Məhkəmə qərarları › İş №2(102)-8175/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8175/2019

30.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8175/2019 30.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil və cavabdeh “Cavabdeh Sığorta Şirkəti” ASC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2019-cu il tarixli, 2(103)10131/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 i ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASC ilə aralarında bağlanmış ES620043 nömrəli 16.03.2017-ci il tarixli fiziki şəxslərə məxsus olan əmlakın sığortası şəhadətnaməsinə əsasən, cavabdeh tərəfindən tam sığorta olunmuş, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə zərər dəyməsi ilə əlaqədar 460000 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb onlara ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli 2(006)-659/2019 saylı qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2019-cu il tarixli, 2(103)10131/2019 nömrəli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov, İ. K.Xəlilov və A.N.İmanov) apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-659/2019 saylı iş üzrə 17 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2019-cu il tarixli, 2(103)10131/2019 nömrəli qətnaməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətləri vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçılar İddiaçı1 və İddiaçı2, onların vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2019-cu il tarixli, 2(103)-10131/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçılara məxsu s həyətdə yerləşən bir mərtəbəli qonaq evinin tavan və divarlarında böyük çatların əmələ gəlməsi səbəbindən MTK ilə iddiaçılar arasında məhkəmə çəkişməsi Cavabdeh Sığorta Şirkəti ASC ilə müqavilə bağlanılmazdan əvvəl baş vermiş, hazırkı sığorta hadisəsi isə müqavilə münasibətləri dövründə baş vermişdir. Bundan əlavə, məhkəmə əsassız olaraq ekspertiza təyin etməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Cavabdeh Sığorta Şirkəti” ASC-nin nümayəndəsi və vəkili X2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2019-cu il tarixli, 2(103)-10131/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlan ılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, RX seriyalı ******* saylı 10.04.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti Döngə 2, dalan 2, 18 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi İddiaçı1 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 162 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı1 ilə Cavabdeh Sığorta Şirkəti ASC arasında bağlanmış fiziki şəxslərə məxsus olan əmlakın sığorta şəhadətnaməsinə əsasən, İddiaçı1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekt i Döngə 2, dalan 2, 18 saylı fərdi yaşayış evi sığortalanaraq sığortanın qüvvədə olduğu müddət 16.03.2016-cı ildən 16.03.2017-ci il tarixədək müəyyən edilmiş, ümumi sığorta məbləği 460000 manat müəyyən edilmişdir (400000 manatı evin sığorta təminatı üçün, 60000 manatı isə evin içərisindəki əşyaların sığorta təminatı üçün nəzərdə tutulmuşdur). İddiaçı1 ilə Cavabdeh Sığorta Şirkəti arasında bağlanmış fiziki şəxslərə məxsus olan əmlakın sığorta şəhadətnaməsinə əsasən, İddiaçı1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti Döngə 2, dalan 2, 18 saylı fərdi yaşayış evi sığortalanaraq sığortanın qüvvədə olduğu müddət 16.03.2017-ci ildən 16.03.2018-ci il tarixədək müəyyən edilmiş, ümumi sığorta məbləği 460000 manat müəyyən edilmişdir (400000 manatı evin sığorta təminatı üçün, 600 00 manatı isə evin içərisindəki əşyaların sığorta təminatı üçün nəzərdə tutulmuşdur). İddiaçılar 2017-ci ilin avqust ayında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti Döngə 2, dalan 2, 18 saylı fərdi yaşayış evinin divarlarında dərin çatlar əmələ gəlməyə başlayanda dərhal Cavabdeh Sığorta Şirkəti ASC-yə məlumat vermişlər və sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığorta ödənişinin verilməsini tələb etmişlər. Sığorta Şirkəti 14.09.2018-ci il tarixli məktub göndərərək, sığorta ödənişinin verilməsindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, “aparılmış araşdırma nəticəsində toplanmış məlumatlara və sənədlərə əsasən, sığorta tələbində göstərilən halların sığorta hadisəsi kimi tanınması mümkün olmamışdır. Belə ki, sığorta tələbinə əsasən sığortalanmış evdə yara nmış çatların (dəymiş zərərin) evə bitişik “xxxx” MTK-ya məxsus hündürmərtəbəli binanın tikintisi ilə bağlı özül çalasının qazılması nəticəsində evin yerləşdiyi torpağın çökməsi olmuşdur. Araşdırmaya cəlb olunmuş müstəqil ekspert də bu qənaətə gəlmişdir. “xxxx” MTKnın verdiyi rəsmi məlumata əsasən binanın özülü 08.11.2013-cü il tarixdə qoyulmuş, tikinti-quraşdırma işləri 27.12.2014-ciı il tarixdə başa çatmışdır”. Fiziki şəxslərə məxsus olan əmlakın sığortası Qaydalarının 8.2.5-ci bəndinə əsasən sığortaçı sığorta müqaviləsinin qüvvədə olma müddətində baş vermiş, lakin səbəbi müqavilənin qüvvəyə minmə tarixindən əvvəl yaranmış hadisələr üzrə heç bir məsuliyyət daşımır. Göründüyü kimi sığorta tələbi sığorta risklərindən istisna edilən evin ətrafında aparılan qazıntı işləri nəticəsində baş ver miş, zərərin və onun səbəbinin sığorta təminatının qüvvəyə minmə tarixindən əvvəl yarandığını nəzərə alaraq, sığorta tələbi ilə bağlı sığorta ödənişinin verilməsi mümkün deyildir. Bundan əlavə Abşeron rayon Məhkəməsinin 12.02.2016-cı il tarixli, 2(012)-279/2016 saylı qətnaməsinə əsasən onların “xxxx” MTK-ya qarşı iddiası qismən təmin olunaraq, MTK-nın hərəkətləri nəticəsində sığorta predmeti olan evə dəymiş maddi zərər xeyrilərinə MTK-dan tutulmuşdur. Göründüyü kimi, sığortalı zərərin əvəzini zərər dəyməsində təqsirli olan şəxsdən aldıqda, qanunun tələbinə görə sığorta ödənişi verilə bilməz. ünvan 2 ünvanın yerləşdiyi ərazinin mühəndis-geoloji şəraiti haqqında 05.06.2018-ci il tarixli arayışda qeyd olunmuşdur ki, “Sözü gedən ünvan relyefin nisbətən düzən hissəsində 40°26'31”, 49°46'00" k ordinatda yerləşir. Baxış zamanı məlum oldu ki, sözü gedən ünvanda 1.0-1.5 metr məsafədə yüksək mərtəbəli yaşayış binası özül yeri qazılmışdır və nəticədə qruntun dayanıqlığının zəifləməsi və axması prosesi baş vermişdir. Proses nəticəsində vətəndaş İddiaçı2 məxsus fərdi tikilinin yerləşdiyi ərazidə torpaq qatında müxtəlif örtülü çatlar və deformasiyalar əmələ gəlmişdir”. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razı laşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 922.1-ci maddəsinə görə sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 922.2-ci maddəsinə görə sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinə əsasən verilmiş “Fiziki şəxslərə məxsus olan əmlakın Sığortası Şəhadə tnaməsi”ndən görünür ki, sığorta risklərinə: yanğın, partlayış, ildırım vurması, təyyarə və digər hava aparatlarının və ya onların hissələrinin düşməsi, yerüstü nəqliyyat vasitələrinin dəyməsi, zəlzələ, tufan, qasırğa; sığorta olunmuş mənzilin/evin içində və ya qonşu mənzildə/evdə yerləşən rezervuar və borulardan sızma və ya onların partlaması nəticəsində su basması; daşqın, sel basması; yer sürüşməsi, torpaq çökməsi və ya qalxması; sığortalıya qarsı üçüncü şəxslərin qərəzli, qanuna zidd olan hərəkətləri; sındırılma, oğurluq, soyğunçuluq və ya quldurluq daxil edilmişdir. Sığorta şərtləri isə “Fiziki şəxslərə məxsus olan əmlakın sığortası qaydalarına” müqaviq olması nəzərdə tutulmuşdur. Fiziki şəxslərə məxsus olan əmlakın sığortası Qaydalarının 5-ci bəndində torpaq çökməsi riski və ondan is tisna şərtləri aşağıdakı kimi təsbit olunmuşdur:

5. Sığorta riskləri. 5.1. Sığorta təminatı Sığorta Şəhadətnaməsində, sığorta müqaviləsinə qəbul edilmiş Əlavələrdə göstərilən risklərə dair qüvvədədir və həmin risklər aşağıdakı kimi başa düşülməlidir: 5.1.11. yer sürüşməsi, torpaq çökməsi və ya qalxmasi, lakin 5.1.11.1. aşağıdakı hadisələrin nəticəsində baş verən sürüşmə, torpaq çökməsi və ya qalxması istisna olmaq şərti ilə: b) Sığorta Şəhadətnaməsində göstərilən sığorta təminatının qüvvəyə minmə tarixindən əvvəl əmələ gəlmiş zərərlər; h) həmin binaların ətrafında və ya altında aparılan yeraltı işlər və qazıntı işləri. Həmin qaydaların 8.2.5-ci bəndinə əsasən sığortaçı sığorta müqaviləsinin qüvvədə olma müddətində baş vermiş, lakin səbəbi müqavilənin qüvvəyə minmə tarixindən əvvəl yaranmış hadisələr üzrə heç bir məsuliyyət daşımır. Yuxarıda sadalanan normalara istinad edən apellyasiya instansiya məhkəməsi haaqlı olaraq qeyd etmişdir ki, sığorta şirkəti sadalananlara əsaslanaraq, sığorta tələbinin sığorta risklərindən istisna edilən evin ətrafında aparılan qazıntı işləri nəticəsində baş verməsini, zərərin və onun səbəbinin sığorta təminatının qüvvəyə minmə tarixindən əvvəl yarandığını nəzərə alaraq imtina etmişdir. İşin hallarından da müəyyən edilir ki, İddiaçı1 qızına məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti Döngə 2, dalan 2, 18 saylı fərdi yaşayış evində yaranmış çatların (dəymiş zərərin) evə bitişik sahədə "xxxx" MTK-ya məxsus hündürmərtəbəli binanın tikintisi ilə bağlı özül çalasının qazılması nəticəsində evin yerləşdiyi torpağın çökməsi olmuşdur. "xxxx" MTK-nın verdiyi rəsmi məlumata əsasən isə müəyyən edilir ki, binanın özülü 08.11.2013-cü il tarixdə qoyulmuş, tikinti-quraşdırma işləri 27.12.2014-cü il tarixdə isə başa çatmışdır. İiddiaçılar özləri də sığorta obyekti olan onlara məxsus yaşayış evində müəyyən çatların və s. zərərin baş verməsinin məhz evə bitişik sahədə "xxxx" MTK-ya məxsus hündürmərtəbəli binanın tikintisi ilə bağlı özül çalasının qazılması nəticəsində evin yerləşdiyi torpağın çökməsi ilə bağlı olduğunu etiraf edirlər. Həmçinin, eyni səbəbdən daha əvvəl iddiçılara məxsus evin həyətində yerləşən 1 mərtəbəli qonaq evinin tavan və divarlarında böyük çatların əmələ gəlməsi səbəbindən həmin MTK ilə iddiaçılar arasında məhkəmə çəkişməsinin olduğu da müəyyən edilir. Belə olan halda, baş vermiş hadisə sığorta müqaviləsi nə görə sığorta hadisəsi hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 935.1.8-ci maddəsinin tələbinə görə isə baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Göründüyü kimi, iddiaçının sığorta tələbi sığorta risklərindən istisna edilən evin ətrafında aparılan qazıntı işləri nəticəsində baş vermiş, zərər və onun səbəbi sığorta təminatının qüvvəyə minmə tarixindən əvvəl yaranmışdır, odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələblərini əsassız hesab edib təmin etməməklə haqlı olmuşdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmı ş və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kassasiya kollegiyası iş üzrə ekspertizanın keçirilməsindən imtina ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılşaraq qeyd edir ki, iddiaçı tərəfin istinad etdiyi zədələrin daha əvvəl baxılmış iş üzrə sığorta risklərinə daxil olmayan səbədən baş verdiyi müəyyən olunduğundan hazırda yenidən araşdırılmasına zərurət yoxdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsini n qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2019-cu il tarixli, 2(103)10131/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar