Məhkəmə qərarları › İş №2(102)-878/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-878/2021

15.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-878/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: birgə nikah dövründə yaranmış öhdəliyin bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3848/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci i l tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 anadan olmuşdur. Birgə nikah dövründə iddiaçının adına xx xxxxxx 2014-cü il tarixdə xxxxxxxxmənzil (bundan sonra – mübahisəli mənzil) alqı-satqı müqaviləsinə əsasən əldə edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-590/2017 saylı iş üzrə xx xxx 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqların cavabdehin yanında qalması, uşaqların saxlanması üçün iddiaçıdan hər ay qazancının 1/3 hissəsi miqdarında və hər ay hər uşağa 63,52 manat sabi t pul məbləğində alimentin tutularaq cavabdehə verilməsi qət edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1291/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X2 və İddiaçı 108.500 ABŞ dollarının ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə alınaraq X4 ödənilməsi qət edilmişdir. Həmin qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə mübahisəli mənzilə və “Volkswagen Transporter” minik markalı, **-ZL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iddiaçı və cavabdehin 1/2 hissədə pay hüquqları tanınmışdır. Qətnamə yuxarı məhkəmə instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmış və qanuni qüvv əyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə yaranmış borc öhdəliyinin bölünməsini, cavabdehdən ümumi öhdəliklər üzrə yaranmış 54250 ABŞ dolları borcun yarısı - 27125 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ilin yanvar ayında mübahisəli mənzilin alınması, orta aylıq əmək haqqının 435 manat olması, qızı xxxxx 5 aylıq olması ilə əlaqədar məsrəflərin çoxalması, həmçinin cavabdehin heç yerdə işləməməsi səbəbindən ailənin birgə təsərrüfatı və ehtiyacları üçün X1 a tası xxxxxxx birgə 125.000 ABŞ dolları məbləğində borc pul götürmüşdür. Həmin borc məbləğindən 16 500 ABŞ dolları ödənilmiş və qalan məbləğ qalmışdır. Qanuni qüvvəyə minmiş qətnamə ilə 108.500 ABŞ dolları məbləğində pulun ondan və atasından X3 xeyrinə tutulması qət edilmişdir. xxxxxxqarşısında iddiaçının birgə nikah dövründə əldə edilmiş 54.250 ABŞ dolları məbləğində öhdəliyi olmuşdur. 2013-cü ilin yanvar ayında polis orqanlarına işə qəbul olunmuşdur. Onun aylıq gəliri yalnız əldə etdiyi aylıq əmək haqqı olmuşdur. Çünki polis orqanında işləyərkən başqa bir fəaliyyətlə məşğul olmaq onlara qadağan olunmuşdur. 2013-2014-cü illər ərzində onun illik əmək haqqı 5280 manat, aylıq ortalama isə 435 manat olmuşdur. Borcun götürülməsində cavabdehin razılığı olmuşdur. Həmin vaxt ailə münasibətləri yax şı olub. Hesab edir ki, məhkəmə qətnamələri ilə birgə nikah dövründə əldə edilmiş mənzil və avtomobil bərabər paylar şəklində bölündüyündən, birgə nikah dövründə yaranmış öhdəlik də bölünməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-577/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim – G.Axundova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş 2(011)-1291/2017 nömrəli mülki işdə Cavabdeh iş üzrə tərəf olmamışdır. Ona görə də, qeyd olunan qətnamə onun üçün preyudisial əhəmiyyət kəsb etmir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, qüvvədə olan ailə qanunvericiliyinin müddəalarına əsa sən, ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu müəyyən edildiyi təqdirdə həmin öhdəliklər üzrə ər-arvadın məsuliyyəti yaranır. İddiaçının borc öhdəliyinin yaranması tərəflərin birgə nikah dövrünə təsadüf etsə belə, iddiaçı həmin pulun ailənin ümumi ehtiyaclarına sərf olunmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 41, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3848/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-c i il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ərizəsində tələb etdiyi pul məbləğinin tərəflərin birgə nikahı zamanı onların ümumi ehtiyaclarına, o cümlədən mənzilin alınması üçün istifadə olunmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə öz mövqeyini MPM-nin 14.2, 77.1, 82.3, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona et irazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X8) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra 2014-cü ildə mənzil almış, mənzil ona təhvil veriləndən sonra bir neçə aya mənzili təmir etdirmişdir. Mənzilin alınmasına və təmirinə 160000-170000 ABŞ dolları vəsait sərf olunmuşdur. Həmin vəsait xxxxxxn atası ilə birlikdə götürdüyü borc hesabına ödənilmişdir. Göstərilən məbləğdə vəsaitin cəmi 1 il 1 ay ailə həyatı qurmuş şəxslərin qazanması mümkün deyildir. Məhkəmə işin qeyd olunmuş hallarına əhəmiyyət verməmiş, yalnız cavabdeh tərəfin izahatını əsas götürərək iddianın sübut olunmaması nəticəsinə gəlmişdir. Kassator qeyd etmişdir ki, əldə olunmuş əmlak məhkəmə qətnaməsinə əsasən ½ paylar üzrə aralarında bölündüyündən, cavabdeh də borcun ödənilməsində həmin pay nisbətində iştirak etməlidir. Belə ki, Ailə Məcəlləsinin 37.2-cü maddəsinin tələbinə görə, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Məhkəmə isə qətnamə qəbul edərkən göstərilən maddəyə riayət etməmişdir. Kassasiya şikayətində həmçinin göstərilmişdir ki, məhkəmə Ailə Məcəlləsinin 41-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, həmin norma ödəmənin ər-arvadın əmlakına yönəldilməsi qaydasını tənzimləyir. Hazırkı iddia isə ər-arvadın birgə borcu ilə əlaqədardır. Bundan baş qa, iddiaçı göstərmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-1291/2017 nömrəli qətnaməsinin preyudisiallığı ilə bağlı tələb irəli sürməmişdir. İddiaçının həmin qətnamə əsasında irəli sürdüyü dəlil göstərilən məbləğdə borcun həmin qətnaməyə əsasən müəyyən olunması barədədir. Kassator qeyd etmişdir ki, məhkəmə borcun həqiqətən də nikah dövründə götürülməsi ilə bağlı qənaətə gəlsə də, məhkəmənin borcun sərf olunması ilə bağlı mövqeyi mövcud halların tam araşdırılmamasından irəli gəlmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması nəticəsində qəbul olunmadığından ləğv edilməlidir. Kassator şikayətinin əsası kimi həmçinin Ailə Məcəlləsinin 32.1, 36.1, 36.3, Azərbaycan Respublikasının Mülki Məcəl ləsinin 225.1, MPM-in 14.1, 77.1-ci maddələrinin tələblərinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etirazında cavabdeh bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-1291/2017 nömrəli qətnaməsindən maraqlı şəxs qismində apellyasiya şikayəti versə də, onun apellyasiya şikayəti Məhkəmənin qərardadı ilə o əsasla geri qaytarılmışdır ki, həmin qətnamə Hazırkı iş üzrə cavabdehin hüquq və vəzifələrinə hər hansı formada toxunmur. Belə ki, həmin qətnamə ilə borcun birgə nikah dövründə əldə edilmiş mənzilə yönəldilməli olduğu müəyyən edilməmişdir. Belə olan halda, həmin qətnaməyə istinad edərək, borcun ½ hissəsinin cavabdehdən tutulması barədə tələb qanunsuz və əsassızdır. Cavabdeh həmçinin göstərm işdir ki, əslində sözügedən mənzil borc hesabına alınmamışdır, bununla bağlı hər hansı sübut mövcud deyil. İddiaçı Hazırkı iddianı cavabdehi mənzildə ona məxsus ½ paydan məhrum etmək məqsədi ilə qaldırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətin də işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Ailə Məcəlləsi Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. (maddə 32.1). Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər (maddə 41.1). Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar (maddə 41.2). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarınının tət biqinə dair apelyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3848/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tari xli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar