Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-818/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh2 Şirkətinə və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-818/22 (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2021-ci il tarixli, 2(103)-8010/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 01 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müə yyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh2 Şirkətinə qarşı iddia qaldıraraq, cavabdehdən maddi ziyana görə 32.393,50 manat, mənəvi ziyana görə 100.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ş.Ə.Süleymanova) iddia qismən təmin edilərək, cavabdehdən 21 mart 2021-ci ildən 16 iyun 2021-ci il tarixədək işdən kənarlaşdırıldığı üçün (1924.50 manat aylıq əmək haqqı x 3 aya) maddi ziyana görə 5.772 manat, vəkillə bağladığı müqaviləyə görə 200 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya mə hkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 05 mart 2012-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı cavabdehdə kran-operator (maşinist-mexanik) vəzifəsində işləyib. Cavabdeh tərəfindən iddiaçı mütəmadi olaraq tibbi müayinədən keçirilib və səhiyyə təşkilatı tərəfindən müvafiq sertifikat aldıqdan sonra iddiaçı əmək funksiyasının icrası üçün işə buraxılıb. İddiaçı, tibbi müayinələrin formal keçirildiyini iddia etsə də, bu halı mübahisələndirməyib. Həmçinin cavabdeh, istehsalatda bədbəxt hadisə və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirməsi hallarına görə bütün əməkdaşlarının, o cümlədən iddiaçının icbari sığortalanmasını təmin edib. Bu səbəbdən də iddia maddi ziyan tələbinə aid hissədə əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda, əmək qanunvericiliyinə görə, işçi nin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanaraq sənədləşdirilməlidir. Hazırki halda iddiaçının müvəqqəti işdən kənarlaşdırılmasına dair hər hansı əmr olmadığı üçün bu kənarlaşdırma qanuni hesab edilə bilməz. Bu səbəbdən də cavabdehdən 21 mart 2021-ci ildən 21 iyun 2021-ci il (yekun məhkəmə aktı çıxarılanadək) tarixədək olan dövr üçün iddiaçının xeyrinə dəymiş maddi zərərə görə 5.772 manat pul tutulmalıdır. Cavabdehin təqsiri üzündən iddiaçıya mənəvi zərərin dəyməsi isə mülki iş materialları ilə təsdiq edilmir. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 62, 296-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilib, həmin hissədə də iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova sədrlik edən, məruzəçi, R.M.Həsənov və V.Ə.İbayev) cavabdehin apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilənca vabdehdən 21 mart 2021-ci ildən 16 iyun 2021-ci il tarixədək işdən kənarlaşdırıldığı üçün (1924.50 manat aylıq əmək haqqı x 3 aya) dəymiş maddi zərərə görə 5.772 manat və vəkillə bağladığı müqaviləyə görə 200 manat pulun tutulub iddiaçıya ödənilməsi hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tam rədd edilib və qalan hissədə qətnamə dəyişdirilmədən, iddiaçının apellyasiya şikayəti təmin edilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, iddiaçı cavabdehdə 1-ci dərəcəli “kran operatoru” vəzifəsində işləyib və o, peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməyib. Eyni zamanda, iş üzrə keçirilmiş məhkəmətibbi ekspert rəyləri ilə müəyyən olunur ki, iddiaçıda aşkar edilmiş ürək qüsuru qazanılmış mənşəli olmaqla, əlverişsiz şəraitlə bağlı streptokokk mənşəli infeksiyasından törənmiş xəstəliklərdən sonra tədricən inkişaf edib və ürək qüsurunun sonuncu mərhələsində özünü biruzə verib. Belə olan halda iddiaçıda əmələ gəlmiş xəstəliyin məhz peşə xəstəliyi olması işin faktiki halları ilə müəyyən edilmir. Bundan başqa cavabdeh, bütün əməkdaşlarının qanunvericiliyə uyğun tibbi müayinələrdən keçməsini təmin edib, onlara fərdi mühafizə vasitələrinin verilməsi də daxil olmaqla əmək, texniki təhlükəsizlik haqqında qanunvericilik və əmək müqaviləsi üzrə öhdəsinə düşən bütün öhdəlikləri vicdanla yerinə yetirib və əməyin təhlükəsizliyi qa ydalarına tam əməl edib. Belə ki, cavabdeh qanunvericiliyə uyğun olaraq iddiaçının mütəmadi tibbi müayinədən keçməsini təmin edib və səhiyyə təşkilatı tərəfindən müvafiq sertifikat aldıqdan sonra onu əmək funksiyalarının icrası üçün işə buraxıb. İddiaçı tibbi müayinələrin formal həyata keçirildiyini iddia etsə də, bu halı mübahisələndirməyib. Bu səbəbdən birinci instansiya məhkəməsi qeyd olunan hissədə iddianı rədd etməklə düzgün nəticəyə gəlib. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçının işdən kənarlaşdırılması halı işin faktiki halları ilə müəyyən edilməsə də, birinci instansiya məhkəməsi “işçinin müvəqqəti kənarlaşdırılmasına dair hər hansı əmr olmadığı üçün bu kənarlaşdırılmanın qanuni hesab edilə bilməz” barədə gəldiyi nəticə düzgün olmayıb. İşin mübahisəsiz halları ondan ibarətdir k i, iddiaçı dəniz platformasında çalışıb, işə çıxarkən bütün işçilər tibbi müayinədən keçib sağlam olduqları müəyyən edildikdən sonra işə buraxılması və ya sağlamlıq durumu qənaətbəxşedici olmayan işçilərin platformaya buraxılmaması barədə işəgötürən tərəfindən müvafiq qayda müəyyən edilib. İddiaçı da 21 mart 2021-ci il tarixədək əmək qabiliyyətli olmadığı üçün işə çıxmayıb. Bundan sonra, iddiaçının məhz cavabdeh tərəfindən hər hansı əks göstərişi ilə işə çıxa bilməməsi halı öz təsdiqini tapmır. Belə ki, iddiaçı məhz səhhətində olan problemlərlə bağlı işə çıxmayıb və cavabdeh ona yenidən tibbi müayinədən keçməsini təklif etsə də (işdə olan email yazışmaları) iddiaçı həmin təkliflə razılaşmayıb və işə çıxmamaqda davam edib. Belə olan halda Əmək Məcəlləsini 62-ci maddəsinin hazırki əmək mübah isəsinə tətbiq edilməsi əsassız olub. Çünki, cavabdeh iddiaçıya işə çıxmaması barədə hər hansı göstəriş verməyib. Habelə, iddiaçının məhz cavabdehin göstərişi ilə işə çıxmaması halı öz təsdiqini tapmayıb. Ona görə də iddia təmin olunan hissədə də rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1096.1, 1097.1-ci maddələrinin, Əmək Məcəlləsinin 62-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbu l edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şə rtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. H əmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Həmin Məcəllənin 62-ci maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən, işəgötürən bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyyələri yerinə yetirmədikdə mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının p ozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Həmin Maddənin 2-ci hissəsində göstərilir ki, işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. Həmin Maddənin 3-cü hissəsinə görə, işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əmək haqqı ödənilir. Həmin Məcəllənin 226-cı maddəsinə əsasən, ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən onların hökmən ilkin tibbi müayinədən, sonrala r isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməlidir. İşçilər icbari tibbi müayinələrdən keçməkdən boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyyələri yerinə yetirmədikdə, işəgötürən bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada onları işdən kənar edə, habelə müvafiq intizam məsuliyyətinə cəlb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri h üdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə ra zılaşmır. Belə ki, 05 mart 2012-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı cavabdehdə kran-operator (maşinist-mexanik) vəzifəsində işləyib. Cavabdeh iddiaçını dənizdə işləməsi üçün göndərməzdən öncə sağlamlıq durumunun yoxlanılması məqsədilə “Prime Hospitalı”na göndərib və sonuncu tərəfindən verilmiş tibbi rəyə əsasən iddiaçıda ürək xəstəliyi aşkar edilib. Hazırda iddiaçı, əmələ gəlmiş xəstəliyin məhz uzun illər ərzində dənizdə işləməsi, cavabdeh tərəfindən öz işçilərinə vaxtlı-vaxtında tələb olunan keyfiyyətdə müayinə və müalicə təklif etməməsi ilə bağlı olduğunu iddia edir və səhhətində yaranmış nasazlığı cavabdeh tərəfindən törədilən deliktin nəticəsi kimi qiymətləndirərək ondan maddi zərərə görə 32.393,50 manat, mənəvi zərərə görə 100.000 manat pul iddia edir. Əvvəla, hazırki iddi a tələblərinə düzgün hüquqi qiymət verilməsi üçün ilk növbədə mülki hüquq pozuntusundan (deliktdən) əmələ gələn öhdəlikləri tənzimləyən maddi hüquq normaları qarşılıqlı şəkildə təhlil edilməlidir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2 1 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırki işdə də iddiaçının cavabdehə qarşı zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziya n və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: birinc isi, törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; ikincisi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; üçüncüsü, ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini nəzərə alıb, apellyasiya şikayətlərinin dəlillərini arışdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı, cavabdehdən əməliyyat xərclərinə, habelə peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirməsinə görə pul tələb etsə də, tələblərinin əsası kimi istinad etdiyi hallar, yəni məhz peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə al ınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, işə əlavə edilmiş 04 dekabr 2019-cu il tarixli “Könüllü tibbi sığorta müqaviləsi”nin 1-ci bəndinə əsasən, "xxxx" ASC könüllü tibbi sığorta Qaydalarına müvafiq olaraq bu müqavilənin 15-ci bəndində nəzərdə tutulmuş şərtlərlə Sığorta Şəhadətnaməsi əsasında sığorta olunanları könüllü tibbi sığorta proqramı ilə təmin etməyi, göstəriləcək tibbi yardımın təşkilini və onların ödənilməsini öz üzərinə götürür; Sığortalı isə bu müqavilə ilə müəyyən olunmuş sığorta haqqını tam məbləğdə və vaxtında ödəməyi və müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməyi üzərinə götürür; Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin məbləği (sığorta haqqı) dəyişilməz qalır; Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta olunan şəxsin xəstəliyi və ya bədbəxt hadisə nəticəsində yaranmış və tibbi müayinə/müalicə tələb edən hal və ya bu müqavilənin 15-ci bəndi üzrə təminata daxil olan başqa bir hal Sığorta hadisəsi hesab olunur. Həmin Müqavilənin 16-cı bəndinə əsasən- cərrahi müalicə tələb edən ürək-damar xəstəlikləri, invaziv kardiologiya; bütün növ damar çatmamazlıqları, həmçinin aşağı ətraf damarlarının varikoz genişlənməsi- sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər kimi nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, sözügedən sığorta müqaviləsi ilə iddiaçının hazırki xəstəliyi, yəni cərrahi müalicə tələ b edən ürək-damar xəstəlikləri sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər kimi nəzərdə tutulduğundan həmin müqaviləyə əsasən iddiaçının əməliyyat xərclərininin cavabehin üzərinə qoyulması əsassız olmaqla, yolverilməzdir. Bundan başqa, cavabdehlə sığortaçı "xxxx" ASC arasında məhz istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarına görə 07 iyul 2020-ci il tarixli sığorta müqaviləsi bağlanıb və həmin müqavilənin 1ci bəndinə əsasən sığortalının Qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək və ya mülki-hüquqi müqavilə əsasında işlər və ya xidmətin həyat a keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsini öhdəsinə götürür. Həmin Müqavilənin 11.1-ci bəndinə əsasən, müqavilənin qüvvədə olduğu dövr ərzində işləri, xidmətləri yerinə yetirərkən, bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması və (və ya) əlverişsiz və zərərli istehsalat amillərinin orqanizminə təsiri, habelə xraoniki və ya kəskin xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətini itirməsi, yaxud ölümü ilə əlaqədar sığorta ödənişinin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsi hesab edilir. Həmin Müqavilənin 11.4.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamənin təqdim edilməsi əsasında sığorta hadisəsi müəyyən olunur. Göründüyü kimi, "xxxx" ASC ilə cavabdehin bağladığı icbari sığorta müqaviləsinə əsasən, sığorta ödənişinin verilməsi üçün əsas olan hal sığorta hadisəsi hesab edilir və sığorta hadisəsinin müəyyən edilməsi üçün də Əmək və Əahalinin Sosial Müdafiəsi Nazirliyinin istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin iti rilməsi dərəcəsini təsdiq edən qərarı təqdim edilməlidir. Hazırki halda, iddiaçı bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən, iddianı əməliyyat xərclərinin ödənilməsi hissəsində rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq edib. Eyni zamanda, Məhkəmə tibb ekspertinin 12 aprel 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, hazırda iddiaçıda, “revmatizm (qeyri fəal gedişli); mitral qapağınprolapsı, İİ0; mitral çatmamazlığı İİİ0, hipertoniya İİ dərəcə” kimi xəstəliklər vardır və həmin xəstəliklər qazanılmış mənşəli olmaqla, əlverişsiz şəraitlə bağlı streptokokk mənşəli infeksiyasınd an törənmiş xəstəliklərdən sonra tədricən inkişaf edib və ürək qüsurunun sonuncu mərhələsində özünü biruzə verməsi müəyyən edilir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıda aşkar edilən xəstəliyin məhz peşə xəstəliyi olması işə əlavə olunmuş sübutlarla təsdiq olunmur. Bundan başqa, işdən görünür ki, cavabdeh bütün əməkdaşların qanunvericiliyə uyğun olaraq tibbi müayinələrdən keçmələrini təmin edib, onlara fərdi mühafizə vasitələrinin verilməsi də daxil olmaqla əmək, texniki təhlükəsizlik haqqında qanunvericilik və əmək müqaviləsi üzrə öhdəsinə düşən bütün öhdəlikləri vicdanla yerinə yetirib və əməyin təhlükəsizliyi qaydalarına tam əməl edib. Belə ki, cavabdeh tərəfindən iddiaçı mütəmadi olaraq tibbi müayinələrdən keçirilib və səhiyyə təş kilatı tərəfindən müvafiq sertifikat aldıqdan sonra o, əmək funksiyalarının icrası üçün işə buraxılıb. İddiaçı, cavabdeh tərəfindən tibbi müayinələrin formal həyata keçirildiyini iddia etsə də, bu halı ümumiyyətlə mübahisələndirməyib. Ona görə də iddiaçının tələbi bu hissədə də əsaslı sayıla bilməz. Digər tərəfdən, cavabdehin iddiaçını işdən kənarlaşdırması halı işin faktiki halları ilə müəyyən edilməsə də və ya müvafiq sübutlar toplanılaraq sənədləşdirilməsə də, birinci instansiya məhkəməsinin “iddiaçının müvəqqəti kənarlaşdırılmasına dair hər hansı əmr olmadığı üçün bu kənarlaşdırılma qanuni hesab edilə bilməz” barədə gəldiyi nəticə düzgün olmayıb. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıda ürək qüsuru-mitral çatışmazlıq İİİ dərəcə aşkar edildiyinə görə işə çıxmayıb və cavabdeh tərəfindən tibbi müayinədən keçmək üçün zəruri şərait yaradılmasına baxmayaraq iddiaçı tibbi müayinədən keçməkdən imtina edib. İşin bu halı tərəflər arasında olan “email” yazışmaları ilə də təsdiq olunur. Əmək Məcəlləsinin 62 və 266-cı maddələrinin mənasına görə, işəgötürən bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda...mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əmək haqqı ödənilir. Ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməlidir. İşçilər icbari tibbi müayinələrdən keçməkdən boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyyələri yerinə yetirmədikdə, işəgötürən bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada onları işdən kənar edə, habelə müvafiq intizam məsuliyyətinə cəlb edə bilər. Göründüyü kim i, işçi işdən kənarlaşdırıldıqda ona işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əmək haqqı o, vaxt ödənilir ki, o, üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməsin və ya bundan imtina etsin. Hazırki halda, iddiaçı tibbi müayinədən üzrlü səbəbdən keçməməsinə dair nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə heç bir sübut təqdim etməyib. Əksinə, onun tibbi müayinədən keçməkdən imtina etməsi tərəflər arasında olan “email” yazışmaları ilə də təsdiq olunur. Bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs on a vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəllilərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edi lməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2021-ci il tarixli, 2(103)-8010/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-818/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-818/2022
01.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver