Məhkəmə qərarları › İş №2(102)-852/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-852/2023

28.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-852/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı ilkin; İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğvi, maliyyə arayışının etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi və öhdəliklərə xitam verilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “mənzilin sahibliyə və istifadəyə verilməsi, mənzildən istifadə hüquqlarının h əyata keçirilməsinə müdaxilə və maneçilik hərəkətlərinin qadağan edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2(103)5841/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 28 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən, İddiaçı MMC Bakı şəhəri, Xətai rayonu ərazisində S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində tikilməkdə olan yaşayış binasının 3-cü mərtəbəsində 1 otaqlı, 60 kv.m-dən ibarət 103 nömrəli mənzili alıcıya satmağı, alıcı isə həmin mənzili qəbul etməyi və mənzilin dəyəri olan 96000 manat pulu bu müqavilə ilə müəyyən edilmiş vaxtlarda ödəməyi öhdəsinə götürmüşdür.

2. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Bakı Şəhəri Nərimanov Rayon Prokurorluğunun xx.xx.2019-cu il tarixli qərarı ilə X4 xx.xx.2017-ci il tarixdə özünü öldürməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinın (CM) 125-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraata həmin faktda cinayət tərkibi olmadığına görə CM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X7 göstərmişdir ki, Fuad Ramazanov şikayətində ilkin olaraq oğlu Elvindən 159.000 ABŞ dolları və 405.000 manat tələb etmişdir. Lakin sonradan ona qarşılıqlı razılaşmaları əsasında dostu Babayev Vəliyullahdan Bakı şəhəri, Xətai rayonundakı qadınlar üçün 4 saylı CÇM-nin yaxınlığında inşa etdirdiyi yüksəkmərtəbəli binadan 96.000 manat dəyərində 1 otaqlı mənzili 78.000 manat alaraq Fuad Ramazanovun xahişi ilə hazırda adını xatırlamadığı qadının adına rəsmiləşdirmiş və qadına bununla bağlı müqavilə, protokoldan çıxarış və maliyyə arayışı verilmişdir. Həmin qərara əsasən, istintaq zamanı şahid qismində dindirilmiş X1 göstərmişdir ki, 2015-ci ilin mart ayında direktoru olduğu MMC tərəfindən ünvan 1 ünvanında 19 mərtəbəli yaşayış binasının inşasına başladıqdan bir neçə ay sonra Əziz Əliyev ona müraciət edərək bildirmişdir ki, bacısı Nüşabə üçün həmin binadan bir ədəd bir otaqlı mənzil almaq istəyir, lakin pulunu yalnız 2 aydan sonra ödəyə biləcək. Etiraz etməyib Əziz Əliyevin de diyi Nüşabə adlı qadının adına MMC ilə həmin binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 kv.m olan, bir otaqlı, 96.000 manat dəyərində mənzilin alqı-satqısı barədə müqaviləni imzalayıb Əziz Əliyevə təqdim etmiş, Əziz də həmin müqaviləyə Nüşabəyə imza etdirərək bir nüsxəsini ona vermişdir. Aralarında mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışının pul ödənilən vaxt veriləcəyi razılaşdırılıb. Həmin vaxt binanın hələ özülünün bir hissəsi qazılmış olub. Həmin mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışını isə 2017-ci ilin sentyabr ayında imzalayaraq və möhürlə təsdiq edərək Əziz Əliyevə vermişdir. Əziz Əliyevin intihar etmiş oğlunun yas mərasimində ona bildirmişdir ki, həmin bir otaqlı mənzilin dəyərini özü ödəyəcək və daha heç kimə verən deyil. İş üzrə qəbul edilmi ş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı MMC (bundan sonra – iddiaçı, MMC yaxud qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh (bundan sonra – cavabdeh yaxud qarşılıqlı iddia üzrə iddiaçı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, tərəflər arasında olan öhdəliklərə xitam verilməklə xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixli müqavilənin bağlanmasına əsas səbəb ondan ibarətdir ki, İddiaçı MMC-nin direktorunun çox yaxın dostu olan Əziz Əliyev onlara müraciət edərək oğlunun külli miqdarda borcunun olduğunu, həmin şəxslərin oğluna qarşı müvafiq qaydada prokurorluq orqanına müraciət etdiyini, borcu qaytarmayacağı təqdirdə ona qarşı cinayət işinin başladılacağını bildirərək, əvvəlki şərikliyi, dostluğunu nəzərə alaraq, oğlunun azyaşlı övladının olmasını və həbsxanalarda çürüməməsi üçün ona köməklik göstərməyi xahiş etmişdir. Əziz müəllim cavabdehin şəxsiyyət vəsiqəsini xx.xx.2016-cı il tarixdə MMCyə təqdim edərək cavabdehlə sahəsi 60 kv.m olan 1 otaqlı mənzilə dəyəri 96000 manat olmaqla müqavilə bağlamalarını ondan xahiş etmişdir. O, Əziz müəllimə müqavilə bağlanmasında hər hansı bir problemin olmadığını, lakin müqavilə üzrə vəsait ödənilmədiyindən maliyyə arayışı verə bilməyəcəyini bildirmişdir. Əziz müəllim hər şeyə hazır olduğunu, nəyin bahasına olursa olsun oğlunun həbsə girməyinə izin verməmələrinə dair onlara yalvarmağa başlamışdır. Əziz müəllimə olan inam və etibarından irəli gələrək cavabdehə yuxarıda qeyd edilən mənzilin alqı-satqısına dair müqavilə imzalayaraq və guya ki, 96000 manat pulun ödənildiyi, lakin maliyyə arayışı vermədən müvafiq sənədləri Əziz müəllimə təqdim etmişlər. Əziz müəllim müvafiq sənədləri aparıb dediyinə görə borc sahiblərinə imzalatdırıb MMC-yə təqdim etmişdir. Lakin, xx.xx.2017-ci il tarixdə Əziz müəllim bir daha gələrək maliyyə arayışı olmadığı üçün oğlundan Bakı şəhər prokurorluğuna şikayət edildiyini bildirərək bir daha pulu vəziyyətdən çıxan kimi ödəyəcəyinə söz verərək maliyyə arayışı verilməsi üçün yalvarmışdır. Bildirirlər ki, Əziz müəllimin oğlu mərhum Elvin Əziz oğlu təzyiqlərə dözməyərək özünü asaraq intihar etmişdir. Bundan s onra dəfələrlə cavabdehə müraciət edərək mənzilin pulunun ödənilmədiyini və belə davam edəcəyi təqdirdə müqaviləni ləğv edəcəyini bildirsələr də, bu günə qədər cavabdehdən hər hansı bir cavab ala bilməmişlər. Odur ki, məcbur qalaraq məsələnin məhkəmə qaydasında həll edilməsinə qərar vermişlər. Birmənalı olaraq məhkəmənin diqqətinə çatdırırlar ki, aralarında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə məhz bu səbəblərdən xx.xx.2017-ci il tarixdə maliyyə arayışı verilmişdir. Müqaviləyə əsasən qeyd edilən 96000 manat vəsait MMC-nin xəzinəsinə daxil olmadığına görə maliyyə arayışı yarımçıq qalmaqla mühasib tərəfindən imzalanmamışdır. Belə ki, qeyd olunan maliyyə arayışı yarımçıq olmaqla bərabər həm də etibarsızdır. 96000 manat vəsaitin MMC-nin xəzinəsinə mədaxil olmadığı hər iki tərəfə ilk a ndan məlum olmuşdur. Qeyd edilən müqavilə üzrə tərəf olaraq üzərlərinə düşən öhdəliyi yerinə yetirməyə, yəni mənzili cavabdehə təhvil verməyə bu gün də hazırlar. Həmin vəsait MMC-yə ödənilməyəcəyi halda cavabdehin öhdəliklərinə xitam verilməli və müqavilə ləğv edilməlidir. Əlavə olaraq, yuxarıda qeyd etdilən hal üzrə Bakı şəhəri, Nərimanov rayon Prokurorluğuna 2018-ci ildə tarixdə cinayət işi açılmış və işin bütün halları üzrə yuxarıda qeyd etdiyi xüsusatlar öz hüquqi təsdiqini tapmışdır. Beləliklə, MMC-yə 96000 manat ödənişi təsdiq edən mədaxil qəbzi olmadığına və verilən maliyyə arayışı tam olmadığına görə etibarsız hesab edilməklə mühasibin imzası olmadığından hesab edirlər ki, MMC olaraq cavabdehin qarşısında hər hansı öhdəlik daşımırlar. Cavabdeh tərəfindən müqavilə üzrə qeyd edilən 6 0 kv.m-dən ibarət 1 otaqlı mənzilin haqqı MMC-yə ödənilmədiyi və maliyyə arayışı tam imzalanmadığına görə etibarsız hesab edilməli və müqavilə üzrə tərəflər arasında olan öhdəliklərə xitam verilməlidir.

5. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi, Bakı şəhəri, Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsinləki 1204-cü məhəllədə inşa edilmiş 19 mərtəbəli yaşayış binasının ikinci girişin 3 mərtəbəsində yerləşən 60 kv.m sahəsi olan 103 saylı 1 otaqlı mənzilin onun istifadəsinə verilməsi vəzifəsinin MMC-yə həvalə edilməsi və həmin mənzildən onun istifadə hüquqlarının həyata keçirilməsində müdaxilə və maneçilik hərəkətlərinin MMC-yə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddi a tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, sözügedən müqavilə imzalanan zaman mənzilin dəyəri tam ödənilmişdir və bu halı MMC-nin rəhbərliyi öz imzası ilə təsdiqləsə də, mənzilin dəyərinin ödənilməsinə dair mədaxil qəbzi və müvafiq maliyyə arayışı ona verilmədi və bunu MMCnin rəhbərliyi həmin zaman mühasibin ofisdə olmaması ilə əlaqələndirmişdir. Uzun sürən tələblərindən sonra xx.xx.2017-ci il tarixdə maliyyə arayışı cəmiyyətin rəhbərliyi tərəfindən ona təqdim olunsa da, aralarında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədən irəli gələn öhdəliklər iddiaçı tərəfindən 4 ildən çox vaxtdır ki icra olunmur və bununla da, iddiaçı aldığı mənzilə yaranmış sahiblik və istifadə hüquqlarından onu faktiki məhrum etmişdir.

7. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışına əsasən, Bakı şəhəri, Xətai rayonu ərazisində S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində 1204cü məhəllədə tikilən 19 mərtəbəli yaşayış binası İddiaçı MMC-yə məxsusdur. Bu binanın ikinci giriş, 3 mərtəbəsində yerləşən 60 kv.m, 103 saylı 1 otaqlı mənzil Cavabdeh məxsusdur. MMC-yə olan borcu tam ödənilmişdir.

8. İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda xx.xx.2016-cı il tarixli müqavilə üzrə 96.000 manatın şirkətə ödənilməli olması, həmin məbləğ ödənilmədiyi halda isə, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunacağı bildirilmişdir.

9. Məhkəmə icraatı zamanı şahid qismində dindirilmiş X7 bildirmişdir ki, onun MMC-nin direktoru Vəli Babayevlə aralarında dostluq münasibətləri olmuşdur. Ümumiy yətlə, Cavabdeh adlı şəxsi tanımır. Vəli Babayevdən borc məqsədilə ev almış, lakin borcunu ödəməmişdir. X9 150.000 manat borcu qalmışdır.

10. Şahid qismində dindirilmiş X2 bildirmişdir ki, MMC-də mühasib vəzifəsində işləyir. Maliyyə arayışına əsasən pul tam ödənilmədiyi halda o, imza çəkmir. Əgər o, maliyyə arayışına imza çəkməmişdirsə, deməli pul xəzinəyə daxil edilməmiş və dövlət vergisi də ödənilməmişdir.

11. Digər şahid X5 bildirmişdir ki, MMC-nin direktoru Vəli Babayevi 30 ildən çoxdur ki, tanıyır. O, MMC-də icraçı vəzifəsində işləyir. Mənzilin satış proseduru belədir ki, müştəri gəlir, ofisə yaxınlaşır, ev almaq istədiyini bildirir. Həmin şəxsi Vəli müəllimə yönəldirlər. Satış işi ilə məşğul olan məhz Vəli müəllimdir. Vəli müəllim daha sonra ona zəng edir və müştərini mənzillərlə o, tanış edir. O, gələn müştərilərin hamısını tanıyır. Nüşabə adlı xanımı ümumiyyətlə görməmiş və tanımır. Sözügedən mənzil Sabit Orucov küçəsi Natiq Əliyev kəsişməsində yerləşir.103 nömrəli mənzilə dair açarı ondan istəyib tanış olmaq istəyən olmayıb. Həmin evdə heç kim yaşamır və təmir işləri getməmişdir.

12. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-427/2021 nömrəli iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək mübahisəli mənzilin cavabdehin istifadəsinə verilməsi vəzifəsi MMC-nin üzərinə qoyulmuş, həmin mənzildən cavabdehin istifadə hüquqlarının həyata keçirilməsinə müdaxilə və maneçilik hərəkətlərinin edilməsi MMC-yə qadağan edilmişdir.

13. Birinci i nstansiya məhkəməsi ilkin iddia tələbinə münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2016-cı il tarixli müqavilə bağlanılarkən mülki qanunvericiliyin tələblərinə əməl olunmuşdur və həmin əqdin etibarlığına hər hansı şübhə yoxdur.

14. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2016-cı il tarixli müqavilənin nə subyekt tərkibinin, nə müqavilənin iştirakçılarının iradə ifadəsinin, nə müqavilənin formasının, nə də ki, məzmununun qüsurlu olması müəyyən olunmamışdır. Tərəflər müqaviləni bağlayarkən məqsədləri mənzilin alğı-satqısı olmuş və həqiqi iradələri məhz buna yönəlmişdir. Belə ki, MMC-nin əvvəlki direktoru olmuş Vəliyullah Babayev istintaq zamanı Əziz Əliyevin ona müraciət edərkən mübahisəli mənzili bacısı Nüşabə üçün almaq istədiyini və m ənzilin pulunu 2 aydan sonra ödəcəyini bildirmişdir. Eyni zamanda Əziz Əliyev də istintaq zamanı 96 000 manat dəyərində olan mübahisəli mənzili 78 000 manata aldığını göstərmişdir. Yəni göründüyü kimi, tərəflərin həqiqi iradə ifadəsi yeni tikiləcək binadan mənzilin alğı-satqısı olmuşdur və tərəflər məhz bununla bağlı razılığa gəlmişlər. Müqavilənin bağlanmasında başqa məqsədin olması, yaxud görünüş xarakter daşıması niyyəti ilə bağlanması isə ümumiyyətlə müəyyən olunmur. Bu səbəbdən, tərəflərin bağladıqları müqavilə etibarlı əqd hesab olunur.

15. Birinci instansiya məhkəməsi müqavilə üzrə pulun cavabdeh tərəfindən ödənilməməsi ilə bağlı bildirmişdir ki, iddiaçının bu dəlilləri də əsaslı hesab edilə bilməz. Tərəflər arasında bağlanmış müqavilədə (3.2-ci bəndi), həmçinin sonradan verilən m aliyyə arayışında mənzilin dəyərinin cavabdeh tərəfindən tam ödənilməsi qeyd edilmişdir. Belə ki, iddiaçı həm müqavilədə, həm də verilmiş maliyyə arayışında mənzilin dəyərinin tam ödənilməsini qeyd etdiyi üçün, o, hazırda müqavilə üzrə pulun ödənilməməsinə istinad edib verilmiş maliyyə arayışının etibarsız hesab edilməsini tələb etməkdə haqlı hesab edilə bilməz. Əqdin etibarsız hesab edilməsi üçün onun qanunun şərtlərini pozmaqla bağlanması təsdiq edilməlidir. Lakin, maliyyə arayışının qanunun tələblərini pozmaqla verilməsi məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Belə olan halda xx.xx.2016-cı il tarixdə verilmiş maliyyə arayışı faktiki olaraq xx.xx.2016-cı il tarixli müqavilədə olan şərti (mənzilin tam dəyərinin ödənilməsi) təsdiqləmişdir. Eyni zamanda, müqavilədə mənzilin dəyərinin hə r hansı müddətdən sonra, yaxud hissə-hissə ödənilməsi ilə bağlı müddəa olmadığı üçün, onun nisyə xarakter daşıması faktı da qəbul edilə bilməz.

16. Bundan başqa, birinci instansiya məhkəməsi bildirmişdir ki, cavabdeh tərəfindən müqavilənin şərtlərinin əhəmiyyətli dərəcədə pozulması halları da təsdiq olunmamışdır. Belə ki, iddiaçının müqavilənin ləğvi ilə əlaqədar gətirdiyi dəlillər mənzilin dəyərinin ödənilməməsi ilə bağlıdır. Lakin, iddiaçı tərəfindən həm müqavilənin 3.2-ci bəndində, həm verilmiş maliyyə arayışında mənzilin dəyərinin tam ödənilməsi göstərilmişdir. Bu səbəbdən, iddiaçının həmin hala, yəni mənzilin dəyərinin cavabdeh tərəfindən ödənilməməsinə istinad edərək onun ləğv edilməsini tələb etməsi də əsassızdır. Öhdəliklərə xitam verilməsinə gəldikdə isə müqavilə üzrə iddiaçının c avabdeh qarşısında öhdəliyi müqavilənin 2.1-ci bəndində qeyd edilmişdir. Həmin öhdəliklərə xitam verilməsi üçün onların tam şəkildə icra edilməsi tələb olunur.

17. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə hesab etmişdir ki, mübahisəli mənzilə dair bağlanmış müqavilənin etibarlı əqd olması təsdiq olunduğu üçün və həmin əqdin ləğv edilməsi üçün əsaslar olmadığı üçün, həmçinin əqd üzrə iddiaçının üzərinə düşən öhdəliklərin tam icra etməməsi müəyyən olunduğu üçün, cavabdehin qarşılıqlı iddiası əsaslıdır və təmin edilməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı mənzilin dəyərini tam ödədiyi üçün həmin mənzil üzərində sahiblik və istifadə hüquqları əldə etmişdir və bu səbəbdən MMC-nin həmin mənzili cavabdehin istifadə və sahibliyinə verilməsindən imtina etməsi onun h əmin hüquqlarını pozur.

18. Bundan əlavə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı mənzilin mülkiyyətçisi olmasa da, onun həmin mənzil üzərində sahiblik və istifadə hüquqları var və bu səbəbdən həmin hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması mülki qanunvericiliyin tələblərinə ziddir.

19. Birinci instansiya məhkəməsi cinayət işinin icraatına xitam verilməsinə dair qərara hüquqi qiymət verərək bildirmişdir ki, həmin qərarda ilk iddia tələbinin əsaslı olmasını təsdiq edən hər hansı fakt müəyyən edilməmişdir. Əksinə, Əziz Əliyev və Vəliyullah Babayev tərəfindən verilmiş ifadələrlə tərəflər arasında mübahisəli mənzilə dair müqavilənin görünüş üçün bağlanması təsdiq edilmir. Digər tərəfdən həmin qərarda müqavilə üzrə mənzilin dəyərinin tam ödənilib-ö dənilməməsi faktı araşdırılmamış və bununla bağlı hər hansı hüquqi fakt müəyyən olunmamışdır.

20. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən əqdin etibarsızlığı ilə bağlı məhkəmədə iddia bir illik müddət keçdikdən sonra qaldırılmışdır.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.4, 337.1, 354, 375.2, 383, 389.1, 390.1, 404.1, 421, 527.1, 527.2-ci, maddələrinə və Azərbaycan Respublikasının Konistutsiya Məhkəməsinin Plenumun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

22. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Cavabdeh müqavilə və maliyyə arayışının saxta olması barədə xəbərdar olsa da, susmuşdur. İş materiallarında olan Ə.Əliyevin izahatından tam aydın olur ki, cavabdehin adına olan mənzilin satılmasına dair müqavilə məhz onun tərəfindən MMC-nin rəhbəri V.Babayevə təklif olunmuş, V.Babayev bu təklifi qəbul edərək başqa bir əqdi pərdələmək məqsədilə qeyd edilən əqdi imzalamışdır. Əslində, qeyd olunan epizodun əsas mahiyyəti mənzil alqı-satqısı deyil, hansısa borc münasibətində olan öhdəliyi icra etmək məqsədi daşımışdır. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Nərimanov Rayon Prokurorluğunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilən xüsusatlar, V.Babayev və Ə.Əliyevin verdiyi ifadələr iddia ərizəsinin predmeti ilə tam eynilik təşkil etdiyindən, sözgedən müqavilənin saxta olması və tərəflərin iradə ifadəsini əks etdirməməsi tam sübut olunur.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10691/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Rafael Eyvazov və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək ilk iddia təmin edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin əhəmiyyətsiz əqd olmaqla etibarsız sayılması, həmçinin, xx. xx.2017-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh başqa heç bir dəlil və sübut təqdim etmədən yalnız xx.xx.2016-cı il tarixli müqaviləyə və ona verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışına istinad edərək mənzilin dəyərinin tam ödədiyini qeyd etmişdir. Həmin maliyyə arayışı MMC-nin rəhbəri tərəfindən imzalanmış, lakin mühasibi tərəfindən imza edilməmişdir, ödənişə dair kassa-mədaxil qəbzi verilməmişdir. Bundan başqa, sözügedən müqavilənin 3.2-ci bəndində qeyd olunur ki, mənzilin dəyəri alıcı tərəfindən tam ödənilmşidir. Lakin, mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışı təxminən 1 il 8 aydan sonra, yəni xx.xx.2017-ci il tari xdə verilmişdir. Bu ziddiyyəti cavabdeh xx.xx.2016-cı il tarixli müqavilə bağlanarkən mənzilin dəyəri ödənilsə də, həmin vaxtı ofisdə mühasibin olmaması ilə izah etmişdir.

26. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2016-cı il tarixli müqavilə iddiaçının həqiqi iradə ifadəsini əks etdirmir, cavabdehin 96.000 manat pulu ödəməsi barədə xx.xx.2017-ci il tarixli maliyyə arayışı verilsə də, əslində mübahisəli mənzilə görə heç bir ödəniş olunmamışdır.

27. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, hazırkı iş üzrə mübahisələndirilən müqaviləni tərəflərin imzalaması mübahisə predmeti olmamış, odur ki, mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin iddiaçı tərəfindən görünüş üçün bağlandığı, tərəflərin həqiqi hüquqi niyyətlərini əks etdirmədiyi səbəbindən etibarsız sayılması ilə bağlı olması nəzərə alınmalı, əqd iştirakçılarının iradə ifadələrinin həqiqi məzmununa hüquqi qiymət verilmədir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında mənzilə dair bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə icra olunmamışdır.

29. Apellyasiya instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə hesab etmişdir ki, mübahisəli mənzilə dair bağlanmış müqavilənin əhəmiyyətsiz əqd olması təsdiq olunduğu üçün, cavabdehin qarşılıqlı iddiası əsassızdır və rədd edilməlidir.

30. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 337, 354-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 82.4, 217.4, 384.0.2, 385, 388, 390-cı maddələrinə və Azərbayca n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

31. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində müqavilənin görünüş üçün bağlanması barədə nə dəlillər, nə də əsaslar olmadığı halda, apellyasiya instansiyası məhkəməsi irəli sürülmüş iddia tələbinə bu qaydada yanaşmış və hüquqi qiymət vermişdir. Bu isə, kobud prosessual pozuntu hesab edilməlidir. Buna görə də, apellyasiya instansiyası məhkəməsinin qənaəti tələbdən kənara çıxma kimi qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi müqavilə iştirakçıları arasında olan hüquq münasibətlərini və əqdin etibarlı olub-olmamasını tərəflərin bir-birinə qarşı olan münasibətlərinə uyğun hüquqi qiymətləndirməli idi. Eyni zamanda, məhkəmə iddiaçının cavabdeh tərəfindən aldadılıb-aldadılmamasını və müqavilə üzrə pulun ödənilibödənilməməsini yoxlamalı idi. L akin, apellyasiya instansiyası məhkəməsi bunların heç birini qiymətləndirməmiş və yoxlamamışdır.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3357/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: Abiddin Hüseynov (məruzəçi), Əhməd Nurməmmədov, Zaur Əliyev) kassasiya şikayəti təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

34. Kassasiya instansiyası məhkəməsi ilkin iddia tələbi üzrə maliyyə arayışının etibarsız hesab edilməsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, həmin sənəd əslində hazırkı mübahisənin həlli üzrə sübutlardan biri olmaqla özü-özlüyündə (baxılan iş üzrə məhkəmənin qiymətləndirməsind ən kənar) hüquqi nəticələr doğurmur. Belə ki, iş üzrə tərəflərin öz tələblərini və ya etirazlarını təsdiq edən sübutlar qismində istinad etdiyi istənilən sənədin, o cümlədən özü-özlüyündə hüquqi nəticələrə səbəb olmayan, şəxsin hüquqlarına və ya qanunla qorunan mənafelərinə təsir etməyən (ziyan vurmayan) sənədin etibarsızlığı barədə tələb müstəqil iddianın predmeti ola və məhkəmədə baxılmalı ayrıca tələb kimi qəbul edilə bilməz.

35. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, buna baxmayaraq işə baxmış məhkəmələr yolverilməz iddia tələbini icraata qəbul edərək, həmin tələbə mahiyyəti üzrə baxmaqla yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini pozmuş və bu hal düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

36. Kassasiya instansiyası məhkəməsi müqavilənin lə ğvi barədə ilkin iddia tələbinə münasibətdə bildirmişdir ki, müqavilənin ləğvi və etibarsızlığı ayrı-ayrı institutlar olduğundan, həmin iddiaların əsasları və təmin olunmasının hüquqi nəticələri fərqli olduğundan işə baxan apellyasiya instansiyası məhkəməsinin müqavilənin ləğvi tələbi əsasında onu etibarsız hesab etməsi maddi hüquq normalarının pozuntusunu təşkil edir. Həmçinin, müqavilənin ləğvi üçün qanunvericilikdə müəyyən edilmiş əsaslardan çıxış edərək həmin əqdin ləğvi tələbini irəli sürmüş tərəfin sonradan şifahi izahatlarında və apellyasiya şikayətində öz tələbini əsaslandırmaq üçün, həmçinin müqavilənin etibarsızlığı əsaslarına istinad etməsi də irəli sürülmüş iddianın müqavilənin etibarsız hesab edilməsi şəkilində təmin olunmasına əsas vermir.

37. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1, 151.1, 153.2.1, 261.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

38. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5841/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Namiq Cəfərov) iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi “ilk iddia tələbinin tərəflər arasında olan öhdəliklərə xitam verilməklə xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsinin təmin edilməməsinə dair” hissəsində ləğv edilərək iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməsi, ilk iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini “tərəflər arasında olan öhdəliklərə xitam verilməklə xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi” hissəsində təmin etməməklə düzgün nəticəyə gəlsə də, əqdin etibarsızlığı barədə müddəalara istinad etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi düzgün olmayaraq mülki qanunvericiliyin etibarsızlıqla bağlı normalarına istinad etməklə iddianı həmin hissədə təmin etməmişdir. Müqavilənin ləğvi və etibarsızlığ ı ayrı-ayrı institutlar olduğundan, həmin iddiaların əsasları və təmin olunmasının hüquqi nəticələri fərqli müəyyən edildiyindən işə baxan birinci instansiya məhkəməsinin müqavilənin ləğvi tələbi üzrə onun etibarsız hesab etməsinə dair normalara istinad etməsi maddi hüquq normalarının pozuntusunu təşkil edir.

40. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2016-cı il tarixli müqavilə bağlanılarkən mülki qanunvericiliyin tələblərinə əməl olunmuşdur və həmin əqdin ləğv edilməsinə hər hansı əsaslar mövcud deyildir. Belə ki, mübahisəli mənzilə dair bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə iddiaçı tərəfindən tərəflərin qarşılıqlı razılığı əsasında tərtib edilərək cavabdehə təqdim edilmiş, iddiaçı sərbəst iradə ifadə edərək həmin müqavilənin məzmununu özü formalaşd ırmış və mənzilin dəyərinin alıcı tərəfindən tam ödənildiyini qeyd etmiş, bundan sonra cavabdehə könüllü olaraq verdiyi xx.xx.2017-ci il tarixli maliyyə arayışında mənzilin dəyərinin ödənildiyini təsdiq etmişdir.

41. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Prokurorluğunun “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarı üzrə hazırda mübahisələndirilən müqavilə və maliyyə arayışı araşdırma predmeti olmamış və həmin qərar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etmir.

42. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı mənzilin mülkiyyətçisi olmasa da, onun həmin mənzil üzərin də sahiblik və istifadə hüquqları var və bu səbəbdən həmin hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması mülki qanunvericiliyin tələblərinə ziddir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mənzilin dəyəri tam ödənildiyi üçün həmin mənzil üzərində sahiblik və istifadə hüquqları əldə etdiyindən birinci intansiya məhkəməsi tərəfindən düzgün nəticəyə gəlinərək, qarşılıqlı iddia tələbi təmin edilmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 82.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) (Vəkil1Ayaz oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin ləğv edilərək işə yenidən mövcud sübutlar əsasında baxılmasını, ilk iddianın təmin, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi sözügedən mülki işə baxarkən qərəzli mövqe göstərmiş, bununla da iddiaçının konsitusiyada nəzərdə tutulmuş müvafiq hüquqlarının məhkəmə müdafiəsi təminatını pozmuşdur. İşin hallarından görünür kimi, alqı-satqı predmeti olan mənzil daşınmaz əmakın dövlət reyestrində qeydiyatdan keçməyən tikili olmaqla mənzildir.Tələbin əsas istiqaməti əvəzi ödənilməyən alqı-satqının baş tutmasıdır. Belə ki, iddianın əsas qayəsi bundan ibarətdir ki, mənzil sahəsi iddiaçı tərəfindən cavabdehə formal olaraq satılmışdır. Bunu sübut edən kifayət qədər hüquqmüəyyənedici sənədlər (cinayət işinin bağlanmasının rədd edilməsinə dair 3 qərar) mövcuddur. Həmçinin, alqı-satqı müqaviləsini və maliyyə arayışını səlahiyyətli şəxslərdən olan mühasib imzalamamışdır. Müqavilənin etibarlılığı üçün lazımi şərtlər ödənilməmişdir, yəni onun bağlanmasında lazımi subyektlər (səlahiyyətli şəxslər) iştirak etməmiş, onların iradə ifadəsi bildirlməmiş, əqdin formasına əməl edilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, tərəflər arasında bağlanmış mübahisəli alqı-satqı müqaviləsi özlüyündə etibarsız müqavilə olmuşdur. İddia tələbinin əqdin etibarsız hesab edilməsi və ya ləğv edilməsi qoyuluşundan asılı olmayaraq qanunun tələbinə görə əqd qanunsuz əqdirsə, iddia predmetinin hansı aspekdən qoyuluşundan asılı olmayaraq ləğv edilməlidir. 4

6. Həmçinin, kassator bildirmişdir ki, iş materiallarından əmlakın dəyərinin kontragentin razılaşdırılmış dəyərinin iddiaçıya ödənildiyi müəyyən edilmir. Belə ki, cavabdehin vicdanlı əldə edən olması müəyyən edilmir. Bu barədə cavabdeh hər hansı açıqlama verə bilmir. Cavabdeh izahatında onlar arasında borc münasibətləri deyil, alqısatqı münasibətləri olduğunu bildirsə də, nə üçün müqavilə bağlandıqdan sonra əmlakın dəyərinin ödənilməsini təsdiq edən yarımçıq maliyyə arayışını tələb edtmədiyini, 4 il ərzində bir dəfə də olsun əmlak tələbinə dair cəmiyyətə yaxınlaşmadığını, cəmiyyətin ona ünvanladığı müqavilə üzrə qeyd edilən 96000 manat ödənişinin dərhal yerinə yetirilməsinin, əks təqdirdə müqaviləyə xitam veriləcəyini və əmlakın başqa şəxsə satılacağı barədə ona ünvanlanmış bildirişlərə mə həl qoymadığını, bundan sonra iddiaçı tərəfindən ona qarşı birinci instansiya məhkəməsinə yuxarıda qeyd edilən iddia qaldırıldıqdan sonra qarşılıqlı iddia ilə müraciət etməsinə nə birinci,nə də apellyasiya instansiyalarında cavab verə bilməmiş, qeyd olunan xüsusatları hüquqi cəhətdən əsaslandıra bilməmişdir. Bu isə öz növbəsində cavabdehin həqiqətən də mənzilə dair ödəniş etmədiyini, cinayət işi materiallarında qeyd edildiyi kimi, başqa şəxsin öhdəliyinin əvəzi olaraq mənzili əldə etdiyini demeyə tam əsas verir. Beləliklə, alqı-satqı müqaviləsi tərtib və təsdiq edilərkən tərəflərin həqiqi iradə ifadəsi olmamış, bununla da qanunla müəyyən edilmiş forma tələblərinə əməl edilməmişdir. Tələb üzrə əqdin əhəmiyyətsizliyinin təsbit edilməsinin müəyyən olunduğu tam sübut olunur.

47. Kassator şikayət ini Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1, 362.2. 421.1, 423-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 418-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 337, 339.6, 346.1-ci və 354-cü maddələrinin əlaqəli şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

49. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

50. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

51. Maddə

337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə s əbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

52. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

53. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 5

4. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

57. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəylə ri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri

61. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

62. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansi yası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

64. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 65. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

66. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəz siz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2(103)-5841/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar