Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-858/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-11616/2019 saylı qətnaməsindən iddiaçı N oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev, iş № 2(006)-3867/2019) iddiaçı N oğlunun Cavabdeh İKB ASC-yə qarşı ipoteka p redmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Ə.Hüseyn, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxxxxxx 2014-cü il tarixdə tərəflər arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Nə 300 ay müddətinə illik istifadə dərəcəsi 8 faiz olmaqla 50.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi ona məxsus olan Bakı şəhəri, N saylı evin 27 saylı iki otaqlı mənzili ipoteka ilə yüklü edilmişd ir. xx xxxxx 2019-cu il tarixdə bank tərəfindən kredit müqaviləsi üzrə ödənişlərin gecikdirilməsi əsas göstərilməklə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə borclu İddiaçı bildiriş göndərilmişdir. xx xxx 2019-cu il tarixdə N iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin xx xxxxx 2019-cu il tarixdə şəxsən ona və ya həmin mənzildə qeydiyyatda olan şəxslərə deyil, binanın sakini N adlı şəxsə verilməsini, eləcə də bildirişdə kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun məbləğinin göstərilməməsini əsas göstərməklə bildirişin ləğv edilməsi və gələcəkdə mənzillə bağlı yarana biləcək mübahisənin notariusun icra qeydi əsasında deyil, məhkəmə icraatı qaydasında baxılmaqla həll edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmi şdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin tələbi pozulmaqla, yəni icra edilməli olan öhdəliklər barədə məlumatların verilmədən tərtib olunmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar verilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya iş ə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Müəyyən olunduğu kimi iddiaçı bildirişin ləğv olunmasını tələb edərkən bildirişdə icra edilməli olan öhdəlik barədə məlumatların əks olunmamasını və bildirişin şəxsən ona təqdim olunmamasını əsas göstərmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə görə ip oteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. İşdən görünür ki, bank tərəfindən bildiriş iddiaçıya onun qonşusu vasitəsi ilə çatdırılmış və bildirişdə onun tərəfindən kredit müqaviləsi üzrə ödənişlərin gecikdirilməsinə görə tutmanın ipoteka predmetinə yönəlməsi və tutmanın yönəldiləcəyi əmlak barədə məlumatlar göstərilmişdir. Belə olduqda bildirişin ləğv edilməsi üçün əsaslar olmadığından məhkəmə iddianın rədd olunm ası barədə nəticəyə gəlmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-858/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-858/2020
05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver