Məhkəmə qərarları › İş №2(102)-8625/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-8625/2018

25.12.2018 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8625/2018 25.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 25 dekabr 2018-ci il № 2(102)-8625/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdehtərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Mingəçevir şəhər Məhkəməsinin 07 iyul 2014-cü il tarixli qətnaməsi ilə (hakim M.Kərimova, iş № 2(051)-1303/14) iddiaçı Məmişova Sultan Eldar qızının Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası qismən təmin edilərək, 29 mart 2000-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 80 (səksən) manat və 29 avqust 2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 80 (səksən) manat, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin hər ay Cavabdeh tutulub, iddiaçı Məmişova (Bəşirova) Sultan Eldar qızına verilməsi, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan, 09 iyun 2014-cü il tarixdən tutulması qət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Abbasov-sədrlik edən və məruzəçi, R.Rəfiyev və E.Hüseynov, iş № 2(107)-2193/18) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Mingəçevir şəhər Məh kəməsinin 07 iyul 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Məmişova (Bəşirova) Sultan Eldar qızı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh uşaqlar yetkinlik yaşına çatana kimi hər uşağa hər ay 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 1999-cu ildə faktiki ailə münasibətlərinə daxil olmaqla nikahlarını 09 mart 2000-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahdan 29 mart 2000-ci təvəllüdlü Günel və 29 avqust 2002-ci il təvəllüdlü Nicat adlı iki övladı olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşamışlar, sonra isə cavabdehin günahından ailədə münasibətlər pozulmuş, aralarında tez-tez münaqişələr, söz-söhbətlər baş vermişdir. Cavabdeh məhkəməyə iddiaçı ilə nikahının pozulması tələbi ilə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 26 fevral 2013-cü il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş və ayrılmışlar. Birgə nikahdan doğulmuş uşaqlar onun yanında qalırlar. Cavabdeh uşaqların saxlanması üçün ona heç bir kömək göstərmir. İddiaçı heç bir yerdə işləmir. Hal-hazırda yaşlı qayınanası ilə yaşayır. Uşaqlara qayınanasının köməkliyi sayəsində baxır. Cavabdeh isə öz övladları ilə maraqlanmır, uşaqların tələbatı isə günü-gündən ar tır. Cavabdeh fərdi əməklə məşğuldur və yetəri qədər aylıq gəlir əldə edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 29 avqust 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 29 mart 2000-ci təvəllüdlü X1 və 29 avqust 2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər uşağa 80 manat olmaqla hər ay cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq Sultan Məmişovaya (Bəşirova) verilməlidir. Apellyasiya instansiyası məhkəməsi bu barədəki qənaətini əsaslandırarkən aşağıdakı maddi hüquq normalarına istinad etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən, məhkəmə, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri- müntəzəm, dəyişən olarsa, ödənilməli olan alimentin miqdarı sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinspini əsas tutmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq Hüquqları Haqqında BMT-in 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçi rilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və Uşaq Hüquqları Haqqında BMT-in 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” 01 dekabr 2017ci il tarixli 906-VQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən 2018-ci il üçün yaşayış minimumu uşaqlar üçün 154 (bir yüz əlli dörd) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Pl enumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.1, 8.2 və 8.3-cü bəndlərində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum do lanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. İstinad olunan qanunvericilik normalarından və Ali Məhkəmənin Plenumunun qərarından göründüyü kimi, uşaqlara qayğı göstərmək, onların maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin borcudur, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsi üstün tutulmalıdır. Eyni zamanda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. 2018-ci il üçün yaşayış minimumu uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən iki nəfər azyaşlı uşaqların saxlanılması üçün hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin hər ay cavabdehdən iddiaçının xeyrinə tutul masının qət edilməsi uşaqların üstün mənafeləri baxımından ədalətli, habelə qanuna və məqsədə uyğundur. Həmin məbləğin ödənilməsi mümkün olmaqla heç də çox deyildir. Cavabdeh doğma uşaqlarının saxlanılması üçün müəyyən edilmiş aliment borcunun qanunsuz və əsassız hesab edilməsini xahiş etməsi isə qanunvericiliyə və uşaqların mənafeyinə zidd olmaqla qəbul edilən deyildir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, “boşanma vaxtı iddiaçı ilə razılığa gəlmişlər, ona ev, torpaq sahəsi və mal-qara vermişdir, iddiaçı da bunun müqabilində cavabdehdən aliment tələb etməyəcəyini öhdəsinə götürmüşdür.” Cavabdehin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Belə ki, iş materialları, işin faktiki halları və məhkəmə kollegiyasının iclasında iştirak edən tərəflərin izahatlarından da göründüyü kimi, Cavabdeh 160 manat məbləğində alimenti ödəyə bilməməsini təsdiq edən heç bir sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir. Habelə, cavabdeh apellyasiya şikayətində qeyd etdiyi kimi keçmiş arvadı Sultan ilə boşanma vaxtı alimentin tələb edilməyəcəyi ilə bağlı razılığa gəlmələrini təsdiq edən hər hansı bir mötəbər sübut da təqdim edə bilməmişdir. İddiaçı Sultan Məmişova (Bəşirova) isə məhkəmə iclasında verdiyi izahatında boşanma vaxtı cavabdeh ilə aralarında belə bir razılaşmanın ümumiyyətlə olmadığını bildirdi. Göründüyü kimi, Cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilmədiyindən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmaq mümkün deyil. Göründüyü kimi, iddiaçı iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və m əhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etməmiş və bu nəticəyə gəlmişdir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 07 iyul 2014-cü il tаrixliqətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyü ndən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalar ında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərkən bu tələblərə əməl etmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 29 avqust 2018-ci il tarixli, 2(107)2193/18saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdiril mədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar