Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-827/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 Məhəmməd qızına və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlak tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5927/2021 nömrəli iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları m üəyyən etdi: İşin halları Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən 10 yanvar 2020-ci il tarixində verilən, AZİ seriyalı, 322649 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X6 ilə X2 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 08 noyabr 2018-ci il tarixində 62 № ilə qeyd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.01.2019-cu il tarixli, 2(001)-1622/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı və iki azyaşlı övladı Cavabdeh2 İlham oğlu, X7 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 40, 17 B saylı evə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1622/2019 saylı, 03 fevral 2020-ci il tarixli qərardadından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(0 01)-10361/2018 saylı, 05 dekabr 2018-ci il tarixli qərardadına əsasən, ünvan 1 ünvanında yerləşən mənzildə olan mətbəx mebeli 12 şkaf, 2 mərtəbəli uşaq kravatı, yataq səsti 2 tunba, komot və 6 qapılı şifoner, iki dəst divan, kreslo, stol-stul dəsti, stenka mebel, 4 ədəd xalça, 1 ədəd palma ağacı, uşaq stolu, 1 ədəd paltaryuyan maşın, 4 ədəd pərdə, soba 1 ədəd, 1 ədəd tozsoran, 5 dəst çay servisi, 2 dəst bakal, 1 ədəd televizor, 1 ədəd DVD, 1 ədəd krosnu antena, 1 ədəd “Gepas” ətçəkən maşının üzərinə həbs qoyulmaqla siyahıya alınaraq salamatlığının təmin edilməsi vəzifəsi cavabdehlər X3 və Cavabdeh3 həvalə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1622/2019 saylı, 03 fevral 2020-ci il tarixli qərardadı ilə həmin əmlaklar üzərinə qoyulmuş bütün məhdudiyyətlərin ləğv edilməsi və həbsin götürülməsi qərara alınmışdır. Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Hüseynov Ə.Q, tələbkar İddiaçı, borclu Cavabdeh3, hal şahidi X1 iştirakı ilə tərtib edilən aktdan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-10361/2018 saylı, 05 dekabr 2018-ci il tarixli qərardadının icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 40, 17 B saylı evdə həmin icra vərəqində sadalanan əşyalara baxış keçirilmişdir. İcra sənədində qeyd edilən əşyaların 1 ədəd xalçadan başqa hamısının yerində olduğu müəyyən edilmişdir. Həmin əmlaklar üzərinə həbs qoyulmuş sağlamlığının təmin edilməsi və saxlanması üçün Cavabdeh3 təhvil verilmişdir. Məhkəməyə təqdim edən icraçılar tərəfindən tərtib edilmiş video görüntüdən müəyyən edilir ki, cavabdehlər iddiaçıya məxsus əşyaları ona təhvil verməkdən imtina edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən iddiaçıya məxsus cehiz əşyalarını mətbəx mebeli 12 ədəd şkaf (1500 manat), stol (800 manat), 2 mərtəbəli uşaq krovatı (700 manat), yataq dəsti 2 tunba, komot, və 6 qapılı şfaner (2500 manat), iki dəst divan kreslo (1000 manat), stol-stul dəsti (600 manat), stenka mebel (3000 manat), 4 ədəd xalça (1000 manat), 1 ədəd palma ağacı (70 manat), 1 ədəd paltar yuyan maşın (700 manat), 4 ədəd pərdə (300 manat), soba 1 ədəd, 1 ədəd tozsoran (400 manat), 5 dəst çay servisi, 2 dəst bokal, 1 ədəd televizor (800 manat), 1 ədəd “Gepas” ətçəkən maşın (100 manat), 1 ədəd ütü (7 0 manat), 1 ədəd fen (80 manat), 4 ədəd döşək, 5 ədəd yorğan (döşək yorğan cəmi 1000 manat), 2 dəst obed servisi, 5 ədəd çay dəsti, bir neçə dəst boşqablar (bütün qab dəstləri 4000 manat), qaşıq, çəngəllər (250 manat), 2 ədəd lustr çıl-çıraq (700 manat), yumşaq oyuncaqlar, 3 dəst bakallar, 7 ədəd vazalar, 8 ədəd məhrabalar, 8 ədəd can dəsmalları, 5 ədəd yataq dəsti, 7 ədəd pokrival, 5 ədəd çay dəsmalı (bütün pokrıval, məhrabalar 900 manat), süfrələr (500 manat), pərdələr (300 manat), 20 ədəd gül dibçəyi, ləpə qabları, saatlar, mətbəx üçün qabları, 100 ədəd kasetlər, 1 ədəd krosnu antena (70 manat), DVD lcrosna aparatı (50 manat), play station (50 manat), 1 ədəd uşaq stulu (70 manat), bankalar, geyim əşyaları, eləcə də dublyonka (600 manat) və s. cehiz əşyalarının götürülməsi ilə bağlı mane ənin aradan qaldırılması, evə yerləşdirilməsi, əks halda zədələnmiş və ya yararsız hala salınmış cehiz əşyalarının dəyərinin 22.140 (iyirmi iki min yüz qırx ) manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əri X6 ilə 15 iyul 2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan 2 övladı dünyaya gəlmişdir. 07 avqust 2003-cü il təvəllüdlü Cavabdeh2 İlham oğlu, 02 may 2006-cı il təvəllüdlü X7 anadan olmuşlar. O, ailə həyatı qurduqdan sonra birgə nikah dövründə Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 40, ev 17 B saylı evi valideynlərinin dəstəyi, köməyi ilə tikərək orada ailə, yəni əri və uşaqları ilə birgə yaşamışdır. Ona məxsus cehiz əşyaları da həmin evdə onun istifadəsində olmuşdur. Bir müddət o əri ilə mehriban dolansa da, sonradan ailə münasibətləri pozulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-498/2018 saylı, 10.09.2018-ci il tarixli qətnaməsi ilə əri X6 ilə olan nikah münasibətlərinə xitam verilmiş, azyaşlı uşaqların onun yanında saxlanması qət edilmişdir. O, əri ilə nikah münasibətlərinə daxil olarkən cehiz əşyaları, gündəlik istifadəsində olan digər əşyalar, geyim əşyaları, birgə nikah dövründə tikdirdiyi evdə onun istifadəsində olmuşdur. Sonradan onun ailə münasibətlərində gərginlik yarandığı zaman o, evindən qovulmuş və nikahı məhkəmə qaydasında pozulduqdan sonra cavabdehlər tərəfindən həmin evə buraxılmamışdır. Hətta bununla bağlı onun cavabdehlərə qarşı birgə nikah dövründə tikdirdiyi evə “evə köçürülmə” barədə iddia tələbi Binəqədi rayon məhkəməsində mülki işə baxı larkən istifadəsində olan cehiz əşyalarının üzərinə iddianın təmin tədbiri kimi həbs qoydurmuşdur. Ona məxsus cehiz əşyaları Binəqədi rayon məhkəməsinin 05.12.2018-ci il tarixli, 2(001)10361/2018 saylı qərardadı ilə həbsdə olduğu zaman cavabdehlər ondan gizlin icazəsi olmadan cehiz əşyalarını, eləcə də mətbəx mebelini sökdürərək qanunsuz olaraq onların evdən boşaldılaraq həyətdə istifadədə olan anbar kimi nəm bir otaqa yığmışdırlar. O, məhkəmənin iddianın təmin tədbiri barədə qərarın icrası zamanı evində istifadəsində olan ona məxsus cehiz əşyalarını aşkar edə bilməmişdir. Cehiz əşyalarını soruşduqda ona məxsus cehiz əşyaların həyətdəki anbara yığılmasını, açarın da iddiaçıya verilməməsi və həmin əşyaların oradaca qalmasını baldızı Hicran inadkarlıqla bildirmişdir. Məhkəmənin qərarı ilə o, evə köçürüldüyü zaman dəfələrlə cehiz əşyalarını evinə yığılmasını bildirdikdə cavabdeh Hicranla mübahisələri yaranmışdır. Artıq məhkəmənin qərarının icrası ilə evə köçürüldüyü zaman baldızı Hicran cehiz əşyalarının üzərində həbsin olmasını bəhanə edərək cehiz əşyalarının üzərindən həbsi götürüldüyü təqdirdə ona məxsus cehiz əşyalarının verilməsini bildirərək onu aldatmışdır. O da cavabdehin yalan sözünə inanmaqla məhkəməyə müraciət edərək Binəqədi Rayon Məhkəməinin 03 fevral 2020-ci il tarixli, 2(001)-1622/2019 saylı qərardadı ilə əşyalarının üzərindən həbsi götürmüşdür. Lakin həbsi götürdükdən sonra baldızı yenə də ona cehiz əşyalarını verməmiş, həmin əşyaları ona evinə yerləşdirməyi imkan verməmişdir. Baldızı onun cavabdehlərə qarşı olan evə köçürülmə iddia məhkəmədə baxıldığı zaman görünüş üçün onun cehiz əşyaralarını qanunsuz evdən çıxararaq öz əşyalarını ora yerləşdirməklə guya həmin evin ona məxsus olmasını hamıya inandırmaqla yekunda məhkəməni səhv nəticəyə gəlməsinə inandırmaq istəyirdi, hətta onun mətbəx mebelini də sökdürürək mətbəxdən çıxartmışdır. Cavabdeh Hicran onunla mübahisəli evdə yaşamadığı halda onun əri ilə nikahları pozulduğu zaman evə zorla girərək və öz əşyalarını yerləşdirərək, onun həmin evə köçürülməsinə mane olmağa çalışmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.09.2019-cu il tarixli, 2(102)-6388/2019 saylı qərarı ilə o, evə köçürüldükdən sonra cehiz əşyalarının həyətdəki anbardan götürərək yenidən evə yerləşdirməsinə cavabdehlər imkan verməmişdirlər. Dəfələrlə bununla bağlı o, hüquq mühafizə orqanlarına müraciət etsə də, aralarındada olan mübahisənin mülki xarakterli olmasını və bununla bağlı məhkəməyə müraciət olunmağı tövsiyyə edilmişdir. O, cehiz əşyalarını götürərək yenidən evinə yığılması barədə cavabdehlərlə razılıq əldə edə bilməmişdir. Ona məxsus olan cehiz əşyaları, məhkəmə araşdırması zamanı üzərinə həbs qoyulmuş olsa belə evdən qanunsuz sökülərək çıxarılmış, anbara yerləşdirilmiş, 2 il ərzində o əmlakından məhrum olunmuşdur. Həmin əmlaklar artıq yararsız hala düşdüyündən dəyərini itirmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev, iş № 2(001)-2179/2021) iddia təmin edilərək, iddiaçıya məxsus olan aşağıda qeyd edilən əşyaların: 1)12 ədəd şkaf (1500 manat), 2)stol (800 manat), 3)2 mərtəbəli uşaq kravatı (700 manat), 4)yataq dəsti 2 tunba, komot və 6 qa pılı şifoner (2500 manat), 5)iki dəst divan-kreslo (1000 manat), 6)stol-stul dəsti (600 manat), 7)stenka mebel (3000 manat), 8)4 ədəd xalça (1000 manat), 9)1 ədəd palma ağacı (70 manat), 10)1 ədəd paltar yuyan maşın (700 manat), 11)4 ədəd pərdə (300 manat), 12)soba 1 ədəd, 13)1 ədəd tozsoran (400 manat), 14)5 dəst çay servisi, 2 dəst bokal, 15)1 ədəd televizor (800 manat), 16)1 ədəd “Gepas” ətçəkən maşın (100 manat), 17)1 ədəd ütü (70 manat), 18)1 ədəd fen (80 manat), 19)4 ədəd döşək, 5 ədəd yorğan (cəmi 1000 manat), 20)2 dəst obed servisi, 5 ədəd çay dəsti, bir neçə dəst boşqablar (cəmi 4000 manat), 21)qaşıq, çəngəllər (250 manat), 22)2 ədəd çıl-çıraq (700 manat), 23)yumşaq oyuncaqlar, 3 dəst bakallar, 7 ədəd vazalar, 24)8 ədəd məhrabalar, 8 ədəd can dəsmalları, 5 ədəd yataq dəsti, 7 ədəd pokrival, 5 ədəd çay dəsmalı (bütün pokrıval, məhrabalar 900 manat), 25)süfrələr (500 manat), 26)pərdələr (300 manat), 27)20 ədəd gül dibçəyi, ləpə qabları, saatlar, mətbəx üçün qabları, 100 ədəd kasetlər, 28)1 ədəd krosnu antena (70 manat), 29)DVD krosna aparatı (50 manat), 30)playstation(50 manat), 31)1 ədəd uşaq stulu (70 manat), 32)bankalar, geyim əşyaları, 33)dublyonka (600 manat) iddiaçı tərəfindən götürülməsinə cavabdehlər Cavabdeh3, Cavabdeh1 Məhəmməd qızı və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbində göstərilən əşyaların mövcudluğunu və iddiaçıya məxsus olması Binəqədi Rayon Məhkəməsinin 2(001)10361/2018 saylı, 05 dekabr 2018-ci il tarixli qərardadı ilə, həmin əşyaların cavabdehlərə məxsus B akı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 40, 17 B saylı evdə olması isə iş materiallarında olan icra məmuru tərəfindən tərtib edilən və Cavabdeh3 tərəfindən imzalanan aktla təsdiq olunur. Cavabdehlərin həmin əşyaları ona təhvil verməkdən imtina etməsi, iddiaçının əşyalarını götürülməsi ilə bağlı maneənin olduğu icra məmuru tərəfindən aparılmış video çəkilişdən müşahidə olunur. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov, iş № 2(103)5927/2021) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlər iddiaçının keçmiş baldızı, qayınanası və qayınatasıdır. İddiaçı ailə qurduqdan sonra Binəqədi qəsəbəsi, Mədən 1, korpus 40-da yerləşən 17B nömrəli evdə yaşamışdır. Sonradan münasibətlər pozulmuş, tərəflərin arasında evlə bağlı mübahisə olmuş, iddiaçının həmin evə köçürülməsi barədə məhkəmə qətnaməsi qəbul olunmuşdur. Müəyyən olunur ki, iddiaçının əşyaları evin həyətindəki ayrıca tikiliyə yığılıb, cavabdehlər iddiaçının əşyalarını oradan götürməsinə maneə yaradırlar. Ona görə də məhkəmə Mülki Məcəllənin 157.2 və 157.4-cü maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh3 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5927/2021 nömrəli iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçının əşyalarının götürməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə münasibətdə cavabdehlərin bu tələbin təmin olunmasına heç bir etirazlarının olmadığını nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur. b) Kassasiya ş ikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə müb ahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh3 kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan i stifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və on lardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tə tbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində n əzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5927/2021 nömrəl i iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-827/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-827/2022
25.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver