Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-859/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün alimentin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)1423/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəm əsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh və xxx arasında xx xxxx 2015-ci il tarixdə rəsmi nikah bağlanmış, birgə nikahlarından xx xxxxxxxx 2015-ci il tarixdə X2 və xx xxxxxx 2016-cı il tarixdə X5 adlı övladları anadan olmuşlar. Tərəflərin ailə münasibətləri 2020-ci ildən pozulmuş, onlar ayrı yaşamaqla yetkinlik yaşına çatmayan uşaqlar İddiaçı himayəsindədirlər. Azərbaycan Respublikası DİN-in Balakən rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli arayışına görə Cavabdeh həmin şöbənin MSY-nin polis nəfəri, polis baş serjantı olmaqla, aylıq təminat xərcliyi (vəzifə maaşı, rütbə maaşı, xidmət illəri, ərzaq payı əvəzi) 659,20 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İ ddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxxxxxx 2015-ci il tarixdə doğulmuş X1 və xx xxxxxx 2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh xx xxxxxxx 2014-cü il tarixdə qeyri-rəsmi evlənmiş, xx xxxx 2015-ci ildə isə nikahlarını Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə xx xxxxxxxx 2015-ci ildə X2 və xx xxxxxx 2016-cı ildə X6 adında iki uşaqları olmuşdur. Tərəflərin ailə məişət zəminində mübahisələri olmuş, xx xxxxxx 2020-ci ildə cavabdehdən ayrılaraq atasına evinə qayıtmışdır. Hazırda uşaqlar iddiaçının himayə sindədirlər. xxx X4 rayon Polis Şöbəsində işləyir, uşaqlara baxmağa kifayət qədər imkanı vardır. Lakin sonuncu uşaqlara baxmaq üçün iddiaçıya maddi köməklik göstərmir. Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-323/2020 nömrəli qətnaməsi ilə (hakim H.Q.Səlimov) iddia qismən təmin edilmiş, xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxxxx 2015-ci ildə anadan olmuş X1 və xx xxxxxx 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gös tərilən qənaətini uşaqların anasının yanında yaşamaları, tərəflər arasında alimentin ödənməsi ilə bağlı sazişin olmaması, cavabdehin uşaqların saxlanmasına maddi köməklik göstərməməsi, tərəflərin maddi və ailə vəziyyətləri, iddiaçının alimenti sabit pul məbləği ilə tələb etməsi ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apelyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin xx xxx 2020ci il tarixli, 2(019)-323/2020 nömrəli qətnaməsinin iddianın təmin edilməsi hissəsindən ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-1423/2020 nömrəli qətnaməsi ilə (hakim A.A.Mahmudovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovdan və M.A.Əsədlidən i barət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-323/2020 nömrəli qətnaməsi xx xxxxxxxx 2015-ci ildə anadan olmuş X1 və xx xxxxxx 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində İddiaçı xeyrinə tutulmalı оlаn alimentin miqdarı ilə bağlı hissədə dəyişdirilmiş və həmin alimentin məbləğinin hər ay bir uşaq üçün 120 manat, cəmi 240 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi alimentin miqdarını müəyyən edərkən cavabdehin özünün də işləməsini, kifayət qədər aylıq qazancının olması, müəyyən edilmiş alimentin məbləğinin Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələbi ilə uzlaşmamasına xüsusi diqqət yetirməmişdir. Cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşaqları saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin apelyasiya şikayətində göstərdiyi, o cümlədən onun himayəsində digər şəxslərin olması kimi dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi atanın da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Lakin yuxarıda qeyd olunanlarla yanaşı, işin faktiki halını da nəzərə almaq lazımdır. Belə ki, iş materialları ilə sübut olunur ki, cavabdeh rəsmi işləməklə 659,20 manat məbləğində aylıq maaş alır. İddiaçı özü də daimi işə malik olmaqla 340 manat məbləğində aylıq maaş alır. Deməli, hər iki valideyn özü-özlüyündə kifayət qədər qazanca malik olmaqla uşaqlarını normal saxlamaq imkanına malikdirlər. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlill əri İddiaçı kasasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-1423/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, alimentin cavabdehin aylıq qazancının (gəlirlərinin) 1/3 hissəsi miqdarında müəyyən olunması iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, belə formada alimentin tutulmasının müəyyən olunması yetkinlik yaşına çatmayan uşaqlara daha az miqdarda aliment ödənilməsinə səbəb olur, nəticədə uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətinə cavab vermir. Uşaqların böyüdükcə tələbatlarının artması onlara ləyaqətli həyat şəraitin təmin edilməsi daha yüksək məblə ğdə alimentin tutulması üçün əsas verir və belə halda uşaqların saxlanması üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Bu kontekstdə uşaqlara ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşdürməyə borcludurlar. Beləliklə, apelyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh kasasiya şikayətinə yazılı etiraz verərək, şikayətin dəlillərinin əsassız olduğunu göstərmiş və Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(107)1423/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə laz ımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad et məsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri qismən təmin olunsa da, iddiaçı tərəfindən apelyasiya şikayəti verilməmişdir. Apelyasiya şikayətini cavabdeh vermiş və qətnaməni iddianın təmin olunmuş hissəsində mübahisələndirmişdir. Apelyasiya məhkəməsi tərəfindən isə cavabdehin apelyasiya şikayəti qismən təmin edilməklə, sabit pul məbləğində tutulan alimentin məbləği azaldılmış və məhz həmin qətnamə iddiaçı tərəfindən mübahisələndirilmişdir. O cümlədən, cavabdehin daimi iş yeri olsa da, alimentin əmək haqqının məbləğinin müəyyən hissəsi ilə tutulmaqla iddiaçı tərəfin maraqları əhəmiyyətli dərəcədə pozulması əsası ilə sonuncu alimentin sabit pul məbləğində tutulmasını xahiş etmiş, apelyasiya məhkəməsi alimenti həmin qaydada müəyyən etmiş və cavabdeh kasasiya şikayəti verməmişdir. Odur ki, hazırki kasasiya baxışının predmetini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmiş hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə e tmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin Baş Məclisinin xx xxxxxx 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və m ənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit p ul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təmina t almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərcləri nə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli Qərarının 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hü quqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.6-cı bəndinə əsasən daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutu lması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb v ə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edir. Belə ki, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları isə alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, həmin məbləğin tam ödənilməsi vəzifəsinin əlavə sübutlar olmadan valideynlərin birinin üzərinə qoyulması yolverilməzdir. Gö stərilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin məbləğinə aid hissədə dəyişdirilərək alimentin hər uşaq üçün 120 manat məbləğində müəyyən edilməsini hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab etmişdir. Belə ki, iddiaçı cavabdehin əmək haqqısından daha yüksək gəlirlərə malik olmasına dair sübutlar təqdim etməmişdir. Əksinə müəyyən olunur ki, cavabdeh polis əməkdaşı olmaqla, onun başqa iş yerinin və ya gəlirinin olması istisna olunur. Məhkəmə kollegiyası izah edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Buna baxmayaraq, iddiaçı cavabdeh tərəfin maddi vəziyyətinin ondan tələb edilən alimenti ödəmək iqtidarında olması ilə bağlı istinad e tdiyi halları üzrə üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilmədiyindən kasasiya şikayəti rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-1423/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-859/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-859/2021
26.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver