Məhkəmə qərarları › İş №2(102)-843/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-843/2023

29.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-843/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-843/2023 (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi, birgə ödənilmiş vəsaitin tələb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi, birgə ödənilmiş vəsaitin tələb edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4098/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ndən Cavabdeh (vəkili Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 29 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ilə xx.xx.2010-cu il tarixində rəsmi nikaha daxil olmuşdur. 2. xx.xx.2010-cu il tarixli kredit müqaviləsi əsasında Cavabdeh "xxxx" KB ASC-dən Bakı şəhəri, N mənzilin əldə edilməsi üçün 300 ay müddətinə qaytarılması şərti ilə 40000 manat məbləğində kredit götürmüşdür. Borclu göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı kimi N mənzili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh tərəfindən xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 40752,36 manat məbləğində ödəniş edilmişdir. 3. xx.xx.2018-ci il tarixdə X4 ilə Cavabdeh ara sında ilkin müqavilə bağlanmış, bu müqaviləyə əsasən Həsən Rzazadə ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilini Cavabdeh mülkiyyətinə verməyi, sonuncu isə ilkin müqavilə ilə nəzərdə tutulmuş 50.000 manat məbləğində vəsaitini Həsən Rzazadəyə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər 6 ay müddətində əsas müqavilə bağlamağı öhdələrinə götürmüşdürlər. 4. xx.xx.2021-ci il tarixdə X4 tərəfindən ilkin alğı-satqı müqaviləsi ləğv edildikdən sonra 50.000 manat məbləğində pul vəsaiti notariusun bankda açılan depozit hesabı vasitəsilə Cavabdeh geri qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məza hir Rüstəmov küçəsi, 20 saylı evin 62 saylı mənzilinə görə tərəflərin nikahda olduqları müddət ərzində ödənilmiş cəmi 40300 manat ipoteka krediti ödənişinin yarısını təşkil edən 20150 manatın, ünvan 2 ünvanında yerləşən yaşayış binasının 11 saylı mənzilinə dair X4 ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 40 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 3M-13 saylı ilkin müqavilənin pozulması nəticəsində Cavabdeh əldə etdiyi 50000 manatın yarısını təşkil edən 25000 manatın və dövlət rüsumu kimi ödənilmiş 150 manatın ümumilikdə 45450 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2010-cu ildə nikaha daxil olmuşdur. Son vaxtlar ailə təsərrüfatının idar ə edilməsi və digər məsələlərlə bağlı aralarında yaranmış mübahisə səbəbindən, İddiaçı birgə nikahlarından əldə edilmiş əmlakda payının müəyyən edilməsi və nikahda olduqları müddətdə cavabdehin ipoteka krediti üzrə borcu üçün birgə gəlirlərindən ödədikləri məbləğin ½ hissəsinin cavabdehdən tutularaq ona ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı işin məhkəməyədək həlli ilə bağlı, mübahisənin mediasiya prosesində həll edilməsi üçün qarşı tərəfə mediasiya təklifi göndərmiş, qarşı tərəfin razılığı əsasında Mediasiya Şurasının üzvü X3 mediator kimi fəaliyyətə başlamış, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə mediasiya prosesi həyata keçirilmiş, mübahisənin tərəflərin qaşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü səbəbindən mediasiya prosesinə xitam verilmiş, bu barədə xx.xx.2021-ci il tarixli AM02-10/-21-1 saylı protokol tərtib edilmişdir. Göstərilən əsaslardan hazırkı tələblə məhkəməyə müraciət edilməsi üçün tam hüquqi əsaslar yaranmışdır. Tərəflərin birgə nikahda olduqları müddətdə, Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış binasının 11 saylı mənzilini əldə etmiş, bununla bağlı X4 ilə Cavabdeh arasında Bakı şəhəri 40 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 3M-13 saylı ilkin müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin satış qiyməti 50000 manat müəyyən edilmiş, müqavilənin 2.2- ci bəndinə əsasən Cavabdeh tərəfindən 50000 manat müqavilə bağlanarkən notariusun bankdakı depozit hesabına ödənilmişdir. Beləliklə, həmin mənzil tərəflərin nikahı dövründə onların birgə gəlirlərindən əldə edi lmişdir. Mənzil əldə edilən vaxt təmirsiz vəziyyətdə olmuş, tərəflərin birgə gəlirlərindən tam təmir olunaraq yaşayışa yararlı hala gətirilmişdir.

7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra–birinci instansiya məhkəməsi) e-2(011)-389/2022 nömrəli, 18 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddia təmin edilmiş, Cavabdeh ümumilikdə 45150 (qırx beş min yüz əlli) manat və dövlət rüsumunun əvəzi olan 150 (yüz əlli) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanmışdır. Birgə nikah dövründə xx.xx.2018-ci il tarixdə Cavabdeh ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilə dair X4 ilə daşınmaz əmlakın alğı-satqısına dair ilkin müqavil ə bağlanmışdır. Həmin müqaviləyə əsasən, mənzilin dəyəri 50000 manat müəyyən edilmiş, sonradan xx.xx.2021-ci il tarixdə həmin müqavilə ləğv edilmiş və X4 tərəfindən 50000 manat Cavabdeh qaytarılmışdır. Mübahisəli Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 20 nömrəli binada yerləşən 62 nömrəli mənzil xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh tərəfindən əldə edilmiş, daha sonra ipoteka müqaviləsi üzrə ödənişlər xx.xx.2010-cu il tarixdən birgə nikah dövründə aparılmışdır. Tərəflər arasında olan nikah münasibətləri 2021-ci ilin sentyabr ayında pisləşmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 11 saylı mənzil tərəflərin birgə nikah dövründə əldə edilmiş, lakin sonradan müqavilə ləğv edildiyindən pul vəsaiti cavabdehə geri qa ytarılmışdır. Müqavilənin ləğvi və pul vəsaitinin qaytarılması isə tərəflərin nikah münasibətləri faktiki kəsildiyi vaxtda olduğundan, iddiaçı mənzilə dair ödənilmiş, lakin sonradan geri qaytarılmış pul vəsaitinin yarı hissəsinin cavabdehdən tutulub xeyrinə ödənilməsini, həmçinin tərəflərin nikaha daxil olduğu vaxta qədər cavabdehin adına ipoteka müqaviləsi əsasında alınmış Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 20 nömrəli binada yerləşən 62 nömrəli mənzilə dair birgə nikahın bağlandığı vaxtdan münasibətlərin faktiki pisləşdiyi xx.xx.2021-ci il tarixədək ödənilmiş ipoteka ödənişinin yarı hissəsinin cavabdehdən tutularaq xeyrinə ödənilməsini tələb etməkdə haqlıdır.

10. Məhkəmə həmçinin, qeyd etmişdir ki, iddiaçının ayrı-ayrılıqda bütün tələbləri təmin olunduğundan, iddia ərizəsinə əl avədə iddiaçının tələblərinin ümumi məbləğinin 45450 manat göstərilməsini məhkəmə texniki səhv olaraq qəbul edir.

11. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 32, 35, 37.1-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini xahiş etmişdir.

13. Şikayət belə əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli 3M-13 saylı ilkin müqavilənin pozulması nəticəsində Cavabdeh əldə etdiyi 50000 manatın yarısını təşkil edən 25000 manatın ona ödənilməsi barədə iddia tələbi əsassızdır. Belə ki, həmin mənzil val ideynlərinin ona aldığı mənzilin satılması nəticəsində alınmalı idi. Sonradan müqavilə pozuldu, əldə olunan 50000 vəsait borcların ödənilməsinə sərf olundu. İpoteka ilə alınan mənzillə bağlı isə qeyd etmişdir ki, həmin mənzil nikahdan əvvəl (nikah xx.xx.2010-cu il) yəni, xx.xx.2010-cu ildə alınıb. Həmin mənzilin ipoteka ödənişlərini də rəhmətə gedənə kimi onun atası ödəmişdir. Bundan başqa, iddiaçının işləmədiyini, işlədiyi vaxtda da gəlirinin az olduğunu, ailənin ehtiyaclarının onun tərəfindən qarşılandığını bildirmişdir.

14. İşə apellyasiya qaydasında baxılarkən “X2” ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4098/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Anar Tanrıverdiyev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Xətai Rayon Məhkəməsinin 2(011)-389/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi “birgə nikah dövründə ipoteka qaydasında əldə edilmiş mənzilə görə cavabdehdən tutulacaq məbləğ” hissəsində dəyişdirilmiş, Cavabdeh alınaraq İddiaçı verilməli olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 20 nömrəli binada yerləşən 62 nömrəli mənzilə dair birgə nikah dövründə aparılmış ipoteka ödənişinin məbləği 20.087,085 manat, cəmi tutulan məbləğ isə 45.087,085 manat müəyyən edilmişdir.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı etmişdir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər Ailə Məcəlləsinin 32-ci maddəsinin və Mülki Məcəllənin 225.1-ci maddəsinin tələbləri baxımından əsassız olmuşdur.

17. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən birgə nikah dövründə ipoteka ödənişlərinin məbləği ilə bağlı zəruri araşdırma aparılmadığından (bankdan ödənişlə bağlı arayış və sair sənəd tələb edilmədən) yalnız iddiaçının tələbində göstərdiyi 40300 manat məbləğin ½ hissəsində iddia tələbi təmin olunduğundan, hazırda aparılan araşdırma nəticəsində Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 20 nömrəli binada yerləşən 62 nömrəli mənzilə dair birgə nikah dövründə aparılmış ipoteka ödənişinin məbləğinin 40174,17 manat (40174,17 manatın ½ hissəsi 20.087,085) olduğu müəyyən edildiyindən, qətnamə həmin hissədə dəyi şdirilməlidir. Qətnamə ipoteka kreditinin ödənişi hissəsində dəyişdirilmiş (20.087,085 manat) və müqavilənin pozulması nəticəsində tutulmuş məbləğ (25000 manat) hissəsində dəyişdirilmədən saxlanılmışdır, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ cəmi 45.087,085 manat təşkil etmişdir.

18. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 225.1-ci, Ailə Məcəlləsinin 32.1, 32.2.1, 32.2.2, 32.3, 36.3-cü və MPM-in 14.2, 77.1, 372-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Qətnamədən Cavabdeh (vəkili Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə tərtib edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin 2015-ci ildən 2021-ci ilin sentyabr ayına olan dövr ərzində 34 ay rəsmi iş yeri olmamışdır, amma buna baxmayaraq aylıq ipoteka üzrə sığorta ödənişləri də daxil olmaqla, işsiz olaraq aylıq 400 manata yaxın pul ünvan 3 ünvanında yerləşən mənzilin krediti üçün xərclənmişdir. Bundan əlavə 5 nəfər üçün aylıq nəqliyyat xərcləri, kommunal ödənişlər və qida xərcləri də orta hesabla aylıq 2000 manatdan çox pulun ayrılmasını tələb edirdi. Cavabdeh tərəfindən bütün məbləğləri ödənilmişdir və bu gün də ödənilməkdə davam edir. Məhkəmə və iddiaçı cavabdehdən xərc qəbzləri tələb edir, lakin xüsusi olaraq nəzərə alınmalıdır ki, pul vəsaiti daşınar əmlakdır və qüvvədə olan Mülki və Ailə qanunvericiliyinin tələblərinə görə həmin daşınar əmlakın sərəncamına dair ər-arvadın ümumi razılığının mövcudluğu ehtimal olunur. Mübahisə edən tərəf bunun əksini sübut etməlidir. Bu isə mümkün deyil, çünki iddiaçı cavabdehin vəziyyətinin həqiqətdə necə ağır və çətin olduğunu bilirdi. Onun məhkəməyə ilk öncə müraciət etməsi bir daha onu göstərir ki, nikahın pozulması və sair hallar cavabdehin deyil, iddiaçının planlarına daxil idi. Cavabdeh isə ağır zamanlarda sadəcə ailəni dolandırmağa və vəziyyətdən çıxmağa çalışmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçının vəkili Vəkil4 kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin təmin ediləməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiç etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respub likasının Mülki Məcəlləsi

22. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

23. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

24. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) (32.2.1); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (32.2.2).

25. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi i stinad etdiyi halları sübut etməlidir.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən as ılı olmayaraq yoxlanılmalıdır.

31. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayət ində qətnamə kassator tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətra flı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

36. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail o lmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

38. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4098/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar