Məhkəmə qərarları › İş №2(102)-8263/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8263/2019

30.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8263/2019 30.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi – hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin direktoru İddiaçı və vəkili X5 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli, 2(103)10145/2019 nömrəli qərardadından iddiaçının kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC-nin direktoru İddiaçı cavabdeh 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməs inə qarşı mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən mənəvi ziyana görə 10000000 (on milyon) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “xxxx” MMC-nin direktoru İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Aparatının rəhbəri X2 qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinə müraciət edərək, 31.08.2017-ci il tarixli **********210300, **********138600 və **********113700 saylı məktublara qanuna müvafiq qaydada cavab verilməsi üçün vergilər naziri X3 təhvil verilməsi öhdəliyinin Vergilər Nazirliyi Aparatının rəhbəri X1 üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 30 oktyabr 2017-ci il tarixli qər ardadı ilə hesab etmişdir ki, iddiaçı hüquqi şəxs olmasına baxmayaraq məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməli olan dövlət rüsumu ödənilmədiyindən iddia mümkün sayıla bilməz. Qərardaddan verilmiş şikayət Bakı Apelyasiya Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli 2-1(103)-2839/2017 nömrəli qərardadı ilə təmin olunmamışdır. Sonuncu qərardaddan kassasiya şikayəti Ali Məhkəmənin qərarı ilə təmin edilmiş, qərardad ləğv edilmiş və işə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 10 may 2018-ci il tarixli 2-1(103)-1248/2018 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli qərardadı ləğv edilmişdir. Bakı Apelya siya Məhkəməsinin 10 may 2018-ci il tarixli 2-1(103)-1248/2018 nömrəli qərardadında qeyd olunmuşdur ki, “...birinci instansiya məhkəməsi iddiaçının dövlət rüsumu ödəyicisi olduğunu müəyyən etdiyi təqdirdə hansı məbləğdə dövlət rüsumu ödəməli olmasını bildirməmiş və bu halda iddiaçı qeyri-müəyyən vəziyyətdə qalmaqla məhkəmə müdafiəsindən istifadə etmək hüququndan məhrum olmuşdur.” Bu səbəbdən cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəyən 10000000 (on milyon) manat məbləğində mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.T.Tağıyeva) 26 oktyabr 2018-ci il tarixli 2(006)-6566/2018 saylı qərardadı ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilmişdir. Həmin qərardaddan iddiaçı şikayət vermiş, Bakı şəhəri Nə simi Rayon Məhkəməsinin (hakim N.T.Tağıyeva) 07 dekabr 2018-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Sonuncu qərardaddan verilmiş şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli 2(006)-6566/2018 saylı qərardadı ilə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin (hakimlər F.Ş.Talışinski, Z.Ə.Əliyev və R.Ə.Eyvazov) 04 fevral 2019-cu il tarixli 2(103)-2545/2019 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qərardadı ləğv edilmiş, məhkəmənin 26 oktyabr 2018-ci il tarixli qərardadından iddiaçının şikayətinə baxılması üçün iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.A.Xəlilov) 05 aprel 2019-cu il tarixli qərardadı ilə 26 oktyabr 2018-ci il tarixli qər ardad ləğv edilərək işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.T.Tağıyeva) 03 may 2019-cu il tarixli 2(006)-3089/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Ə.Kərimli, X.A.Cəmilova və E.Y.Şamayev) 10 sentyabr 2019-cu il tarixli, 2(103)-10145/2019 nömrəli qərardadı ilə iddiaçı “xxxx” MMC-nin direktoru İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli 2(006)-3089/2019 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı “xxxx” MMC-nin direktoru İddiaçı cavabdeh 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinə qarşı mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli, 2(103)10145/2019 nömrəli qərardadından iddiaçı kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı “xxxx” MMC-nin direktoru İddiaçı və vəkili X5 oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli, 2(103)-10145/2019 nömrəli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə gömdərilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qərardad qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin direktoru İddiaçı və vəkili X5 oğlu kassasiya şikayətini müdaf iə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsi işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 10 sentyabr 2019-cu il tarixli qərardadla mülki iş üzrə icraata xitam verərkən haqlı olmuş, maddi və prosessual hüquq normala rını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “xxxx” MMC-nin direktoru İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Aparatının rəhbəri X2 qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinə müraciət edərək, 31.08.2017-ci il tarixli **********210300, **********138600 və **********113700 saylı məktublara qanuna müvafiq qaydada cavab verilməsi üçün vergilər naziri X3 təhvil verilməsi öhdəliyinin Vergilər Nazirliyi Aparatının rəhbəri X1 üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 30 oktyabr 2017-ci il tarixli qərardadı ilə hesab etmişdir ki, iddiaçı hüquqi şəxs olmasına baxmayaraq məhkəməyə iddia ərizəsi ilə mür aciət edən zaman qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməli olan dövlət rüsumu ödənilmədiyindən iddia mümkün sayıla bilməz. Qərardaddan verilmiş şikayət Bakı Apelyasiya Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli 21(103)-2839/2017 nömrəli qərardadı ilə təmin olunmamışdır. Sonuncu qərardaddan kassasiya şikayəti Ali Məhkəmənin qərarı ilə təmin edilmiş, qərardad ləğv edilmiş və işə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 10 may 2018-ci il tarixli 2-1(103)-1248/2018 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli qərardadı ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 10 may 2018-ci il tarixli 2-1(103)-1248/2018 nömrəli qərardadında qeyd olunmuşdur ki, “...birinci instansiya məhkəməsi iddiaçının dövlət rüsumu ödəyicisi olduğunu müəyyən etdiyi təqdirdə hansı məbləğdə dövlət rüsumu ödəməli olmasını bildirməmiş və bu halda iddiaçı qeyri-müəyyən vəziyyətdə qalmaqla məhkəmə müdafiəsindən istifadə etmək hüququndan məhrum olmuşdur.” İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəyən 10000000 (on milyon) manat məbləğində mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən q anunla müəyyən olunmuş qaydada həyata keçirilir. 7.1-ci maddəsinə əsasən ədalət mühakiməsini həyata keçirərkən hakimlər müstəqildirlər. 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdir. Hüquqi dəyərləndirmə zamanı “iura novit curia” – “məhk əmə hüququ bilir” prinsipi tətbiq olunur, başqa sözlə, hüquqi dəyərləndirmə zamanı məhkəmə üçün tərəflərin mövqeyi heç bir halda məcburi deyildir, çünki hüququn tətbiqi məhkəmənin vəzifəsidir və buna bilavasitə məhkəmə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.3-cü maddəsinə əsasən ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda sadalanan maddi hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi haqqlı olaraq qeyd etmişdir ki, hazırkı iddia tələbi üzrə iddiaçının narazı qaldığı məhk əmə qərarı yuxarı instansiya məhkəmələri tərəfindən baxılıb qiymət verilmişdir. Ləğv edilmiş məhkəmə aktına görə qərarı qəbul etmiş məhkəməyə qarşı qəbul etdiyi hüquqi dəyərləndirməyə görə iddia tələbinə nə məhkəmədə, nə də ondan kənar qaydada baxıla bilməz. Məhkəmənin qəbul etdiyi qərara görə həmin məhkəməyə qarşı mənəvi zərərə görə iddianın qaldırılması hakimlərin fəaliyyətinə kənar təsir kimi qiymətləndirilməklə hakimlərin müstəqilliyi prinsipinə ziddir. Buna görə də bu cür iddialar yolverilməz olmaqla həmin iddialara məhkəmədə baxılmalı deyil. Hazırkı iş məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraş dırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli, 2(103)-10145/2019 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar