Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-818/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, əsl olmayan cavabdeh (işəgötürən hüquqi şəxsin filialı olduqda), qətnamənin qanuniliyi və əsaslılığı, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək haqqı və son haqqh esabın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6465/2023 nömrəli 13 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 30 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İşəgötürən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qazaxıstan Respublikasındakı filialı ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı aparıcı mütəxəssis vəzifəsində işə qəbul olunmuşdur.
2. Müqaviləyə əsasən əmək haqqı 750000 tenge məbləğində müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cə miyyətinə (bundan sonra – cavabdeh və ya ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il üzrə həmin ilin oktyabr ayının 20-dən noyabr ayının 20-dək ödənilməli olan məbləğin 472874 tenge (1749,63 manat), noyabr ayının 20-dən dekabr ayının 20-dək 668405 tenge (2473,10 manat), 2021-ci il üzrə həmin ilin dekabr ayının 20-dən yanvar ayının 21-dək 665372 tenge (2461,88 manat), yanvar ayının 21-dən fevral ayının 21-dək 664260 tenge (2426 manat), fevral ayının 21-dən mart ayının 21-dək 336926 tenge (1246,63 manat), mart ayının 21-dən aprel ayının 21-dək 750000 tenge (2900 manat) olmaqla, cəmi 13257,24 manat məbləğində ödənilməmiş əmək haqqının, 7046,26 məbləğində ödənilməmiş son haqq hesabın və 50 manat mediasiya xərci olmaqla, cəmi 20353,5 manat məbləğində pul vəsaitinin cavabd ehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh tərəfindən ödənilməmiş 11364,63 manat əmək haqqının, 8152,61 manat ödənilməmiş son haqq hesabın və 375683 manat məbləğində məzuniyyət haqqının cavabdehdən tutularaq pul vəsaitinin iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən aylıq xidmət haqqı 750000 tenge, həmin dövrün valyutasına uyğun olaraq 2900 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə əsasında o, öz öhdəliklərini lazımi qaydada yerinə yetirsə də, cavabdeh tərəfindən 2020-ci ilin oktyabr ayından etibarən aylıq xidmət haqqı olan 2900 manat məbləğində pul vəsa iti tam şəkildə bu günədək ödənilməmişdir. Cavabdeh tərəfindən ona təqdim edilən hesabdan çıxarışa nəzər yetirdikdən sonra ona ödənilməli olan xidmət haqqının hesaba tam həcmdə köçürülməməsi faktı aşkar edilmişdir. Bundan başqa, 7046,26 manat məbləğində kompensasiya, məzuniyyət haqları - son haqq-hesab ona işdən çıxarılan zaman ödənilməmişdir.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermiş və göstərmişdir ki, iddiaçı tərəfindən 2020-ci ilin oktyabr, noyabr, dekabr, 2021-ci ilin yanvar, fevral mart ayları üzrə ödənilməyən əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətlərinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın hesablanıb ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edilsə də, Azərbaycan Resp ublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar həmçinin ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
7. İddiaçı tərəfindən iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz ərizəsi təqdim edilmiş və göstərilmişdir ki, hazırkı mübahisə ilə bağlı olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş, daha sonra məhkəmə tərəfindən aidiyyət üzrə kommersiya məhkəməsinə göndərilmişdir. Lakin məhkəmələr arasında məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan məsələnin həll edilməsi üçün iş Ali Məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin araşdırmasından sonra işin kommersiya mü bahisəsi olduğu qənaətinə gəlinmiş və baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin zaman iddia tələbinin kommersiya məhkəməsi tərəfindən baxılması üçün iddia tələbi həmin hissədə azaldılaraq qalan iddia tələbi ilə bağlı mülki mübahisə ilə əlaqədar olaraq Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Göründüyü kimi, ilkin məhkəməyə müraciətdən öncə mediasiya sessiyasında iştirakı, məhkəmələr arasında fikir ayrılığı və işin Ali Məhkəmədə araşdırılaraq yenidən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi və digər halları nəzərə alınmaqla iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edildiyi görünür.
8. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli qərardadı ilə i ş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2284 №-li ekspert rəyinə əsasən, iş materiallarında olan sənədlərə və Azərbaycan Respublikası Mərkəzi Bankının sayt məlumatlarına əsasən 2020-ci ilin noyabr ayından 2021-ci ilin mart ayına qədər iddiaçıya ödənilməsi nəzərdə tutulan əmək haqqının (hər ay üzrə) Qazaxıstan Respublikasının milli valyutasından Azərbaycan Respublikasının milli valyutasına çevirdikdə məbləği ümumilikdə 11364,63 manat, iddiaçıya ödənilməmiş son haqq-hesabı və məzuniyyət haqqı məbləğinin Qazaxıstan Respublikasının milli valyutasından Azərbaycan Respublikasının milli valyutasına çevirdikdə iddiaçıya ödənilməli olan son haqq hesabın məbləği 8152,61 manat, öd ənilməli olan məzuniyyət haqqı məbləği isə 3.756,28 manatdır.
9. Birinci instansiya məhkəməsinin 2(005)-914/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia tələbi təmin edilməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə əmək münasibətlərinə “işəgötürən” statusunda daxil olan, barəsində işə qəbulu əlaqədar müvafiq əmr verən, həmçinin əmək müqaviləsinin şərtlərini müəyyən edən şəxs "xxxx" ASC deyil, həmin ASC-nin Qazaxıstan Respublikasındakı filialıdır. Hazırkı iş üzrə tərəflər arasında əmək münasibətləri yaranmamışdır, cavabdeh qismində göstərilmiş hüquqi şəxs işçi ilə işəgötürənin hüquq və vəzifələrini tənzimləyən əmək müqaviləsinin tərəfi deyildir, iddiaya cavab verməli şəxs ASC-nin Qazaxıstan Respublikasındakı filialıdır
11. Məhkəmə həmçinin qe yd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr məhkəməyə təqdim edilməmişdir. Halbuki əmək mübahisələrində bu qəbildən olan sənədləri təqdimetmə yükü cavabdehin üzərinə düşür. Belə ki, cavabdeh iddiaçıya münasibətdə iqtisadi cəhətdən daha güclüdür və əmək münasibətləri ilə bağlı hər növ sənədləşmənin aparılmasında daha geniş imkanlara malikdir və öhdəliklər daşıyır. Belə olan təqdirdə iddiaçının dəqiq olaraq hansı tarixdə hüquqlarının pozulduğunu müəyyən etmək qeyri-mümkündür.
12. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə göstərmişdir ki, mülki işin materiallarında olan müvafiq qətnamə və qərardadlardan görünür ki, iddiaçı ilkin olaraq məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Daha sonra məhkəmələr arasında aidiyyətlə bağlı məsələyə Az ərbaycan Respublikasının Ali Məhkəməsində baxılmış (26 may 2022-ci il tarixdə), mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daha sonra sonuncu tərəfindən Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Mülki iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan vaxt iddia tələbi dəqiqləşdirilmiş, tərəflər arasında olan xidməti müqavilədən irəli gələn mübahisəyə baxılaraq xx.xx.2022-ci il tarixdə qətnamə qəbul edilmişdir. Tərəf həmin ilin noyabr ayının 4-də cavabdehə mediasiya təklifi göndərərək, hazırkı əmək müqaviləsindən irəli gələn mübahisəni həll etməyi təklif etmişdir. Belə olan halda, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, iddiaçı hərəkətsizlik göstərməmiş, əksinə Bakı Kommersiya Məhkəməsinin qətnaməsi qəbul edildikdən dərhal sonra mediasiyaya müraciət etmişdir. Cavabde h təşkilat birinci instansiyada olan ilkin icraat zamanı iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməmişdir.
13. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsi, 3cü maddəsinin 1-ci və 3-cü hissələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarıl masını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilkin olaraq cavabdeh ilə xx.xx.2018-ci il tarixindən AN/DXM/005/0118 saylı xidməti müqavilə bağlamış və Bakı şəhəri ərazisində yerləşən şirkətində çalışmışdır. 14 iyun 2019-cu il tarixində ASCnin tapşırığı ilə Qazaxıstan Respublikasında fəaliyyət göstərən filialına ezamiyyətə göndərilmişdir. Cavabdehin xx.xx.2017-ci il tarixli, 14-Q/17 saylı qərarı ilə "xxxx" ASC-nin filialı təsis edilmiş və xx.xx.2017-ci il tarixli 01 №-li əmri ilə X1 filialın rəhbəri təyin edilmiş və filialın bütün texnikaları cavabdeh ASC-yə məxsus olmuşdur. Təsadüfi deyil ki, filial öz fəaliyyəti barədə bütün hesabatları ASC-yə təqdim etmiş və fəaliyyətini dayandırdıqdan sonra onun rəhbəri ASC-yə geri çağırılmış və filialın istifadəs ində olan bütün texnikalar ASC-yə geri qaytarılmışdır. Onun ezamiyyətə göndərilməyi və uzun müddət filialda işləməyi Qazaxıstan Respublikasının qanunvericiliyinə zidd olduğundan belə qərara gəlinmişdir ki, onunla cavabdeh arasında xx.xx.2018-ci il tarixindən AN/DXM/005/0118 saylı xidməti müqavilənin qüvvədə olmasına baxmayaraq, "xxxx" ASC-nin filialı ilə əmək müqaviləsi bağlamalıdır. Ona görə də xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin filialı (filialın direktoru Pşeniçnıy A.N ) onunla əmək müqaviləsi bağlamışdır. Birinci instansiya məhkəməsi "xxxx" ASC-nin filialının cavabdeh tərəfindən təsis edilməsi, cavabdeh tərəfindən "xxxx" filialının rəhbərinin vəzifəyə təyin və təsdiq edilməsi, "xxxx" ASC-nin filialının bütün əmlaklarının ASC-yə məxsus olması, cavabdehin 29/1 Nömrəli xx.xx.2019cu il tarixli əmri ilə ASC-nin Qazaxıstan Respublikasında yerləşən "xxxx" filialına ezamiyyə olunmağı, ezamiyyə müddətinin bir neçə dəfə ASC tərəfindən uzadılması, onun ezamiyyə müddəti barədə sənədlərin həm filial, həm də ASC tərəfindən təsdiq edilməsi, cavabdehin təklifi və göstərişi ilə onun "xxxx" ASC-nin filialı ilə əmək müqaviləsi bağlamağı tapşırması, filialın qanunla müəyyən edilmiş müddətlərdə ASC-yə hesabatlar verməsi, cavabdehin hesab vərəqində “AKKORD” Sənaye Tikinti İnvestisiya Korporasiyası qeyd olunmuş blankında "xxxx" ASC-nin filialının olması faktı, filialın ləğv edilməsindən sonra filialın istifadəsinə verilmiş əmlakların ASC-yə qaytarılması, filialın ləğv edilməsinə baxmayaraq, bu vaxta kimi onunla olan əmək müqaviləmə xitam verilməməsi, eyni zamanda cavabdehin onun işdən a zad olunmağı barədə əmrin verilməsi və əmək kitabçasında hər hansı qeydin edilməməsi kimi halları aydınlaşdırmamış və göstərilən faktları nəzərə almamış, nəticədə əsassız qətnamə qəbul etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6465/2023 nömrəli 13 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi) X3 və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə öz mövqeyinə dair qeyd etmişdir ki, iddiaçı cavabdehin Qaza xıstan Respublikasında qeydiyyata alınmış filialının xx.xx.2018-ci il tarixli, AR-İ 720789 nömrəli etibarnamə əsasında fəaliyyət göstərən direktoru ilə xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bağlamışdır. Həmin müqavilənin məzmunundan görünür ki, müqavilə Qazaxıstan Respublikasının əmək qanunvericiliyinə uyğun tərtib edilmişdir. İşdə olan sənədlərdən həmçinin görünür ki, iddiaçının əmək haqqı da filial tərəfindən ödənilmişdir.
18. İddiaçının hazırkı iş üzrə tələbi məhz cavabdehin Qazaxıstan Respublikasında qeydiyyata alınmış filialı ilə bağlanmış əmək müqaviləsi üzrə əmək haqqının və son haqq-hesabın ödənilməsi ilə bağlıdır. Əmək qanunvericiliyinə əsasən işçi ilə işəgötürən arasında olan münasibətlərin tənzimlənməsi Əmək Məcəlləsinin müvafiq normalarına əsasən həyata keçirilir. Həmin Mə cəllənin 3-cü maddəsinin 1-ci hissəsində verilən anlayışa görə müəssisə mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir. Göründüyü kimi, mülki qanunvericilikdən fərqli olaraq əmək qanunvericiliyi hüquqi şəxsin filialını əmək hüquq münasibətlərinin bərabərhüquqlu subyekti hesab etmişdir. Hazırkı iş üzrə iddiaçı ilə əmək münasibətlərinə “işəgötürən” statusunda daxil olan, barəsində işə qəbulu əlaqədar müvafiq əmr verən, həmçinin əmək müqaviləsinin şərtlərini müəyyən edən şəxs cavabdeh ASC deyil, ASC-nin Qazaxıstan Respublikasındakı filialıdır. Cavabdeh ilə iddiaçı arasında isə əmək münasibətləri yaranmamışdır.
19. Məhkəmə qeyd etmişdir ki, iddiaçı filialın fəaliyyət göstərmədiyini bildirsə də, bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki iddiaçı birinci instansiya məhkəməsində vəkili ilə təmsil olunmuş, zəruri sənədlərin alınması ilə bağlı vəkil sorğusu vermək, onları müstəqil əldə etmək imkanı olmadıqda həmin sənədləri tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət etmək imkanı olmuş, lakin bunu etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçını n cavabdehlə bağladığı xidməti müqavilənin xitam edilməsi və ya ləğv edilməsi barədə heç bir əmr olmamışdır. Müqavilənin şərtlərinə görə, "xxxx" ASC-nin Filialı ‘İşçi” kimi məcburi ayırmalar istisna olmaqla, ayda 750000 tenqedən (2900 manat ) ibarət vəzifə maaşı müəyyən edilmişdir. İddiaçı işlədiyi dövrdə onun əmək haqqı ilkin aylarda ödənilsə də, sonradan tam ödənilməmiş və o zaman iddiaçının tələbinə cavab olaraq bildirilmişdir ki, filialın baş idarəsi, yəni ASC-nin məsələdən məlumatı vardır, heç bir problem olmadan işçilərin bütün əmək haqqı üzrə borcları ödəniləcəkdir. Ona görə iddiaçı və digər işçilər əmək haqqı üzrə borclarının ödənilməsi barədə rəhbərliyin sözlərinə inanmışlar. Filialın ləğv edilməsinə baxmayaraq, bu vaxta kimi iddiaçının nə filialla olan əmək müqaviləsinə xitam ve rilmiş, nə də ASC iddiaçının işdən azad olunmağı barədə əmr vermiş və əmək kitabçasında hər hansı bir qeyd etmişdir. Bununla da Əmək Məcəlləsinin 81- 85-ci maddələrinin tələbləri kobud pozulmuşdur.
22. Qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun struktur bölmələrinin rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin verdiyi etibarnamə ilə şərtləndirir. Əmək Məcəlləsinin 70-ci maddəsi isə əmək müqaviləsinin məhz işəgötürən tərəfindən ləğv olunmasının əsaslarını müəyyən etmişdir. Göründüyü kimi, işçi ilə əmək müqaviləsi yalnız onunla əmək müqaviləsini bağlamış işəgötürən tərəfindən qanunvericiliyə müvafiq olaraq ləğv oluna bilər. İş materiallarından göründüyü kimi, iddiaçı işəgötürən ASC-nin Qazaxıstan Respublikasındakı filialı ("xxxx") ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən 2-ci kateqoriya işlər üzrə işə qəbul edilmişdir. b)
23. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
25. Maddə 53.2. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsi
26. Maddə 3, 1-ci hissə. Müəssisə mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir.
27. Maddə 3, 3-cü hissə. İşəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlar ı “ 28. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli qərar. ““...Mülki hüquq münasibətlərində hüquqi şəxs müqavilənin istənilən bərabərhüquqlu tərəfi ola bildiyi halda, əmək hüquq münasibətlərində hüquqi şəxs yalnız işəgötürən qismində çıxış edir. Mülki hüquq münasibətlərindən fərqli olaraq əmək hüquq münasibətlərinin tərəflərindən biri mütləq fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq fiziki şəxsin əməyi durur. Qanunvericinin Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsində işəgötürənə verdiyi anlayışa görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Bununla da qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun struktur bölmələrinin rəhbərlərini işəgötürən olaraq qəbul edir...”. 29. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 22 fevral 2024-cü il tarixli qərar. “Mülki Məcəllənin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Mülki Prosessual Məcəllənin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncun un təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülkiprosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.
32. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.
33. Maddə 50.4. Qanunda nəzərdə tutul an hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərard adda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməs i ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
45. Belə ki, iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdeh ASC-nin Qazaxıstan Respublikasında qeydiyyata alınmış filialı ilə bağlanmış 01 iyul 2019-cu il tarixli əmək müqaviləsinə əsasən həmin filialda işləmiş, əmək müqaviləsi Qazaxıstan Respublikasının əmək qanunvericiliyinə uyğun tərtib olunmuş, əmək haqqı da filial tərəfindən ödənilmişdir. Əmək Məcəllənin 3-cü maddəsinin 1-ci hissəsində verilən anlayışa görə hüquqi şəxsin filialı əmək hüquq münasibətlərinin bərabərhüquqlu subyektidir. Hazırkı iş üzrə iddiaçı ilə əmək münasibətlərinə “işəgötürən” statusunda daxil olan, barəsində işə qəbulu əlaqədar müvafiq əmr verən, həmçinin əmək müqaviləsinin şərtlərini müəyyən edən şəxs cavabdeh ASC deyil, ASC-nin Qazaxıstan Respublikasındakı filialıdır. Cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə iddiaçı arasında isə əmək münasibətləri yaranmamışdır, ASC deyil, ASC-nin Qazaxstan filialı iddia tələbi üzrə cavab verən şəxsdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin göstərilən qənaəti qanunvericiliyinin yuxarıda sadalanan normalarının tələblərinə uyğun olmamışdır.
47. Belə ki, işin mübahisəsiz hallarına görə İşəgötürən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qazaxıstan Respublikasındakı filialı ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı həmin filialda aparıcı mütəxəssis vəzifəsində işə qəbul olunmuş, əmək müqaviləsini işəgötürən kimi ASC-nin Qazaxstan Respublikasındakı filialının direktoru imzalamış, bu zaman o, ASC tərəfindən verilmiş 29 dekabr 2018-ci il tarixli AR-1720789 nömrəli baş etibarnamə əsasında ASC-nin adından çıxış etmişdir. ASC-nin Qazaxstan Respublikasındakı filialı onun bölməsidir, hüquqi şəxs hesab olunmur, hüquqi şəxs olan ASC-nin təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirir.
48. İş materiallarında "xxxx" Açıq Səhmd ar Cəmiyyətinin Qazaxıstan Respublikasındakı filialının məhkəmələrdə iddiaçı və ya cavabbeh olması barədə ASC tərəfindən təsdiq edilmiş əsasnaməsi, habelə əmək hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəmələrdə cavabdeh ola bilməsi barədə ASC tərəfindən verilmiş etibarnamə aşkar edilməmişdir. Filial hüquqi şəxsin struktur bölməsi olduğuna görə mülki prosessual fəaliyyət qabiliyyətinə malik deyildir, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından, sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Belə olan halda "xxxx" ASC-nin hazırkı iddia üzrə cavab verən şəxs olmaması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi qənaət qanuni və əsaslı hesab oluna bilməz.
49. Eyni mövqe “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddə sinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 22 fevral 2024-cü il tarixli qərarında da göstərilmşidir. Həmin qərara görə hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır. Mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn s ubyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir.
50. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, struktur bölməsinin hüquqi şəxsin adından çıxış etmək səlahiyyəti verən əsasnamənin, habelə məhkəmələrdə hüquqi şəxsin adından çıxış etməsi üçün etibarnamənin olması hüquqi şəxsin özünə qarşı iddia qaldırmasını istisna etmir, çünki hər bir halda struktur vahidi hüquqi şəxsin adından çıxış edir, onun üçün hüquq və vəzifələr yaradır.
51. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə almadan, təqdim olunmuş sübutları tam və hərtərəfli araşd ırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının 2(103)-6465/2023 nömrəli iş üzrə 13 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.