (qırx altı min iki yüz səksən) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 120324 (yüz iyirmi min üç yüz iyirmi dörd) ABŞ dolları 85 (səksən beş) sent borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus Sumqayıt şəhəri, X2 yerləşən, 1201 D saylı bağ evininə yönəldilməsi, həmin bağ evinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına Cavabdeh əsas borc 39041 (otuz doqquz min qırx bir) ABŞ dolları 98 (doxsan səkkiz) sent məbləğində qalıq, ona hesablanmış 35002 (otuz beş min iki) ABŞ dolları 87 (səksən yeddi) sent məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 46280 (qırx altı min iki yüz səksən) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 120324 (yüz iyirmi min üç yüz iyirmi dörd) ABŞ dolları 85 (səksən beş) sent və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra Cavabdeh ən geci 1 (bir) ay ərzind ə ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-4) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, müqavilə öhdəliklərinin icrasını gecikdirmişdir. Ona görə də tələbdə göstərilən borc ondan tutulmalı və ipoteka predmetinə yönəldilməlidir.
7. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, N-16457 saylı ekspert rəyinə əsasən, xx.xx.2015-ci il tarixli, 2015/00150-01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh xx xxxxx 2019-cu il tarixinə İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinə olan borcu əsas borc üzrə 39041,98 ABŞ dolları, faiz borcu üzrə 36668,54 ABŞ dolları təşkil edir.
9. Sumqayıt Şəhər Məhkəməsinin (hakim R.Qoşqarlı) xx xxxxxx 2019-cu il tarixli, 2(060)4356/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 2015/00150-01 saylı istehlak kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixə yaranmış əsas borc üzrə 39041 (otuz doqquz min qırx bir) ABŞ dolları 98 (doxsan səkkiz) sent məbləğində qalıq, ona hesablanmış 35002 (otuz beş min iki) ABŞ dolları 87 (səksən yeddi) sent məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4628 (dörd min altı yüz iyirmi səkkiz) ABŞ dolları məbləğin də dəbbə pulu, cəmi 78672 (yetmiş səkkiz min altı yüz yetmiş iki) ABŞ dolları 85 (səksən beş) sent məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus Sumqayıt şəhəri, X2 yerləşən 1201D saylı bağ evinə yönəldilməsi, Sumqayıt şəhəri, X2 yerləşən 1201D saylı bağ evinin ilkin satış qiymətinin 68000 manat müəyyən edilməsi, Bağ evinin açıq hərracdan satılması və onun satışından əldə edilən pul vəsaiti hesabına 78672 (yetmiş səkkiz min altı yüz yetmiş iki) ABŞ dolları 85 (səksən beş) sent məbləğində borcun (ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla) İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması, iddi anın qalan hissədə təmin olunmaması qət edilmişdir.
10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini lazımınca yerinə yetirməmiş, onun bank qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) xx xxxx 2020-ci il tarixli, 2(105)-1357/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)- 4356\2019 nömrəli qətnaməsinin cərimə borcuna dair hissədə dəyişdirilməsi, Cavabdeh 500 ABŞ dolları məbləğində dəbbə pulunun borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, qət namənin qalan hissədə - İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 2015/00150-01 saylı istehlak kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixə yaranmış əsas borc üzrə 39041 (otuz doqquz min qırx bir) ABŞ dolları 98 (doxsan səkkiz) sent məbləğində qalıq, ona hesablanmış 35002 (otuz beş min iki) ABŞ dolları 87 (səksən yeddi) sent məbləğində faiz borcunun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus Sumqayıt şəhəri, X2 yerləşən 1201D saylı bağ evinə yönəldilməsi, Sumqayıt şəhəri, X2 yerləşən 1201D saylı bağ evinin ilkin satış qiymətinin 68000 manat müəyyən edilməsi, Bağ evinin açıq hərracdan satılması və onun satışından əldə edilən pul vəsaiti hesabına 78672 (yetmiş səkkiz min altı yüz yetmiş iki) ABŞ dolları 85 (səksən beş) sent məbləğində borcun (ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla) İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qət edilmişdir.
12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə 39041,98 ABŞ dolları əsas, 35002,87 ABŞ dolları faiz borcu yara nmışdır. Bu borc işdə olan obyektiv sübutlar, maliyyə arayışı, o cümlədən ekspert rəyi ilə təsdiq olunur. İddiaçının tələb etdiyi 46280 ABŞ dolları məbləğində dəbbə pulunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən 4628 ABŞ dolları məbləğinə qədər azaldılmasında birinci instansiya məhkəməsi haqlı olsa da, tərəflərin bütün əsaslı mənafeləri nəzərə alınanda bu məbləğ özü də cavabdehin hazırkı durumunda böyük məbləğdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, həmin məbləğ 500 ABŞ dollarına endirilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin əsas borca görə hesablanmış faiz borcu hissəsində ləğv, işin həmin hissədə ye nidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tələb edilən kredit borcu ilə razılaşmır. Əsas kredit borcuna hesablanmış faizlər həddən artıq yüksəkdir. Faiz borcu iddiaçı tərəfindən şişirdilmişdir. Həmçinin yeganə yaşayış evinin ilkin satış qiyməti ilə razılaşmır. Belə ki bağ evinin qiyməti 68.000 manat müəyyən edilmişdir. Halbuki, hal-hazırda tam təmirli olan bağ evinin bazar qiyməti 100.000 manatdan artıqdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdeh məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
19. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq o laraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
23. Hazırkı kassasiya şikayə tində qətnamə faiz borcuna aid hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibət ini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə ar adan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
27. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği Cavabdeh borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəllərində razılaşdırmışlar. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Belə olan halda, iddiaçının borcun faizləri ilə birlikdə cavabdehdən tutulması tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır (§ 18-20). Eyni zamanda cavabdehin etirazları iddianı tam və ya qismən aradan qaldıran mahiyyətdə deyil. Ona görə də, iddianın faiz hissəsində təmin edilməsi qanuni və əsaslı olmuşdur.
28. Kollegiya kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir ona görə ki, borc məbləğləri (o cümlədən faiz borcu) məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir (§ 8). Kollegiya nəzərə alır ki, ekspert rəyi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
29. Digər tərəfdən kassator qətnaməni yalnız faiz borcu hissəsində mübahisələndirdiyi üçün ipoteka predmetinin ilkin satış qiymətinə dair dəlillər kassasiya baxışının predmetini təşkil etmir.
30. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1357/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.