Məhkəmə qərarları › İş №2(102)-8311/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8311/2019

26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8311/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 dekabr 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-935/2019 saylı, 15 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim N.Tağıyeva) iddia tələbi təmin edilməmişdir Bakı Apellyasiya Məhkəm əsinin MK-nın 07 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseyn (sədrlik edən, məruzəçi), E.Nəbiyev və R.Qurbanov, 2(103)8565/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)935/2019 saylı, 15 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh ASC-yə (3-cü şəxs Binəqədi rayon İcra və Probasiya Şöbəsi) qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 15 may 2008-cı il tarixli ipoteka müqaviləsi əsasında iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, ÜNVANndə yeni inşa edilmiş 78v saylı binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123,0 kv.m olan qeyri-yaşayış sahəsi üzərində olan ipote kaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2347/2016 saylı 24 iyun 2016-cı il tarixli qərarı ilə iddiaçı X1 qızı və vəkili TXnun kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2016-cı il tarixli, 2(103)380/2016 saylı qərardadı ləğv edilmiş, iş üzrə yeni qərardad qəbul edilmiş, iddiaçı X1 qızının iddianı təmin etmək barədə ərizəsi təmin edilmiş, cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, ÜNVANndə is tifadədə olan 0,1150 ha torpaq sahəsində 78v saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 123 kv.metr, əsas sahəsi 107,2 kv.metr, köməkçi sahəsi 15,8 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması, həmin qeyriyaşayış sahəsinin üzərində sərəncam verilməsi və hərracda satılması cavabdeh İddiaçı, Cavabdeh ASC və başqa şəxslərə qadağan edilmişdir. "xxxx" MMC-nin Binəqədi rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 3274 saylı 09 iyul 2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən 07 yanvar 2018-ci il tarixdə Bakı şəhəri,Yasamal rayonu, ÜNVANndə istifadədə olan 0.1150 ha torpaq sahəsində yerləşən 78v nömrəli binanın 1-i mərtəbəsində yerləşən, 107.2 kv.m əsas, 15.8 kv.m köməkçi sahədən ibarət, ümumi sahəsi 123 kv.m olan qeyri-yaşayış sahəsinin açı q hərracda satılmasına dair elan verilmişdir. Belə ki, müvafiq işlə bağlı İddiaçı cavabdehlər "xxxx" MMC və Yasamal rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, satın almaqla üstünlük hüququnun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2014cü il tarixli qərardadına əsasən İddiaçı iddia ərizəsi təmin edilərək 07.01.2015-ci il tarixdə əmlakın satışı ilə açıq hərracın keçirilməsi "xxxx" MMC və Yasamal rayon İcra Şöbəsinə qadağan edilmişdir və nəticədə 07.01.2015-ci il tarixdə keçiriləcək olan hərracın icrası dayandırılmışdır. Daha sonra Yasamal rayon Məhkəməsinin 03.03.2015-ci il tarixli 2(004)1207/2015 saylı qərardadı ilə 26.12.2014-cü il tarixli 2(004)-12331/2014 saylı müvafiq qərardad ləğv edilmişdir. Bununla bağlı, "xxxx" MMC tərəfindən yenidən hərracın keçirilmə vaxtı 06.07.2015-ci il tarixə müəyyən edilmişdir. İddiaçı ərizəsi əsasında Səbail Rayon Məhkəməsinin 07.05.2015-ci il tarixli 2(009)1880/2015 saylı qərardadı ilə 06.07.2015-ci il tarixdə "xxxx" MMC tərəfindən hərracın keçirilməsinin dayandırılması barədə qərar qəbul edilmişdir. Həmin məhkəmənin 23.06.2015-ci il tarixli 2(009)-1880/2015 saylı qərardadı ilə hərracın keçirilməsinin dayandırılması barədə qərardad ləğv edilmiş və "xxxx" MMC tərəfindən yenidən hərracın keçirilməsi vaxtı 11.11.2015-ci il tarixdə müəyyən edilmişdir. Daha sonra müvafiq əmlakla bağlı iddiaçı X1 qızı cavabdeh İddiaçı qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmiş, eyni zamanda iddianın təmin tə dbiri qismində 11.11 2015-ci il tarixə təyin olunmuş hərracın keçirilməsinə qadağa qoyulmasını məhkəmədən xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)14330/2015 saylı 05.11.2015-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş və müvafiq sözügedən əmlakın açıq hərracdan satışı qadağan edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18.01.2016-cı il tarixli qərardadı ilə Cavabdeh ASC tərəfindən verilmiş şikayət təmin edilmiş və müvafiq iş üzrə Binəqədi Rayon Məhkəməsinin 05.11.2015-ci il tarixli qərardadı ləğv edilmişdir. "xxxx" MMC tərəfindən növbəti hərracın keçirilməsi 06.07.2016-cı il tarixə təyin edilmişdir. Məhkəmə qərarından narazı qalan X1 qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 18.01.2016-cı il tarixli qərarının ləğv edilərək, şikayətin təmin olun ması ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24.06.2016-cı il tarixli qərarı ilə iddiaçı X1 qızının kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilərək Bakı şəhəri, Yasamal rayonu, ÜNVANndə istifadədə olan 0.1150 ha torpaq sahəsində yerləşən 78v nömrəli binanın 1-i mərtəbəsində yerləşən 107.2 kv.m əsas, 15.8 kv.m köməkçi sahədən ibarət, ümumi sahəsi 123 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuş, həmin qeyri-yaşayış sahəsinin üzərində sərəncam verilməsi və hərracda satılması cavabdeh İddiaçı, Cavabdeh ASC və başqa şəxslərə qadağan edilmişdir. Nəticədə iş üzrə keçirilən hərraclar müxtəlif məhkəmə qərarlarına əsasən baş tutmamışdır. Bundan əlavə, sifarişin daxil olduğu tarixdən indiyədək 5 ildən artıq müddət keçdiyindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 06.2016-cı il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, ÜNVANndə istifadədə olan 0.1150 ha torpaq sahəsində yerləşən 78v nömrəli binanın 1-i mərtəbəsində yerləşən 107.2 kv.m əsas, 15.8 kv.m köməkçi sahədən ibarət, ümumi sahəsi 123 kv.m olan qeyri-yaşayış sahəsinin hərracda satılması qadağan edildiyindən sifarişin icrası ilə əlaqədar sənəd icra edilmədən Sizə qaytarılır”. Hərracın dayandırılması barədə 05 iyul 2016-cı il tarixli 038 saylı protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, ÜNVANndə istifadədə olan 0.1150 ha torpaq sahəsində yerləşən 78v nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 107.2 kv.m əsas, 15.8 kv.m köməkçi sahədən ibarət, ümumi sahəsi 123 kv.m olan qeyriyaşayış sahəsinin hərracı AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2347/2016 saylı 24 iyun 2016-cı il tarixli qərarı ilə dayandırılmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsini işin müəyyən edilmiş hallarına tətbiq etməklə və habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 25 mart 2003-cü il tarixli, “Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən apellyasiya instansiya sı məhkəməsi iddianı təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 07 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar