Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-862/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2 və X2 qarşı iddia tələbinə, QƏRARİ Açar sözlər: Kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2786/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şi kayəti üzrə işə 07 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 20000 manat məbləğində kredit verilmişdir. Bir tərəfdən iddiaçı bank, digər tərəfdən borclu Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 arasında bağlanmış 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə bank və borclu Cavabdeh1 arasında bağlanmış 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmış, göstərilən şəxslər Abamalı yevin bank qarşısında öhdəliklərin icrasını zamin durmuşlar. ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,05 ha olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi 19.07.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 556micNFT/19 saylı ipoteka müqaviləsinə görə ona məxsus olan və Abşeron rayonu, Saray qəsəbəsi, Qaçaq Nəbi küçəsi, ev 31 ünvanında yerləşən fərdi yaşayış evi 01.10.2019-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş evin dəyəri 60000 manat müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi 27 aprel 2021-ci il tarixli maliyə arayışına görə Cavabdeh1 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 27 aprel 2021-ci il tarixinə 17675,01 manat əsas, 459,59 manat faiz olmaqla, cəmi 18134,6 manat məbləğində borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 arasında bağlanmış 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 17780,21 manat əsas, 655,29 manat faiz olmaqla, cəmi 18435,50 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair 30 manat ödənilmiş xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak hərracda satılması və satışından əldə olunmuş vəsait hesabına "xxxx" KB ASC-nə olan borc ödənilməsi, iddia tələbi əmlak satıldıqdan sonra Cavabdeh2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ən geci 1 ay ərzində çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka borcu yaranmışdır. Cavabdeh1 göstərmişdir ki, pandemiya ilə əlaqədar maddi vəziyyəti zəiflədiyindən ödənişləri g ecikdirmiş, fevral ayının 20-də 100 manat, daha sonra isə 900 manat ödəniş edə bilmişdir. Hazırda ödəniş etməyə imkanı yoxdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-2084/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 17675,01 manat əsas, 459,59 manat faiz olmaqla, cəmi 18134,6 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair 30 manat ödənilmiş xidmət haqqı tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, borc məbləğinin Cavabdeh2 mülkiyyətin də olan ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak hərracda satılması və satışından əldə olunmuş vəsait hesabına "xxxx" KB ASC-nə olan borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 60000 (altmış min) manat müəyyən edilməsi, iddia tələbinin əmlak satıldıqdan sonra Cavabdeh2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ən geci 1 ay ərzində çıxarılması hissəsində rədd edilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da müqavilədən irəli gələn öhdəlikləri pozmuşdur. Bu səbəbdən tərəflər aras ında bağlanmış 01.10.2019-cu il tarixli, 556micNFT/19 saylı kredit müqaviləsinin ləğv olunmalı, müqavilədən irəli gələn öhdəliklərin icrası cavabdehlərin üzərinə qoyulmalıdır. Məhkəmə borcun zaminlərdən müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlmişdir ki, əsas borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2 və X1 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Cavabdeh Ağamalıyev Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin açıq hərracdan satılmasını da təl əb etmək hüququ vardır. Bu səbəbdən "xxxx" KB ASC-nin Cavabdeh2 məxsus ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, bu əmlakın hərracda satılması və həmin tələblərin təmin olunması qərara alınmışdır. Məhkəmə iddia tələbinin əmlak satıldıqdan sonra Cavabdeh2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ən geci 1 ay ərzində çıxarılması hissəsi ilə razılaşmamışdır. Belə ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin yeni mülkiyyətçi qarşısında mənzil 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmişdir. Məhkəmə hesab etmişdir ki, baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hi ssədə iddia təmin edilə bilməz. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2786/2021 saylı iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(012)-2084/2021 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, şikayətdə qeyd olunan dəlillər formal mülahizələr kimi qiymətləndirilərək hesab etmişdir ki, instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli üçün tət biq edilməsi olan maddi və mənəvi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İşdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apelyasiya qaydasında ləğvi üçün əsas yoxdur. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə cavabdehlərin pandemiya ilə əlaqədar olaraq maddi vəziyyətlərinin ağırlaşdığından ödənişləri gecikdirdiklərini, iddiaçı məhkəm əyə müraciət etdikdən sonra cavabdehlərin bankın hesabına 3745 manat ödəniş etmələrini nəzərə almamışdır. Eyni zamanda məhkəmə cavabdehlərin iştiraklarını təmin etmədən mülki işə baxaraq onların hüquqlarını pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası mə hkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən Cavabdeh1 Ali oğlu qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi i cra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul ed ərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən ed ilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmədə iddia qaldırılandan sonra etdiyi öədəmələrin nəzərə alınmaması ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi iddia ərizəsində göstərilən borc məbləğini deyil, ididaçı tərəfindən sonradan təqdim edilmiş maliyyə arayışında göstərilən 18134,6 manatın ödənilməsini qət etmişdir. Cavabdehlərin pandemiya ilə əlaqədar olaraq maddi vəziyyətlərinin ağırlaşmasının nəzərə alınmamasına gəldikdə isə bu hal müqavilə üzrə öhdəliklərin əməl ol unmasını istisna edən hal kimi dəyərləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2786/21 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.