Məhkəmə qərarları › İş №2(102)-837/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-837/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-837/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: Bank "xxxx" ASC-nin Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-837/22 (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 2(104)-3204/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC kassasiya şikayəti üzrə işə 01 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəy yən etdi: İşin halları İşin hallarına görə, iddiaçı "xxxx" ASC məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, Bankla Cavabdeh1 arasında bağlanmış 16 mart 2010-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 03 dekabr 2020-ci il tarixə olan əsas borca görə 13.032,09 manat, hesablanmış faizə görə 2.229,47 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti, 0,0465 ha torpaq sahəsində yerləşən 235 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, kredit borcunun satışdan əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 tutulması və ipot eka predmetinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 may 2021-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim T.Ş.Qocayev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 16 mart 2010-cu il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən Cavabdeh1 180 ay müddətinə, illik 8 faizlə 50.**0 manata kredit verilib. Eyni zamanda, 16 mart 2010-cu il tarixli alqı-satqı, ipoteka müqavilələrinə əsasən, Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti, 0,0465 ha torpaq sahəsində yerləşən 235 saylı fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətinə keçib və həmin ev 16 mart 2010-cu il tarixli kredit müqaviləsinin təminatı kimi Bank ın xeyrinə ipoteka ilə yüklü edilib. 16 mart 2010-cu il tarixli kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən, kreditin ödənilməsi müddəti 01 aprel 2010-cu ildən 01 mart 2025-ci il tarixədək müəyyən edilib. Birinci ödəmə (288,94 manat) və sonuncu ödəmə (476,51) manat istisna olmaqla, aylıq 477,83 manat ödənilməsi nəzərdə tutulub. Qrafik üzrə 01 dekabr 2020-ci il tarixə Cavabdeh1 qalıq borcu 20.6**,18 manat təşkil etməlidir. Belə olan halda Cavabdeh1 öhdəliyin icrasını gecikdirmədiyi, əksinə artıq ödəniş etdiyi və tərəflər arasında ödəniş məbləği və ya kredit müddətinin azaldılması barədə əlavə razılaşmanın olmadığı müəyyən edilir. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 417.1, 419.2, 420.2-ci maddələrinin və digə r maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.S.Süleymanov sədrlik edən, məruzəçi, Ş.Q.Rzaquliyev və A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının t ələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 14.2.1, 386.1, 739.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsin də əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar ı araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə ara şdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin fak tiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayəti ndə apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 16 mart 2010-cu il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən Cavabdeh1 180 ay müddətinə, illik 8 faizlə 50.**0 manata kredit verilib. Eyni zamanda, 16 mart 2010-cu il tarixli alqı-satqı, ipoteka müqavilələrinə əsasən, Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti, 0,0465 ha torpaq sahəsində yerləşən 235 saylı fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətinə keçib və həmin ev 16 mart 2010-cu il tarixli kredit müqaviləsinin təminatı kimi Bankın x eyrinə ipoteka ilə yüklü edilib. 16 mart 2010-cu il tarixli kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən, kreditin ödənilməsi müddəti 01 aprel 2010-cu ildən 01 mart 2025-ci il tarixədək müəyyən edilib. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, tərəflər arasında olan razılaşmaya görə birinci ödəmə (288,94 manat) və sonuncu ödəmə (476,51) manat istisna olmaqla, aylıq 477,83 manat ödənilməsi nəzərdə tutulub. Qrafik üzrə 01 dekabr 2020-ci il tarixə Cavabdeh1 qalıq borcu 20.6**,18 manat təşkil etməlidir. Belə olan halda Cavabdeh1 öhdəliyin icrasını ge cikdirmədiyi, əksinə artıq ödəniş etdiyi və tərəflər arasında ödəniş məbləği və ya kredit müddətinin azaldılması barədə əlavə razılaşmanın olmadığı müəyyən edilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə i ştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 7.5-ci maddəsinə əsasən, bu müqaviləyə əlavə, dəyişikliklər və düzəlişlər tərəflər arasında yazılı sazişin bağ lanması yolu ilə həyata keçirilir. Mülki Məcəllənin 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Bank tərəfindən kredit müddətinin birtərəfli qaydada dəyişdirilməsi nə müqavilədə, nə də qanunvericilikdə müəyyən edilməyib. Bank tərəfindən məhkəməyə kredit müddətinin qısaldılmasını təsdiq edən heç bir sənəd təqdim edilməyib. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, ödəniş qrafiki üzrə Cavabdeh1 01 dekabr 2020-ci il tarixə qalıq borcu 20.6**,18 manat təşkil etdiyi halda, sonuncunun yüksək məbləğdə ödəniş etməsi ilə həmin tarixə Banka olan əsas qalıq borc u 13.032,09 manat olmuşdur ki, bu da onun qeyd edilən kredit müqaviləsi ilə üzərinə düşən öhdəliklərini pozmaması kimi qiymətləndirilməlidir. İddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd olunması üçün əsasların olmadığını və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüqu q normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməs i tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 2(104)-3204/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar