Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-869/2020 06.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı3 və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən “XXX” İctimai Birliyinin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(009)-376/2019, hakim Ş.Z.Abdullayev) İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 “XXX” İctim ai Birliyinə qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən İddiaçı1 xeyrinə 3.126 manat, İddiaçı2 xeyrinə 3.191 manat, İddiaçı3 xeyrinə 7.005 manat, İddiaçı4 xeyrinə 9.786 manat və İddiaçı5 xeyrinə 12.412 manat məbləğində pulun tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-4448/2019, hakimlər E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) “XXX” İctimai Birliyinin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: XXX İctimai Birliyinin xx.xx.2018-ci il tarixli əmri ilə İ ddiaçı4 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdən, xx.xx.2018-ci il tarixli əmri ilə İddiaçı5 ilə bağlanmış əmək müqaviləsinə İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə, İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdən və İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə isə xx.xx.2018-ci il tarixdən xitam verilmişdir. İddiaçı5 XXX İctimai Birliyində xx.xx.2010-cu il tarixdən aparıcı mütəxəssis işləməklə 1205 manat, xx.xx.2017-ci ildən baş mühasib işləməklə 1300 manat əmək haqqı almışdır; İddiaçı2 xx.xx.2017-ci ildən mütəxəssis işləməklə 700 manat əmək haqqı almış; İddiaçı1 xx.xx.2014-cü ildən kargüzar işləməklə 603 manat əmək haqqı almış; İddiaçı4 xx.xx.2011ci ildən mühasib işləməklə 1266 manat əmək haqqı almışdır. xx xxxxxx 2018-ci il tarixdə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 “XXX” İctimai Birliyinə qarşı əmək haqqının ödənilməsi tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir.. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyiş dirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını əmək müqaviləsinə xitam verilmiş işçilərə ödənilməmiş əmək haqqının ödənilməsi təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyy ən edilmişdir ki, iddiaçılar - İddiaçı5 xx.xx.2010-cu il tarixdən, X4 xx.xx.2011-ci ildən, İddiaçı2 xx.xx.2017-ci ildən, İddiaçı1 xx.xx.2014-cü ildən və İddiaçı4 xx.xx.2011-ci ildən XXX İctimai Birliyində işləmişlər. İdidaçılarla bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmiş və bununla bağlı cavabdeh tərəfindən əmrlər qəbul edilmişdir. Lakin iddiaçılarla bağlanmış əmək müqavilələrinə xitam verilsə də son haqq-hesabın aparılması təmin edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən s onra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Apellyasiya məhkəməsinin də qətnaməsində göstərildiyi kimi, işçi işdən çıxdıqdan sonra ona son haqq-hesab ödənilməlidir. Son haqq-hesab dedikdə isə, qanunda istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, iş çiyə ödənilməli əmək haqqı və digər ödəmələr nəzərdə tutulur. İş materiallarından göründüyü kimi, iddiaçılarla isə bağlanmış əmək müqaviləsinə xitam verilərkən onlara son haqq-hesabın verilməsi təmin edilməmiş və bununla da iddiaçıların əmək hüquqları pozulmuşdur. Cavabdehin nümayəndəsi işçilərə həmin vəsaitin ödənilməməsini federasiyanın maliyyə çətinlikləri ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uy ğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-869/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-869/2020
06.02.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver