Məhkəmə qərarları › İş №2(102)-860/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-860/2024

14.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-860/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aliment tələbi, uşaq tələbi, uşağın ananın yanında qalması). 14.03.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair ilk iddia tələbi, Cavabdeh İddiaçı qarşı uşaqların ananın himayəsinə verilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4041/2023 nömrəli, 4 noyabr 2023-cü il tarixli qətnaməsindən İ ddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü Aysel, xx.xx.2018-ci il təvəllüdlü Atilla adlı uşaqları anadan olmuşdur.

2. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, Cavabdeh razılığı ilə iki uşaq atalarının yanında saxlanılmışdır. Həmin işdə aliment tələbi olmamışdır.

3. Cavabdeh xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-də fəhlə operator vəzifəsində işləyir və 500 manat əmək haqqı alır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə mürac iət edərək cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh övladları ilə maraqlanmır, onların heç bir tələbatını ödəmir. Buna görə də cavabdehdən aliment alınaraq ona ödənilməlidir

6. Cavabdeh qarşılıqlı iddia verərək, uşaqların cavabdehdən alınaraq onun himayəsinə verilməsi və ilkin iddia tələbinə ehtiyac qalmadığından həmin iddianın rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, nikahları pozulandan indiyə kimi o, övladları ilə görüşməkdən məhrum edilmişdir. Nikahın pozulması zamanı səhhəti ilə əlaqədar məhkəmə prosesl ərində iştirak etməmişdir. Cavabdeh nikahın pozulmasına dair məhkəməyə müraciət edən zaman heç bir işlə məşğul olmamışdır. İddiaçı təkidi nəticəsində övladlarının onun himayəsinə verilməsinə razı olmuş, İddiaçı və onun ailəsinə bildirmişdir ki, özünə iş tapandan sonra uşaqlarını geri alacaq. Hal-hazırda işləyir, valideyinləri ilə yaşayır və anası övladlarına baxmağa ən böyük köməkçidir.

8. Məhkəmə tərəfindən Sabunçu rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinin alınması üçün iş materialları həmin orqana göndərilmişdir. Sabunçu rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 5-18/2-2787 №-li xx.xx.2023-cü il tarixli rəyinə əsasən hər iki uşağın ataları İddiaçı yanında qalmaları məqsədəuyğun hesab edilmişdir.

9. Həmçinin məhkəmənin təşəbbüsü ilə iş üzrə məhkəmə-psixoloji ekspertiza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 11/629 №-li ekspert rəyinə əsasən X4 psixi inkişafına, yaş və fərdi- psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmamaqla, onun anası Cavabdeh ilə bağlı fikirlərinə və ünsiyyətdə olmaq istəyinə kənar psixoloji təsir əlamətləri müəyyən olunur. Ayselin halhazırda atası İddiaçı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anası Cavabdeh bağlılığı müəyyən olunmur. Valideynləri və yaxın qohumları arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik Ayselin emosional-iradi sferasına və anası Cavabdeh olan münasibətinə neqativ təsir göstərmişdir. Cavabdeh və İddiaçı hal-hazırda fərdi-psixoloji xüsusiyyətlərində azyaşlı uşaqların emosional-iradi sferalarına neqativ təsir göstərə biləcək və uşaqları ilə ünsiyyətinə mane ola biləcək aqressivlik əlamətləri müəyyən olunmur. X1 5 yaşı tamam olmadığından onunla məhkəmə-psixoloji ekspertizasının keçirilməsi mümkün olmamışdır.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 5 aprel 2023-cü il tarixli, 2(008)-490/2023 nömrəli qətnaməsi ilə (hakim Tahirə Əsədova) ilkin iddia qismən təmin olunmuş, uşaqların yetkinlik yaşın a çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmiş, ilk iddia qalan hissədə və qarşılıqlı iddia bütünlüklə rədd olunmuşdur.

11. Məhkəmə qeyd etmişdir ki, tərəflərin nikahı pozulan zaman Cavabdeh könüllü olaraq uşaqların atalarının yanında qalmalarına razılıq vermişdir. Cavabdeh atasının təkidi nəticəsində övladlarının atasının himayəsinə verilməsinə razı olduğunu, iş tapandan sonra uşaqlarını geri alacağı barədə atasına və cavabdehin ailəsinə bildirdiyini qeyd etsə də, məhkəmə qətnaməsindən bu halların mövcudluğu görünmür.

12. Həmin zaman kiçik uşaq Atillanın üç yaşı olmuşdur, hazırda onun bir aydan sonra beş yaşı tamam olacaq, o, təxmini iki ildir ki, anası ilə gö rüşmür. Məhkəmə hesab etmişdir ki, hazırki vəziyyətdə Atillanın atasından alınıb anasına verilməsi ona böyük psixoloji gərginlik yaşadar.

13. Ekspert rəyinə əsasən 25.05. 2015-ci il tarixdə doğulmuş Ayselin anasına bağlılığı müəyyən edilməsə də, onun anası Cavabdeh ilə bağlı fikirlərinə və ünsiyyətdə olmaq istəyinə kənar psixoloji təsir əlamətləri müəyyən olunur. Aysel də iki ilə yaxındır ki, anası ilə görüşmür. Məhkəmə hesab edir ki, əvvəla Ayseli qardaşından ayırıb anasına verilməsi hər iki uşağın psixoloji vəziyyətinə mənfi təsir göstərəcək, həm də hazırki vəziyyətdə Aysel hələ anası ilə qalmağa psixoloji baxımdan hazır deyil.

14. Məhkəmə hesab etmişdir ki, Cavabdeh əvvəlcə uşaqları ilə ünsiyyətə nail olmalı, onlarla mütəmadi olaraq görüşməli, onlara qayğısını, sevgisini göstərməli, uşa qlarda ona qarşı bağlılıq yaranmalıdır.

15. Məhkəmə hesab etmişdir ki, hazırki vəziyyətdə uşaqlar atalarından alınıb analarına verilə bilməz. Odur ki, qarşılıqlı iddia rədd edilməlidir.

16. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab etmişdir ki, ilk iddia qismən təmin edilməli, 25.05. 2015-ci il tarixdə doğulmuş X4 və xx.xx.2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilməli, ilk iddia qalan hissədə rədd edilməlidir.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

18. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxd ursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. «Uşaq hüquqları haqqında» Azə rbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur.

21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur.

22. İddiaçı aliment tələbi barədə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, aliment həmin tarixdən hesablanmalıdır. 23. xx.xx.2021-ci il tarixdə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

24. Qeyd edildiyi ki, Cavabdeh işləyir və 500 manat əmək haqqı alır. Lakin, Cavabdeh tək qadın olduğunu, özünü də dolandarmalı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ondan hər ay hər uşaq üçün 100 manat aliment tutulmalıdır.

25. Məhkəmə hesab etmişdir ki, Cavabdeh hər ay hər uşağı üçün aliment ödəyərək də uşaqlarına olan qayğısını nümayiş edəcək və bu hal da onunla uşaqları arasında olan gərginliyin aradan qaldırılmasına səbəb olacaq.

26. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 49.2, 49.3, 50.2, 75.1, 78.1, 100.2- ci maddələri, X5 və Uşaq Hüquqları Haqqında BMT-nin Kovensiyasının 18-ci maddəsinin 1ci bəndi, BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 9-cu maddəsinin 3-cü bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,101-1.2, 217.4 və 234.2.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, № 8-2/2016 Qərarına ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın təmini tədbiri olaraq uşaqlarla ananın ünsiyyəti haqqında ərizə təmin edilsə də, uşaqlarla ananın ünsiyyət saxlaması düzgün icra olunmur. Cavabdeh uşaqları müxtəlif bəhanələrlə görüşə gətirmir, gətirdiyi zaman isə ananın uşaqlarla sərbəst ünsiyyət saxlamasına mane olur və Aysellə ananın görüşü zamanı cavabdeh baxışı, əl hərəkətləri ilə uşağa təsir edə bilir. İlk dəfə Aysel anası ilə çox mehriban görüşməsinə baxmayaraq, ikinci dəfə onunla görüşməyə çəkinmişdir və mənim Arzu adında anam var demişdir. Ata qızı Aysellə ananın ünsiyyətinə demək olar ki, heç cür imkan vermir. Belə olan halda uşaqla ana necə ünsiyyət yarada bilər. Ananın uşaqlarla görüşü zamanı cavabdeh onlarla eyni otaqda olmaqla istədiyi kimi uşaqlara təsir edə bilir. İcracı da ona şərait yardır. Ana uşaqlardan ayrılandan sonra dəfələrlə cavabdehə və onun ailəsinə müraciət edib, amma onlar ananın balaları ilə görüşməsinə imkan verməyiblər. Onu şantaj edə rək, fikrindən yayındırmağa çalışıblar. Uşaqlara anası haqqında müxtəlif yalanlar uyduraraq onun yaxşı ana olmadığı fikrini aşılayıblar. Hazırda Zaur faktiki olaraq ailə qurub və uşaqlara öz doğma anası ola-ola ögey ana baxır.

29. Apellyasiya icraatı zamanı iş üzrə əlavə məhkəmə-psixoloji ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 11/408 №-li ekspert rəyinə görə, xx.xx.2015-ci il təvəllüdlü X4 psixi inkşafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə hal-hazırda ailədaxili qarşılıqlı münasibətlərlə bağlı iradəsinə uyğun ifadə etmək qabiliyyətinə malik olmaqla, onun psixikasında və davranışında hansı valideynin himayəsində yaşamağı seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri m üəyyən olunmur. Lakin valideynləri və yaxın qohumları arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik azyaşlı X2 anası Cavabdeh olan münasibətinə, onunla bağlı fikirlərinə və ünsiyyətdə olmaq istəyinə neqativ təsir göstərmişdir.

30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4041/2023 nömrəli, 4 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qətnaməsi ilk iddianın təmin edilən və qarşılıqlı iddianın rədd olunan hissələrində ləğv edilmiş və ləğv olunan hissədə yeni qətnamə çıxarılmış, İddiaçı Cavabdeh qarşı aliment təlbinə dair id diasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin olunması, xx.xx.2015-ci il təvəllüdlü Aysel və xx.xx.2018-ci il təvəllüdlü Atilla ataları İddiaçı himayəsindən alınıb anaları Cavabdeh himayəsinə verilmələri qət edilmişdir.

31. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi araşdırma nəticəsində xx.xx.2015-ci il təvəllüdlü Ayselin anası Cavabdeh ilə bağlı fikirlərinə və ünsiyyətdə olmaq istəyinə kənar psixoloji təsir əlamətlərinin olduğunu müəyyən etsə də, Ayselin qardaşından ayrılıb anasının himayəsinə verilməsinin hər iki uşağın psixoloji vəziyyətinə mənfi təsir göstərəcəyini və hazırkı vəziyyətdə Ayselin anası ilə qalmağa hələ hazır olmadığını, bununla bağlı mütəmadi görüşlərin keçirilməli olduğunu, ana-qız arasında bağlılıq yaranmalı olduğunu qe yd edərək qarşılıqlı iddianın əsassız olduğu qənaətinə gəlmişdir.

32. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, Cavabdeh qarşılıqlı iddia verməkdə məqsədi uşaqları bir-birindən ayırmaq deyil, onların hər ikisini öz himayəsinə almaqdan ibarətdir. Onun iddia tələbi məhz bu barədədir.

33. Digər tərəfdən, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı uşaqların ananın himayəsinə verilməsini məhdudlaşdıran və bununla bağlı uşaqların mənafeyinə zidd olan hər hansı hal müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin özünün də qətnamədə qeyd etdiyi kimi, xx.xx.2015-ci il təvəllüdlü Ayselin anası Cavabdeh ilə bağlı fikirlərinə və ünsiyyətdə olmaq istəyinə kənar psixoloji təsir əlamətləri vardır. Bu fakt istər birinci instansiya məhkəməsində, istərsə də apellyasi ya baxışı zamanı (əlavə) keçirilmiş məhkəmə psixoloji ekspertizaların rəyləri ilə tam təsdiq olunur. Apellyasiya baxışı zamanı Aysel dinlənilərkən onun anası ilə bağlı söylədikləri sözlərin də onun öz sözləri olmadığı açıq şəkildə görünür. Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubunda da Ayselin ata tərəfindən təsirlərə məruz qaldığı qeyd olunmuşdur.

34. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında onların toqquşan maraqlarından azyaşlı uşaqların zərər görməməsi üçün onlar bir-birindən ayrılmamalı və hər ikisi ananın yanında saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası uşaqların ananın himayəsinə verilməsini onların maraqlarına, həm də bu maraqlarda ifadə olunan ictimai mənafeyə uyğun sayır və qeyd edir ki, uşaqların ananın yanında qalması cavabdeh ataya mane olmur ki, bir valideyn kimi istədiyi vaxt uşaqları ilə ünsiyyət saxlasın və onların tərbiyəsi, inkişafı üçün əlindən gələni etsin.

36. Məhkəmə kollegiyasının qənaətinə görə uşaqlar valideynlər arasındakı gərgin münasibətdən əziyyət çəkməməlidirlər və bu münasibətdən asılı olmayaraq onlar, yəni hazırkı işdə bacı-qardaşlar öz aralarındakı münasibətlər çərçivəsində ailə həyatına hörmət hüququna malikdirlər və onların bir-birindən ayrı yaşamağa məhkum edilmələri bu hüququ pozmuş olar.

37. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmçinin onu da nəzərə almışdır ki, İddiaçı yenidən evlənmişdir, arvadı hamilədir və bununla bağlı özünün kifayət qədər qayğıları var.

38. Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli “Olsson İsveçə qarşı” iş üzrə qərarından görünür ki, İsveçin dövlət orqanları eyni valideynlərə malik olan uşaqları bir-birindən ayrı yaşamağa məhkum etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi həmin iş üzrə qərarında qeyd etmişdir ki, doğma bacı və qardaşlar uşaqlarla valideynlər arasındakı münasibətdən asılı olmayaraq öz aralarındakı münasibətlər çərçivəsində ailə həyatı hüququna malikdirlər və İsveç höküməti üç qardaşı bir-birindən ayrı saldığına görə “İnsan Hüquqları və X3 üzrə Avropa Konvensiyası”nın şəxsi və ailə həyatına hörmət hüququnu nəzərdə tutan 8-ci maddəsinin tələblərini pozmuşdur.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehin işləməməsi, yaxud gəlirlərinin az olması uşaqların onun himayəsinə verilməsindən imtina üçün tutarlı əsas ola bilməz. Həm də, işdən müəyyən olun muş hallarından göründüyü kimi ana hazırda işləyir və sabit əmək haqqı alır.

40. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, tərəflər arasındakı nikah pozulduqdan sonra uşaqların atanın himayəsində qalması və buna ananın razılıq ərizəsi yazması uşaqların hazırda ananın himayəsinə verilməsinə mane ola bilməz. Digər tərəfdən, işin araşdırılan hallarından həmin razılıq ərizəsinin böyük basqı, təzyiq altında verildiyi aydın görünür.

41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlillərini əsaslı saymış və hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla ilkin iddia rədd, qarşılıqlı iddia təmin olunmalıdır.

42. Apellyasiya instansiyası mövqeyini Azərbaycan Respublikas ı Ailə Məcəlləsinin 49.2, 49.3, 50.2. 75.1, 78.1, 99, 100.2-ci maddələrinə, xx.xx.2021-ci il tarixdə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

43. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4041/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı oğlunun aliment tələbinə dair ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh uşaq tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əd liyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyləri ilə 25.05. 2015-ci il təvəllüdlü Aysel Niftəliyevnın atasına bağlı olmasını, anasına bağlılıq isə müəyyən olunmamışdır. Lakin məhkəmə pozuntu edərək, ekspert rəyini nəzərə almamışdır. Məhkəmə tərəfindən ekspert rəyi nəzərə alınmayacaqsa nə üçün ekspertiza təyin edilir?!

45. Qəyyumluq və Himayəçilik Komissiyasında, Ekspertiza mərkəzində, həmçinin məhkəmə iclasında atasının yanında qalmaq istədiyini qəti olaraq bildirmişdir. Lakin apellyasiya məhkəməsi uşaqların fikrini nəzərə almamışdır. Həmin uşaqlar da atasının yanında qalmaq istədiyini bildirirlər. Lakin Məhkəmə Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbini kobud surətdə pozmuşdur.

46. Məhkəmə qətnaməsindən göründüyü kimi, məhkəmə öz qətnaməsini əsaslandırmamış və yalnız öz f ərziyyələri əsasında qətnamə qəbul etmiş, konkret hüquq normalarına istinad etməmişdir.Məhkəmə heç bir sübuta əsaslanmadan, cavabdehin əsassız və yalan xarakterli məlumatlarına istinad etməklə əsassız və qanunsuz qətnamə qəbul etmiş, nəticədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərini kobud pozmuşdur.

47. Apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, işə faktlar əsasında baxılmamış, iş üzrə əhəmiyyətli bütün faktiki hallar araşdırılmamış və nəticədə iddiaçının və birgə nikahdan olan uşaqların hüquqlarını kobud sürətdə pozan əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digə r normativ aktlar dəqiq göstərilməmişdir. Məhkəmə yalnız öz fərziyyələrinə əsaslanmaqla qərar qəbul etmişdir. Qətnamədən göründüyü kimi məhkəmə öz mövqeyini əsaslandırma üçün heç bir konkret hüquq normasına istinad etməmişdir. Yalnız ümumi qaydada mülki işlərə baxılmasına dair ümumi tələbləri müəyyən edən prosessual normalara istinad etmişdir.Məhkəmə yalnız cavabdehin göstərdiyi sübutları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir.

48. Kassasiya şikayəti əsaslandırılıarkən Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52, 60.4-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikasının MPM-in 9, 14.2, 77.1, 217.4, 218.1,220.4-cü maddələrinin tələblərinin pozulduğu bildirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayətinə qarşı etiraz versə də həmin etiraz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyinə görə nəzərə alınmır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

50. Maddə

17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

51. Maddə

34. İV.Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi

52. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birğə yaşamaq hüququna malikdir.

53. Maddə 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunmas ı, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.

54. Maddə 50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.

55. Maddə 51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir.

56. Maddə

52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

57. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

58. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hiss ə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

59. Maddə

99. Ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur.

60. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı

61. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digər inə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. “Uşaq hüquqları haqqında” Qanunu

62. Maddə

19. Valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsi z, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

68. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Mə cəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

69. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

70. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

71. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. Hazırki kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

73. Mahkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassas iya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

74. Belə ki, işin mübahisəsiz halıdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü Aysel, xx.xx.2018-ci il təvəllüdlü Atilla adlı uşaqları anadan olmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, Cavabdeh razılığı ilə iki uşaq atalarının yanında saxlanılmışdır.Həmin işdə uşaqların saxlanılması üçün aliment tutulması məsələsi həll edilməmişdir.

75. Hazırki işdə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı uşaqların saxlanması üçün aliment tələb edir, qarşılıqlı idd ia üzrə iddiaçı (ilikin iddia üzrə cavabdeh) cavabdeh (Cavabdeh isə uşaqların İddiaçı alınaraq onun himayəsinə verilməsini tələb edir.

76. Hazırki işdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasındakı nikah pozulduqdan sonra uşaqların atanın himayəsində qalması və buna ananın razılıq ərizəsi yazması uşaqların hazırda ananın himayəsinə verilməsinə mane ola bilməz. Digər tərəfdən, işin araşdırılan hallarından həmin razılıq ərizəsinin böyük basqı, təzyiq altında verildiyi aydın görünür. Apellyasiya instansiyası məhkəməsi qənaətə gələrkən həmçinin onu da nəzərə almışdır ki, İddiaçı yenidən evlənmişdir, arvadı hamilədir və bununla bağlı özünün kifayət qədər qayğıları var.

77. Kassasiya kollegiyası qeyd edir ki, tərəflər arasındakı nikah pozularkən uşaqların atanın yanınd a qalmasına dair ana razılıq ərizəsi yazmışdır.Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə uşaqların atadan alınaraq ananın himayəsinə verilməsini zəruri edən hansı dəyişikliklərin baş verdiyini ətraflı araşdırıb hüquqi qiymət verməmişdir. Atanın yenidən evlənməsi əvvəlki nikahdan olan uşaqlarının ondan alınmasını zəruri edən hal kimi qiymətləndirilə bilməz.Eləcə də apellyasiya instansiyası məhkəməsinin hansı sübutlar əsasında ananın razılıq ərizəsini böyük basqı, təzyiq altında verdiyini müəyyən etməsi aydın deyil.

78. Yəni, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qarşılıqlı iddianın təmin edilməsinə dair hissədə sübutları qiymətləndirməsi Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə cavab vermir.

79. Kassator kassasiya şikayətinə aktlar əlavə etsə də məhkəm ə kollegiyası bildirir ki, kassasiya məhkəməsi sübutları qəbul etmir və onlara hüquqi qiymət vermir. Azərbaycan Respublikasının MPM-in 416.1-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

80. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

81. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

82. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 20 08-ci il tarixli qərarı).

83. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

84. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianı təmin etdiyindən ilk iddianı rədd etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşıl ıqlı iddianın təmin edilməsi hissəsində prosessual pozuntularla qəbul edildiyindən və bu pozuntular qətnamənin ləğvinə səbəb olduğundan, qarşılıqlı iddianın təmin edilməsi (tam və ya qismən) ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldıra biləcəyinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam ləğv edilməlidir.

85. Ona görə də iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 noyabr 2023-cü il tarixli 2(103)-4041/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

86. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən şərh edilən nöqsanlar aradan qaldırılmalı, iş üzrə sübutlara məcmu şəkildə Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilməklə, tərəflərin tələbləri üzrə maddi və prosessual hüquq normalarının tələbinə cavab verən qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

87. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 noyabr 2023-cü il tarixli 2(103)-4041/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar