Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-827/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “04” fevral 2019-cu il iş № 2(102)-827/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə,Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, Cavabdeh vəkili X1 iştrakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2016-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 iyul 2015-ci il tarixli qətnaməsi ilə (hakim: F.X.Mirzəyev; 2(008)-741/2015) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında Bakı şəhəri, ********************* saylı yaşayış binasının 1-ci blokunun 60(hazırki nömrəsi 72) saylı, ümumi sahəsi 92.06 kv.metr olan 2 otaqdan ibarət mənzilin alqı-satqısına dair 18 iyul 2011-ci il tarixli 14231 saylı müqaviləsinin ləğv edilməsi, həmin mənzilin boşaldılması, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması və Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 30 manat iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətininxeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2016-cı il tarixl, qətnaməsi ilə (hakimlər: T.M.Əliye v (sədrlik edən və məruzəçi), T.S.Səmədov vəİ.S.Şirinov; 2(103)138/2016) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 iyul 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, *************** saylı yaşayış binasının 1-ci blokunun 60(hazırki nömrəsi 72) saylı, ümumi sahəsi 92.06 kv.metr olan 2 otaqdan ibarət mənzilin alqı-satqısına dair 18 iyul 2011-ci il tarixli ******* saylı müqaviləsinin ləğv edilməsi, həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun iddiaçının xey rinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış 18 iyul 2011-ci il tarixli, ***** nömrəli müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, ***************** yerləşən, 7 nömrəli binanın, blok 1,2 otaqdan ibarət, ümumi sahəsi 92.06 m2 olan 60 nömrəli (hazırkı nömrəsi 72 olan) mənzili cavabdehə satmağı, cavabdeh isə mənzilin dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək mənzili cavabdehə təhvil vermişdir. Lakin müqavilənin tələbləri cavabdeh tərəfindən pozulmaqdadır. Belə ki, müqavilənin 3.2.2.1-ci bəndinə görə alıcı aylıq ödəniş haqqı kimi müəyyənləşdirilmiş 710.32 manat pulu hər ayın 18-nə kimi satıcıya ödəməli dir. Lakin artıq uzun müddətdir ki, cavabdeh tərəfindən aylıq ödəniş həyata keçirilmir. Bu hal müqavilənin 3.1.1.3-cü bəndinə əsasən iddiaçıya həmin müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ verir. Həmin bəndə əsasən alıcı müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəlikləri pozduqda, satıcının müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ vardır. Cavabdeh tərəfindən müqavilədən irəli gələn öhdəliklərin icra olunmaması müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına dəlalət edir.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdi və izahatında göstərdi ki, maddi vəziyyəti aşağı olduğu üçün mənzil haqqına görə yığılıb qalmış borcunu vaxtında ödəyə bilməmişdir, lakin buna baxmayaraq ona bir qədər vaxt verilsə borcu ödəməyə təminat verir. Kassasiya şikayətinin dəlilləri Ca vabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili X2 məhkəmə iclasında kassasiyaşikayətininməzmununauyğunizahatverərəkşikayətintəminedilməsinixahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq,iddiaçı və cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlm əmişlər. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün i şin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən 18 iyul 2011-ci il tarixli 14231 nömrəli alqı-satqı müqaviləsindən müəyyən edilir ki, satıcı İddiaçı Bakı şəhəri, ***************** nömrəli yaşayış binasının 60 (haz ırkı nömrəsi 72) nömrəli mənzilini alıcı Cavabdeh 170.476,71 manata satmağı, sonuncu isə həmin məbləği hər ay 710,32 manat olmaqla 240 ay müddətində ödəməyi öhdəsinə götürsə də, müqavilə üzrə öhdəlikləri lazımınca icra etməmiş və bunun nəticəsində onun borcu yaranmışdır. 18 iyul 2011-ci il tarixli 14231 nömrəli alqı-satqı müqaviləsinin 2.1-ci bəndindən görünür ki, ödəniləcək məbləğ 170476.71 manat müəyyən olunub. 09-03/2414 saylı 20 noyabr 2014-cü il tarixli məktubdan görünür ki, cavabdeh İddiaçı-yə olan borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca içra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisy ə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 18 iyul 2011-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə görə, satıcı İddiaçı Bakı şəhəri, ************************* nömrəli yaşayış binasının 60 (hazırkı nömrəsi 72) nömrəli mənzilini alıcı Cavabdeh 170.476,71 manata satmağı, sonuncu isə həmin məbləği hər ay 710,32 manat olmaqla 240 ay müddətində ödəməyi öhdəsinə götürsə də, müqavilə üzrə öhdəlikləri lazımınca icra etməmiş və bunun nəticəsində onun borcu yaranmışdır. Cavabdeh apellyasiya şikayətində mübahisəl i evə dair ödəmələrin məhz iddiaçının günahından gecikdirdiyini qeyd etsə də, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin təmin olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul ed ildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 15 yanvar 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əli Rüstəmov Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov
Məhkəmə qərarları › İş №2(102)-827/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-827/2019
04.02.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver