Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-874/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Quliyev Gündüz Ağababa oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili X9, Cavabdeh1 və vəkili X10 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-****/2019 nömrəli qətnaməsindən İddiaçıtərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) xx.xx.2019-cu il tarixli, 2(006)****/ 2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Hacıyev Cavabdeh2 və 9 saylı Notariat Kontoruna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, xx.xx.2017-ci ildə 9 saylı X4, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış, reyestrdə ***** nömrə ilə qeyd edilən ipoteka müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.Hüseynov, A.Hüseyn, R.Qurbanov) xx.xx.2019-cu il tarixli 2(103)-****/2019 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri ****** Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-****/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsiqət edilmişdir. İddiaçıiş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 9 saylı Notariat Kontoruna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci ildə Bakı şəhəri 9 saylı Notariat Kontorunda onunla Hacıyev Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış, reyestrdə ***** nömrə ilə qeyd edilən ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili X9 kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışlar ki, apellyasiya instansi ya məhkəməsində işə maddi və prosessual hüquq normalarının pozuntusu ilə, işin faktiki hallarının tam müəyyən edilməməsi ilə baxılmışdır. Belə ki, iddiaçı mülkiyyətində olan bağ sahəsini ipotekaya qoymaq niyyətində olmamış və cavabdeh digər vətəndaşları aldatdığı kimi onu da aldatmışdır. İddiaçıya həmin gün qeyd edilən notariat kontorunda onun hər hansı sənədlərə qol çəkməsi ilə bağlı təlimat və məlumat verilməmiş, əksinə tez qol çəkməsi tələb olunmuş, həmçinin birgə nikahda olduğu əri X6 həmin mülkiyyətin ipotekaya qoyulması ilə bağlı razılıq ərizəsi alınmamışdır. Cavabdeh iddiaçını etibarnamə vermək adı ilə notariusa aparmışdır. Orada o, iddiaçını tələsdirərək sənədləri oxumasına imkan verməyərək niyyətinin üstünün açılmasının qarşısını almışdır. Apellyasiya kollegiyası isə işin bu kim i hallarını nəzərə almamışdır. Odur ki, onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-****/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 9 saylı Notariat Kontorunun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X9 kassasiya şikayətini müdafiə edərə k, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili X10 kassasiya şikayətin etiraz edərək, şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-****/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnamənin ləğv edilib iddianın təmin edilməməsi qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Mülki Məcəlləyə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (maddə 337.1). Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (maddə 339.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə əsasən əqdin etibarsız olduğunu iddia edən şəxs həmin əqdin etibarsızlığı ilə bağlı istinad etdiyi halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməlidir. Lakin hazırkı iş üzrə iddiaçı bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Habelə işdə olan yazılı sübutlar iddiaçının istinad etdiyi halların həqiqətə uyğun olmadığını təsdiq edir. Belə ki, iddiaçı xx.xx.2017-ci ildə Cavabdeh2 etibarnamə vermək adı ilə notariusa getdiyini bildirsə də iş materiallarında olan yazılı sübutlarla müəyyən edilir ki, hələ xx.xx.2017-ci ildə iddiaçı tərəfindən Cavabdeh2 mübahisəli əmlaka dair sərəncam vermək səlahiyyəti də daxil olmaqla 1 illik etibarnamə verilmişdir. Sonuncu iddiaçının adından imzaladığı xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə əmlakı 10000 manata X1. Əslində Cavabdeh2 ona verilmiş xx.xx.2017-ci il tarixli etibarnamə əsasında əvvəlki müqaviləni ləğv etmək və mübahisəli əmlakı başqa şəxs qarşısında ipoteka ilə yüklü etmək səlahiyyətlərinə malik olm uşdur. Lakin buna baxmayaraq xx.xx.2017-ci ildə iddiaçı özü notariat kontoruna gələrək saat 13:06da X3 ilə daha əvvəl bağlanmış alqı-satqı müqaviləsini ləğv etmiş və həmin tarixdə saat 14:38-də Cavabdeh2 borc öhdəliyinin təminatı kimi əmlakı Cavabdeh1 qarşısında ipoteka ilə yüklü etmişdir. Hər iki müqavilə iddiaçı tərəfindən şəxsən imzalanmış və onlayn rejimdə fotoşəkillər çəkilərək müqavilələrə əlavə edilmişdir. Göründüyü kimi iddiaçı ən azı bir saat yarım müddət ərzində notariat kontorunda olmuşdur. Apellyasiya baxışı zamanı dindirilmiş notarius da iddiaçının hüquqlarının və imzaladığı əqdin məzmununun ona izah olunduğunu təsdiq etmişdir. Lakin iddiaçı məhkəməyə iddia ərizəsi verərkən və işə baxılarkən bütün bu faktlar barədə məhkəməyə məlumat verməmişdir. Beləliklə iş üzrə iddiaçının mü bahisələndirdiyi ipoteka müqaviləsini öz iradəsinə zidd olaraq, başqa sənədə imza etmək adı altında imzaladığı barədə istinad etdiyi əsaslar sübuta yetirilmir. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, iş materiallarında Cavabdeh2 başqa şəxsləri oxşar üsullara aldadaraq əmlaklarından məhrum etməkdə ittiham edilməsi və şübhəli bilinməsi (təqsirləndirilməsi) barədə məlumatlar var. Lakin həmin məlumatlar özü-özlüyündə hazırkı işlə mübahisələndirilən əqdin etibarsız hesab olunmasına əsas vermir. Həmçinin hazırkı qətnamə iddiaçının gələcəkdə ona dəymiş zərərlə bağlı təqsirli şəxslərə qarşı ayrıca iddia qaldırmaq hüququnu istisna etmir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir k i, apellyasiya kollegiyasının qeyd etdiyi kimi, iddiaçının mübahisələndirdiyi ipoteka müqaviləsini öz iradəsinə zidd olaraq, başqa sənədə imza etmək adı altında imzaladığı barədə istinad etdiyi əsaslar sübuta yetirilməmişdir. Kassasiya yoxlaması zamanı isə apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır və apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi iş ə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)****/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-874/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-874/2020
10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver