Məhkəmə qərarları › İş №2(102)-873/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-873/2020

05.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-873/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)10695/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.B.Axundov, iş № 2(004)-3279/2019) İddiaçı Cavabdeh qarşı əsassız hesablanmış aliment borcunun sil inməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Eyvazov, Z.Ə.Əliyev və F.Ş.Talışınski) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Tərəflərin birgə nikahlarından 4 uşaqları olmuş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı hər uşaq üçün 117 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşaq üçün sabit pul məbləğində 154 manat aliment tutul muşdur. 2019-cu ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nikahları pozulduqdan sonra 2018-ci ilin sentyabr ayına kimi cavabdehlə birgə yaşamalarına baxmayaraq Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən ona 14.852 manat məbləğində aliment borcunun hesablanmasını əsas göstərməklə həmin borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 67.1ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiklərindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı cavabdehlə barışıb birlikdə yaşamasını və bu müddət ərzində uşaqlarına maddi kömək göstərməsini iddia edib borcun silinməsini iddia etsə də, işin məhkəmə kollegiyası t ərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflərin ailə münasibətləri pozulduqdan sonra uşaqlar anaları ilə birlikdə yaşamış, ataları arabir onları görməyə gəlmiş, icra şöbəsinə cavabdehlə barışması ilə əlaqədar alimentin hesablanmasının dayandırılması barədə nə o, nə də cavabdeh məlumat verməmişlər. İddiaçı uşaqların saxlanılması ilə əlaqədar aliment öhdəliklərini icra etməsini sübuta yetirə bilməmişdir. Halbuki o, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin ödənilməsini təmin etməli idi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçının ona hesablanmış aliment borcunu ödəməsi barədə işdə mötəbər sübutlar olmadığından və onun müəyyən müddət ərzində ailəsi ilə birlikdə yaşaması barədə göstərdikləri təsdi q olunduğu halda belə borcun silinməsi üçün əsas vermədiyindən kollegiya iddianın rədd olunmasını əsaslı sayır. Belə ki, iddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi həmin hal onu aliment öhdəliklərindən azad etmir. Alimentin tutulması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmaqla onun icrası iddiaçı üçün məcburi xarakter daşımışdır. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Göstərilənlərlə əlaqə dar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara və qanunun tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar